1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə15/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

33
Hacı Şərəfdən sonra onun oğlu Məlik Şəmsəddin Bidlis hökmdarı (1399-1425) olur.
Teymurləng zamanında qaçaq düşən Qara Yusif Qaraqoyunlu Teymurun ölümündən sonra
1405-ci  ildə öz  tərəfdarları  ilə birlikdə əvvəlcə Diyarbəkir  kürdlərinə,  daha  sonra  Bidlis
əmiri  Məlik  şəmsəddinə pənah  gətirir.  F.Metsopskinin  yazdığına  görəMəlik  Şəmsəddin
Qara  Yusifi  böyük  hörmətlə:  duz-çörəklə qarşılamış,  ona  silah,  at,  qatır,  çoxlu  miqdarda
hərbi sursat bağışlamışdır (50,22-23).
Qara  Yusif  öz  qızını  Məlik  Şəmsəddinə ərə verir,  o  isə Pasin  rayonu  ilə Onik
qalasını qayınatasına (Qara Yusifə) bağışlayır.
Burada bir qədər qüvvə toplayan Qara Yusif 1406-cı ildə Teymurləngin nəvəsi Əbu
bəkrin ixtiyarında olan Çuxur Səəd qalasına hücum etdi. Həmin döyüşdə qalib gələn Qara
Yusif Mərənd, Naxçıvan, Şərur və Makuna da ələ keçirir.
Qara Yusif şah olan kimi (1410-cu il) Mum və Əxlat rayonlarının Bidlis əmirliyinə
qıtılması  barədə fərman  verdi.  Tarixçilərinə yazdığına  Qara  Yusiflə Məlik  Şəmsəddin
arasındakı  dostluq  və ittifaq  o  dərəcəyə çatmışdı  ki,  Qara  Yusif  ona  “oğlum”  deyə
müraciət edirdi (15,99).
1420-ci  ildə Qara  Yusif  öləndən  40  gün  sonra  Teymurləngin  oğlu  Şahrux  Mirzə
Kürdüstana  gəlir  və Əxlat  nahiyyəsində Mərku  adlanan  yerdə düşərgə salır.  Digər  kürd
əmirləri ilə birgə Məlik Şəmsəddin ona tabe olduğunu bildirmiş və beləliklə öz əmirliyini
qoruyub  saxlamışdır.  Ş.X.Bidlisinin  yazdığna  görə Məlik  Şəmsəddin  öz  adına  xütbə
oxutdurmuş  və sikkə zərb  etdirmişdir  (15,101).    Kürdlər  arasında  ona  “Şəmsəddin əl-
Kəbir” adı verilmişdi.
1453-cü  ildən  Diyarbəkir  və Ermənistanda  hökmdarlıq  edən  Ağqoyunlu  Uzun
Həsən  1468-ci  ildə Qaraqoyunluları  məğlub  edərək  bəzi  kürd əmirliklərini  də öz  itaəti
altına  salmağa  başladı.  O,  Bidlis  qalasını  işğal  etmək  üçün  Süleyman  bəyin  Başçılığı
altında  böyük  qüvvə ilə qoşun  göndərdi.  Qalan  üç  il  mühasirədə saxladığı  üçün
müdafiəçilər arasında baş verən xəstəlik çoxlu sayda insanın məhvinə səbəb olmuşdu.
1471-ci  ildə Uzun  Həsən  Bidlisin  üzərinə yeni  qüvvə ilə qoşun  göndərdi. Əmir
İbrahimin  sülh  təklifini  Uzun  Həsən  qəbul  etdi.  Beləliklə,  1471-ci  ildən  1498-ci  ilədək
Bidlis əmirliyi  Ağqoyunlu  hökumətinin  tabeliyinə keçdi.  1501-ci  ildə Bidlis əmirliyində
hakimiyyəti ələ alan Əmir Ş ərəf (Şərəf  xan  Bidlisinin  babası) 1533-cü  ilədək  müəyyən
fasilələrlə demək olar ki, əmirliyi müstəqil idarə etdi.
1532-ci  ildə Şah  Təhmasib Əmir Şərəfi  Kürdüstanın  bəylərbəyisi  təyin  etdi  və
Osmanlılarla  Azərbaycanın  sərhədlərinin  təhlükəsizliyini  qorumağı  ona  tapşırdı.  1533-cü
ildə Bidlis əmiri Şərəf xan öldürülür.    1535-ci ildən Bidlis əmirliyi Osmanlı hökumətinin
bir  vilayətinə çevrilir,  yalnız  43  ildən  sonra-1578-ci  ildə “Şərəfnamə”nin  müəllifi, Əmir


34
Şərəfin  nəvəsi  Şərəf  xan  Bidlisinin  hakimiyyətinə verilir  və müstəqil əmirlik  kimi
fəaliyyətə başlayır.  1588-1596-cı  ildə Bidlis əmirliyinə Şərəf  xanım  oğlu  Şəmsəddin  bəy
hakimlik etmişdir.
V.Nikitin qeyd edir ki, XVI-XVII-XVIII əsrlərdə Bidlis əmirliyi çox vaxt Osmanlı
hökumətinə tabe  olmurdu.  Ona  görə də XIX əsrin  ortalarında (1849-cu  il) Türkiyə
əmirliklərini  tamamilə ləğv  etmək  qərarına  gəldikdə əvvəlcə Bidlis əmiri  Şərəf  bəyi
Konstantinopola apardı və sonra Bidlis əmirliyini özünə tabe etdi (51,248). Tətqiqatçıların
yazdığına  görə həmin  ilədək (1849-cu  il) Bidlis əmirliyi  yarımmüstəqil  halda  Şərəfxan
Bidlisinin xələfləri tərəfindən idarə olunmuşdur.
Əsrlər  boyu  azadlıq  uğrunda  mübarizə aparan  və yadelli  işğalçılara  boyun
əyməyən  Kürdüstan  vilayətlərindən  biri  də Dərsimdir (indiki  Tunceli  vilayəti).
N.Dərsiminin fikrinə görə Dərsim-iki kürd sözündən (“dər”-qapı: “sim”-gümüş) yaranıb
“Gümüş  qapı” deməkdir  (26,1).  E.ə.VI əsrdə yunanlar  bu  yerə Daranis,  Bisütun
kitabələrində isə Zuza (Zaza-zozan-“yaylaq”) deyilmişdir.  Vilayətin  qərbində yaşayan
Koçan  tayfası  Dərsimə “Kürdüstan  qapısı”  deyir.  Xalq  arasında  Dərsim  sözü  Kürdüstan
sözünün sinonimi kimi işlənilmişdir.
Qədim  Midiyanın  vilayətlərindən  biri  olan  Dərsim (Zuza) kürdləri  bütün  tarixləri
boyu  müstəqil,  azad  yaşamaq  uğrunda  mübarizə aparmış,  yadellilərə heç  zaman  boyun
əyməmiş və könüllü təslim olmamışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 600 ildən çox
yaşayan  Osmanlı  imperiyası  döründə osmanlılar  nə qədər  çalışsalar  sa,  dərsimlilərin
iradəsini qıra bilməmiş, onları özlərinə tabe etməyə müvəffəq olmamışdır. Yalnız 1938-ci
ildə aviasiyanın (hərbi  təyyarələrin) köməyi  nəticəsində Dərsim  vilayəti  Türkiyəni
tanımağa məcbur olmuşdur.
Romalılar,  Bizanslılar  və İranlılar  dəfələrlə bu  dağlıq  bölgəyə hücum  etsələr  də
onu ələ keçiər  bilməmişlər.  1093-cü  ildə Səlcuqlar  Bizansı  məğlub  edib  kürd
əmirliklərindən  Van,  Diyarbəkir,  Bidlis,  Muş,  Sasun,  Cabaqcur  və s. ələ keçirsələr  də,
Dərsimə daxil olmağa nail olmamışlar.
1224-cü  ildə monqollar  Səlcuq  dövləti  üzərinə hücuma  keçərkən  dərsimlilər  dağ
keçidlərini  tutaraq  onlara  yol  verməmişdir.  Anadolunu  işğal  etdikdən  sonra  Hülaku  xan
Ərzincan  vilayətinə hakim  təyin  etdiyi  oğlu  Pəşmuta  Dərsimə hücum  etməsini əmr
etmişdi.  Monqol-tatar  ordusu  ilə Dərsim  kürdləri  arasında  Qızıl  kilisə yaxınlığında  iki
aydan çox davam edən döyüşdə işğalçılar məğlub olub geri çəkildi.
Monqollardan  sonra  onların  naibləri  olan  Elxanilər  də Dərsim  vilayətini  özlərinə
tabe  etdirə bilmədi.  Qaraqoyunlular  və Ağqoyunlular  da  Dərsim  vilayətinə daxil  olmağa
çalışsalar da öz məqsədlərinə nail ola bilməmişlər.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə