327
1920 ilin əvvəlində daşnak Ermən istanının Qarabağda, Zəngəzurda, Gəncə və Qa za x qəza larındakı A zərbaycan
torpaqlarını işğal etmək cəhdləri gücləndi. Martın 22-də, Novruz bayramı günü, erməni silah lı dəstələri qəflətən Şuşa
qarnizonuna basqın etdi. Eyni zamanda, Xankəndinə və Əsgərana hücum başlandı. Qarabağdakı A zərbaycan qoşunların ın
ko mandanı general-mayor Həbib bəy Səlimov bütün qüvvələri bu şəhərlərin alın masına yönəldərək, Bakıdan ordunun,
demək o lar, bütün əsas qüvvələrinin, hətta Parla mentin mühafizə dəstəsinin də Qarabağa göndərilməsini xahiş etmişdi.
Azərbaycan ordusu aprelin axırlarında Əsgəranı, Xankəndini və Zəngəzuru daşnaklardan azad edərək, respublikanın əra zi
bütövlüyünü qoruyub saxladı. Lakin bu, ölkənin şimal sərhədlərinin zəifləməsinə gətirib çıxardı və 11 -ci Qırmızı ordunun
Azərbaycan ərazisini, demək olar ki, maneəsiz işğal et məsinə imkan yaratdı. Belə liklə, Qırmızı ordu ilə sövdələşən
Ermənistan hökumətin in fitnəkar fəaliyyətini apre lin 27-də A zərbaycanın işğal olun masının başlıca a millərindən hesab
etmə k ola r. Daşnaklar bu fa ktı sonralar özləri də et ira f et mişdilər. La kin ö zlərinin dünənki düşmənləri ilə daim müvəqqəti
ittifaq bağlayan daşnaklar bu dəfə də aldandılar. Belə ki, sovet qoşunları Azərbaycanı işğal edəndən sonra bütün Cənubi
Qafqazı, o cümlədən Ermən istanı (1920, noyabr) nəzarət altına aldılar, bununla da daşnakların hakimiyyətinə son qoyuldu.
Hə min va xtdan "Daşnaksutyun" partiyası gizli fəaliyyətə keçd i, üzv lərinin ə ksəriyyəti mühacirətə gedərək, xaricdə qızğ m
fəaliyyət göstərdi. "Daşnaksutyun" 1988 il Qarabağ münaqişəsində, ən son dövrlərdə ço xsaylı terror akt larının törə-
dilməsində fəa l rol oyna mışdır.
1998 ildə, düz 80 ildən sonra R.Koçaryan hakimiyyətə gələndən "Daşnaksutyun" bu ölkədə, əslində, yenidən hakim
partiyaya çevrilmişdir. Ha zırda daşnakların fəa l siyasi rol oynadığı Ermənistan beynəlxalq terroru dəstəkləyən və ona rəvac
verən dövlətlərdən birid ir.
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; M əhərrəmov N., Daşnaksutyun və Azərbaycanın taleyi, B., 1995; Aзepбaйджанская
Демократическая Pecnублика Б., 1998; Наджафов Б., Лицо врага. История армянского национализма в Закавказье в XIX нацале – XX
вв., кн. 1, Б., 1993; Мамедова Л., Февраль 1917: Новая фаза подьема политического экстремизма в Азербайджане, Б., 1995; Багирова
И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997; Шавров Н.Н., Новая угроза русскому делу в
Закавказье: предстоящая распродажа Мугани инородцам, Б., 1990.
DAVUD, Ağamirzadə Davud Əsgər oğlu (? - ?) -A zərbaycan şairi. 1918-20 illər milli istiqlal poeziyasının
nümayəndələrindən biri. Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cü mhuriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan
görkəmli sənətkarlarla yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan Xalq Cü mhuriyyəti dövrü ədəbi
mühitində seçilən şairlərdən id i. Yarad ıcılığında əsgər şeirləri, azad vətəni, milli bayrağı tərənnüm, xalq ı birliyə çağırış
ruhlu şeirlər mühü m yer rutur. Şair A zərbaycan bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edird i:
Üzərində göründükcə ulduzun
Şeir söylər sənə nazlı tiirk qızı
Sən çırpındın, sə n yüksəldin, göründün
Və tanıtdın millətlərə sən bizi
Davudun əsgər şeirlərində ("Əsgər şərqisi", "Məqsədimiz", "Bir əsgərin dilindən", "Azərbaycan ordusuna",
"Əsgər") vətənə sonsuz sevgi, torpağımızın hər qarışı uğrunda canını qurban verən Azərbaycan əsgərinin şücaəti, milli
istiqlalımızın qorunması tərənnü m edilir.
Davud müstəqillik rəmzi kimi tərənnü m etdiyi üçrəngli milli bayrağı xalq ın əsarət və köləliyinə qoyulan nöqtə kimi
məna landırır.
Əd.:
Azərbaycan Xalq Cürnhuriyy əti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; A ğayev İ., XX əsrin əvvəllərində
Azərbaycan şeri, B., 2002.
DE-FAKTO (lat ınca de-facto - "əslində", "faktiki ola raq") - beynəlxa lq hüquqda dövləti, ya xud höku məti tanıma
formalarından biri; rəsmi olsa da, qəti tanıma deyil. De-fakto tanıma müəyyən hüquqi nəticənin əmələ gəlməsini nəzərdə
tutsa da, müvəqqəti xarakter daşıyır və de-yure tanımaya b ir növ keçid mərhələsidir.
DE-YUR E (latınca de-jure - "hüquqa görə", "hüquqi baxımdan") - beynəlxa lq hüquqda dövləti, ya xud höku məti
tam, qəti və rəs mi tanıma (ba x hə mçin in De -fa kto).
DENĠKĠN Anton İvanoviç (16.12.1872, Varşava yaxınlığında - 8.8.1947, ABŞ, Miçiqan ştatı, Ann-Arbor) - rus
hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri,
general-leytenant (1916). Birinci dünya müharibəsində (1914-18) briqada, diviziya, korpus ko mandiri, cəbhə ko mandanı
olmuşdur. Generallar L.G.Korn ilov və M.Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş,
Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). " Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş
ko mandanı kimi bolşevik hakimiyyətinə qarşı barış maz mübarizə aparmışdır. Den ikin 1918 ilin iyulunda Moskva üzərinə
hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Den ikin qoşunları 1919 ilin yazında bütün Şimali Qafqazı
tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. " Vahid və bölün məz Rusiya" şüarı ilə çıxış edən Denikin
Rusiya imperiyasının əsarəti altında o lan xalq ların ö z müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin
təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Ko mitəsi yaradıldı, ö lkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə
Azərbaycan arasında de markasiya xətti müəyyənləşdirild i (ba x Könüllü ordu ilə Azərbaycan arasında demark asiya xətləri).
1919 il iyunun 16-da Denikin təhlükəsinə qarşı A zərbaycanla Gü rcüstan arasında hərbi-müdafiə pakt ı imza landı.
Azərbaycan Xa lq Cü mhuriyyəti Dağıstan xa lqlarının Denikinə qarşı mübarizəsini dəstəklə mişdi. Hərb i uğursuzluqlar, sovet