1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə44/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

95
təsərrüfatını  yola  verir.  Qadın  cinsinin  hünəri  qadınlara  böyük  azadlıq  hüququ  verir.
(121,35).
Erməni  müəllif  daha  sonra  kürd  qadının  döyüş  məharətinə diqqəti  cəlb  edərək
yazır:  “Silahlanmış  bir  kürd  qadını  başqa  xalqdan  olan  dörd  nəfər  silahlanmış  kişinin
öhdəsindən  gələ bilir.  Onda  qadın  özünü  müdafiə edə bilmirsə,  onda  öz  qohum
əqrabasının (tayfasının) şərəf və hörmətindən məhrum olur. Belə zəif ananın qızı ilə heç
bir oğlan evlənməyə razı olmaz” (Yenə orada, səh 85).
Kürd  qadınının  döyüşkənliyini  bir  xalqın  milli  mentaliteti hesab  edən  Aleksey
Madzyak  yazır:  “Kürd  qadınının  döyüşkənliyi-bu  demək  olar  ki,  onların  mentalitetidir.
Kürd mahnısında deyilir:
Qadının  belə mövqeyini  bir  tərəfdən  uzun  zaman  hərbi  demokratiyaya    köklənmiş
kürd  cəmiyyətinin  xüsusiyyətləri,  digər  tərəfdən  isə müharibəyə millətin  bütün  yaşlı
hissəsini  müntəzəm  səfərbər  etmək  kimi  tarixi  zərurət  müəyyənləşdirmişdir  (31,226).
Görkəmli kürdşünas V.P. Nikitin kürd qadınının bir çox özəllikləri ilə yanaşı, onun şərəf
və namusunu  yüksək  səviyyədə qorumasını,  ismətli  olmasını  xüsusi  qeyd  etmişdir:
“Kürdlər arasında faişəlik və Şərqdə geniş yayılmış digər əxlaqsızlıqlar yoxdur” (51,61).
Kürdlərin etnoqrafik xüsusiyyətlərindən biri də onların mərd, səxavətli, qəlbiaçıq və
qonaqpərvərliyidir.    P.Lerx  bu  cəhəti  xüsusi  qeyd  etməklə yazır  ki,  “kürdlərin
qonaqpərvərliyinə onların  arasında  uzun  müddət  yaşayan  və tez-tez  olan:  Riç,  Ensvort,
Ranlinson,    Leyard,  Brend  və b. Şahidlik  edir” (25,29).  Akademik  O.  V.  Vilçevski  də
kürdlərin bu cəhətini xüsusi qeyd etmişdir (130,208).
Görkəmli  kürdşünasın  diqqətini  cəlb  edən  xüsusiyyətlərdən  biri  də kürdlərin  polad
iradəsi,  dönməzliyi,  möhkəm  xarakteridir.  Bu  barədə P.Lerx  belə yazır:  “Pujula  kürd
xarakterinin  möhkəmliyi  barədə heyrətləndirici  misal  göstərir.  Hafiz  paşanın  1837-ci
ildəki yürüşü  zamanı əsir  alınan,  öz  gözəlliyi  ilə fərqlənən  bəym  üsyan  edən  tayfasının
mövqeləri  və sayı  barədə məlumatın  müqabilində ona  təklif  olunan  bütün  hədiyyələrdən
və vasitələrdən  qətiyyətlə imtina  etdi.  Keçmiş  kürd  bəyi  kimi  mən  adamların  rəisi  ola
Yerə və göyə and içirəm!
Yadda saxla lənətə gəlmiş düşmən,
Kürd qadını sənin ayağına düşməyəcəkdir!”


96
bilmərəm, ”- deyə o qürurla  padşahın sərkərdəsinə cavab verdi. İki günlük işgəncələr ona
öz tayfasını satmağa vadar edə bilmədi. Üçüncü gün qəddar paşa onu qaynar qazana saldı,
Lakin qəhrəman kürd ölənə qədər möhkəm dayandı” (yenə orada, səh 31).
Görkəmli  şərqşünas  akademik  A.  Kremskiy  “Kürdlər”  adlı  məqaləsində (həmin
məqalə 1896-cı ildə S. Peterburqda nəşr olunan “Enksklopedik lüğət” də verilmişdir) bu
xalqın  xarakterik  xüsusiyyətlərini  yığcam  şəkildə
belə ümumiləşdirmişdir:  “Kürdlər
qəhrəman, azadlıqsevən, qonaqpərvər,  təmkinlidirlər  və verilən  sözə əməl  edirlər,
bununla  yalançı  farslardan  fərqlənirlər....  Kürd qadını  Şərqdə heç bir xalqda  olmayan  bir
azadlığa sahibdir” (223,69-71).
Rus-türk müharibəsi (XIX əsrin 50-ci illəri) zamanı əsir alınmış kürdlərin bir qrupu
Rusiyanın  Smolensk  quberniyasının  Roslavl  şəhərində saxlanılmışdır. Təxminən  bir  il
müddətində həmin  kürdlər    üzərində müşahidə aparan  jurnalist  K.Mikeşin  yazır:
“Kürdlərin əksəriyyəti    uca  boylu,  möhkəm  bədənli,  enli  kürəklidir;  xoşagəlmli  sifət
cizgilərinə malikdirlər.....  Yazda,  qar əriyən  zaman əsirlər  küçəyə çıxır,  tez-tez  hansısa
balalaykanın (blur  adlanan  kürd  zurnası  nəzərdə tutulur-B.M.) sədaları  altında  rəqs
edirdilər....  Məni  onların  “çıxard”  oyunu  zamanı  göstərdikləri  çeviklik  xüsusilə
heyrətləndirdi. Kürdlərdən biri əllərini sinasində çarpaz saxlayaraq meydançanın ortasında
əyilmiş  vəziyyətdə dayanır,  qalan əlli  nəfər  isə qaçaraq  onun  üzərindən  tullanır....
Tullananlardan kiminsə qeyri dəqiq hərəkətini görə bilmədim. Bu oyundan hər bir kürdün
çevikliyini  ,  sürət  tərzini  görmək  mümkündür...  Kürdlərin  gülə olan  həsas  münasibətini
Şimal xalqlarında az görmək olar.... Kürdlər olduqca  dindar, təmkinli və əməsevərdirlər....
Onları  müşahidə etdiyim  bir  il ərzində kürdlər  fövqəladə surətdə sülhsevər
və bir-
birlərinə qarşı qeyri-adi dostluq şəraitində yaşayırdılar” (224,№283).
Kürdlərin  digər  etnoqrafik  xüsusiyyətləri;  maddi  mədəniyyəti,  adət-ənənələri,  milli
geyimləri,  məişəti,  mətbəxi  və s.  barədə çoxsaylı əsərlər  (7;  8;  104;  115;116;  121;
122;123;124;125;126;127;128;129  və s.)  yazıldığı  üçün  burada  daha əhəmiyyətli  hesab
olunan bəzi fərqləndirici cəhətləri qısaca qeyd etməyi məqsədəuyğun sayırıq.
Kürdlərin  özünəməxsus  etnoqrafiq  xüsusiyyətləri  onların  milli  geyim  formalarında
da öz əksini tapmışdır. Kürdlər ən qədim zamanlardan özünə xas geyim formaları yaratmış
və əsrlər  boyu  onu  qoruyub  saxlamağa  çalışmışdır.  Minilliklər ərzində kürdlər  digər
xalqların əsarətində yaşadığına baxmayaraq, öz milli geyimini dəyişməmiş və bu günədək
qoruyub  saxlaya  bilmişlər.  İraq  Kürdüstanının  başçısı M.  Bərzani  prezident  kürsüsündə
bu gün də milli geyimdə əyləşir.
Kürdlərin maddi mədəniyyət nümunələri içərisində milli geyimləri xüsusi yer tutur.
Həm  kişilərin, həm də qadınların geyim formaları özünün rahatlığı və genişliyi ilə qonşu
xalqların (ərəblərin,  kürdlərin,  farsların  və s.) qiyafəsindən  ciddi  şəkildə fərqlənir.  Bu


97
fərqləndirici  xüsusiyyətlər (genişlik,  sərbəstlik,  rahatlıq  və s.), fikrimizcə kürd  xalqının
azadlıq  ruhunun  çox  yüksək  olması,  qədim  zamanlardan  sərbəst,  müstəqil yaşamağa  can
atması ilə bağlıdır.
Kürd  geyim  formalarını,  xüsusilə,  qadın  paltarlarının  fərqləndirici əlamətlərindən
biri  də onların    parlaq,  al-əlvan  rəngli  olmasıdır.  Şübhəsiz  ki,  bu  cəhət  Kürdüstanın
ecəzkar gözəlliyindən irəli gəlir.
Xarici  müşahidəçilərin  diqqətini  daha  çox  kişilərin  geyimində ağ-qara  rəngli
parçadan  hazərlanan  baş  örtüyü  və bellərinin  doladıqları  uzun  şal,  qadınlarda  isə “kofi”
(dingə) adlanan baş örtüyü, jileti xatırladan “elək” (qabağı açıq üst geyimi), koftayabənzər
“kurtık”, “dehrə” adlanan bir neçə təbəqədən ibarət rəngbərəng parçadan tikilən yubka  və
onun üzərində qabaq tərəfdən bağlanan  “mezər” (önlük), gümüş kəmər və s. cəlb etmişdir.
Kürdlərin  milli  geyimləri  kimi  milli  xörəkləri  də özünəməxsusluğu  ilə fərqlənir.
Ümumiyyətlə kürd  mətbəxi  üçün  səciyyəvi  cəhət  burada ətdən  və süddən  hazırlanan
xörəklərdən və Kürdüstan dağlarının “min bir dərdin dərmanı” olan bitkilərindən (onların
sayı-hesabı yoxdur) geniş istifadə olunmasıdır .
Ətdən  hazırlanan  xörək  növlərindən ən  çox  xoşladığı  “qəli”  (qovurma),  kabab,
“seləqəli” (sac  qovurması) kəlapır (kürdcə:  “kəl”-qaynama  ,  “pur”-çox  deməkdir),
“avsir” (şorba) və s. Yeri gəlmişkən “xörək” kürd sözü olub “yemək” deməkdir.
Tanınmış kürd ziyalısı H. Nadirova özünün “Kürdlərin milli xörəkləri” adlı dəyərli
kitabında  (127)  kürd  mətbəxi  haqqında  geniş  və dərin  məlumatlar  verdiyindən  burada
yuxarıdakı qısa qeydlərlə kifayətlənirik.
Kürdlərin  mədəniyyət  tarixində maddi  nümunələr  deyil,  mənəvi  dəyərlər  daha
önəmli  yer tutur.  Bu  cəhətə xüsusi  diqqət  yetirək  dr.  Fəhmi  Şinnavi  kürdləri  qədim
misirlilərlə müqayisə edərək yazır :    “kürdlər tamamilə özəl bir millətdir. Misirlilər isə
kosmopolit  bir  millət.  Misirlilər  bütün  dünyaya  özlərini  süvdirmək  üçün  tarixi əsərlər
qoyduqları  halda,  kürdlər  şəxsiyyətli,  fədakar,  zülmə qarşı  çıxan  və fərqli  şəxsiyyətlərini
(milli-mənəvi dəyərlərini –kursiv bizimdir.) ortaya qoymuşlar” (22,20).
Hörmətli  dr.  F.  Şinnavinin  kürdlərin  maddi  mədəniyyət  nümunələrinin  azlığı  (o,
burdada gətirdiyimiz iqtibasdan əvvəl belə bir sual verir: “nə üçün kürdlər misirlilər kimi
tarixi əsərlər  buraxmamışlar”) barədəki  fikrinə müəyyən  aydınlaq  gətirməyi  zəruri  hesab
edirik. Müəllif özü bu  məsələni belə hesab edir ki, kürdlərin misirlilər kimi tarixi əsərlər
(yəni Misir ehramları kimi maddi mədəniyyət nümunələri) yaratmamasının başlıca səbəbi
Misir  dövlətinin  Nilin  münbit  torpaqları  sahillərində yerləşməsi,  Kürdüstanın  isə sərt
dağlıq ərazilərdən  ibarət  olması;  həmçinin  misirlilərin  kürdlər  kimi  mənəviyyata,  milli
mənliyə o qədər əhəmiyyət verməməsidir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə