1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə49/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   43   44   45   46   47   48   49   50   51

109
Kürd ədəbiyyatının qədimliyinə və zənginliyinə baxmayaraq, kürd ədəbiyyatı tarixi
və kifayət qədər öyrənilməmiş və kürd ədəbiyyatşünaslığı zəif inkişaf etmişdir. Bu sahədə
yazılmış kitabların (178,184,186,187,193-201) sayı kifayət qədər deyildir.
“Kürd  fobiya”  çıların  kürd  xalqına  yaxdığı  ləkələrdən  biri  də budur  ki,  guya  bu
qədər  qədim  və zəngin  mədəniyyətə malik  olan  xalqın  övladları  istedadsız  olub  elmə,
təhsilə
maraq  göstərmirlər.
Əvvəla,
kürd  xalqının  özünəməxsus  etnoqrafik
xüsusiyyətlərini  tətqiq  və müşahidə edən  xarici  ölkə alimlərinin  və misionerlərinin  bir
çoxu (akad. Marr N. , akad. Minorskiy V., akad. Orbrli U., Lerx P., İbn Bətutə, Riç, Qrant,
Riqler, Barb, Hammer, Sonthgate, F. Şinnavi və s.) məhz kürdlərin elmlərə dərin marağını,
bu qədimxalqın bir çox övladlarının dünya elminə verdiyi töhfəsini xüsusi qeyd etmişlər.
Fikrimizi sübut etmək üçün bir neçə konkret faktı misal göstərək.
İngilis  alimi  Southgate  kürdlərin  elmi  qabiliyyətini  çox  yüksək qiymətləndirərək
yazır:  “Bir  xalq  kimi Kürdlər
Şərqin  hər  hansı  digər  xalqından yüksəkdə dayanır
(25,32). Başqa misal: P. Lerx kürdlərin etnoqrafik xüsusiyyətlərini öz kitabında (25) ayrıca
səciyyələndirmiş  və burada  onların  elmə böyük  marağını  xüsusi  qeyd  etmişdir:
“Müsəlman  xalqları içərisində kürdlər,  gələcəyə inam  baxımından  şərəfli  yer  tutur....  Riç
onlarda biliklərdə yiyələnmək  cəhdinin  farslar  və türklərə nisbətən  daha  yüksək
olduğunu  qeyd  etmişdir...  Bunu  Qrant  və Riqler  də təsdiqləyir  Axırıncı  deyir:  Kürdlər
yüksək inkişaf üçün qabiliyyətə və böyük istedada malikdir” (Yenə orada)
Hələ XIV əsrdə ərəb  alimi  İbn  Bətutə,  XVIII əsrdə türk  alimi Əbdürrəhman Əşrəf
kürd alimlərinin dəyərli əsərlər yaratmasını qeyd etmişlər (Yenə orada).
P.Lerx 
göstərilən
əsərində
görkəmli 
kürd 
alimlərindən
ərəb 

ədəbiyyatşünaslığında  tanınmış  simalardan  olan Əbülfidanı  (O,  Səlahəddin Əyyubinin
yaxın qohumu olmuşdur) misal göstərir.
Onu  da  qeyd  edək  ki, Əbul-Fida  həm  görkəmli  tarixçi,  həm  də məşhur  tarixşünas
olmuşdur. Onun haqqında təkcə P. Lerx deyil, bir çox mənbələr geniş məlumat vermiş və
onu orta əsrlərin ən görkəmli alimləri sırasında qeyd etmişlər. Hətta, ASE-nin IV cildində
onun  barəsində verilən  məlumatda Əbül  Fidanın Əyyubil ər  sülaləsindən  olduğu  etiraf
edilmişdir-hərçənd  ki  yuxarıda  qeyd  etdiyimiz  kimi,  ASE Əyyubilərin,  o  cümlədən
Səlahəddin  və onun  yaxın  qohumu  olan Əbül-Fidanın    milli  mənsubiyyəti  haqqında
susmağa  üstünlük  vermişdir.
Qəribə burasıdır  ki,  o, ərəb  (?!)  alimi  kimi  təqdim
edilmişdir.
ASE-də bu  dahi  kürd  alimi  haqqında  yazılan  qısa  məlumat  belədir:  “Əbül  Fida-
İmadədin əl-Məlik əl-Müəyyəd  İsmayıl  ibn Əli əl-Əyyubi (1273,  Dəməşq -27.10.  1331,
Həma)-ərəb(?!)  tarixçisi,  coğrafiyaşünası Əyyubilər nəslindən  olan Ə.  Bir  çox  hərbi
səfərdə iştirak  etmiş  və nəhayət,  1320-ci  ildən  ata  mülkü  olan  Həma  şəhərinin əmiri


110
olmuşdu.  5  cilddən  ibarət  “Müxtəsər  tarixi əl-bəşər  (Bəşəriyyətin  müxtəsər  tarixi”)
əsərində ən  qədim  dövrdən  1329-cu  ilə qədərki  hadisələr  təsvir  olunur. Əsərin  4-cü
cildində Azərbaycanda  Xarəzmşah  Cəlaləd-din  dövründə baş  verən  hadisələrdən  də bəhs
edilir.
1321-ci ildə tamamladığı “Təqvim əl-büldan” (“Ölkələr arasında coğrafi məlumat”)
əsərində Azərbaycanın  coğrafi  mövqeyi , ticarət  yolları,  Xəzər  dənizi,  Kür  çayı,  Şirvan,
Muğan,  həmçinin,  Bakı,  Dərbənd, Ərdəbil  və digər  şəhərləri  haqqında  da  məlumat  var”
(40,131).  Bu  məlumatlar  İ.  Kraçkovskiy  və Z.  M.  Bünyadovun əsərlərindən  (203;204)
götürülmüşdür.
F. Şinnavi isə kürdlərin müsəlman dünyasına ttəkcə qəhrəmanlıqları ilə deyil, eyni
zamanda elm xadimləri ilə xüsusi xidmət etdiklərinə diqqəti yönəldir: “Səhahəddin Əyybi,
İbn əl-Əsir,  İbn əl-Halkan,  İbn  Təymiyə,  Şeyx  Səid ənnursi,  bunlar  islam  tarixinin  bəzi
önəmli  alimləridirlər. Əslində kürdlər  sırf  savaşçı  deyildir.  Kürdlərin  arasından filosof,
tarixçi, siyasətçi və din alimləri çıxmışdır” (22,71).
Kürdlərin  dünya  elminə verdiyi  töhvələri görə bilməyən  (və ya  bilərəkdən  özlərini
“korluğa”  qoyan)  bədxahlarımıza ikinci
xatırlatmamız  budur  ki,  müstəqil  dövlət
qurumuna malik olmadıqları üçün fars, ərəb, türk, Azərbaycan və s. Dillərdə elmi əsərlər
yaradan  onlarla  kürd  övladı  kürd  alimi  kimi  deyil,  fars,  türk,ərəb,  Azərbaycan  və s.
Xalqların elm xadimləri kimi tarixə düşmüşlər. Məsələn çoxları bilmir kiŞ yuxarıda qeyd
olunan  alimlərdən  başqa,  adları  dünyada  məşhur  olan Əbül-Fida, Əbu  Hənifə,  Suriya
Elmlər  Akademiyasının  yaradıcısı  və ilk  prezidenti,  çoxcildlik  “Suriya  tarixi” kitabının
müəllifi Məhəmməd Fərid-Kürd Əli; bir çox yaxın şərq xalqlarının tarixinə dair geniş elmi
məlumatlarla  zəngin  olan  “Şərəf-namə”  kitabının  müəllifi  Şərəfxan  Bidlisi;  dünya
miqyasında tanınan  geoloq-alim,  SSRİ  Elmlər  Akademiyasının  müxbir  üzvü  olmuş Əli
Əmiraslanov və onlarla belələri kürd əsilli elm xadimləridir.
Beləliklə,  göstərilən  konkret  faktlar  bir  daha  sübut  edir  ki,  bu  qədim  xalqın  təkcə
Şərq  mədəniyyətinə deyil,  Dünya  mədəniyyətinə,  elminə verdiyi  töhvələri  “görməyən”
(əslində isə görmək  istəməyən)  “kürdfobiya”çıların  yuxarıda  qeyd  olunan  fikirləri
boşboğazlıqdan,  zehni  korluqdan  və məqsədli  uydurmadan  başqa  bir  şey    deyildir.
Belələrinə kürd  olmayan  ,  lakin  bu  xalqı  dərindən  tanıya  görkəmli ədəbiyyatşünas  alim
q.Qasımzadənin həqiqəti əks etdirən bu sözlərini bir daha xatırladırıq: “Mərdliyi, rəşadəti
ilə tarixdə şöhrət qazanan kürd xalqı həm də qədim və qiymətli mədəniyyət abidələrinin
varisidir. Şərqin  zəngin bədii xəzinəsində yazılı kürd ədəbiyyatını təmsil edən 11-ci ərsin
görkəmli  siması Əli  Həzirinin  və onun  davamçıları  Cizirinin,  Teyranın,  Batenin,Xaninin
irsi dünya bədii klasikasının qiymətli nümunələri sırasındadır” (182,3).


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə