1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə33/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

72
orta  hündürlüyü 2500  m, ən  yüksək  zirvəsinin (Zərdkuh) hündürlüyü  isə 4548m-dir.
Geoloji qurluşuna görə əsasən Mezozoy və Kaynozoy yaşlı əhəng daşları və sistemlərdən
ibarət olan Zaqros dağlarında karst mağaralarına rast gəlinir.
Şərqi  Kürdüstanın ərazisi  filiz (dəmir,  mis,  qızıl,  platin,  gümüş,  uran,  manqan  və
s.),  neft (Şahabad,  Nefteşah,  Kermanşah,  Sumar  yataqları),  kömür (Lahican  və
Əfsandabad  yatağı),  tikinti  materialları (mərmər,  gips,  yəşəm  daşı  və s.),  mineral  sular
(Kermanşahın 60 km-də müalicəvi mənbəyi və.s) kimi təbii sərvətlərləzəngindir.
Şərqi  Kürdüstanda  çoxlu  sayda  kiçik  dağ  çayları  mövcuddur.  Həmin  çaylardan
nisbətən  böyük  olanları:  Zərincan,  Maku,  Qızılüzən,  Spi  (Ağçay),  Qotur,  Zəngemar,
Kərxe və s. dir. İranın ən böyük gölü olan Urmiya yuxarıda qeyd etsiyimiz kimi qədim
kürd  tayfalarının  məskunlaşdığı ərazidə yerləşir.  Bu  göl (uzunluğu  140  km,  eni  50  km,
dərinliyi 15m, sahəsi 5800 kv. km) qədim zamanlardan Kürdüstan ilə Cənubi Azərbaycan
arasında sərhəd rolunu oynamışdır. Bu göl Asiya qitəsinin altıncı gölü olub şorsuludur.
Şərqi  Kürdüstanın  dağ  meşələri  qiymətli  ağac  növləri  və dərman  bitkiləri ilə
zəngindir.  Dağlıq  yaylaların  güllü-çiçəkli  alp  çəmənlikləri  qoyunçuluq  üçün  təbii  yeni
bazasıdır.
Şərqi Kürdüstan əhalisinin 80%-dən çoxunu kürdlər təşkil edir. Burada kürdlərdən
başqa  azərilər (azərbaycanlılar),  farslar,  aysorilər,  ermənilər  və digər  azsaylı  xalqlar  da
yaşayır.  Kürdlər  daha  çox  Sənəndəc (Kürdüstan  ostanının  mərkəzi),  Mehabad,  Saqqız,
Kermanşah, Sərdəşt, Bane, Salmas, Merqəvər, Terqəvər, Oşnuya (Uşnu), Bokan, Nəhedə,
Nəhavənd və s. şəhərlərdə və rayonlarda yaşayır. Xoy, Urmiya və Maku mahallarında da
xeyli  sayda  kürd  yaşayır.  Həmin  mahallarda  XIX əsrin  axırlarınadək  kürlərin  sayı  daha
çox  olmuşdur.  Lakin  XX əsrin əvvəllərində oSmanlı  hökumətinin  bu əraziləri  işğalı  ilə
əlaqədar olaraq kürdlərin bir qismi buradan köçmüşdür.
Urmiya  şəhərində və ətraf  rayonlarında ən  qədim  zamanlardan  kürd  tayfa
birləşmələrinin  məskunlaşdığı  barədə yuxarıda  yazılmışdır.  Orta əsr ərəb  mənbələrində
də həmin  dövrlərdə Urmiya  gölü ətrafında (o  cümlədən  Urmiya  şəhərində) kürdlərin
yaşadığını  sübut  edən  faktlar  öz əksini  tapmışdır.  Məsələn,  X əsr ərəb  coğrafiyaşünası
Əbu
Duləf  yazır:  “Urmiya ətrafında  bitkisi  olmayan  və yaxınlığında  heyvanat
dolanmayan  acı  göl  vardır.  Onun ortasındakı (adada) Kəbuzan  adlanan  dağlar  yerləşir”
(105,81).  Kəbuzan  kürd  dilindəki  “Kəpəz”  sözündən  olub mənası  “qayalıq”  deməkdir.
Həmin müəllif daha sonra yazır: “Gölün sahili Vadi əl-Kurdi adlanan yerə çatır, burada
az  tapılan  daşlar  vardır.  Bu  vadidə,  Səlmas  tərəfdə olduqca  yaxşı,  yüksək  keyfiyyətli,
böyük əhəmiyyətli  və çox  faydalı  isti  bulaq  var.  Bu- ümumi  rəy  və fikrinə (razılığına)
görə dünyada  yer  altından  çıxan ən  yaxşı  sudur.  Buranı  Zəravənd  adlandırırlar” (Yenə
orda. 81).


73
Göründüyü kimi orta əsrlərdə Urmiya gölünün ətrafları “Kürd vadisi” adlanırdı; bu
vadidəki bir çox coğrafi adlar da təbii ki, kürd dilinə məxsus idi. Məsələn, Zəravənd kürd
dilində “Sarı su çıxan yer” mənasındadır. Tarixdən o da məlumdur ki, 922-ci ildə Mosal
kürdü  Sadaka bin Əli  Urmiyada  hakimiyyəti ələ aldıqdan  sonra  Ermənistan  və
Azərbaycanı özünə tabe etdirmişdi (81,120).
Maku  və Xoy  mahallarında  orta əsrlərdə kürd  tayfa  birləşmələrinin  hökmranlıq
etmələri  və bu  yerlərdə kürd  nüfuzunun  XX əsrin əvvəllərinədək  davam  etməsi  barədə
Şərqi  Kürdüstanın  tarixinə dair  yazıların,  demək  olar  ki,  hamısında  rast  gəlirik.  Onu  da
qeyd  edək  ki,  V.F.  Minorskinin  fikrinə görə Maka  sözü  Mahkuh (Midiya  dağı) və ya
Markuh (Marlar  dağı) sözündən  yaranmışdır  (38,318).  Midyalıların (Medlərin,
Madların,  erməni  mənbələrində Marların) isə kürdlərə eyni  mənşəyə malik  olmaları
barədə I.I.  fəsildə yazılmışdır.  Səfəvilər  dövründə XVI-XVIII əsrlərdə Maku  mahalı
Kürd tayfası olan Mahmudilər tərəfindənidarə olunurdu (38; 318).
Xoy şəhərinin adı orta əsr ərəb mənbələrində Xuvey kimi yazılmışdır. Hər iki söz
eyni  mənşəli  olub  kürd  dilində “xo”/  “Xwe” (“duz”) sözündəndir.  Uzun  illər,  xüsusilə
Səfəvilərin  hakimiyyəti  dövründə Xoy  mahalında,  XVIII əsrin  ortalarından  isə xoy
xanlığında  kürd  tayfa  birləşməsi  olan  Dünbililər (1918-1920-ci  illərdə Azərbaycan
Demokratik  Respublikasının  başçılarından  biri  olan  Fətəli  xan  Xoyski  bu  tayfaya
mənsubdur) hakimiyyət sürmüşlər.
Əhməd Xan Dünbilinin dövründə (1763-1786) Xoy xanlığı öz inkişafının yüksək
səviyyəsinə çatmışdır. Əhməd  Xan  Qarabağ  xanlığı  ilə ittifaq  bağlayaraq,  İrəvan  və
Naxçıvan  xanlıqlarını  özündən  asılı  vəziyyətə salmışdı.  Dünbililər  sülaləsinin  axırıncı
xanı  olan  Hüseynqulu  xanın  dövründə (1786-1813) Xoy  xanlığı  Qacarlardan  asılı
vəziyyətə
düşdü  (34,95-96).
1913-cü  ildə
Xoy  şəhərində
kürdlərin  “Maarif”
(“Gehandeni”) adlı cəmiyyəti yaranmışdı.
Şərqi Kürdüstanın ərazisindən kənarda  İran kürdləri ən çox Tehran, İsfahan, İlam
şəhərlərində,  həmçinin  Xorasan  və bəlucistan  vilayətlərində yaşayır.  Tehran  və İsfahan
şəhərlərinə kürdlər  qədim  zamanlardan  başlayaraq  müasir  dövrədək  zaman-zaman
müxtəlif siyasi, sosial və iqtisadi səbəblər üzündən köçmüşlər.
Xorasan  vilayətində yaşayan  kürdlər əsasən  buradakı  Kuçan,  Şirvan,  Bocnurd,
Dərəgəz,  Kəlat  və s.  rayonlarda  məskunlaşmışlar.  Təxmini  hesablamalara  görə hal-
hazırda  Xorasan  vilayətində ən  azı  500  min  kürd  yaşayır.  Elmimənbələrin  verdiyi
mənbəyə görə hələ Səfəvilər  dövründə bu  vilayətdə yaşayan  kürdlərin  sayı  250  mindən
çox  idi.  Kürdlərin  bu  vilayətdə məskunlaşması  tarixi  haqqında  iki  fikir  mövcuddur.
Birinci  qrup  alimlərin  fikrinə görə Xorasan  kürdləri  ilk  dəfə Teymurləng  tərəfindən
suriyadan Xorəzm və Buxaraya köçürülmüşlər. Teymurlənginölümündən sonra (1405-ci


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə