1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

26
üçün  sultan  Alp  Arslan  tərəfindən  hakimyyətdən  salındı,  Rəvvadi  dövləti  müvəqqəti
olaraq süqut etdi.
1108-ci  ildə Rəvvadi  hökmdarı Əhməd  Yəl  Rəvvadi  dövlətinin  bərpə etməyə nail
oldu.  O,  1112-ci  ildə Suriyada  5  min  süvari  ilə səlibçilərə qarşı  müharibədə iştirak  etdi.
Əhməd  Yəlin  Bağdada  batinilər (batin-ərəbcə daxili  deməkdir,  batinilik-islam  dinində
təriqətçi  dini-fəlsəfi  təlmidir) tərəfindən  öldürülməsilə (1117-ci  il) Rəvvadilər  dövlətinə
son qoyuldu.
Rəvvadilərin  hakimiyyəti  dövründə çoxsaylı  feodal  müharibələrinə baxmayaraq,
Azərbaycanda  iqtisadiyyat,  elm,  mədəniyyət,  sənətkarlıq  və ticarət  xeyli  inkişaf  etmiş,
təbriz  şəhəri  abadlaşdırılmış  və ətrafına  hasar  çəkilmişdir.  Təsadüfi  deyil  ki,  görkəmli
Azərbaycan  şairi  Qətran  Təbrizi  Rəvvadi  hökmdarlarına  bir  sıra  qəsidələr  həsr  etmişdir
(37,128).
Qüdrətli kürd sülalələrindən biri də Mərvanilərdir. Tarixdə iki Mərvanilər sülaləsi
məlumdur:  birincisi-Əməvilər  sülaləsinin  sonuncu  xəlifəsi  olan  I  Mərvan  İbn əl-
Hakimidən (onun da anası kürd idi) başlanan qolu; ikincisi-Diyarbəkir hakimləri sülaləsi.
Kürd  mənşəli  Mərvanilər  haqqında  ASE-nin  VI  cildində verilmiş  qısa  məlumatda
oxuyuruq: “Kürd  mənşəli Mərvanilərin banisi tayfa başçısı Baz idi. Baz Ermənistan və
Kürdüstanda bir sıra qalaları ələ keçirmişdi. Onun varisləri sonralar Diyarbəkir, Xilafət və
mələgirdi tutaraq müstəqil hakimlik yaratdılar. Bir müddət Mosulda hakimlik etmişlər.
Mərvanilər Abbasilər, Fatimilər və Səlcuqilərlə, həmçinin Bizansla yaxşı menasibət
saxlamış,  bir  sıra  abadlıq  işləri  aparmışdılar.  Mərvanilərə Səlcuqilər  son  qoymuşdular”
(38,519).
Bu  qısa  məlumatın  götürüldüyü  “Müsəlman  sülalələri”  kitabında  (39)  Mərvanilər
haqqında  daha  geniş  materiallar  verilmişdir.  Tarixi mənbələrdə Mərvanilər  sülaləsinin
aşağıdakı hökmdarlarının adları öz əksini tapmışdır.
1) Həsən İbn Mərvan (990,997);
2) Məhəmməd əd- dövlə Səid (997-1011);
3) Nəsrəd-dövlə Əhməd ibn Mərvan (1011-1061);
4) Nizam əd-Dövlə Nəsr (1061-1063);
5) Səid (1063-1079);
6) Mənsur (1079-1085).
Onu  da  qeyd  edək  ki,  ASE-də Mərvanilərin  banisi  kimi  göstərilən  Bazın  adı
kürdlərin əfsanəvi  qəhrəmanı Əbu  Abdulla əl-Hüseyn  olmuşdur.  Mərvanilər  sülaləsinin


27
çiçəklənmə dövrü Əhməd  ibn  Mərvanın  hakimiyyəti  illərində (1011-1061) təsadüf  edir.
S.X.Bidlisi  “Şərəfnamə”  də qeyd  edir  ki,  “Kürdlərdən ilk  sultan” Əhməd  ibn  Mərvan
olmuşdur. Fatimilərlə, Vizantiya imperatoru Səlcuq sultanları ilə sülh müqaviləsi bağlayan
Əhməd ibn Mərvan ölkəsində iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün əlverişli şərait
yaratmışdır.
Təkcə Yaxın  və Orta  Şərq  deyil,  dünya  tarixinə qızıl  hərflərlə öz  adını  yazdırmış
kürd sülalələrindən biri Əyubilərdir. Bu sülalələrin tarixi, xüsusiləonun banisi Səlahəddin
Əyyubi  haqqında  onlarla  elmi  və bədii əsərlər  yazılmış,  filmlər  çəkilmişdir.  Təəsüf  ki,
dünya şöhrətli bu sülalə haqqında ASE-nin VI cildində cəmi bi neçə cümlə yazılmışdır.
Əyyubilər, Eyyubilər- Yaxın Şərqdə sülalə əsasını Misirdə Fatimilərin süqutundan
sonra  1171-ci  ildə Səlahəddin  qoymuşdur.  Sülalə Səlahəddinin  atası Əyyub  ibn Şadinin
adı  ilə adlandırılmışdır. Əyyubilərin  müxtəlif  qolları  12-13-cü əsrlərdə Misirdə (1171-
1250),  Suriyada  Dəməşq (1186-1260),  Hələb (1186-1260) və Xüms (1178-1262)),
Mesopotomiyada (1200-1945) və Cənubi Ərəbistan (1173-1228) hakimiyyətdəolmuşdur.
Misir Əyyubiləri səlibçilərlə mübarizənin başlıca təşkilatçılarından idi. Məmlüklərin hərbi
siyasi başlıca artması və sülalə daxilndəki çəkişmələr Əyyubiləri zəiflətdi. Əyyubilərin sas
Misir qolu 1250-ci ildə məmlüklərin sui-qəsdi nəticəsində süqut etdi (40,152).
Göründüyü kimi burada Əyyubilərin etnik mənsubiyyəti haqqında heç nə deyilmir.
Halbuki  təkcə küdr  müəlliflərinin  deyil,  çoxlu  sayda  xarici  ölkə alimlərinin,  görkəmli
şərqşünasların əsərlərində Əyyubilərin  kürd  mənşəyi  haqqında  açıq-aydın  yazılmışdır.
(7;12;21;22;23;25;35;36;41;42;43;44). Sülalənin banisi Səlahəddin Yusif ibn Əyyub 1138-
ci ildə İraqın Tikrit şəhərində anadan olmuşdur. Elmi mənbələrin verdiyi məlumatlara görə
onun atası Racəddin Əyyub və babası Şadi Rəvənd adlı kürd tayfasına aid olub, X əsrdə
yaşadıqları  Dvin (Dəbil,  Yerevan  yaxınlığında  yerləşir) şəhərindən (hazırda  şəhər  tipli
qəsəbədir) İraqa  köçmüşlər.  Yeri  gəlmişkən,  onu  da  qey  edək  ki,  İrəvan (Yerevan) 
İrandakı  rəvandüz  şəhərlərinin  adı  məhz  kürdlərin  qəhrəmanlıqlarla  dolu  tarix  yazan
Rəvənd tayfası ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, bu tayfa islam dünyasına,
Yaxın  və Orta  Şərqin  ölkələrinin  tarixinə parlaq  səhifələr  yazmış  iki  qüdrətli  kürd
sülaləsini (şəddadilər və Əyyubilər) bəxş etmişdir.
Rəvənd  tayfasının  görkəmli  nümayəndələrindən  olan  Şadi (Səlahəddinin  babası)
iki  oğlu (Racəddin Əyyub,  Əsədəddin  Şirkuh) ilə birlikdə İraqa  köçüb  burada
məskunlaşmışdır.
1164-1169-cu    illərdə Misirə qarşı  hərbi  yürüşlərə Səlabəddinin əmisi  Şirku
rəhbərlik edirdi. 1169-cu ildə Misirin paytaxtı Qahirə şəhərinə “ağ atın belində daxil olan”
Səlahəddin  hakimiyyəti ələ alaraq əyyubilər  sülaləsinin əsasını  qoydu.  Tarixçilər
Səlahəddinin şəxsi katibi əl-İsfahi onu “VIII əsrin Napalyonu” , “Qüdsin xilaskarı”, “Zəfər


28
çalan  şah”,  “Müsəlman  dünyasının  birləşdiricisi”  və s.  adlandırmışlar.  Görkəmli  inglis
yazıçısı  Valter  Skott  onu “Şərq  tarixində ən  böyük  şəxsiyyət
(fiqur)” adlandıraraq,
“Şirürəkli  Riçart”  romanında  qəhrəmanın  dili  ilə deyir: “Xaça  çəkilməmiş (yəni  xristian
olmayan) insanda  da  ola  biləcək  bütün  xeyirxahlıqlara  malik  bütpərəst  Səlahəddin  bu
müqəddəs torpaqları almaq ədalətli ola bilərdimi?!” (12,18). Şir ürəkli Riçardı (səlibçilərin
kralı) məğlub edən Səlahəddin onu öldürməyib buraxmışdı:
Əvvəlcə (1169-cu  ildə) Misir  hakiminin  vəziri  təyin  olunan  Səlahəddin  1175-ci
ildə Misir Sultanı elan olundu. Qısa vaxt ərzində Yəmən, Suriya, Livan, Fələstin, Əlcəzair,
Benqazi,  Diyarbəkir  və Nubiyanın  özünə tabe  etdirdi.  Səlibçilərə qarşı  qəhrəmancasına
vuruşan    Səlahəddin  1187-ci  ildə Hittin  məntəqəsi  yaxınlığında  xaçlıların  qoşununu
darmadağın edib, həmin ilin oktyabrının 2-də müqəddəs Qüds şəhərini, az sonra isə Suriya
və Fələstin  torpaqlarını  işğalçılardan (Avropanın  Xristian  qoşun  birləşmələri  olan
səlibçilər-“Xaç daşıyalar”)azad etdi.
1189-1192-ci illərdə baş verən III səlib yürüşü zamanı səlibçilərin böyük qüvvə ilə
(“xaçlıların”  birləşmiş  qoşunlarına  bu  yürüçdə Almaniya  imperatoru  I  Fridrix
Barborassa, Fransa kralı II Flipp Avqust, İngiltərə Kralı Şirürəkli Riçard başçılıq edirdi )
hücuma  keçdiyinə baxmayaraq,  Səlahəddinin  şəxsən  rəhbərlik  etdiyi  qoşun    avropalıları
darmadağın edib, onları döyüş meydanından qaçmaq məcburiyyətdində qoydu.
IV  cildində Əyyubilərin  mənşəyi  barədə susan  ASE  VIII  cldində bu  sülalənin
banisi Səlahəddin Əyyubinin “Türkləşmiş Kürd” olduğunu etiraf edir.
Burada bu görkəmli sərkərdə və dövlət xadimi  haqqında belə yazılmışdır:  “Mhir
döyüşçü  və siyasətçi  kimi  məşhur olmuş  Səlahəddin Əyyubi  öz  hakimiyyəti  dövründə
vergilri  qismən  azaltmış,  iqta  torpaq  mülkiyyətinin  genişləndirilməsi  və mədrəsələrin
tikintisinə şərait yaratmışdı”(37,372).
4 mart 1193-cü ildə Cəlaləddin Əyybi  Dəməşqdə qızdırma xəstəliyindən vəfat edir.
Buna baxmayaraq, onun qurduğu Əyyubilər hakimiyyəti 1252-ci ilədək davam etdi. Onun
hakimiyyəti  illərində Misir  və Suriya  padşahlığı ərəb  fəlsəfəsinin,  tarixşünaslığının  və
ədəbiyyatının  mərkəzinə çevrildi;  İslam  dini  və mədəniyyəti  regionda  öz  inkişafının
yüksək inkişaf səviyyəsinə çatdı.
Əsrlər  boyu (XII əsrdən-XIX əsrin  60-cı  illərinədək!)
gah  müstəqil,  gah  da
yarımmüstəqil hakimiyyət sürmüş küdr tayfa birləşməsi Bani Ərdalan Kürdüstan və İran
tarixinə öz damğasını vuran sülalələrdən biridir. Ş.X.Bidlisi “Şərəfnamə”də ərdalanlıların
adını  kürdlərin  güclü  tayfa  birləşmələri  olan  Həkəri  Soran  və Babanlarla  yanaşı  çəkir
(45,87).  Bani Ərdalan    kürdlərinin  tarixi  haqqında  çoxsaylı əsərlərdə geniş  məlumat
verildiyinə baxmayaraq,  müxtəlif  dövrlərdə yazılmış  iki kitab  dəyərli  elmi  mənbə kimi
daha çox diqqəti cəlb edir (46;47).


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə