33
Hacı Şərəfdən sonra onun oğlu Məlik Şəmsəddin Bidlis hökmdarı (1399-1425) olur.
Teymurləng zamanında qaçaq düşən Qara Yusif Qaraqoyunlu Teymurun ölümündən sonra
1405-ci ildə öz tərəfdarları ilə birlikdə əvvəlcə Diyarbəkir kürdlərinə, daha sonra Bidlis
əmiri Məlik şəmsəddinə pənah gətirir. F.Metsopskinin yazdığına görəMəlik Şəmsəddin
Qara Yusifi böyük hörmətlə: duz-çörəklə qarşılamış, ona silah, at, qatır, çoxlu miqdarda
hərbi sursat bağışlamışdır (50,22-23).
Qara Yusif öz qızını Məlik Şəmsəddinə ərə verir, o isə Pasin rayonu ilə Onik
qalasını qayınatasına (Qara Yusifə) bağışlayır.
Burada bir qədər qüvvə toplayan Qara Yusif 1406-cı ildə Teymurləngin nəvəsi Əbu
bəkrin ixtiyarında olan Çuxur Səəd qalasına hücum etdi. Həmin döyüşdə qalib gələn Qara
Yusif Mərənd, Naxçıvan, Şərur və Makuna da ələ keçirir.
Qara Yusif şah olan kimi (1410-cu il) Mum və Əxlat rayonlarının Bidlis əmirliyinə
qıtılması barədə fərman verdi. Tarixçilərinə yazdığına Qara Yusiflə Məlik Şəmsəddin
arasındakı dostluq və ittifaq o dərəcəyə çatmışdı ki, Qara Yusif ona “oğlum” deyə
müraciət edirdi (15,99).
1420-ci ildə Qara Yusif öləndən 40 gün sonra Teymurləngin oğlu Şahrux Mirzə
Kürdüstana gəlir və Əxlat nahiyyəsində Mərku adlanan yerdə düşərgə salır. Digər kürd
əmirləri ilə birgə Məlik Şəmsəddin ona tabe olduğunu bildirmiş və beləliklə öz əmirliyini
qoruyub saxlamışdır. Ş.X.Bidlisinin yazdığna görə Məlik Şəmsəddin öz adına xütbə
oxutdurmuş və sikkə zərb etdirmişdir (15,101). Kürdlər arasında ona “Şəmsəddin əl-
Kəbir” adı verilmişdi.
1453-cü ildən Diyarbəkir və Ermənistanda hökmdarlıq edən Ağqoyunlu Uzun
Həsən 1468-ci ildə Qaraqoyunluları məğlub edərək bəzi kürd əmirliklərini də öz itaəti
altına salmağa başladı. O, Bidlis qalasını işğal etmək üçün Süleyman bəyin Başçılığı
altında böyük qüvvə ilə qoşun göndərdi. Qalan üç il mühasirədə saxladığı üçün
müdafiəçilər arasında baş verən xəstəlik çoxlu sayda insanın məhvinə səbəb olmuşdu.
1471-ci ildə Uzun Həsən Bidlisin üzərinə yeni qüvvə ilə qoşun göndərdi. Əmir
İbrahimin sülh təklifini Uzun Həsən qəbul etdi. Beləliklə, 1471-ci ildən 1498-ci ilədək
Bidlis əmirliyi Ağqoyunlu hökumətinin tabeliyinə keçdi. 1501-ci ildə Bidlis əmirliyində
hakimiyyəti ələ alan Əmir Ş ərəf (Şərəf xan Bidlisinin babası) 1533-cü ilədək müəyyən
fasilələrlə demək olar ki, əmirliyi müstəqil idarə etdi.
1532-ci ildə Şah Təhmasib Əmir Şərəfi Kürdüstanın bəylərbəyisi təyin etdi və
Osmanlılarla Azərbaycanın sərhədlərinin təhlükəsizliyini qorumağı ona tapşırdı. 1533-cü
ildə Bidlis əmiri Şərəf xan öldürülür. 1535-ci ildən Bidlis əmirliyi Osmanlı hökumətinin
bir vilayətinə çevrilir, yalnız 43 ildən sonra-1578-ci ildə “Şərəfnamə”nin müəllifi, Əmir
34
Şərəfin nəvəsi Şərəf xan Bidlisinin hakimiyyətinə verilir və müstəqil əmirlik kimi
fəaliyyətə başlayır. 1588-1596-cı ildə Bidlis əmirliyinə Şərəf xanım oğlu Şəmsəddin bəy
hakimlik etmişdir.
V.Nikitin qeyd edir ki, XVI-XVII-XVIII əsrlərdə Bidlis əmirliyi çox vaxt Osmanlı
hökumətinə tabe olmurdu. Ona görə də XIX əsrin ortalarında (1849-cu il) Türkiyə
əmirliklərini tamamilə ləğv etmək qərarına gəldikdə əvvəlcə Bidlis əmiri Şərəf bəyi
Konstantinopola apardı və sonra Bidlis əmirliyini özünə tabe etdi (51,248). Tətqiqatçıların
yazdığına görə həmin ilədək (1849-cu il) Bidlis əmirliyi yarımmüstəqil halda Şərəfxan
Bidlisinin xələfləri tərəfindən idarə olunmuşdur.
Əsrlər boyu azadlıq uğrunda mübarizə aparan və yadelli işğalçılara boyun
əyməyən Kürdüstan vilayətlərindən biri də Dərsimdir (indiki Tunceli vilayəti).
N.Dərsiminin fikrinə görə Dərsim-iki kürd sözündən (“dər”-qapı: “sim”-gümüş) yaranıb
“Gümüş qapı” deməkdir (26,1). E.ə.VI əsrdə yunanlar bu yerə Daranis, Bisütun
kitabələrində isə Zuza (Zaza-zozan-“yaylaq”) deyilmişdir. Vilayətin qərbində yaşayan
Koçan tayfası Dərsimə “Kürdüstan qapısı” deyir. Xalq arasında Dərsim sözü Kürdüstan
sözünün sinonimi kimi işlənilmişdir.
Qədim Midiyanın vilayətlərindən biri olan Dərsim (Zuza) kürdləri bütün tarixləri
boyu müstəqil, azad yaşamaq uğrunda mübarizə aparmış, yadellilərə heç zaman boyun
əyməmiş və könüllü təslim olmamışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 600 ildən çox
yaşayan Osmanlı imperiyası döründə osmanlılar nə qədər çalışsalar sa, dərsimlilərin
iradəsini qıra bilməmiş, onları özlərinə tabe etməyə müvəffəq olmamışdır. Yalnız 1938-ci
ildə aviasiyanın (hərbi təyyarələrin) köməyi nəticəsində Dərsim vilayəti Türkiyəni
tanımağa məcbur olmuşdur.
Romalılar, Bizanslılar və İranlılar dəfələrlə bu dağlıq bölgəyə hücum etsələr də
onu ələ keçiər bilməmişlər. 1093-cü ildə Səlcuqlar Bizansı məğlub edib kürd
əmirliklərindən Van, Diyarbəkir, Bidlis, Muş, Sasun, Cabaqcur və s. ələ keçirsələr də,
Dərsimə daxil olmağa nail olmamışlar.
1224-cü ildə monqollar Səlcuq dövləti üzərinə hücuma keçərkən dərsimlilər dağ
keçidlərini tutaraq onlara yol verməmişdir. Anadolunu işğal etdikdən sonra Hülaku xan
Ərzincan vilayətinə hakim təyin etdiyi oğlu Pəşmuta Dərsimə hücum etməsini əmr
etmişdi. Monqol-tatar ordusu ilə Dərsim kürdləri arasında Qızıl kilisə yaxınlığında iki
aydan çox davam edən döyüşdə işğalçılar məğlub olub geri çəkildi.
Monqollardan sonra onların naibləri olan Elxanilər də Dərsim vilayətini özlərinə
tabe etdirə bilmədi. Qaraqoyunlular və Ağqoyunlular da Dərsim vilayətinə daxil olmağa
çalışsalar da öz məqsədlərinə nail ola bilməmişlər.
Dostları ilə paylaş: |