1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

47
5). Kürdlərin yaşadığı rayonlar kürdlər tərəfindən idarə olunacaqdır;
6). Mədəniyyət və maarif sahəsində İraq Kürdüstanı muxtariyyət hüququna malik
olacaqdır;
7).  İraq  Kürdüstanında  məktəb  və xəstəxanalrın  tikintisi  üçün  hökumət  vəsait
ayıracaq  (54,168-169).  1944-cü  ilin  mart  ayında  İraq  hökumətinin  başçısı  Nuri  Səid
Kürdüstana səfər etdi. O, Kərkük və Ərdəbil şəhərlərindəki çıxışlarında özünün  də kürd
mənşəli  olduğunu, bu  xalqın  vətənpərvərliyini  və qəhrəmanlığını  təqdir  etdiyini,  İraq
hökumətinin kürdlərin bütün tələblərini yerinə yetirəcəyini bəyan etdi (88,98).
İraq  hökumətinin əvvələrdə belə vədlər  verib  yerinə yetirmədiyini  yaxşı  bilən  B.
Barzani 1945-ci ildə Azadlıq komitəsi yaratdı. Həmin komitənin bütün üsyan rayonlarında
özəkləri təşkil olundu. Həmin komitədən az əvvəl yaradılmış “Şoreş” (“İnqilab”) partiyası
da üsyançılara kömək edəcəyini bəyan etdi.
Bütün  bunları  görən  İraq  hökuməti  iki  üzlü  siyasətə üstünlük  verdi:  bir  tərəfdən
M.Barzaninin  yanına  vasitəçilər  göndərilir,  digər  tərəfdən  üsyanı  silah  gücünə yatırdmaq
məqsədi ilə hərbi əməliyyatlar hazırlanırdı.
1945-ci  ilin  avqustunda  İraq  hökuməti  ingilis  generalı  Rentonun  başçılğı  altında
Barzanilərin  üzərinə 25  mindən  yuxarı  silahlı  qüvvə yeritdi.  Bundan əlavə hökumətin
vəzifə və pul  ilə ələ aldığı  kürd  feodallarının  beş  minə yaxın  döyüşçüsü  də üsyançılara
qarşı hərbi əməliyyatlara cəlb edildi. Sentyabırda genişlənən ilk hərbi əməliyyatlar zamanı
M.  Barzaninin  partizan  dəstələri  hökumət  qoşunlarını  məğlubiyyətə uğradaraq, Ərdəbil
üzərinə hücuma hazırlaşdı.
Bu  vəziyytdən  narahat  olan  ingilislər əvvəllər  olduğu  kimi  bu  dəfə də kürd
üsyançılarının üzərinə hərbi  təyyarələrdən  vəhşicəsinə bombalar  yağdırdı.  İngilis
Lonqriqin  yazdığına  görə hərbi  təyyarılır  təkcə üsyançıların  mövqelərini,  onları  müdaviə
edən dinc əhalinin  bütün  evlərini,  malını-mülkünü bombardman  edirdi.  Nəticədə üsyanın
baş verdiyi ərazilərdə 50-dən çox yaşayış məntəqəsi yerlə yeksan edildi (54,172).
M.Barzani  qeyri-bərabər  qüvvələrlə döyüşməyin əhəmiyyətsiz  olduğunu  görüb
İran  Kürdüstanına  tərəf  çəkilməyi  qərara  aldı. Ərbildə təşkil  olunan  hərbi  tribunal  M.
Barzani, Şeyx Əhməd Barzani və İraq ordusunun kürd mənşəli yeddi zabiti daxil olmaqla
35  nəfərin  qiyabi  olaraq  ölüm  cəzasına  məhkum  edilməsi  barədə qərar  çıxartdı.  Həmin
zabitlərdən  kapitan  Mustafa  Xoşnav  dar  ağacı  önündə qürurla  səsləndi:  “Cəlladlar  öz
sahiblərinizə deyin  ki,  mənim  qanım  üçün  qisas  alınacaqdır! Mən onunla fəxr  edirəm  ki,
mənim  adım  həmvətənlərim  tərəfindən  unudulmayacaqdır    və öz  həyatım  Kürdüstanın
böyüməsi və xoşbəxtliyi üçün qurban verənlərin adı ilə bir sırada dayanacaqdır” (54,175).
Haşiyə: M.  Xoşnavın  adı  unudulmadı, əksinə Kürdüstanın  tarixinə qızıl  hərflərlə əbədi


48
həkk  olundu.  Təkcə onun  deyil  XX əsrdə İraq  hökuməti  tərəfindən  məhv  edilmiş
milyondan  çox  kürdün  qisası  gec  də olsa,  alındı:  Şəddam  Hüseyn  dar  ağacından  asıldı
(Onun müddəhim kürsüsündə əyləşdiyi məhkəmənin sədri kürd idi).
1958-ci  ilin  14  iyulunda  baş  verən  inqilab  nəticəsində İraq  Haşimlər  krallığı
devrildi;  ölkədə ilk  respublika  hökuməti  təşkil  olundu.  Həmin  hökumətin  iki  naziri
milliyətcə kürd idi. Mahmud Salih Mahmud (Səhiyyə naziri); Mustafa Əli (Ədliyyə naziri).
Yeni yaradılan Ali dövlət şurasının üç üzvündən biri-Xalid Naxışbındi də kürd idi.
Yeni  hökumətin  kürdlərin  milli  haqlarını  tanıyacağı  barədəki  vədlərinə və bu
istiqamətdə atılan  ilk  addımlara  inanan  kürdlər  demokratik  mübarizə
yolunu  seçmək
qərarına  gəldilər.  Belə ki,  Kürdüstan  Demokratik  partiyası  16  iyul  1958-ci  ildə özünün
mərkəzi  komitəsinin  fövqəladə plenumunda  xüsusi  bəyanat  qəbul  etdi.  Bəyanatda  qeyd
olunurdu  ki,  HDP  ölkədə yeni  yaranmış  respublika  quruluşunu  müdafiə edir  və onun
apardığı  siyasətlə həmrəydir.  Eyni  zamanda  KDP əminliyini  bildirdi  ki,  demokratik  İraq
rejimi kürdlərin milli haqlarını tanıyacaqdır.
1958-ci  ilin  26  iyulunda  İraq  respublikasının  müvəqqəti  Konstitusiyası  qəbul
edildi. Həmin konstitusiya ölkənin tarixində ilk dəfə olaraq kürdlrin milli haqları qanunla
təsbit  olundu.    Belə ki  həmin  konstitusiyanın  3-cü  maddəsində yazılmışdı:  “Ərəblər  və
kürdlər  tərəfdaşdırlar,  onların  milli  haqları  vahid  İraq  çərçivəsində kontitusiya  ilə təmin
olunur  (89,20)”.
Həmin ildən  başlayaraq  kürdlərin  milli  haqlarının  tanınması  istiqamətində
müəyyən addımlar atıldı: Maarif nazirliyində “Kürdüstanda tədris-tərbiyə işlərinin təşkili”
departamentin  yaradılması;  məktəblərdə kür  dilində təlimə başlanılması;  kürd  dilindəki
qəzet  və jurnalların  leqal  nəşri,  Kürdüstan  Demokratik  Partiyasının  bütün  ölkədə sərbəst
fəaliyyəti;  1943-1945-ci  il  üsyanının  iştirakçıları,  o  cümlədən  M.Barzani  haqqında
Amnistiyanın verilməsi və s.
Bağdadda  nəşr  olunan  “Əl- Cumhuriyyə”  qəzeti  1958-ci  ilin  19  iyul  sayında
yazırdı: “İraqın azadlığı və mütləqiyyən uğrunda mübarizədə ərəblərlə bərabər iştirak edən
kürdlər əmin ola bilərlər ki, onların vəziyyəti ilə müvafiq olacaqdır” (54,198).
Bütün  bu  adddımlar  Türkiyə hökumətini  ciddi  naraht  etməyə başladı.  Həmin
hökumət hətta belə bir rəsmi bəyanat verdi: “öz maraqlarının Kərkükdə (?!) müdafiə
etmək üçün Türkiyə ən aktiv siyasət yürütməyə hazırdır” (90,71).
1958-ci ilin 7 oktyabrında İraq hökumətinin başçısı Qasım MşBarzanini  və 1958-
ci ilin 7 oktyabrında İraq hökumətinin başçısı Qasım MşBarzanini  və onu müşaiyət edən
digər kürd liderlərini qəbul etdi. Elə həmin gün M.Barzani Ali dövlət Şurasının üzvləri ilə


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə