1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

88
“Postsovet”  məkanında  kürdlərin  yaşadığı  respublikalardan  biri  də Ukraynadır.
Burada  kürdlərin  məskunlaşma  tarixi  XX əsrin əvvələrinə aiddir.  Lakin  ukraynalı  alim
Valentin Stetsyuk kürdlərin mənşəyini qədim skiflərlə bağlayır və öz fikrini sübut etmək
üçün Ukraynanın ərazisində kürd dilində olan 250 dən çox toponimin (həmin toponimlər
skiflərin yadigarıdır) izahına istinad edir. (9,223). Başqırd alimi S Qalyanov da kürdlərin
skiflərlə sıx əlaqəsini elmi mənbələr əsasında sübut etməyə çalışır (24,6-7).
Skiflər  elmi  mənbələrin  verdiyi  məlumata  görə Skiflər  e.ə.  VII əsrin  70 –ci
illərinədək  Qara  dənizin  şimal  sahillərində (indiki  Ukraynanın  cənub  vilayətlərində)
geniş  yayılmış  hind-ari  (İran)  dilində danışan  tayfa  birləşmələrindən  biri  olmuşdur.
“Tarixin  atası”  Heredot onlar  haqqında  geniş  məlumat  vermişdir.  Skiflər  e.ə.  VII əsrin
ortalarında  Midya,  Suriya,  Fələstin  və digər əraziləri ələ keçirərək  Ön  Asiyada,  o
cümlədən, qədim Kürdüstanda hakim mövqeyə çatmışdırlar.
Sovet hakimiyyəti illərində bura (Ukraynanın müxtəlif vilayət və şəhərlərinə) iş
dalınca  gələn  kürdlərə SSRİ  dağıldıqdan  sonra  Cənubi  Qafqaz  və Orta  Asiya
respublikalarından  didərgin  düşənlər  də əlavə olunmuşdur.  Bu  ölkədə kürdlərin  sayı
barədə dəqiq  məlumat  yoxdur;  tətqiqatçıların  hesablamalarına  görə bu  rəqəm  20  min
nəfərə yaxındır (9,227).
Hal-hazırda  kürdlər əsasən  Ukraynanın  Xarkov,  Kiyev,  Odessa,  Nikolayev,
Xerson,  Zaporojiye,  Donetsk  şəhərlərində və Krım  Muxtar  Respublikasında  yaşayırlar.
1944-cü ildə Krım tatarları ilə burada yaşayan kürdlər də Özbəkistana sürgün edilmişdir.
SSRİ  dağıldıqdan  və Krım  tatarlarının  öz  doğma  vətənlərinə qayıtma  hüququ  bərpa
olunduqdan sonra kürdlə də bu yarmadaya qayıtmağa başlamışlar.
Ukraynada kürdlərin öz mədəniyyətlərini inkişaf etdirmələri üçün heç bir maneə
yoxdur. Odur ki, son onilliklərdə bu ölkənin Kiyev, Odessa, Nikolayev, Xerson, Xarkov
şəhərlərində, eləcə də Krım Muxtar Respublikasında kürdlərin bir sıra milli mədəniyyət
ocaqları yaradılmışdır.
“Postsover” məkanında yaşayan kürdlərin az bir hissəsi də Tacikistan, Moldova,
Belorusiya və Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva) məskunlaşmışdır.
“Postsovet”  məkanına  daxil  olan  ölkələrdə,  daha  doğrusu  MDB-də yaşayan
kürdlər  haqqında  görkəmli  jurnalist  və kürşünas  H.Əsgərov  “MDB  ölkələrində kürd
diasporası” adlı sanballı monoqrafiyasında (9) geniş məlumat verdiyi üçün həmin kürdlər
haqqında yuxarıdakı qısa qeydlərlə kifayətlənirik.


89
Asiya qitəsinin digər ölkələrində-Əfqanıstan və Pakistanda da küdlər yaşayır. Bu
ölkələrdə, xüsusilə, Əfqanıstanda kürdlər qədim zamanlardan (Parfiya çarlığı dövründə)
yaşayır.
Avropa  ölkələrində yaşayan  kürdlər əsasən  siyasi  mühacirlər  və əmək
miqrantlarıdır.  Bu  kürdlərin  çoxu  tarixi  kürdüstanın  bütün  parçalarından,  xüsusilə
Türkiyədən,  az  bir  hissəsi  isə “postsovet”  məkanına  daxil  olan  ölkələrdən  köçənlər  və
mühacirlərdir.Kürdlər  son  on  illiklərdə daha  çox  Avropanın  Almaniya  (300  mindən
yuxarı),  Fransa  (50  min),  İsveç  (30  min),  Norveç,  Avstriya,  Polşa,  Bolqarıstan  və s.
ölkələrində məskunlaşmışlar. Bu ölkələrdə yaşayan kürdlər milli mədəniyyət mərkəzləri
yaratmış,  ana  dilində “bazar  günü”  məktəbləri  təşkil  etmiş,  özəl  televiziya  kanalları
açmış, çoxsaylı qəzet və jurnallar nəşrinə nail olmuşlar.
Bu  zaman  fransanın  paytaxtı  Paris  şəhərinə görkəmli  kürd  ziyalısı  Kəndal
Nəzanın  rəhbərliyi  altında  20  ildən  çoxdur  ki,  fəaliyyət  göstərən  “Kürd  İnstitutu”nu
xüsusi  qeyd  etmək  lazımdır.  Burada  kürd  dili, ədəbiyyat  və tarixinin  öyrənilməsi  və
təbliği  istiqamətində təqdirəlayiq işlər  görürlər.  Onu  da  qeyd  edək  ki,  “Kürd-1”  özəl
televiziya kanalının rəhbəri də K. Nəzandır.
Öz  tarixi  vətənlərindən  didərgin  salınmış  kürdlər  bir  gün  Amerika  (ABŞ  və
Kanada)  və uzaq  Avstraliya  (Avstraliya  İttifaqı  və Yeni  Zelandiya)  qitələrinədək
səpələnmişlər. Kürdlərin köç karvanı, belə getsə, buzlu Antraktida materikinə üz tutmağa
məcbur  olacaqdır.  Çünki  “doğma  vətən”  də təzyiq  və təqiblər  altında,  milli
diskriminasiya  və dövlət  teroru  şəraitində “yaşamaqdan”  (buna  yaşamaq  demək
mümkünsə!!!) buzlu materikin 70
0
-80
0
şaxtasında rahat nəfəs almaq daha yaxşıdır.


90
I.IV. KÜRDLƏRİN  ETNOQRAFİYASI  VƏ
MƏDƏNİYYƏTİ
Kürd xalqının özünəməxsus etnoqrafik xüsusiyyətləri haqqında demək olar ki,
bütün  kürdşünas  alimlərin  və xarici  ölkələrdən  kürdüstana  gələn  missionerlərin,
siyasətçilərin fikri eynidir. Həmin fikirlərin “ortaq məxrəci” belədir: Kürdlə ön Asiyanın
antropoloji cəhətdən ən gözəl tiplərindən biridir. Onlar qorxmaz, cəsur, “kişi sözünə əməl
edən”, mərd, döyüşkən, igid, əməksevər və qonaqpərvərdirlər. Kürd cəmiyyətində qadın
Şərqin  heç  bir  xalqında  olmayan  azadlığa  malikdir.  Kürd  qadını  təkcə özünün  gözəlliyi
ilə deyil,  həm də namusu, qeyrəti, “aslan ürəyi” olması ilə fərqlənir.
Bütün bu xüsusiyyətlər hər bir kürd üçün, eləcə də kürdləri yaxından tanıyanlar
üçün “teorem” yox, sübuta ehtiyacı olan bir aksiomadır. Kürdləri yaxşı tanımayan xarici
ölkə vətəndaşları  onların  fərqləndiri  və heyrətləndirici  xüsusiyyətləri  “teoremə”
bənzədiyinə görə elə əcnəbi ölkə alimlərinin fikirləri əsasında bu “teoremi” isbat etməyi
məqsədəuyğun  hesab  edirik.  Dr.  F.  Şinnavi  yazır:  “Kürdlər  xarakter  baxımından  cəsur,
igid və qorxmadan savaşan, düşmənə qarşı addımını geri atmayan bir millətdir” (22,46).
İran kürdləri arasında yaşayaraq onlar haqqında kitab (25) yazan alman mənşəli
Rusiya alimi P.Lerx yuxarıda qeyd etdiyimiz bəzi xüsusiyyətlər haqqında öz fikrini belə
bildirir:  “Kürdlər  qədim  Xaldeylər  kimi  çox zirək (cəld,  bacarıqlı) olub, zəhmətdən
qorxmurlar......  Bu  xalq  artıq ən  qədim  zamanlardan döyüş  qəhrəmanlıqları ilə
fərqlənir...”  (25,25).  MÜəllif  kürdlərin  qəhrəmanlığı  haqqında  fikirlərini əsaslandırmaq
üçün  yunanların  10.000-lik  qoşununa  qalib  gələn  karduxları;  Xaçpərəstlərin
(“Səlib”çilərin)  birləşmiş  qoşunlarını  darmadağın  edib  müqəddəs  Qüdsü  və İslam
dünyasını  xilas  edən  Səlahəddin Əyyubini;  Hulaku  xan  və Teymurləngin  vahiməli
monqol-tatar  döyüşçülərinə ciddi  müqavimət  göstərib  böyük  zərbə vuran  Aməd
(Diyarbəkir) kürdlərini;  üç  yüz  ildən  çox  bir  müddətdə Osmanlı  Sultanlarına  baş
əyməyən  və öz  müstəqilliklərini  qoruyub  saxlayan  kürd əmirlərini;  kiçik  bir  kürd
tayfasının  başçısından  İran  şahı  titolunadək  yüksələn  Kərim-xan  Zəndi  milas  göstərir
(Yenə orada,  səh25-26).  O  kürdlərdə döyüş  ruhunun  yüksək  olmasını  onların  qədim
zamanlardan azadlıqsevər olmaları və ona canatmaları ilə əlaqələndirir.
P.Lerx həmin kitabında kürdlərin antropoloji xüsusiyyətlərinə görə cəzbedici və
cüssəli  olmalarını  da  xüsusi  qeyd  etməyi  unutmamışdır:  “Kürd  kifayət  qədər  qəddi-
qamətli,  boyu  və möhkəm  quruluşlu əzələləri  ilə fərqlənir.  Onu  başı  demək  olar  ki,
yumrudur,  alnı  açıqdır,  saçları  sıx  və qaradır,  burnu  gözəldir,  gözləri  qara  və parlaqdır,
sifətinin  rəngi  tutqun,  cizgiləri  isə xoşagəlimlidir  və kişiliyi  kəs  etdirir”  (Yenə orada).
Müəllif bu əlamətlərin əcnəbi alim Riqler tərəfindnə də təsdiqlədiyini qeyd edərək, daha


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə