404
"Elektriçeskaya sila" səhmdar cəmiyyətinin şəhər kontorunda işə girmiş, şəhərdə ermən i-müsəlman toqquşmalarının
qarşısını almağa çalışmışdır. 1906 ildə RSDFP Bakı təşkilatının tapşırığ ı ilə "Bayrağ i-nüsrət" ("Zəfər bayrağı") adlı partiya
döyüş drujinasını yaratmışdı. Əzizbəyov bolşevik "Dəvət-Qoç" və "Prizıv" qəzetləri nəşrin in təşkilində və yayılmasında fəal
iştirak etmiş, 1906 ildə İran sosial-demo krat "İctimaiyyun-amiyyun" ("Mücahid") partiyası MK-nın ü zvü, Bakı şəhər
dumasına seçki kampan iyasının rəhbərlərindən biri seçilmişdi. 1908 ildə Peterburq Texnologiya İnstitatunu bitirərək,
mühəndis-texnoloq və energetik d iplo mu almışdır. Bakıya qayıdan Əzizbəyov "Nicat" mədəni-maarif cəmiyyəti idarə heyəti
sədrinin müavin i seçilmişdir. 1908-10 illərdə RSDFP Bakı ko mitəsinin tapşırığı ilə İran inqilabına (1905-11) kö mə k et mə k
üçün bir neçə dəfə oraya getmiş, inqilabçılar üçün gizli ədəbiyyat və silah aparmışdır. 1909 ildə Bakıda yaradılan İran
İnqilabçılarına Yardım Ko mitəsinə başçılıq etmişdir. Həmin ildə yenidən "Nicat" cəmiyyəti sədrinin müavin i seçilən
Əzizbəyov 1910 ildə Bakı şəhər du ması ü zvlüyünə namizəd irəli sürülmüş, şəhər özünüidarəsi rəisi vəzifəsində çalış maq
üçün Rəştə dəvət edilməsi ilə əlaqədar o laraq İrana getmiş, Ən zəlidə və Rəştdə inqilabi iş aparmışdır. 1911 ildə Bakı şəhəri
əhalisinin yo xsul təbəqələrinə yardım göstərmək üçün şəhər özünüidarəsi yanında tikinti bürosu açmış, həmin il Bakı şəhər
dumasının üzvü seçilmiş, burada yoxsulların mənafeyin in müdafiəçisi kimi çıxış etmişdir. Əzizbəyov şəhər elektrik texniki
vəzifəsində çalış mış, şəhər me marı o lmuş, Şolla r-Bakı su kə məri çə kilişinə ba xan icra iyyə ko missiyasının və elektrik
ko missiyasının üzvü seçilmiş, 1914 ildə Bakı fəh lələrin in ü mu mi tətilin in hazırlan masında iştirak etmişdir.
Əzizbəyov 1915 ildə "Milliyyətindən asılı olmayaraq, qaçqınlara yardım ko mitəsi" sədrinin müavini, 1917 ildə
"Hümmət" bolşevik təşkilatı müvəqqəti ko mitəsinin üzvü seçilmişdir. Bakı müsəlman sosialist partiyaları bürosunun s ədri
olan Əzizbəyov Qafqaz müsəlmanlarının Bakıda keçirilən qurultayında iştirak və çıxış etmişdir. 1917 ildə Bakı quberniyası
ərzaq ko mitəsinin müvəkkili kimi qəzalara ezam edilmiş, bolşevik Bakı Ko mitəsinin heyətinə cəlb o lun muş, yerli hü mmətçi
bolşeviklərlə əlaqə yaratmaq üçün Tiflisə getmişdir. Mərkəzi tətil ko mitəsinin üzvü kimi, 1917 il sentyabrın sonunda Bakı
fəhlələ rin in ü mu mi tətilinə rəhbərlik et mişdir. Oktyabr çevrilişindən (1917) sonra isə sovet Rusiyasının tərəfdarı olmuşdur.
Oktyabrın sonunda bolşevik Bakı Ko mitəsinin və "Hü mmət" təşkilatın ın siyahısı ilə şəhər du masına üzv seçilmişdir.
Bolşevik partiyasının Qafqa z Diyar Ko mitəsi tərəfindən Cənubi Qa fqazdan Müəssislər məclisinə na mizəd liy i irə li sürülən
bolşeviklər içərisində Əzizbəyovun da adı var idi.
Əzizbəyov 1917 il oktyabrın 31-də "Qənaət" kooperativ cəmiyyətinin sədr müavini seçilmiş, 1918 il yanvarın 31 -
də Bakı quberniyası ərzaq təşkilat larının nə zarətçi-təlimatçısı təyin o lunmuşdur. Elə hə min va xt Qırmızı qvardiya dəstələri
yaradan təşkilat ko missiyasının tərkib inə seçilmişdir. 1918 ilin ma rtında Azə rbaycan milli qüvvələrinə qarşı mübarizədə fəa l
rol oynamışdır. İnqilabi Müdafiə Ko mitəsi tərəfindən Bakı şəhəri müsəlman hissəsinin mühafizə ko missarı, az sonra isə
quberniya ko missarı təyin ed ilmiş, Bakı kəndlərinə gedərək, əhalini sovet hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır.
1918 ilin aprelində Şa ma xı qəzasında vəziyyəti yoxla maq üçün yaradılan fövqəladə təhqiqat komissiyasına seçilmiş,
Şamaxıda ermənilərin törətdikləri vəhşiliklərdən sarsılmış, burada baş verənlər haqqında ürək ağrısı ilə məlu mat vermişdir.
Əzizbəyov S.Şau myanın başçılıq etdiy i Bakı Xalq Ko missarları Sovetində (BXKS) quberniya ko missarı id i. O,
1918 il mayın 9-da BXKS daxili işlər ko missarının müavini təyin olun muş, mayın 26-29-da Bakı qəzası kəndli deputatları
sovetinin 1-ci qurultayının işində fəa l iştira k et miş və ic raiyyə ko mitəsinin sədri seçilmişdir. İyunun 9-da "Hü mmət"
təşkilatı ko mitəsinin yeni heyətinin fə xri sədri seçilmişdir.
Bakı Sovetinin 25 iyul tarixli fövqəladə iclasında ingilis qoşunların ın Bakıya dəvət olunması əleyhinə çıxış etmişdir.
BXKS-nin süqutundan sonra qırmızı əsgər dəstələrinin Bakıdan sovet Həştərxanına köçürülməsin i təşkil et miş, Ba kın ın a zad
olunması uğrunda vuraşan Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə iştirak etmişdir.
Avqustun 17-də Ba kı ko missarları ilə birlikdə "Sentro-kaspi diktaturası" tərəfindən həbs edilmiş, sentyabrın 14-dək
həbsxanada sa xlanmışdır. Sentyabrın 17-də BXKS-n in digər ü zvlə ri ilə b irlikdə Zakaspi höku məti tərəfindən həbs edilib,
Krasnovodskda (indiki Türkmənbaşı) həbsxanaya salın mış, sentyabrın 20-də Krasnovodskın 207 kilo metrliyindəki
Ağcaqum çölündə güllələn mişdir.
Əd.: Sovet hakimiyyəti uğrunda alovlu mübariz Məşədi Əzizbəyov. Nitqlər, sənədlər və materiallar, B., 1976;
Qazıyev M.A., Məşədi Əzizbəyov. Həyat və fəaliyyəti, B., 1976; Азизбеков П.А., Мешади Азизбеков, Б, 1956.
405
F
FEVRAL ĠNQĠLABI (1917) - Rusiyada monarxiyanın devrilməsi ilə nəticələnən demokratik inqilab. 1917 il
fevralın 23-də başlamış, 28-də qalib gəlmişdir. Həmin gün Dövlət du masının Müvəqqəti Ko mitəsi yaradıldı və bu ko mitə
hökumət funksiyaların ı öz ü zərinə götürdü. Ro manovlar mütləqiyyətinə son qoyuldu.Martın 2-də knyaz G.Y.Lvov başda
olmaqla Müvəqqəti hökumət təşkil edildi. Höku mətin qarşısına qoyduğu əsas vəzifə ölkədə qayda-qanun yaratmaq,
Müəssislər məclisinə seçkilər keçirmək idi.
Petroqradda inqilabın qələbəsi xəbəri Bakıya martın 2-də çatdı. Martın 3-də Bakı fəhlələri birgünlük tətil keçirməklə
Petroqrad inqilabçıları ilə həmrəy o lduqların ı bildirdilər. Martın 5-də Bakı İctimai Təşkilatları Şurası və onun Müvəqqəti
İcraiyyə Komitəsi təşkil edildi. Martın 7-nə keçən gecə Bakı rayonu fəhlə deputatları soveti formalaşdı. Beləliklə, Rusiyanın
digər yerlərində olduğu kimi, Azə rbaycanda da ikiha kimiyyətlilik meydana gəldi. Martın 3-də Cənubi Qa fqazda mülki
hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Ko mitəsinə - OZA KOM -a verild i (ba x OZAK OM).
Fevral inqilab ı azərbaycanlıların siyasi fəallığ ını artırd ı. Martın 27-də Bakı Müsəlman İctimai təşkilatların ın İcra-
iyyə Komitəsi yaradıldı. "Müsavat" partiyasının üzvü Məmməd Həsən Hacınski onun sədri seçild i.
Yeni inqilab i şəraitdə Azərbaycan xalqın ın arzu və istəklərini müəyyənləşdirmək məqsədilə 1917 il aprelin 15-20-
də Bakıda Qafqa z müs əlmanla rın ın qurultayı keç irild i.
1917 ilin mayında Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı oldu. Qurultay nümayəndələrinin əksəriyyəti
Rusiya müsəlmanlarının milli-məhəlli mu xtariyyəti ideyası lehinə səs verdilər.
1917 ilin yayı və payızında Rusiyada, o cü mlədən Cənubi Qafqazda, xüsusən Bakıda siyasi qüvvələr arasında
mübarizə kəskinləş məkdə id i. A zərbaycan milli hərəkatının aparıcı siyasi təşkilatı olan "Müsavat" partiyasının nüfuzu
getdikcə artmaqda idi. Partiyanın 1917 ilin oktyabrında keçirilən 1-c i qurultayı Azə rbaycanın ictima i həyatında əhə miyyətli
hadisə oldu. Quru ltayın qətnaməsində partiyanın Mə rkə zi Ko mitəsinə Azə rbaycana mu xta riyyət ə ldə edilməsi üçün bütün
tədbirləri görmək və Mərkə zi Müsəlman Ko mitəsi qarşısında A zərbaycan Müəssislər Məclisini çağırmaq tələb ini qoymaq
tapşırılırd ı. Fevral inqilabın ın qələbəsindən sonra Azərbaycanda milli hərəkatın daha kütləvi və siyasi səciyyə alması,
konkret iqt isadi tələblər irə li sürülməsi, əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası ətrafında birləşməsi kimi yeni
mə rhələ başlandı.
Fevral inqilab ından sonra "Hümmət" təşkilat ının da fəa liyyəti gücləndi. İnqilabdan dərhal sonra Ba kı və digər
şəhərlərdə ikinci hakimiyyət orqanı kimi yaradılan Fəhlə və Əsgər Deputatları Sovetləri içərisində nisbətən nüfuzlusu Bakı
Soveti hesab edilirdi. Ba kı Sovetinin tərkibində a zərbaycanlıla r yo x dərəcəsində id i. Sovetin tərkib i və rəhbər heyəti
bütünlüklə ermənilərdən və ruslardan ibarət idi. 1917 ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyət çevrilişi etdikdən
sonra Bakı bolşevikləri eser-menşeviklərlə müsavatçılar arasında ziddiyyətlərdən istifadə edərək, Bakı Sovetində əsas
vəzifələ ri asanlıq la ələ keç irə bildilər. Bakı Soveti bütün bölgədə təkhakimiyyətliliyə nail o lmağa çalışırd ı. Bu dövrdə
Cənubi Qafqa z şərti o laraq iki hiss əyə parçalanmışdı: Rusiya bolşeviklərinin dayağına çevrilməkdə olan Bakı şəhəri və
Cənubi Qafqa zın qalan əra zisi. 1917 ilin dekabrında V.Lenin S.Şau myanı Qa fqaz işlə ri üzrə xüsusi ko missar təyin etdi.
Lakin menşeviklər, sağ eserlər, "Müsavat", "Daşnaksutyun" partiyaları Rusiya bolşevik höku mətinin hakimiyyətin i
tanımaqdan imtina edərək, "Müstəqil Zaqafqaziya hökuməti" yaratmaq haqqında qərar qəbul etdilər. Noyabrın 15-də
Zaqafqaziya Ko missarlığı yaradıldı.
1917 ilin sonlarında baş vermiş mühüm hadis ələrdən biri Umü mrusiya Müəssislər məclisinə seçkilər keçirilməsi
oldu. Cənubi Qa fqaz dairəsi üzrə seçkilə rdə bolşeviklər cə mi 4,4 fa iz səs toplaya bildilə r. Menşeviklər, müsavatçılar və
daşnaklar isə 73 faiz səs qazandılar.
Ümu mrusiya Müəssislər məclisi bolşeviklər tərəfindən buraxıldıqdan sonra, 1918 ilin fevralında Cənubi Qafqazdan
seçilmiş deputatlar Zaqafqaziya seymini yaratdılar. Sey mdə Azərbaycan siyasi partiyalarının 44 nü mayəndəsi var idi.
Seymin a zə rbaycanlı ü zvlə rinə Cənubi Qa fqaz Müs əlman Milli Ko mitəsi tərəfindən Azərbaycan Müəssislər Məclisin i
çağırmaq tapşırılmışdı.
Azərbaycan mu xta riyyəti uğrunda mübarizə genişləndikcə , Azə rbaycan milli hərə katının artan nüfuzundan təşvişə
düşən Bakı bolşevikləri, başda S.Şau myan olmaqla, daşnaklarla ittifaqda 1918 ilin yazında dinc türk-müsəlman əhalisinə