63
bolşeviklərə vermək barədə qərar qəbul etdi. 11 -ci ordu Bakıya daxil oldu, Azərbaycan yenidən Rusiya tərəfindən
işğal olundu.
Aprelin 28-də San-Re mo konfransında iştirak et miş A zərbaycan nümayəndələri bu xəbəri alan kimi müttəfiq
dövlətlərin Ali Şurasına, İtaliya höku mətinə və xarici dövlətlərin Ro mada o lan səfirliklərinə suveren Azərbaycan dövlətinin
Sovet Rusiyasının silahlı qüvvələri tərəfindən işğal olunduğu haqqında nota təqdim etdilər. Sü lh konfransına verilmiş
notada qeyd olunurdu: "Azərbaycan nümayəndələri ü mid edirlər ki, Sülh konfransı müstəqilliyin bərpa olun masında
Azərbaycana kö mə klik göstərəcəkdir". Bu məzmunda notala r və mürac iətlər dəfə lərlə Millətlər Cəmiyyətinə, dünya
siyasətini müəyyən edən dövlətlərə verildi. La kin bunların e lə bir əhə miyyəti olmadı. Antanta ölkə ləri Azərbaycanın
bolşeviklər tərəfindən işğal edilməsini sükutla qarşıladılar. Müstəqilliyi böyük dövlətlər tərəfindən tanın mış Azərbaycan
Xalq Cü mhuriyyətin in beynəlxalq münasibətlər sistemində iştirakı Aprel işğalı ilə sona çatdı. Onun Parisdəki
nümayəndələri isə Azərbaycan siyasi mühacirlərinin ilk dəstəsinə çevrild ilər.
Sosial-iqtisadi vəzi yyə t. Cü mhuriyyət Hö ku məti ict ima i-siyasi həyatın digər sahələrində olduğu kimi, müstəqil
milli iqtisadiyyat quruculuğu və sosial sahədə də mühüm tədbirlər həyata keçirirdi. "Azərbaycan Xalq Cü mhuriyyətinə
abidə ucaldılması haqqında" Azərbaycan Respublikası Pre zidentinin s ərəncamında göstərildiyi kimi, "Gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat,
mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tarixində dərin iz buraxmışdır"
(Heydər Əliyev). A zərbaycan Xalq Cü mhuriyyəti müstəqil Azə rbaycan ideyasını müstəqil A zərbaycan iqtisadiyyatı
yaratmaqla reallığa çevirmə k üçün ciddi addımlar atdı. İstiqlalın görkə mli öndərləri olan Məhəmməd Əmin Rəsulzadə,
Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və başqalarının sosial-iqtisadi ba xışlarında elə bir de mokrat ik cə miyyətin
qurulması nəzərdə tutulurdu ki, orada vətəndaşlar arasında siyasi bərabərliyin bərqərar edilməsi ilə yanaşı, sosial ədalətsizlik
də aradan götürülsün. "Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır" (M.Ə.Rəsulzadə) konsepsiyası
Azərbaycan Xalq Cü mhuriyyətinin bütün fəaliyyəti dövründə daim diqqət mərkə zində saxlanılırdı.
Azərbaycan Xa lq Cü mhuriyyətinin iqtisadi p latformasında mü lkiyyət plüra lizmi-dövlət mü lkiyyəti, xüsusi, şə xsi,
səhmdar, bə lədiyyə mü lkiyyəti və digər mü lkiyyət forma larının inkişafı üçün bərabər imkanlar yaradılması nə zərdə
tutulurdu.
Bolşevizmdən fərqli olaraq, Cü mhuriyyət liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri ü zərində
xüsusi mülkiyyəti rədd etmird ilər. Əksinə, hesab edirdilər ki, "bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki
vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür".
Eyni zamanda, xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi.
Qeyri-məhdud mü lkiyyət hüququ və mənimsə mədə ifratçılıq xüsusi mülkiyyətin yoxluğu qədər zərərli sayılırdı. "Hə r bir
əkinçi ö zünün əkib-biçə biləcəyi miqdarda torpağa sahiblik etməlid ir!" prinsipin i əsas götürən Azərbaycan islahatçıları geniş
torpaqları ölü halında buraxan torpaq sahiblərinin mü lkiyyət haqqını rədd edirdilər.
Bu cür torpaq sahələri əvvəlki sahiblərindən alınıb, əkinçi vətəndaşlar arasında yenidən bölüşdürülməli idi.
Azərbaycan Xalq Cü mhuriyyətinin iqtisadi siyas ətində nəzərdə tutulurdu ki, xüsusi mü lkiyyətin mövcudluğu mül-
kiyyətin ta ma milə xırdalan masına aparma ma lıdır. Xüsus ən də, fabrik və zavodların xırda lan ması yolverilmə z hesab edilirdi.
Respublikan m iqtisadi qanunvericiliyinə görə, dövlət mü lkiyyətinə, qis mən də bələdiyyə mülkiyyətinə "dövlətin
sərvət və gəlir qaynağını təşkil edən yeralt ı mədənlər", hə mç inin "dəmir yolu, işıq, su, teleqraf və sair bu kimi ü mu mi işlə rə
xid mət edən quruluşlar" da xil edilirdi.
Azərbaycan Xa lq Cü mhuriyyətinin aqra r proqra mın ın əsasını aqrar islahatı haqqında Parla mentə təqdim o lunmuş
"Müsavat" fraksiyasının və əkinçilik nazirliy inin mövqeyini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun
layihələ rin in hər ikisinin məqsədi, müəyyən fərq lərinə ba xmaya raq, torpaqsız və a ztorpaqlı əhalin i torpaqla tə min et mə k idi.
Hə m də, xüsusi torpaq mülkiyyətini ləğv etmə k deyil, torpağı xüsusi mü lkiyyətə elə istehlak normala rı ü zrə vermə k nə zərdə
tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə tə min et mək mü mkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar
torpaqları qalmasın.
"Müsavat" fraksiyasının qanun lay ihəsində torpaqların əvəzsiz paylan ması, digər qanun layihəsində isə müəyyən
əvəz müqabilində verilməsi nəzərdə tutulurdu. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin,
digər qanun layihəsində isə, yerli şəraitdən asılı ola raq, mü xtə lif miqdarda torpaq sahəsinin saxlan ması
müəyyənləşdirilmişdi.
Mövcud olduğu 23 ay ərzində Cü mhuriyyət Höku məti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğur-
lar qazanmışdı. Neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı - Batum neft kəməri bərpa olunmuş, Bakı -Culfa
dəmiryolu inşası davam etdirilmiş, Kür çayı üzə rində körpü salın mış, Azərbaycan Dövlət Bank ı yaradılmış, milli pul
nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.
Müstəqil dövlətin atributu kimi, milli pul vahidinin buraxılması Cü mhuriyyətin maliyyə siyasətinin mühü m uğuru
idi. 1918 ilin əvvəlindən Ba kıda yeni kağ ız pulla r - "Ba kı bonları" bura xıldı (bu za manadək tədavüldə "Nikolay" pulları və
"Kerenski" pul vahidlə ri işlənird i). Milli pul vahid inin möh kə mləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlan ması
ilk va xt lardan Höku mətin iqtisadi siyasətinin əsas məsələsi oldu. Çünki milli valyuta inflyasiya ş əraitində dövriyyəyə
buraxılmışdı. Höku mət həm əvvəlki