10
idi. Saxsı qablar istehsalı ərzaq ehtiyatının saxlanılmasını asanlaşdırmış, məişətin
bütün sahələrində əsaslı dəyişikliyə şərait yaratmışdır. Onların yaradıcıları qadınlar
olmuşdu. Neolitdə insanlar qəbilə icması şəraitində yaşamış, «ana xaqanlığı»
hökm sürmüşdür.
E.ə. VI minillikdən Azərbaycan ərazisində eneolit (mis-daş dövrü)
başlamışdır. Bu dövr e.ə. IV minilliyə qədər davam etmişdir.Bu dövr daş dövrünün
başqa mərhələlərindən fərqlənir. Çünki qədim insanlar bu dövrdə daş məmulatı ilə
yanaşı metaldan da istifadə etmişlər. ilk vaxtlar misdən soyuq döymə üsulu ilə
müxtəlif əşyalar hazırlayırdılar. Zaman keçdikcə əmək vərdişləri artır, təkmilləşir
və qədim insanlar mis külçələrini əvvəlcə ocaqda qızdırmaq, sonra isə əritməklə
ibtidai metalişləmənin sirrlərinə bələd olurdular.
Azərbaycan ərazisində eneolit dövrü əkinçi-maldar tayfaları kiçik kəndlərdə,
qəbilə icmaları halında yaşamışlar. Yaşayış məskənləri çay kənarında, əkinçilik və
maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları və təsərrüfat tikintiləri
çiy kərpic və möhrədən dairəvi planda inşa olunmuşdur.
Eneolitin son mərhələsində (e.ə.IV minilliyin birinci yarısı) metalişləmənin
inkişafının yeni dövrü başlayır. Tunc dövrünə keçidin əsası qoyulur.
11
6.Azərbaycan Tunc və ilk Dəmir dövründə
Eramızdan əvvəl IV minilliyin ortalarından başlayaraq Eneolit dövrü Tunc
dövrü ilə əvəz olunur.Azərbaycan ərazisində bu dövr e.ə. II minilliyin sonlarına
qədər davam etmişdir. Ərazidə mis yataqları olması Azərbaycanda metalişləmə və
metallurgiyanın inkişafına şərait yaratmışdı. Təmiz misdən hazırlanan alətlər
kövrək olduğu üçün davamsız idi və tez xarab olurdu. Ona görə də qədim
sənətkarlar misin tərkibinə müxtəlif aşqarlar-məsələn, mərgümüş, sürmə, nikel,
daha sonralar qalay qataraq daha möhkəm metal-tunc əldə etmişlər.Əmək
alətlərinin, silahların, məişət və bəzək əşyalarının çoxu tuncdan hazırlandığından
bu dövr Tunc dövrü adlanır.
Cəmiyyətin həyatının bütün sahələrində böyük dəyişikliklər baş vermiş, ağır
zəhmət tələb edən kişi əməyi (xış əkinçiliyi, maldarlıqla, metalişləmə ilə məşğul
olmaq) irəli keçmiş, anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olunmuşdur.
Təsərrüfatın yeni sahələri meydana gəlmiş, əmlak bərabərsizliyi və sosial
bərabərsizlik yaranmışdır. Tunc dövründə Azərbaycanda böyük mədəni-etnik
birliklər – böyük tayfalar və tayfa birləşmələri meydana gəlmişdir.
Azərbaycanda tunc dövrü bir neçə mərhələyə-erkən, orta və son tunc dövrü
mərhələlərinə bölünür.
Erkən Tunc dövrü e.ə. 1Y minilliyin ikinci yarısıfndan III minilliyin sonuna
qədər davam etmişdir. Bu dövr üçün Azərbaycanda Kür-Araz mədəniyyəti
səciyəvidir. Çünki həmin mərhələyə aid olan abidələr ilk dəfə Kür-Araz ovalığında
öyrənilmişdir. Tunc dövrünün ilk mərhələsindən başlayaraq əkinçilik və maldarlıq,
habelə sənətkarlıq sahələrində xeyli inkişaf olmuşdur. Toxa əkinçiliyi xış əkinçiliyi
ilə əvəz edilmişdir. Bu dövrdə ilk ictimai əmək bölgüsü baş vermiş, əkinçilik
maldarlıqdan ayrılmışdır.
12
E.ə. III minilliyin axırı və II minilliyin əvvəllərində Orta Tunc dövrü
başlamışdır. Bu mərhələ e.ə. II minilliyin ortalarına qədər davam etmişdir. Orta
Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar arasında əlaqələr
genişlənmiş, iri yaşayış məskənləri yaranmışdı. Naxçıvan və Urmiya bölgəsindəki
bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər
yüksəlmişdir.Əkinçilikvə maldarlıq təsərrüfatın mühüm sahələrindən biri
olmuşdur.Sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində ibtidai icma
quruluşu dövründəki ikinci böyük ictimai əmək bölgüsü baş vermişdi, yəni
sənətkarlıq başqa istehsal sahələrindən ayrılmışdır.
Tunc dövrünün sonu-Erkən dəmir dövründə Azərbaycanda ibtidai icma
quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. X1V-XII əsrləri əhatə edir. Son tunc
dövründə cəmiyyətin həyatında yaranmış mühüm yeniliklər Erkən Dəmir dövründə
daha güclü şəkildə inkişaf etmişdir. Erkən (İlk) Dəmir dövrü e.ə. X1-VIII əsrləri
əhatə edir.
Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrünün yaşayış məskənləri,
qəbir abidələri (kurqanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri,
siklopik qalalar tədqiq edilmişdir. Bu abidələrdən məişət əşyaları, əmək alətləri,
silahlar və bəzək nümunələri tapılmışdır. Əhali şəhər və kəndlərdə yaşamışdır.
Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı üstün yer tutmuşdur. Maldarlığın
inkişafında atçılığın böyük rolu olmuşdur.Metal alətlərin tətbiqi, suvarma
kanallarının çəkilməsi əkinçiliyin inkişafına, məhsuldarlığın artmasına təkan
vermişdi. Torpaq qoşqu heyvanlarının (öküz, at) köməyi ilə şumlanmış, əkin
sahələri xeyli genişlənmişdi.Son Tunc və İlk Dəmir dövründə Azərbaycanda
sənətkarlıq sahələri içərisində dulusçuluq xüsusi yer tuturdu. Saxsı qabların
istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. E.ə. II
minilliyin axırı – 1 minilliyin əvvəllərində dəmirdən müxtəlif əşyalar
hazırlanmışdır. E.ə. YII əsrdən başlayaraq dəmirdən istifadə geniş xarakter
almışdır.
Ön Asiya və Yaxın Şərq ölkələri ilə quru və su yolları vasitəsilə ticarət