1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

49
görüşdü.  Bu  səmimi  görüşlər  və aparılan  danışıqlar Kürd ictimaiyyətində demokratik
əhvali-ruhiyyə və vahid İraq dövləti  çərçivəsində konstitusiya  yolu  ilə kürdlərə
muxtariyyət verilməsinə inam yaratdı.
Bütün qeyd olunanlarla barışmayan İraq hökumətinin millətçi sağ qanadı, Türkiyə
və İranın Xüsusi xidmət orqanları yenicə durulmaqda olan suyu bulandırmağa başladılar.
Əvvəlcə millətçi  sağ  qanada  rəhbərlik  edən Əbdül  Salam  Aref  və onu  müdafiə edənlər
tərəfindən  1958-ci  ilin  noyabr-dekabr  ayında  baş  nazir  Qasıma  qarşı  sui-qəsdlər  təşkil
olundu.  Lakin  sol  qüvvələrin,  o  cümlədən,  KDP-nin  köməyi  nəticəsində hökumət  bu sui
qəsdlərin  qarşısını  ala  bildi.  Daha  sonra  Türkiyə və İranın  xüsusi  xidmət  orqanları
Kürdüstan bölgəsində təxribatlar təşkil etməyə başladılar.
Türkiyə hökumətinin gizli agentləri apardıqları təxribatlar məqsədi ilə 1959-cu ilin
yanvarında  Kərkükün  Körpü  qəsəbəsində kürkmənlərlə kürdlərin  toqquşmasını  təşkil
etdilər. (Türk  hökuməti  belə təxribat  xarakterli  fəaliyyətini  Şimali  İraqda  (Kürdüstanda)
bu  gün  də davam  etdirməkdə və burada  demokratik  yolla  Kürd  muxtariyyətinin
yaradılmasına  mane  olmaqdadır). Həmin  ilin  iyulunda  qeyd  olunan  qüvvələr  kərkük
şəhərində kütləvi  iğtişaşlar  törətdilər.  Bu  iğtişaşlardan  sonra  Qasımın  başçılıq  etdiyi  İraq
hökuməti  demokratik  dəyişikliklərdən,  o  cümlədən  kürdlərin  haqlarının  tanınması
istiqamətində atılan addımlardan üz döndərməyə başladı.
1961-ci ildə KDP-nin orqanı olan “Xəbat” (“Mübarizə”) qəzeti və kürd dilindəki
digər nəşrlər bağlandı. Həmin ilin avqustunda KDP iki dəfə İraq hökumətinə müraciət etdi.
Bu  müraciətlərə cavab əvəzində İraq  hökuməti  Kürdüstan ərazisinə böyük  hərbi  qüvvə
göndərdi.  Hərbi-hava  qüvvələri əvvəlcə Barzan  rayonunu,  daha  sonra  isə Kürdüstanın
digər ərazilərini bombalamağa başladı. Kürdlərə qarşı aparılan hədə-qorxu kompaniyası o
dərəcəyə çatmışdı  ki,  kürd əsilli  məmurlara  milli  geyimdə gəzmək  qadağan  olunmuşdu
(60,65).
1963-cü  ilin  8  fevralında  dövlət  çevrilişi  nəticəsində sağ  millətçi-ekstremist
qüvvələr  hakimiyyəti ələ keçirtdi  və İraqda  hərbi-diktatura  rejimi  yaradıldı.  Həmin  ilin
iyununda Milli  Şura  kürdlərin  üstünlük  təşkil  etdiyi  vilayətlərin (Mosul,  Süleymaniyə,
Ərbil,  Kərkük) ərazisini  hərbi  zona  elan  etdi.  Eyni  zamanda  həmin  şura  Barzanilərə
ultimatum  göndərərək  24  saat  saat ərzində silahı  yerə qoymaq  tələbini  irəli  sürdü.  Bu
ultimatumun  səhərisi  İraq  hökuməti  M.  Barzaninin  dirisini  və ya ölüsünü  Bağdada
gətirənlərə 250 min dollar verəcəyini elan etdi (54,208).
Kürdlərin  muxtariyyət əldə etmək  üçün  apardığı  milli  mübarizəyə son  qoymaq
üçün  Türkiyə,  İran və Suriya  hökumətləri  də İraqın  hərbi-diktatura  rejiminə gizli və açıq
yardım edirdi. Hətta, Türkiyə və İran təyyarələrinə İraqın hava sərhədlərini keçib kürdlərin


50
yaşadığı rayonlarda “kəşfiyyat” uçuşlarını həyata keçirtmək və hərbi əməliyyatlarda iştirak
etmək icazəsi verilmişdi.
Qeyri-bərabər  qüvvələrlə qəhrəmancasına  döyüşən  Barzanilərə həmin  ağır
günlərdə heç  kim  köməklik  göstərmirdi.  Yalnız  Sovet  İttifaqı  Türkiyə,  İran  və Suriya
hökumətlərinin  İraqın  daxili  işlərinə
qarışmasını  pisləyən  bəyanatla  çıxış  etdi
(79,09.07.1963).
Kürdlərin  müqavimətini  silah  gücünə qıra
bilməyəcəyini  görən  kürd  hökuməti
yenidən onlarla danışıqlara getməyi qərara aldı. 1964-cü ilin 10 fevralında İraq hökuməti
ilə kürdlərin  milli  hərəkat  lideri  arasında  “Kürdüstanda  müharibənin  dayandırılması  və
problemin sülh yolu ilə həlli” haqqında müqavilə imzalandı.
1966-cı  ildə İraq  hökuməti  yenidən  silah  gücünə əl  atdı.  Həmin  ilin  may  ayında
Rəvandüz  rayonunda  hökumət  qoşunları  ilə kürdlər  arasında  böyük  toqquşma  baş  verdi.
Kürdlər bu döyüşdə öz mövqelərini qoruyub saxlamaqla yanaşı, hökumət qoşunlarına ağır
zərbə vura bildilər. Bu döyüşdən sonra İraq hökuməti yenidən kürdlərlə danışıqlara getdi
və 1966-cı ilin 29 iyununda onlar arasında sülh müqaviləsi imzalandı. Lakin səhərisi gün
(30  iyun)  müqavilənin  şərtləri  ilə razılaşmayan  sağ  millətçilər  dövlət  çevrilişinə cəhd
etdilər.
1968-ci ilin 17 iyulunda “Ərəb inqilabi hərəkatı”nın zabitləri “BƏƏS” partiyasının
üzvləri olan hərbiçilərlə birlikdə İraqda dövlət çevrilişi edərək genral Əhməd Həsən Bəkri
prezident  təyin  etdilər.  Həmin  ilin  sentyabrında  qəbul  edilən  ölkənin  yeni  müvəqqəti
Konstitusiyasına əsasən  BƏƏS-dən  başqa  bütün  siyasi  partiyaların  fəaliyyəti  qadağan
olundu. Yeni Konstitusiyada kürd məsələsinin həlli öz əksini tapmamışdı.
Ölkədə vəziyyətin  gərginləşdiyini  görən  İraq  hökuməti  1970-ci  ildə kürd
məsələsinin  demokratik  yolla  həllinin əruriliyini  anlamağa  və bu  istiqamətdə müəyyən
addımlar atmağa başladı. Həmin il İnqilabi Rəhbərlik Şurasının sədr müavini olan Səddam
Hüseyn  bəyan  etdi  ki:  “Müasir  dövrdə,  məhz  indi  ölkə elə bir  həddə çatıb  ki, İraqda
bütün  İnqilabın  taleyi  kürd  məsələsinin  həllindən  asılıdır”  (54,215). (Hakimiyyətə
kürdlərin  köməyi  ilə keçən  S.Hüseyn  qurduğu  diktatura  rejimini  möhkəmləndir-dikdən
sonra kürd xalqının qəniminə çevrildi).
1970-ci  ilin  11  Martında kürd  probleminin  sülh  və demokratiya  yolu  ilə həll
edilməsinə dair müqavilə bəyan edildi. Müqavilədə iran kürdlərinə muxtariyyət verilməsi,
ərəb  dili  ilə yanaşı  kürd  dilinin  də rəsmi  dil  olması  nəzərdə tutulmuşdu.  Həmin
müqavilədən  sonrakı  ilk  aylarda  kürdlərin  milli  haqqlarının  özlərinə qaytarılması
istiqamətində hökumət  tərəfindən  müəyyən  addımlar  atıldı.  Lakin  bu  addımlarla
razılaşmayan millətçi qüvvələr ölkəqə vəziyyəti gərginləşdirməyə cəht göstərdilər 1971-ci


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə