1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə11/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

24
artmağa başlayır. Bu fəallıq abbasilər xilafətinin zəiflədiyi X əsrin əvvəllərində daha ciddi
xarakter  alır.  Elə həmin  dövrdə (934-938-ci illərdə)
Deysəm  ibn  İbrahim əl-Kürdi
Azərbaycna əyalətində hakimiyyəti ələ keçirərək  müstəqil  dövlət  qurmağa  nail  oldu (Bu
barədə II hissədə geniş məlumat verilir)
928-ci  ildə görkəmli  kürd  sərkərdəsi,  deməli (sonralar  Azərbaycandili  mənbələrdə
milli) tayfasının  başçısı  Mərdəvic  ibn  Ziyar (Ziyar  ibn  Müsafir  890-cı  ildə Deyləm  və
Təbəristanı ərəblərdən  azad  etmişdi) Təbəristan  və Gürgan (Qorqan) əyalətlərində
hakmiyyəti ələ keçirərək Ziyarilər sülaləsinin (928-1045) əsasını qoydu (34,81). Mərdəvic
ibn Ziyar Həmədandan sonra Xalvan İsfaham ərəb işğalçılarından azad etdi. Beləliklə Şərq
Kürdüstan əyalətləri üzərində ərəb xilafətinin hakimiyyətinə son qoyuldu.
945-ci  ildə Əhməd  Buheyvinin  başçılığı  ilə Bağdadı ələ keçirən  və abbasilər
sülələsinin  hakimiyyətinə son  qoyan  buheyvilərin  qoşununda  kürdlərin  iştirakını  bir  çox
ərəb  mənbələri  təsdiq  edir  (33,64).  Hətta,  bəzi  tətqiqatçıların  fikrinə görə abbasilər
sülaləsinin (başqa  sözlə ərəb xilafətinin) hakimiyyətinə son  qoyan  Buheyvilərin  mənşəyi
kürdlərlə bağlıdır.
Ərəb  xilafətinin  dağılmağa  doğru  getdiyini  görən  bəzi  kürd  fedalları  öz
hakimiyyətlərini  gücləndirərək,  müstəqil  dövlət  qurmağa  başladılar.  Məsələn,  961-ci  ildə
bir sıra kürd tayfalarını öz ətrafında birləşdirən Həsənvayh ibn əl-Kürdi paytaxtı Dinavər
olan  müstəqil
Həsənvayhilər əmirliyinin  və sülaləsinin  (961-1015) əsasını  qoydu
(35,114). Həsənvay ibn əl- Kürdinin ölümündən sonra hakimiyyət onun oğlu Bədrə keçdi
(979-1015).  Həsənvayh əmirliyinə Həmədan,  Dinavər,  Həhavənd, Əsədabad  və digər
rayonlar daxil  idi.  Böyük  kürd  tarixçisi  Şərəf  xan  Bidlisi  yazır  ki,  Bədrin  hakimiyyəti
zamanı  Dinavərdən Əhvaza,  Xuzistana,  Burucizdə, Əsədabada  və Nəhavəndə qədər  olan
bütün qalalar, dağlar və düzənliklər Həsənvayh əmirliyinə tabe idi (11, 91).
Ərəb  mənbələri  Bədrin  öz əmirliyində islam  dininin  yayılmasına  və inkişafına
böyük  diqqət  yetirdiyini  qeyd  edirlər.  Məsələn,  İbn əl-Cauzi  yazır  ki,  Bədr  hər  il  20
nəfərin həccə getməsi üçün min dinar xərcləyir, hər cümə günü yoxsulları və dul qadınlara
1000 dirhəm verir, Həccə gedənlər üçün ayaqqabı tikilməsinə hər il 3000 dinar ayırır, hər
ay 20000 dirhəm ölənlərin kəfəni üçün xərcləyir. Daha sonra həmin müəllif qeyd edir ki,
Bədr öz ərazilərində 3000-dən çox məscid tikdirmişdir (33,72-73).
Ümumiyyətlə,  X-XIII əsrlərdə yadelli  işğalçılara  qarşı  mübarizəni  daha  da
gücləndirən  kürdlər  böyük  tayfa  imperiyası  yaratmağa  nail  olmuşdur.  Kürd
tarixşünaslığının  “şah əsəri”  olan  “Şərəfnamə”  də və digər  xalqlara  aid  bir  çox  elmi
mənbələrdə qeyd edildiyi kimi, bu dövrdə kürd sülalələri və tayfa birləşmələri Diyarbəkir,
Cəzirə,  Dinavər,  Şəhrizur,  Luristan,  Şam (Suriya),  Misir,  Fars,  Azərbaycan (Gəncə),
Ərməniyyə (indiki Ermənistan) və s. əyalətlərdə müstəqil hökumət təşkil etmişlər (29,51).


25
Onu da qeyd edək ki, həmin hökumətlərdən və sülalələrdən bəziləri öz müstəqilliyini  XIX
əsrin 30-cu illərinədək (Dersim kürdləri) qoruyub saxlaya bilmişdir.
Güclü  hökumət  qurmuş  və əsirlər  boyu  öz  hakimiyyətini  davam  etdirmiş  qüdrətli
kür  sülalələrindən  Şəddadilər (II  hissədə bu  sülalənin  Azərbaycan  və Ermənistan
ərazisində qurduğu  feodal  dövlət  haqqında  geniş  bəhs  edilir),  Mərvanilər,  Rəvvadilər,
Əyyabilər, Bani Ərdəlan, Bidlisilər, dərsimlilər və s. Xüsusi qeyd etmək lazımdır. Həmin
sülalələrin  qurduğu  müstəqil  hökumət  və dövlətlərin  tarixinə aid  xülasəni  burada  qeyd
etməyi məqsədəuyğun hesab edirik.
Rəvvadilər sülaləsinin  qurduğu  Rəvvadilər  dövləti  haqqında  Azərbaycan  sovet
Ensklopediyasının  VIII  cildində oxuyuruq:  “Rəvvadilər  dövləti-Azərbaycanda  orta əsr
feodal  dövləti (10 əsrin  yarısı-1116/17).  Paytaxt  təbriz  şəhəri  idi. Ərəb  xilafətinin
zəifləməsi dövründə meydana gəlmiş dövlətlərdən biri olan Rəvvadilər dövlətinin əsasını
Vəcna  ibn-Ər-Rəvvad qoymuşdur.  Hələ VIII  sərdən  Azərbaycanda  məskən salmış əzdi
ərəb nəslinə mənsub olan Rəvvadilər Marağa, Təbriz, Əhər və s. yerlərdə hakimlik etmiş,
hakimlik  etmiş,  Salarilər  dövlətin.  Son  qoyaraq,  Azərbaycanın  cənub  və cənub  qərb
vilayətlərində hakimiyyəti ələ keçirmişdilər” (37,128).  Elmi  mənbələrə əsasında  verilmiş
bu qısa məlumatda hər şey doğrudur; bircə faktdan-Əzdilərin ərəb əsilli olmasından-başqa
Rəvvadilərin  kürd  mənşəli  olması  və hələ VIII əsrdə ərəb  xilafətinə qarşı  mübarizə
aparması  haqqında  bir  çox  tətqiqatçılar,  o,  cümlədən  görkəmli  gürcü  alimi  A.M.
Menteşaşvili fikir söyləmişdir (36,3).
Rəvvadi
dövləti  haqqında  ASE-də
verilmiş  bu  qısa  məlumatda  onu  da
dəqiqləşdirməyə ehtiyac vardır ki, bu dövlətin ərazisi Azərbaycanın cənub və cənub-qərb
vilayətlərini deyil, həmçinin Kürdüstanın şərq hissəsini (İran Kürdüstanı) də əhatə edirdi.
Daha  sonra  ASE-də qeyd  olunduğu  kimi,  Təbrizdə möhkəmlənən  Rəvvad əl-Əzdi,
sonralar  isə onun  oğlu  Vəcna  ibn ər-Rəvvad  xilafətə tabe  olmaqdan  imtina  etdi.
Məhəmməd ibn ər-Rəvvadın dövründə Rəvvadi dövləti yarımmüstəqil fəaliyyət göstərirdi.
Vəhsudan  ibn  Məhəmməd  və onun  oğlu Məmlan  ibn  Vəhsudanın  hakimiyyəti  illərində
Rəvvadilər  dövləti  iqtisadi-siyasi  və mədəni  cəhətdən  inkişaf  etdi.  Müharibə zamanı
Rəvvadi  dövləti  100  minə yaxın  yaxın  piyada  və süvari  qoşunu döyüş  meydanına
çıxarmağa qadir idi (37,128).
Rəvvadi hökmdarları Vəhsadan ibn Məhəmməd və və Məmlan ibn Vəhsudan qərbə
doğru irəliləyən oğuzları, sonralar isə Səlcuqlara qarşı uğurla mübarizə aparmışlar. Belə ki,
1038-ci ildə Azərbaycana soxulmuş oğuzları məğlubiyyətə uğratdı və onlara qarşı Şəddadi
hökmdarı  ləşkəri  ilə ittifqa  girdi.  1054-cü  ildə Vəhsudan  Azərbaycanı  işğal  edən  Səlcuq
sultanı toğrula tabe oldu. Vəhsudanın yerinə keçən oğlu  Məmlan müstəqilliyə can atdığı


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə