177
NƏ ÖYRƏNDİNİZ?
İş vərəqində
“Radioaktivlik və nüvələrin radioaktiv çevrilməsi” mövzu-
sunda esse yazın.
ARAŞDIRMA
2
TƏTBİQETMƏ
Atomun enerjisi necə dəyişər?
Məsələ 2. Uran
-şüalanma nəticəsində
ℎ nüvəsinə çevrildi. Bu çevrilmə zamanı
ayrılan
enerjini və
zərrəciyin sürətini təyin edin.
Verilir
Həlli
= 238,125 a. k. v
= 4,00387 a. k. v
= 234,116 a. k. v
1 . . . = 1,6605 ∙ 10
1
= 10
= 1,6022 ∙ 10
.
−?
→
ℎ +
.
=
− (
+
) ∙ 931,5
.
=
∙
2
=
2 ∙
.
Nəticənin müzakirəsi:
Uran nüvəsinin -çevrilməsi prosesində neçə coul enerji ayrıldı? Bu çoxdur, yoxsa az?
Radioaktiv çevrilmə zamanı yaranan -zərrəcik hansı sürətlə nüvədən uzaqlaşdı?
Bu nüvə çevrilməsi -şüalanmanın hansı xassəsini təsdiq etdi?
Həyatla əlaqələndirin:
Son araşdırmalardan müəyyən olunmuşdur ki, insan gündəlik həyatda ən çox radonun ra-
dioktiv şüalanmasına məruz qalır. Bu radioaktiv inert qazın mənbəyi yaşadığımız evin
tikinti materialları (daş, kərpic, sement və s.), artezian quyusundan evimizə daxil olan su,
işlətdiyimiz təbii qazın yanma məhsulu və s. ola bilər. Mütəxəssislər
məsləhət görürlər ki,
bu şüalanmanın konsentrasiyasını azaltmaq üçün otaqların havası tez-tez dəyişdirilməlidir.
Aşağıda verilən hansı nüvənin -şüalanmasında radioaktiv radon alınır?
? →
+
+
.
Özünüzü qiymətləndirin:
№
Suallar
Bilirəm
zəif orta yaxşı
1 Hansı maddələr stabil, hansılar isə radioaktiv adlanır?
2
-, - və -şüalanmalarının xassələrini sadalayın.
3 - və -şüalanmasındakı zərrəciklərin elektrik yükləri-
nin işarəsini necə təyin etmək olar?
4
Nüvənin radioaktiv çevrilməsində hansı saxlanma qa-
nunları ödənilir?
5 Radioaktiv nüvənin -çevrilməsi reaksiyalarındakı və
simvolları nəyi bildirir?
6
-şüalanmanın yaranmasını necə izah etmək olar?
LAYİHƏ
178
4.9. RADİOAKTİV ÇEVRİLMƏ QANUNU
Hər bir radioaktiv maddə üçün müəyyən müddət vardır ki, həmin
müddətdə onun nüvələrinin yarısı çevrilməyə məruz qalır.
Radioaktiv nüvələrin yarısının çevrilməyə məruz qaldığı müddət –
yarımçevrilmə pe-
riodu adlanır. Yarımçevrilmə periodu
T hərfi ilə işarə edilir və BS-də vahidi
saniyədir.
İxtiyari
t = nT müddətindən sonra maddədə çevrilməyən nüvələrin sayı
radioaktiv çev-
rilmə qanunu ilə ifadə olunur:
N =
N
2
= N 2 .
Radioaktiv çevrilmə qanununu 1902-ci ildə E.Rezerford və F.Soddi aşkar etmişlər. Bu qanun
ixtiyari zaman anında radioaktiv çevrilməyə məruz qalmayan nüvələrin sayını müəyyənləşdir-
məyə imkan verir.
Hər bir radioaktiv izotopun öz yarımçevrilmə periodu var, məsələn: uran-238
izotopunun yarımçevrilmə periodu 4,5
milyard il, radium –226-nın isə 1600 ildir.
1960-cı ildə ABŞ fiziki Frenk Libbi (1908–1980) geoxrono-
logiyanın
radiokarbon metodunu müəyyənləşdirdiyinə görə
kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür. Bu
metodun köməyi ilə Yer kürəsi və
insan mədəniyyəti tarixində
baş vermiş müxtəlif hadisələrin – qayaüstü rəsmlərdən Misir
fironlarının məzarlıqlarına qədərki dövrün, Buz dövrünün baş-
lanğıcından heyvanlar və bitkilər aləminin “məhv” olduğu
dövrə qədərki hadisələrin, nisbətən “yaxın tarixi dövrə” aid
arxeoloji tapıntıların yaşını müəyyənləşdirmək mümkün oldu.
Geoxronologiyanın
müəyyənləşdirilməsi
niyə radiokarbon
metodu adlanır?
Radiokarbon meto-
du hansı fiziki qa-
nunauyğunluğa
əsaslanır?
E.Rezerford maddələrin radioaktiv çevrilmə prosesini araşdırarkən müəyyən etdi ki:
– radioaktiv maddələrin aktivliyi həmin maddənin
kütləsi ilə mütənasibdir;
– eyni radioaktiv maddə üçün müəyyən sabit zaman intervalı mövcuddur ki, bu
intervalda onun aktivliyi orta hesabla 2 dəfə azalır. Belə azalma həmin maddənin
halından (digər maddələrlə qarışığından, temperaturundan, təzyiqindən və s.) asılı
deyildir;
– müxtəlif maddələrin radioaktivliyinin azalma sürəti müxtəlifdir.
Beləliklə, radioaktivliyin azalma sürətini xarakterizə etmək üçün elmə
yarımçevrilmə periodu anlayışı daxil edildi.
Yarımçevrilmə periodu – verilən radioaktiv nüvələrin sayının orta hesabla ya-
rısının çevrilməyə məruz qaldığı zaman intervalıdır.
Məsələ 1. Arxeoloji tapıntının laboratoriyada analizindən məlum oldu ki, onun tərkibindəki
radiokarbon
izotopunun faizlə miqdarı səkkiz dəfə azalmışdır. Radiokarbon
izotopunun yarımçevrilmə periodu 5700 ildirsə, tapıntının neçə yaşı var?
Nəticənin müzakirəsi.
Maddənin yarımçevrilmə periodu nə deməkdir?
Tapıntının yarımçevrilmə periodu ilə yanaşı, onun daha hansı parametri məlum olma-
lıdır ki, tapıntının yaşını təyin etmək mümkün olsun?
ARAŞDIRMA
1
Tapıntının neçə yaşı var?
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika – 9
LAYİHƏ