1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

43
feodal-tayfa    rəhbərlərini  hakimiyyətə gətirməklə şirnikləndirir,  onları  bir-birinin  üzərinə
saldıqrmaqla  öz  məkrli  məqsədinə (regionda  yeganə hökmranlıq) nail  olmağa  çalışırdı
(70,115,59,30).
Belə bir  şəraitdə 1918-i  ilin  noyabrın  1-də Şeyx  Mahmud Barzanci (1882-1956)
Süleymaniyə əyalətinin hökmdarı elan edildi. Şeyx Mahmud Barzancinin məqsədi Mosul
vilayətinin bütün ərazisi də daxil olmaqla müstəqil Kürdüstan dövləti yaratmaq idi. O belə
bir dövlətin İngiltərənin himayəsi altında yaradılmasına razı idi və bunun üçün inglislərin
İrandakı  səlahiyyətli  komissarı  Arnold  Vilsona  40  kürd  tayfa  rəhbərlərinin  imzaladığı
sənədi təqdim etmişdi (71,129).
Əlbəttə, kürdlərin bu istədi ingilis müstəmləkəçilərinin maraqlarına uyğun gəlmirdi
və ona  görə də onlar  regionda,  xüsusilə neftlə zəngin  Mosul  vilayətində öz  mövqelərini
möhkəmləndirmək  üçün  Ş.M.  Barzaminin  nüfuz  dairəsini  daraltmağa  başladılar  (72,83).
Bundan  narazı  qalan  kürdlər    1919-cu  ilin  yazında  silahlı  üsyana  başladılar.  Həmin  ilin
aprelində gəyan (qayan)
tayfası  ZahodaƏhməd  Bazaninin  rəhbərlik  etdiyi  kürdlər
Barzan rayonunda  İnglis  işğalçılarına  qarşı  silahlı  mübarizəyə qalxdılar  (73,193).  May
ayının  20 –də İran  Kürdüstanından avroman tayfa birləşməsinin  rəhbəri  Mahmud-xan
Dizli kömək üçün öz silahları ilə birgə Süleymaniyə şəhərinə daxil oldu.
İnglislərin  xəyanətini  görən  Ş.M.  Barzanci  23  may  1919-cu  ildə inglislərin
Süleymaniyə şəhərindəki  siyasi  qərargahına  hücum  edib  siyasi  zabit  Qrinhouzu  və onun
bütün  şəxsi  heyətini  həbsə saldı  və Cənubi  Kürdüstanın  müstəqüilliyini  bəyan  etdi.
Süleymaniyə şəhərinin inzibati binası üzərində inglis bayrağı endirildi, onun yerində kürd
bayrağı  ucaldıldı  (74,32).  Öz  hakimiyyət  dairəsini  genişləndirən  Şeyx Mahmud  Kərkün
yolunda  yerləşən  Tasluca  dərəsində hərbi  texnika  ilə silahlanmış  inglislərin  dəstəsini
darmadığın  etdi.  Bunu  görən  inglislər  Şeyx  Mahmudun  üzərinə böyük  texnika  və canlı
qüvvə göndərdi.
18  iyun  1919-cu  ildə Dərbənde  Bazian  adlı ərazidə inglislərlə şiddətli  döyüş
zamanı  Ş.M.  Barzanci  yaralandı  və həbs  edildi.  Bu  məşğuliyyətdə ingilislərin      hərbi
texnikaya  görə üstünlüyündən  başqa,  öz  minliyti  mənliyini    pula  və vəzifəyə satan  kürd
feodal Muşir Həmay Süleymanın xəyanəti də müəyyən rol oynadı. O inglislərə bələdçilik
edərək,  gizli  aşırım  yolu  ilə onların  üsyançılara  arxadan  zərbə vurmasına  köməklik
etmişdi.
Beləkillə şeyx  Mahmud  Barzancinin  başçılıq  etdiyi  silahlı  üsyan  məğlubiyyətlə
nəticələndi. Lakin buna baxmayaraq, həmin  üsyan təkcə İraqda deyil, Kürdüstanın digər
parçalarında  da  milli-azadlıq  hərəkatının  yeni  dalğasına  təkan  verməklə öz  tarixi  rolunu
oynadı (75,410).
1920-1922-ci illərdə Türkiyə Osmanlı imperiyasının əldən getmiş torpaqlarını, o


44
cümlədən İraq ərazisini geri qaytarmaq üçün əlindən gələni etdi. 1922-ci ilin sentyabrında
türk  ordusu  Süleymaniyə şəhərinə yaxınlaşdı.  İnglislər  buradakı  mövqelərindən  geri
çəkilib Ərdəbil və Kərkün şəhərində yerləşməli oldular. Vəziyyəti öz xeyirlərinə dəyişmək
üçün  Şeyx  Mahmud  Barzanciyə müraciət  edərək  onu  sürgündən  Süleymaniyəyə geri
gətirdilər. (O  Hindistanda  sürgündə idi  ). Bağdatda  inglislərin  ali  komisarı,  İraqın  kralı
Feysəl  və Ş.M.  Barzanci  arasındakı  danışıqlarda  belə bir  razılıq əldə olundu:  1)  Ş.M.
Barzanci  Kürdüstan ərazisində öz  nüfuzundan  istifadə edərək  qayda-qanun  yaradacaq  və
türklərin  İraq ərazisinə soxulmasının  qarşısını  alacaq;  2)  İngilislər  muxtar  KÜrd
rayonunun yaradılmasında Şeyx Mahmuda köməklik göstərcək.
Beləliklə,  1922-ci  ilin  14  sentyabrında  Ş.M.Barzanci  yenidən  Süleymaniyə
vilayətinin hökmdarı (Seçki Şurasının Sədri) təyin olundu və həmin ilin oktyabrında iraqlı
hərbi  zabitlərin  və inglislərin  siyasi  komissarı  Noelin  müşaiyəti  ilə şəhərə daxil  oldu
(76,200-201).  Şeyx  Mahmud  tezliklə öz  hökumətinin  tərkibini  Bağdata  təqdim  etdi.  O,
Kürd dövlətinin başçısı, kardaşı Şeyx Qadir isə Baş nazir təyin olundu. Kürd dili  rəsmi
dil  elan  olundu.
Bu  dildə müxtəlif  markalar,  pul  nişanları  çap  olundu,  təhsil
müəssisələrinin yaradılması üçün tədbirlər həyata keçirildi.
Kürd  dilində əvvəlcə “Bangi  Kürdüstanın” (“Kürdüstanın  səsi”) daha  sonra  isə
“Ümidi  Kürdüstanın” (“Kürdüstanın  ümidi”),  “Röya  Kurdistan”  (“Kürdistanın  günəşi”)
qəzəlləri nəşr olunmağa başladı (77, 104).
1922-ci  ildə Şeyx  Mahmud  Barzani  kürdləri  muxtarriyyət  məsələsini müzakirə
etmək üçün öz nümayyəndələrini Bağdada göndərdi. Lakin ingilislər və Bağdadaın hakim
dairələri  kürdlərin  haqlı  tələblərini (İraq  çərçivəsində Muxtar  Kürdistanın  yaradılması)
qəbul etmədikləri üçün danışıqlar nəticəsiz başa çatdı. İngilislərin ona münasibətdə 1919-
cu  illəri  kimi  hərəkət  edəcəyindən  şübhələnən  Ş.M.Barranci  ingilislərə qarşı  olan
dairələrdə özünə müttəfiq axtarmağa məcbur oldı. Bu məqsədlə o, Türk höküməti və İraq
ərəbləri ilə danışıqlara başladı. Bunu görən ingilislər Seyx Mahmudu izahat vermək üçün
Bağdada  çağırdı. Lakin o, Bağdada getməkdəm imtina etdi (78,99).
1923-cü  ilin  martın  3-də ingilislər  Süleymaniyə şəhərini  hərbi  təyyarələrdən
bombalamağa  başladı.  İngilislərin  şəhəri  vəhşicəsinə dağıtmağa  başladığını  görən
Ş.M.Barranci  Süleymaniyyəni  tərk  edib  öz  dəstəsi  ilə dağlara  çəkildi.İngilislərə qarşı
silahlı  mübarizə aparan  Şeyx  Mahmud  digər  kürd  liderlərini  də milli  azadlıq  hərəkatına
qoşulmağa  çağırdı.  Lakin  bəzi  kürd  feodallıq  hərəkatına  qoşulmağa  çağırdı.  Lakin  bəzi
kürd  feodalları  və xüsusilə dini  rəhbərləri  onu  ingilis  “agenti”  adlandıraraq    köməkdən
imtina  etdilər.  Məsələn,  İran  kürdüstanının  bəzi  rəhbərləri  Ş.M.  Barzancinin  çağırışına
cavab  olaraq  bəyan  etdilər  ki,  onlar  ingilislərdən    asılı  olmayan  müstəqil  Kürdüstan
uğrunda  mübarizə aparırlar  (79). Əvvəlcə Ş.M.Barzanciyə ingilislərə qarşı  mübarizədə
kömək  edəcəyini  vədd  edən  Türk  hökuməti  1923-cü  ildə öz  mövqeyini  möhkəmləndirən


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə