1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə36/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

78
ölkələrindən  köçməsi  nəticəsində yaranan  kəndlərinin  yaranması  tarixini  xatırlayırlar.
Beləliklə,  Azərbaycan ərazisində,  onun  yüksək  dağlıq  və dağətəyi  rayonlarındakı  kürd
əhalinin əsas kütləsi İrandan XıX əsrin əvvəllərindən başlayaraq köçmüşlər” (7,39).
Həmin  müəllif  sonrakı  illərdə yazdığı  “Kürdlərin  maddi  mədəniyyəti  XIX-XX
əsrin əvvəllərində”  adlı  kitabında  həmin  səhvini  qismən  düzəldərək,  kürdlərin
Azərbaycan ərazisində VIII-XIV əsrlərdən  məskunlaşdığını  qeyd  edir  (8,65).  Halbuki,
Azərbaycan
ərazisində
qədim  kürd  tayfaları  eramızdan
əvvəlki  minilliklərdə
məskunlaşmışdır. Bu barədə bu kitabın II.I. fəslində geniş məlumat veriləcəkdir.
Ermənistan ərazisində də kürdlər ən qədim zamanlardan məskunlaşmışlar. Məsələ
burasındadır ki, ən qədim kürd tayfa birləşmələrinin (urartalıların, xoldeylərin, nairlərin
və s.) doğma  vətəni  olan  Arimana  vilayəti  (“Manna  ariləri”nin  vətəni)  yuxarıda  qeyd
etditimiz  kimi,  Aralıq  dənizi  sahillərindən  gəlmiş  Haylar (ermənilər) tərəfindən  işğal
olunduqdan  sonra  onlar  tərəfindən  Hayastan,  avropalılar  və ruslar  tərəfindən  Armeniya
adlanmağa başlamışdır.
İndiki Ermənistan ərazisində kürdlərin orta əsrlərədək geniş məskunlaşdığını sübut
edən  bəzi  faktları  I.I.  və I.II  fəsillərdə vermişik. Əlavə olaraq  onu  da  qeyd  edək  ki,
buradakı  bir  çox  coğrafi  adlar  kürdlərin  sonralar  Ermənistan (Hayastan) adlandırılan
respublikanın (1920-ci ildən) ərazisində orta əsrlərədək geniş məskunlaşdığını sübut edir.
Məsələn,  kürd  mənşəli  Şəddadilər  sülaləsinin  yaratdığı  dövlətin  ilk  paytaxtı  olan Dəbil
(hazırda  Ermənistanın  Ararat  rayonundakı  Dvin  qəsəbəsinin ərazisində yerləşirdi)
şəhərin orta əsrlərdə kürdlər tərəfindən məskunlaşdığı barədə bir çox ərəb mənbələrində
məlumat verilmişdir. Məsələn, hələ X əsrdə ərəb coğrafiyaşünası Əl-Müqəddəsi yazırdı:
“Dəbil  çox  böyük  şəhərdir.  Buranın  qalası  alınmaz,  nemətləri  çoxdur;  tarixi  qədimdir...
Came məscidi hündür təpədə yerləşir. Kürdlər buranı qoruyurlar” (105,132).
Bu məlumata ozu da əlavə edək ki, Dəbil şəhərinin adı qədim kürd tayfasının adı
olan  “Bil”  sözü  ilə bağlıdır.  Maraqlıdır  ki,  İraqdakı  Kürdüstanın  bu  günkü  paytaxtıolan
Ərdəbil də həmin tayfanın adını daşıyır. Onu da xatırladaq ki, Səlahəddin Əyyabinin ulu
babası  məhz  Dəbildən Ərbilə getmişdir.  Dəbiş  şəhərinin  qədim  zamanlardan  kürdlərə
məxsus  olduğunu  sübut  edən  başqa  fakta  diqqət  yetirək.  W.  Köhler  “Övliya  Çələbi
səyahətnaməsində Bitlis  və xalqı”  adlı kitabında  yazır:  “642-ci  ildə ərəblər  Artaşat
yaxınlığında Kürd  çayını  keçdilər  və Dvin  qalasını  tutdular.  Kazaryan  yazır  ki,
Mertsamur çayının digər adı da kürd çayıdır” (109,19).
Buradakı  Dvin-Dəbilin  ermənicə adıdır.  Artaşat  şəhəri  dəbilin  yaxınlığında
yerləşir. Onun adı kürd dilində Ərdəşad olub “Şad (Şadilər-Şəddadilərin kürdcə qısa adı)
torpağı” (“Ərd”-yer,  torpaq  deməkdir) mənasındadır.  Kürd  çayının (Metsamurun)


79
sahillərindəki kəndlərdən biri son dövrlərədək Kürdkənd adlanırdı. Hazırda həmin kəndə
Noraşen adı verilmişdir.
Yaxud  başqa  bir  misal.  Orta əsrlərdə Mosuldan  Zəngəzur  dağlarınadək  geniş
ərazidə iz  qoyan  kürd  tayfa  birləşməsi- Zəngilərin  adını  daşıyan  bir  çox  toponimlərə
indiki  Ermənistan ərazisində də rats  gəlirik:  Zəngi  çayı (indiki  Razdan), Zəngibasar
rayonu (indiki  Masis), Zəngəzur  silsiləsi  və s.  Bəzi  tətqiqatçıların  fikrinə görə
Ermənistanın  indiki  paytaxtı  İrəvanın  adı  qədim  kürd  tayfası  olan  Rəvanla (Rəwan)
bağlıdır. Kürdlər indi də İrəvana Rəwan deyir. İraq Kürdüstanındakı Rəvandiz şəhərinin
qədim  zamanlardan  bu  günədək  kürdlərlə məskunlaşması  faktı  bu  mülahizənin
doğruluğuna dəlalət edir.
Ermənistanın  Gorus,  Sisian  və s.  kimi  şəhər  adları  da  kürdlərlə bağlıdır.
Ümumiyyətlə, indiki  Ermənistan ərazisində kürdlərin  və kürd  mənşəli  tayfa  və
qəbilələrin adı ilə bağlı belə qədim toponimlər yüzlərlədir. Onların öyrənilməsinin dərin
tətqiqata  ehtiyacı  olduğundan  burada  qeyd  etdiyimiz  bir  neçə faktla  kifayətlənməyi
məqsədəuyğun hesab edirik.
Beləliklə T. Aristova, Q. Çursin, A. Bukşpan və başqa tətqiqatçılar yuxarıda qeyd
etdiyimiz  faktları  və həmin  faktlardan  irəli  gələn məntiqi  mühakiməni (kürdlər  doğma
vətənlərini tərk etmək məcburiyyətində qaldıqda ərəblərin, farsların türklərin və.s qonşu
xalqların  yaşadıqları  ölkələrə deyil,  məhz  öz  soydaşlarının  qədim  zamanlardan  bəri
yaşadığı  indiki  Ermənistan  və Azərbaycan ərazisinə-tarixi  kürdüstanın ən  ucqar
məntəqələrinə köçmüşlər) nəzərə almadıqları  üçün  Cənubi  Qafqaz (Zaqafqaziya)
kürdlərinin  məskunlaşma  tarixi  haqqında  yuxarıda  qeyd  etdiyimiz  yalnışlığa  yol
vermişlər.
Əlbəttə, həmin müəlliflərin qeyd etdiyi kimi, XIX əsrin I yarısında Cənubi Qafqaz,
xüsusi  ilə,  Ermənistan  və Azərbaycan ərazilərinə tarixi  Kürdüstanın  bir  çox
vilayətlərindən xeyli sayda kürd tayfaları siyasi və sosial-iqtisadi səbəblərə görə köçərək
bu  yerlərdə məskunlaşmışlar.  Həmin  tayfalar  həm  Ermənistanın  həm  də Azərbaycanın
digər  regionlarında (ermənilərin  və Azərbaycanlıları    üstünlük  təşkil  etdiyi  yerlərdə)
deyil,  məhz  öz  soydaşlarının
(Kürdlərin)
qədimdən  yaşadıqları  rayonlarda
məskunlaşmışlar.
XX əsrin  80-ci  illərinədək,  daha  doğrusu,  Ermənistanla  Azərbaycan  arasındakı
Qarabağla əlaqədar  münaqişənin    yarandığı  ilədək (1988-ci  il) Hayastan  Respiblikası
ərazisində 80  mindən  çox  kürd  yaşayırdı.  Lakin  bu  rəqəm əhalinin  1989-cu  il siyahıya
alınmasında 60  min göstərilmişdir. Həmin dövrdə kürdlər əsasən Ermənistanın Araqats,
Talin,  Aparan,  Armavir,  Eçmədzin,  Artaşat,  Ararat    (Vedi),  Aştarak,  Kotayk,  Taşir


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə