Borc alanın maliyyə vəziyyətinin təhlilini müəyyən ardıcıllıqla aparmaq daha məqsədə uyğundur
1. borc alanın aktivləri va passivlərinin quruluşunun təhlili
2. borc alanın pul axınlarının təhlili
3. borc alanın maliyyə möhkəmliliyinin təhlili
4. borc alanın fəaliyyətinin səmərəliliyi
Aktivlərin onların istehsal prosesinde iştirakı likvidlik səviyyəsinə görə; passivlərin isə təşkili mənbələrinə və onların müddətlilik səviyyəsinə görə qruplaşdırılır.
Təhlilin ilk mərhələsində son üç ay üçün satışdan gəlirin orta aylıq məbləği müəyyən edilməlidir. Satışdan gəlirə mövsümliliyində təsiri öyrənilməlidir. Bu araşdırılmalarla yanaşı gələcəkdə borc alanın hesabına daxil olası pul axınları da proqnozlaşdırılmalıdır.
Hesabların cari vəziyyəti borc alanın ödəmə qabiliyyətinin müasir vəziyyətini və gələcək perspektivini müəyyən edir.
Maliyyə möhkəmliyinin müəyyənləşdirilməsinda likvidlik dərəcəsindən istifada edilir. Bu məqsədlə: cari likvidlik əmsalı örtülmə əmsalı müstəqillik əmsallarından istifadə edilir: Cari likvidlik əmsalı = pul vəsaitləri + debitor borcları + qısa müddətli borc öhdəlikləri məbləği / Qbö
Əmsal l-dan yüksək olduqda əla; 0,75- ila 1 arasında olduqda yaxşı; 0,5-0,75 arasında olduqda kafi, 0,5 aşağı olduqda qeyri qənaatbəxş hesab edilir.
Örtülmə əmsalı müəssisənin ödəmə qabiliyyətini müəyyənləşdirir.
Örtülmə əmsalı = dövriyyə aktivləri məbləği - bir ildən artıq müddətə debitor borcları / qısa müddətli öhdəliklərin məbləği
Göstərici 1-0 qədər olduqda qeyri qənaətbəxş 1,0-1,4-a qədər olduqda qənaətbəxş, 1,5-dan 1,74 qədar olduqda yaxşı, 1,74-dan çox olduqda əla hesab edilir.
Dostları ilə paylaş: |