406
qarşı kütləvi soyqırımı törətdilər. Nəticədə, bolşeviklər Bakıda hakimiyyəti müvəqqəti olaraq ələ keçirə bild ilər (1918 il
iyulun 31-dək). Türk-müsəlman soyqırımla rı A zərbaycan milli hərəkat ını sarsıtmad ı. Cənubi Qafqa zın türk-müsəlman
əhalisini fiziki cəhətdən məhv o lmaq təhlü kəsindən xilas etmək üçün müstəqil Azərbaycan dövlətinin yaradılması zərurəti
meydana çıxdı. 1918 il mayın 28-də A zərbaycan Xalq Cü mhuriyyəti elan ed ild i.
Əd.: A zərbaycan tarixi,7 cilddə, c.5, B., 2001.
FƏHLƏ MƏSƏLƏS Ġ, işçi məsələsi - Azərbaycan Xalq Cü mhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri.
Cü mhuriyyət Hökuməti aqrar məsələ kimi, fəhlə məsələsini də həll edə bilmədi. Nəticədə, həmin məsələlərlə əlaqədar
Azərbaycan Xalq Cü mhuriyyəti Parla menti və Höku mətinə qarşı ciddi narazılıqlar yarandı. Hökumətlə mü xalifətdə olan
qüvvələr, ilk növbədə, Parlamentin sosialistlər fraksiyası bundan istifadə edərək, xalq arasında Cümhuriyyət hakimiyyətinə qarşı
geniş təbliğata başladı, narazılıqları daha da artırdı, tətil və nümayişlər təşkil etməyə müvəffəq oldu.
Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti 1918 il sentyabrın 17-də Gəncədən Ba kıya köçdükdən sonra oktyabrın
1-də Ba kı Xa lq Ko missarları Sovetinin neft s ənayesinin milliləşdirilməsi haqqındakı de kret və sərənca mla rın ı ləğv etdi.
Bütün neft sənayesi müəssisələri və onların hazır məhsulları keçmiş sahiblərinə qaytarıld ı. Sənaye müəssisələri üzərində
xüsusi mülkiyyət hüququnun bərpa edilməsi fəhlələr arasında narazılığa səbəb oldu.
1918 il dekabrın 7-də Azərbaycan Xa lq Cü mhuriyyəti Pa rla menti fəaliyyətə başladığı za man Fətəli xan Xoyskinin
müvəqqəti höku məti Parlament qarşısında istefa verdi və dekabrın 10-da Parlamentin ikinci iclasında ayrı-ayrı fraksiyalar
Höku mətin fəaliyyəti ilə bağlı öz partiyaların ın bəyannamələrini elan etdilər. İlk olaraq, ən iri fraksiyanın -"Müsavat"
fraksiyasının bəyannaməsi ilə fraksiyanın rəhbəri, "Türk ədəmi-mərkəziyyət "Müsavat" partiyasının sədri Məhəmməd Əmin
Rəsulzadə ç ıxış etdi. O, "Müsavat" partiyasının proqra mında daha geniş yer almış "Torpaq məsələsi" və "İşçi məsələsi"
barədə geniş məlu mat verdi. "Müsavat" partiyasının bəyannaməsində göstərilirdi ki, fəhlə ləri ağır, məşəqqətli zəh mətdən
qurtarmaq üçün, hər bir mu zdur, qulluqçu, əmələ və fəhlənin iş günü 8 saatdan artıq olmamalı, onlara kişi və qadmhğmdan
asılı olmayaraq, qanunla həftədə 24 saatlıq istirahət günü müəyyənləşdirilməlidir. 16 yaşına qədər uşaqların işləməsi
qadağan olunmalı, 16-18 yaşında uşaqlar gündə yalnız 6 saat işləməlidirlər. Qadınların onların sağlamlığı üçün zərərli olan
işlərdə çalışması qadağan edilməli, hamilə qadın lar doğuşdan 4 həftə qabaq və 6 həftə sonra, əmək haqları saxlanılmaqla,
işdən azad olunmalıdırlar. Qadınların işlədiy i fabrik və zavodların yanında südəmər uşaqlar üçün körpələr evi yaradılmalı,
uşaq əmizdirən ana hər 3 saatdan bir yarım saat işdən azad edilməlidir. İş qabiliyyətini tamamilə və ya qis mən itirmiş
fəhlələ r üçün sərmayədarlardan alınan vergi hesabına dövlət tərəfindən xüsusi sığorta fondu yaradılmalı və ə mək haqqı naqd
pulla ödənilməlid ir. Emalatxanalarda, fabrik və zavodlarda fəhlə əməyindən istifadəyə nəzarət məqsədilə müfəttişlər təyin
edilmə lidir. Sahib karlar tərə findən fəhlələ rin yaşayışı üçün ayrılmış evlərin və iş yerlərin in fəhlələ rin sağlamlığ ına müvafiq
olmasına iş verənlərin nüfuzundan asılı o lmayan s əhiyyə orqanlarının nəzarəti təmin edilməli, əmək qanunlarını pozan iş
sahibləri cinayət məsuliyyətinə cə lb olun ma lıd ır. Hər bir e malat xana, fabrik və zavodlarda yarısı iş sahibləri, yarısı isə
fəhlələ rdən ibarət xüsusi ko missiyalar yaradılma lıdır və s.
Hə min iclasda sosialistlər fra ksiyasının aqrar və fəhlə məsələsinə dair proqra mı barədə Aslan bəy Səfikürdski,
Əkbər ağa Şey xü lislamov və Əh məd Cövdət Pepinov çıxış etdilər. Onlar ö z çıxışlarında torpaq və fəhlə məsələsinin Sovet
Rusiyasının təcrübəsindən istifadə etməklə həll o lunmasın ı məsləhət görürdülər. "İttihad" fraksiyasının rəhbəri Qarabəy
Qarabəyov isə öz ç ıxışında onların part iyasının fəh lə məsələsinə münasibətindən bəhs edərkən dedi: "...Part iya mız geniş bir
dairədə fəhlə lərin səadətini təmin et məyə səy edəcəkdir. Yaln ız iş və sənaye aləmində anarxiya və keyfi-mayəşəyə meydan
vermə mək üçün sərmayə ilə cə miyyət miyanmda vaqe olan mübarizənin qanun üsuluna tabe olmasını tələb edir".
Azərbaycan Xa lq Cü mhuriyyəti Pa rla mentində yaran mış siyasi şəraitdən istifadə edən sosialistlər fra ksiyası tez-tez
Cü mhuriyyət Höku mətinin həyata keçirdiy i bu və ya digər siyasətə qarşı çıxır, ço x vaxt isə fəhlə məsələsinin həlli ilə bağlı
mü zakirələrdən hökumətə qarşı təzy iq vasitəsi kimi istifadə edird i. Digər tərəfdən, məh z Rusiya bolşeviklərinin təsiri ilə
Azərbaycanda, xüsusilə Ba kıda tez-tez fəhlə tətilləri keç irilirdi. Parla mentin de mə k o lar ki, e lə bir iclası o lmurdu ki, orada
sosialistlər fra ksiyasının nümayəndələri fü rsət tapıb fəhlə və ya torpaq məsələsini qald ırmasınlar. Hətta, və ziyyət o yerə
çatdı ki, 1919 il mayın 6-da keçirilən Parlament iclasında gündəlikdə duran məsələlər təxirə salınaraq həmin gün Bakıda
keçirilən ümu mbakı fəhlə tətili barədə məsələ mü zakirə olundu.
Bu barədə ilk olaraq ç ıxış edən Məhəmməd Əmir Rəsulzadə dedi: "B u tətili elan edən fəhlə konfra nsı adından
sui-istifadə edən təşkilatdır. Onlar bu tətilin məqsədinin iqtisadi tətil olduğunu deyirlərsə də, fəqət onların məqsədlərinin
nədən ibarət olduğu kimsədən ötrii gizli deyil". Parla mentin həmin ic lasında Höku mət adından çıxış edən baş nazir Nəsib
bəy Yusifbəyli bəyan etdi ki, bu tətillər iqtisadi tətillər deyil, Höku mətə qarşı yönəldilmiş sırf siyasi tətillərd ir. Tət ilin
təşkilatçıları "hər vasitə ilə Azərbaycanı Rusiyaya ilhaq etmək istəyirlər".
İclasda sosialistlər fraksiyası adından çıxış edən Səməd ağa Ağamalıoğlu dedi: "Fəhlələr Sizə zakonnu saldat de-
yillər ki, dədənizin qulu deyillər ki, (ümumi gülüş) istəmirlər, işləmirlər, vəssalam".
Sənaye müəssisələri ü zərində xüsusi mülkiyyət hüququnun saxlan ılması Cü mhuriyyət Höku mət inə və Parla-
mentinə fəhlə məsələsində köklü dəyişikliklər həyata keçirməyə imkan vermirdi. Bu vəziyyətdən istifadə edən sosialistlər
fraksiyası fü rsət düşən kimi məsələ qaldırır, onların həll olun mamasından istifadə edərək, fəhlələr arasında açıq və gizli