21
fəaliyyətindən və funksional vəziyyətindən asılı olub, onun
ixtisaslaşma səviyyəsinin xarakterik əlamətlərindən biridir.
Hüceyrənin differensasiyası
İnkişaf prosesində eyni quruluşa malik olan hüceyrələrdə
ixtisaslaşma gedir. Bu proses differensasiya adlanır. Hüceyrə
xüsusi vəzifə daşımağa başladıqda onun sitoplazmasında
müvafiq quruluş komponentləri meydana çıxır. Bu zaman
spesifik funksiya ifadə edən neyrofibrillər, tonofibrillər,
miofibrillər, kipriklər və s. əmələ gəlir. Differensasiya
zamanı hüceyrələr toxuma spesifikliyi qazanır, yəni
determinasiyaya uğrayır. Bu zaman bir tip toxuma
hüceyrələri digər tip toxuma hüceyrələrinə çevrilə bilmir.
Deməli, determinasiya və onun nəticəsi olan differensasiya
inkişaf prosesinin keyfiyyət əsasını təşkil edir.
Differensasiya
zamanı
leykositlər,
eritrositlər,
epidermisin buynuzlaşmış hüceyrələri, bağırsağın sekretor
hüceyrələri, sinir hüceyrələri və sümük hüceyrələri –
osteositlər çoxalma qabiliyyətini itirir. Amma xüsusi şəraitdə
ürək əzələsi və skelet hüceyrələri bölünür. Epiteli,
birləşdirici, sinir, əzələ toxuması hüceyrələri müxtəlif
differensasiya səviyyəsinə baxmayaraq, rüşeymin inkşaf
dövründə indeferent hüceyrələrdən differensasiya olunur.
Yaşlı heyvanlarda differensasiya olunmuş toxumalarda
hüceyrələrin çoxalması onlardakı maya qatın hesabına olur.
Bu qatdakı hüceyrələr kambial hüceyrələr adlanır.
Hüceyrənin çoxalması
Çoxhüceyrəli orqanizmin bütün hüceyrələri mayalanmış
yumurta hüceyrəsinin ardıcıl bölünməsi nəticəsində əmələ
gəlir. Hüceyrənin ontogenezi prosesində hüceyrə çoxalır,
differensasiya olunur, eyni morfoloji, genetik xüsusiyyətləri
saxlayır, həmin növ hüceyrə üçün xas olan xüsusiyyətlər
qazanır. Hüceyrə mitoz aə amitoz yolla çoxalır. Mitoz qabağı
dövr interfaza adlanır. İnterfaza hüceyrənin intensiv
22
böyüməsi, spesifik morfoloji və funksional xüsusiyyətlərin
qazanması ilə xarakterizə olunur. Mitoz 3 mərhələyə: G
1
, S,
G
2
bölünür.
G
1
- presintetik dövrdə hüceyrənin həcmi kəskin böyüyür,
həmin növ hüceyrə üçün xarakter olan PNK, fermentlər və s.
maddələrin sintezi fəallaşır.
S – sintetik dövrdə DNK – molekulları ikişər olur və
histonların sintezi güclənir, bu dövrdə hər bir xromosomda
cüt xromatidlər yaranır. DNK - nın sintezi və xromatidlərə
histonların birləşməsi 5-6 saata başa gəlir.
G
2
– post sintetik dövr ilk dövrlərə nisbətən qısa olur,
PNK (hüceyrənin bölünməsi prosesində iştirak edən PNK)
və zülalların sintezi olur. Xüsusən mitotik bölünməni təmin
edən axromatin iyin tubulin və s. zülalları sintez olunur.
Sentriollardan iki qız sentriolu formalaşır. Hüceyrə iki qrup
sentrioldan ibarət olur.
Mitoz 4 fazadan: profaza, metafaza, anafaza və
telefazadan ibarətdir. Profazada hüceyrə tonofibrilləri,
kipriklər, desmosomlar və s. İtirir, hər bir qız sentrosoma
ətrafında mikroborucuqlardan şüalı zona formalaşır.
Mikroborucuq sistemində bir-birindən aralanan hüceyrə
mərəkəzləri arasında mitotik iy formalaşır. Nəticədə
hüceyrədə iki qrup sentrioldan və onları əhatə edən radial
mikroborucuqlardan ibarət axromatin iy yaranır. Profazada
eyni vaxtda nüvədə də dəyişiliklər gedir, xromosomlar
spirilizasiya olunur. Xromatin kəltənləri böyüyərək birləşir,
yumaqcıqlara çevrilir, nüvəciklər itir, nüvə membranı
seqmentlərə parçalanır. Endoplazmatik şəbəkə iylə birləşir.
Hər xromozomda iki xromatid olur. Bunlar sentromerlə
axromatin iylə birləşir.
Metafazada – hüceyrə inkişafı başa çatdırır, xromozomlar
ekvatorial müstəvidə yerləşərək, birlikdə ana ulduzu yaxud
ekvatorial lövhə əmələ gətirir. Bala xromotidlərin hər biri
ancaq sentrosomla əlaqə saxlayır.
Anafazada – axromatin iy uzununa müstəvisi üzrə
23
dartılır, xromatidlər sentromerdən aralanır yeni qız
hüceyrənin sərbəst xromosomlarına çevrilir.
Telefaza – mitotik bölünmənin son mərhələsidir. Mitotik
aparatın mikroborucuqları tam dağılır və ana hüceyrədən iki
qız hüceyrə yaranır.
Heyvanların hər bir növünün hüceyrələrində müəyyən
miqdarda xromosom olur (İri buynuzlularda 60, atlarda 66,
donuzlarda 40, qoyunlarda 54, itlərdə 78). Hər bir xromosom
ölçülərinə və formasına görə fərqlənən biri-digərinə sıx
birləşmiş iki xromatiddən ibarət çubuqvari formada olur. Hər
bir xromozom sentromerlə iki çiyinə ayrılır. Sentromerin
yerləşmə yerindən asılı olaraq xromosomlar metasentrik
(bərabər çiyinli) submetasentrik (qeyri bərabər çiyinli) və
agrosentrik (sentromer xromozomun axırında) olur. Bəzi
xromozomlarda ikinci boyuncuqda olur. Burada PNK sintez
olunur. İkinci boyuncuq nüvəciklə əlaqədardır. Bu kiçik sahə
xromozomda peyk adlanır, xromozomların miqdarı, ölçüləri
və quruluş spesifikliyi kariotip adlanır.
Cinsiyyət xromosomlarından başqa, qalanları cüt
xromozomlar aytoxromosomlar adlanır. Dişilərdə yumurta
hüceyrəsində dişi xüsusiyyət daşıyan yalnız x xromosomu,
erkəklərdə isə həm x, həm də y xromosomları olur.
Xoruzlarda dişi xüsusiyyət daşıyan cüt z xromozomu,
dişilərdə isə erkək xüsusiyyətli w və z xromozomları olur.
Endomitoz – mitozun təbii gedişinin pozulması poliploid
hüceyrələrin əmələ gəlməsi ilə nəticələnir. Bu hüceyrələrdə
DNK-nın
miqdarı
artıq
olur.
Endomitoz
zamanı
xromozomların miqdarı hüceyrə qişası zədələnmədən artır.
Nəticədə tetraploid – 4 n, oktoploid 8 n hüceyrələr yaranır
(qaraciyər, sidik kisəsi və tüpürcək vəzisi hüceyrələrində).
Amitoz zamanı nüvədə heç bir morfoloji dəyişiklik
getmədən hüceyrə iki yerə bölünür. Bu proses funksiyasını
başa çatdıran orqan hüceyrələrində müşahidə edilir. Amitoz
generativ, degenerativ və reaktiv olur. Generativ bölünmə
zamanı hüceyrə tam bölünür, yəni əmələ gələn qız
Dostları ilə paylaş: |