1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

68
I.
III. KÜRDLƏRİN VƏ KÜRDÜSTANIN
MÜASİR COĞRAFİYASI
Bu kitabın I.I. və I.II fəsillərində kürdlərin və Kürdüstanın tarixi coğrafiyası, yəni
onların qədim zamanlarda və orta əsrlərdə məskunlaşdığı ərazilər haqqında qısa məlumat
verilmişdir.  Lakin  müasir  dövrdə həm  kürdlərin  sayında,  həm  onların  məskunlaşma
areallarında,  həm  də tarixi  Kürdüstanın  sərhədləri  çərçivəsində ciddi  dəyişikliklər  baş
vermişdir. Ona  görə də kürdlərin  və Kürdüstanın  müasir  coğrafiyasına  qısa  nəzər
yetirməyi məqsədəuyğun hesab edirik.
Kürd  alimlərinin  deyil,  xarici  ölkələrin  bir  çox  tətqiqatçıları  və siyasətçilərin
verdiyi  məlumata  görə dünyada  yaşayan  kürdlərin  sayı  XX əsrin  90-cı  illərində 40
milyona  çatmışdır  (22,15).    Deməli  hal-hazırda (2010-cu  il) kürdlərin  sayı  50  milyona
yaxındır.  Belə ki,  kürdlərin  yaşadığı  və üstünlük  təşkil  etdiyi  bölgələrdə (Türkiyə,  İran,
İraq  və Suriyada) əhalinin  illik  təbii  artımı  2%-dən  yuxarıdır.  Bu  isə o  deməkdir  ki,
kürdlərin sayı hər il təbii artım hesabına bir milyon nəfər artır.
Dünya kürdlərinin 90%-dən çoxu Lozanna müqaviləsindən (1923) sonra dörd yerə
parçalanmış  tarixi  Kürdüstan ərazisində yaşayır.  Hal-hazırda dünyanın  siyasi-inzibati
xəritəsində tarixi  Kürdüstan ərazisində yalnız  İranın  tərkibindəki  Kürdüstan  ostanının
(inzibati ərazi  vahidi  kimi  bu  ostan  İran  Kürdüstanının  az  bir  hissəsini əhatə edir) 
İraqın şimalındakı Kürdüstan bölgəsinin (ərəb mənbələri bu bölgəni Kürd Muxtar rayonu
kimi  göstərirlər) adını  rast  gəlirik.  Ona  görə də tarixi  Kürdüstanın  müasir  coğrafiyasını
onun ayrı-ayrı parçaları üzrə verməyə məcburuq.
Tarixi Kürdüstanın həm əhalisinə, həm də ərazisinə görə ən böyük parçası Türkiyə
Cuümhuriyyətinin (1923-cü  ildə Osmanlı  imperiyasının  xarabalıqları  üzərində M.  Kş
Atatürk  tərəfindən  yaradılmışdır) sərhədləri  daxilindədir.  Bu  parçanı  kürdlər  Şimali
Kürdüstan,  xarici  ölkə alimləri  və siyasətçiləri  isə Türkiyə Kürdüstanı  adlandırırlar.
(Rəsmi sənədlərə görə isə Şərqi Anadolu və Cənub-Şərqi Anadolu bölgələri yazılır).
Kürdüstanın  Türkiyə sərhədləri  daxilindəki ərazisi əsasən  dağlıq  və dağlıq
yaylalardan ibarət olub sahəsi 250 min kv.km-dən çoxdur. ərazinin relyefini əsasən Kiçik
Asiya (türklər  Anadolu,  ermənilər  və avropalılar  Ermənistan  adlandırır)
yaylası
üzərində uzanan  hündür  dağ  silsilələri  təşkil  edir.  Həmin  silsilələr  içərisində əsas  yeri
Şimali  Kürdüstanın  mərkəzindən  keçərək  onun ərazisini  yarıra  bölən  Kürdüstan  sıra
dağları (bəzi  mənbələrdə Şərqi  Tavr  və ya  Tooros  dağları  adlandırılır) tutur
(101,48;102,240).  Bu  dağların (Kürdüstan  sıra  dağlarının) ən  yüksək  zirvəsi  Cilo
dağıdır.  Onun  hündürlüyü  4168m-dir.  Şimali  Kürdüstanın ən  yüksək  zirvəsi  isə Böyük
Ararat (kürdlər bu dağa Aqıri, türklər Ağrı deyir) dağıdır ki, onun da hündürlüyü 5166m-


69
dir.  Bu  dağ  təkcə Türkiyə ərazisində deyil,  bütün  Yaxın  və Orta  Şərq  regionunda ən
yüksək zirvədir.
Kürdüstan (şərqi  Tavr) sıra  dağlarından  şimal  şərqdə Bitlis  silsiləsi  uzanır.
Ərazinin  çox  hissəsini  dağlıq  yaylalar  təşkil  edir. Belə yaylalardan ən  məşhuru  Bingöl
(kürd dilində “Bin”-qoxu; “qûl”- çiçək,gül deməkdir) yaylasıdır.
Yüz  kilometrlərlə uzanan  hündür  dağ  silsilələri  çoxsaylı  çay  dərələri  ilə
parçalanmışdır.  Bu  dərələr  çox  yerdə sıldırım  qayalar  və dərin  dar  uçurumlarla əhatə
olunduğu üçün gediş-gəliş olduqca təhlükəlidir. Belə dərələrdən Tunceli (keçmiş Dersim)
vilayəti ərazisində yerləşən  məşhur  Qutu (Kutu) dərəsini  misal  göstərmək  olar.  Qeyd
olunan  dərələrdə,  daha  doğrusu  dərənin  divarını  təşkil  edən  sıldırım  qayacıqlarda  çoxlu
mağaralar  mövcuddur. Əsrlər  boyu  kürdlər  yadellilərin  basqınına  məruz  qaldıqda  məhz
bu təbii sığınacaqlara pənah aparmışlar.
Şimali  Kürdüstanın  dağları,  dağlıq  yaylaları  və dağarası  çökəklikləri  faydalı
qazıntılar (dəmir, əlvan metal filizləri  kömür və s.), tikinti materialları (mərmər və digər
qiymətli daş-qaşlar) və başqa təbii sərvətlərlə (mineral suları, qiymətli ağac növlərinə və
dərman bitkilərinə malik meşələr, nadir heyvan növləri və s.) zəngindir.
Yaxın  və Orta  Şərq  regionunun ən  böyük  çayları  olan  Dəclə və Fəratın,  Cənubi
Qafqazın (Zaqafqaziyanın) ən iri çaylarından biri olan Arazın mənbələri, eləcə də həmin
çaylar  üzərində yaradılmış ən  böyük  su  anbarları  Şimali  Kürdüstanın ərazisindədir.
Türkiyənin ən  böyük  gölü  olan  Van (sahəsi:  3764  kv.  km-dir) da  Şimali  Kürdüstan
ərazisində yerləşir.
Şimali  Kürdüstan əhalisinin  70%  dən  çoxu (bəzi  yaşayış  məntəqələrində bu
göstərici  90-100%-ə çatır)
kürdlərdən  ibarətdir.  Kürdlərdən  başqa  burada  türklər,
azərilər,  çərkərlər,  az  miqdarda  ermənilər, ərəblər  və s.  millətlər  yaşayır.  Ümumiyyətlə
dünyada  kürdlərin ən  çox  hissəsi  Türkiyədə yaşayır.  Belə ki,  tətqiqatçıların  apardığı
hesablamalara  görə 50  milyonluq  kürd  xalqının  25  milyona  qədəri  Türkiyədə yaşayır.
Həmin kürdlərin isə 80%-dən çoxu Şimali Kürdüstan ərazisində məskunlaşmışdır.
Şimali  Kürdüstanın  da  kürdlərinin  yaşadıqları  vilayətlər (bu  vilayətlərin  hamısı
Türkiyə Cümhuriyyətinə aiddir) aşağıdakılardır:  Diyarbəkir,  Van,  Ağrı,  Bitlis,  İğdır,
Həkkəri, Qaziantəp, Bingöl, Tanceli (Dersin), Adıyaman, Mardin, Muş, Siirt, Şanlı Urfa,
Elazığ, Ərzincan,  Malatya,  Kars,  Ərzurum,  Sivas,  Qəhrəmanmaraş  və s.  Bu ərazilərdən
silahlı  üsyanlar  və onları  müşaiyət  edən  repressiya  və sürgünlər  dövründə çox  sayda
(bəzən  minlərlə,  bəzən  yüzminlərlə) kürdün  köçürülməsinə baxmayaraq,  hal-hazıırda
Diyarbəkir, Ağrı, Bingöl, Bitlis, Həkkəri, Mardin, Van və s. vilayətlərdə onlar (kürdlər)
əhalinin 90%-dən çoxunu təşkil edir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə