[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə193/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   189   190   191   192   193   194   195   196   ...   282

327 

 

1920  ilin  əvvəlində  daşnak  Ermən istanının  Qarabağda,  Zəngəzurda,  Gəncə  və  Qa za x  qəza larındakı  A zərbaycan 



torpaqlarını  işğal  etmək  cəhdləri  gücləndi.  Martın  22-də,  Novruz  bayramı  günü,  erməni  silah lı  dəstələri  qəflətən  Şuşa 

qarnizonuna basqın etdi.  Eyni  zamanda,  Xankəndinə və Əsgərana hücum başlandı.  Qarabağdakı A zərbaycan qoşunların ın 

ko mandanı  general-mayor  Həbib  bəy  Səlimov  bütün  qüvvələri  bu  şəhərlərin  alın masına  yönəldərək,  Bakıdan  ordunun, 

demək  o lar,  bütün  əsas  qüvvələrinin,  hətta  Parla mentin  mühafizə  dəstəsinin  də  Qarabağa  göndərilməsini  xahiş  etmişdi. 

Azərbaycan ordusu aprelin  axırlarında  Əsgəranı,  Xankəndini  və  Zəngəzuru  daşnaklardan  azad  edərək,  respublikanın  əra zi 

bütövlüyünü qoruyub saxladı.  Lakin  bu, ölkənin  şimal sərhədlərinin   zəifləməsinə gətirib çıxardı və 11 -ci Qırmızı ordunun 

Azərbaycan  ərazisini,  demək  olar  ki,  maneəsiz  işğal  et məsinə  imkan  yaratdı.  Belə liklə,  Qırmızı  ordu  ilə   sövdələşən 

Ermənistan  hökumətin in  fitnəkar  fəaliyyətini  apre lin  27-də  A zərbaycanın  işğal  olun masının  başlıca  a millərindən  hesab 

etmə k ola r.  Daşnaklar bu fa ktı sonralar özləri də et ira f et mişdilər.  La kin ö zlərinin dünənki düşmənləri  ilə daim  müvəqqəti 

ittifaq  bağlayan  daşnaklar  bu  dəfə  də  aldandılar.  Belə  ki,  sovet  qoşunları  Azərbaycanı  işğal  edəndən sonra  bütün  Cənubi 

Qafqazı, o cümlədən Ermən istanı (1920, noyabr) nəzarət altına aldılar, bununla da daşnakların hakimiyyətinə son qoyuldu. 

Hə min va xtdan "Daşnaksutyun" partiyası gizli  fəaliyyətə keçd i, üzv lərinin ə ksəriyyəti  mühacirətə  gedərək,  xaricdə qızğ m 

fəaliyyət  göstərdi.  "Daşnaksutyun"  1988  il  Qarabağ  münaqişəsində,  ən  son  dövrlərdə  ço xsaylı  terror  akt larının  törə-

dilməsində fəa l rol oyna mışdır. 

1998 ildə, düz  80  ildən sonra R.Koçaryan hakimiyyətə gələndən "Daşnaksutyun" bu ölkədə, əslində, yenidən hakim 

partiyaya çevrilmişdir.  Ha zırda daşnakların fəa l siyasi rol oynadığı Ermənistan beynəlxalq terroru dəstəkləyən və ona rəvac 

verən dövlətlərdən birid ir. 

 

Əd.:

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; M əhərrəmov N., Daşnaksutyun və Azərbaycanın taleyi, B., 1995; Aзepбaйджанская 

Демократическая  Pecnублика  Б., 1998; Наджафов Б., Лицо врага.  История армянского национализма в Закавказье в XIX нацале – XX 

вв., кн. 1, Б., 1993; Мамедова Л., Февраль 1917: Новая фаза подьема политического экстремизма  в Азербайджане, Б., 1995; Багирова 

И.С., Политические  партии  и  организации Азербайджана  в  начале  XX  века  ,  Б.,  1997;  Шавров  Н.Н., Новая угроза русскому  делу в 

Закавказье: предстоящая распродажа Мугани инородцам, Б., 1990.   



 

DAVUD, Ağamirzadə Davud Əsgər oğlu (? - ?) -A zərbaycan şairi. 1918-20 illər milli istiqlal poeziyasının 

nümayəndələrindən biri. Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cü mhuriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan 

görkəmli sənətkarlarla yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan Xalq Cü mhuriyyəti dövrü ədəbi 

mühitində seçilən şairlərdən id i. Yarad ıcılığında əsgər şeirləri, azad vətəni, milli bayrağı tərənnüm, xalq ı birliyə çağırış 

ruhlu şeirlər mühü m yer rutur. Şair A zərbaycan bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edird i: 

 

 



 

Üzərində göründükcə ulduzun 

 

 



 

 

Şeir söylər sənə nazlı tiirk qızı 

 

Sən çırpındın, sə n yüksəldin, göründün 

Və tanıtdın millətlərə sən bizi 

 

Davudun  əsgər  şeirlərində  ("Əsgər  şərqisi",  "Məqsədimiz",  "Bir  əsgərin  dilindən",  "Azərbaycan  ordusuna", 



"Əsgər")  vətənə  sonsuz  sevgi,  torpağımızın   hər  qarışı  uğrunda  canını  qurban  verən  Azərbaycan  əsgərinin  şücaəti,  milli 

istiqlalımızın qorunması tərənnü m edilir. 

Davud müstəqillik rəmzi kimi tərənnü m etdiyi üçrəngli milli bayrağı xalq ın əsarət və köləliyinə qoyulan nöqtə kimi 

məna landırır. 



 

Əd.: 

Azərbaycan  Xalq  Cürnhuriyy əti  (ədəbiyyat,  dil,  mədəniyyət  quruculuğu),  B.,  1998;  A ğayev  İ.,  XX  əsrin  əvvəllərində 

Azərbaycan şeri, B., 2002. 

 

DE-FAKTO  (lat ınca de-facto - "əslində", "faktiki ola raq") - beynəlxa lq hüquqda dövləti, ya xud höku məti tanıma  

formalarından biri;  rəsmi olsa da, qəti tanıma deyil.  De-fakto tanıma  müəyyən hüquqi nəticənin  əmələ gəlməsini nəzərdə 

tutsa da, müvəqqəti xarakter daşıyır və de-yure tanımaya b ir növ keçid mərhələsidir. 

DE-YUR E  (latınca  de-jure  - "hüquqa görə", "hüquqi baxımdan")  - beynəlxa lq  hüquqda dövləti, ya xud  höku məti 

tam, qəti və rəs mi tanıma  (ba x hə mçin in De -fa kto). 



DENĠKĠN  Anton  İvanoviç  (16.12.1872,  Varşava  yaxınlığında  -  8.8.1947,  ABŞ,  Miçiqan  ştatı,  Ann-Arbor)  -  rus 

hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, 

general-leytenant  (1916).  Birinci  dünya  müharibəsində  (1914-18)  briqada,  diviziya,  korpus  ko mandiri,  cəbhə  ko mandanı 

olmuşdur.  Generallar  L.G.Korn ilov  və  M.Alekseyevlə  birlikdə  Donda  Könüllü  ordunun  yaradılmasında  iştirak  etmiş, 

Kornilov  öldürüldükdən  sonra  ordunun  komandanı  olmuşdur  (1918).  " Rusiyanın   cənubundakı  silahlı  qüvvələr"in  baş 

ko mandanı  kimi bolşevik hakimiyyətinə qarşı barış maz  mübarizə aparmışdır. Den ikin  1918 ilin  iyulunda Moskva üzərinə 

hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Den ikin qoşunları  1919  ilin yazında bütün Şimali Qafqazı 

tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. " Vahid və bölün məz  Rusiya" şüarı ilə çıxış edən Denikin 

Rusiya imperiyasının əsarəti altında o lan xalq ların ö z müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin 

təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Ko mitəsi yaradıldı, ö lkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə 

Azərbaycan arasında de markasiya xətti müəyyənləşdirild i (ba x Könüllü ordu ilə Azərbaycan arasında demark asiya xətləri). 

1919  il  iyunun  16-da  Denikin  təhlükəsinə  qarşı  A zərbaycanla  Gü rcüstan  arasında  hərbi-müdafiə   pakt ı  imza landı. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Dağıstan xa lqlarının  Denikinə  qarşı mübarizəsini dəstəklə mişdi. Hərb i uğursuzluqlar, sovet 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə