1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

91
sonra əcnəbi missioner, səyyah və tətqiqatçıların (Pujula, Riç, Bore, Qyörnle, Kox və s.)
kürdlərin  fərqləndirici  antropoloji  və xarakter  xüsusiyyətləri  haqqındakı  fikirlərini
sadalayır  və həmin  fikirlərin  demək  olar  ki,  yuxarıda  qeyd  olunanlarla  üst-üstə
düşdüyünü vurğulayır.
Kürdləri  yaxından  tanıyan  və bir  neçə il  onların  həyat  tərzini  öyrənən  erməni
şairi  X.  Abovyan  da  onların  antropoloji  cəhətdən  fərqləndiyinə diqqəti  çəkərək  yazır:
“Kürdlər ilk baxışdan kişilik təcəssümünü əks etdirən, görkəminə, boy-buxununa, hündür
boyuna,  enli  sinəsinə,  cəngavər  çiyinlərinə görə fərqləndirmək  mümkündür...  Bundan
başqa kürdün fərqləndirici əlamətləri: iri odlu gözləri, sıx qaşları, hündür alnı, uzun qartal
burnu, bərk yerişi, bir sözlə qədim qəhrəmanlara xas olan bütün cəhətlər” (115,202).
X.  Abovyan  kürdlər  haqqında  yazdığı  başqa  bir  məqaləsində onların
cəngavərliyinə,  verdiyi  sözə kişi  kimi əməl  etməsi  diqqəti  cəlb  edir:  “Kürdləri  şərqin
retsarları (cəngavərləri) adlandırmaq olar... Döyüşkənlik, açıqürəklilik, düzgünlük, öz
knyazlarına  son  dərəcə sədaqətlilik, verilən sözə ciddi əməl etmək,  qonaqpərvərlik...
qadına hədsiz hörmət, bax, budur bütün xalqa məxsus ümumi əlamətlər” (116,189).
Kürdlərin  cəngavərliyi  və döyüşçü  kimi  qəhrəmanlığını,  orduda  sədaqətlə
xidmət etdiklərini təkcə P. Lerx və X. Abovyan deyil, onlarla əcnəbi səyyah, misioner və
tətqiqatçılar  da,  xüsusi  qeyd  etmişlər.  Aleksey  Manzyak  “İslam  döyüşçüləri”  adlı
kitabında  kürdlərin döyüşkənliyinin, qəhrəmanlığının mənbəyini araşdıraraq gösətiri ki,
bu, kəndlərin etnogenezində mühüm rol oynamış karduxların döyüş ənənələri ilə bağlıdır.
Müəllifin  fikrincə bu ənənələrin əsrlər  boyu  qorunub  saxlanılmasının başlıca  səbəbi
kürdlərin  yaşadığı  regionun  qanlı  tarixi (yuxarıda  kürdüstan ərazisinin  tarix  boyu
imperiyalar  arsındakı  döyüş  meydanına çevrilməsini
qeyd  etmişik), kürd əmirləri
arasında  müntəzəm  baş  verən  “kiçik  müharibələr”  və kürdlərin  gündəlik  həyatında
döyüşməyin əsas məşquliyyətlərdən biri olmasıdır. (31, 198-200)
Belə döyüş ənənələrinin  kürdlərin  həyatında    XX əsrin əvvəllərinədək davam
etməsini  A.A.  Arakelyan  da  təsdiqləyir:  “Kişilərin  başlıca  məşğuliyyətinin  at  belində
silah işlətməklə bağlı, hərbi yürüşlər... və ov zamanı yerinə yetirilən tapşırıqlar təşkil edir
” (117,20).
Onu  da  qeyd  edək  ki,  kürdlərin  döyüş  qəhrəmanlığından  və sədaqətlə
xidmətindən əsrlərlə geniş  istifadə edən  Osmanlı  sultanları,  İran  şahları, Ərəb  xəlifələri
böyük  hərb  uğurlar  qazanmış,  öz ərazilərin  təhlükəsizliyini  qoruyub  saxlamışlar.  Yaxın
şərq  regionunda  kürd  süvari  dəstələrinin  döyüş  məharəti  ilə fərqlənməsi  az  qüvvə ilə
böyük uğurlar qazanması barədə tarixi faktlar kifayət qədərdir.


92
Xaçpərəst  qoşunlarını  darmadağın  edən  Səlahəddin
Əyyubinin  ordusunda
başlıca  zərbə qüvvəsini  kürd  süvariləri  təşkil  edirdi.  (22,46).  XVI əsrdə (1554-1586-ci
illərdə) Səfəvi  ordusunun  tərkibində özünün  süvari  dəstəsində böyük  hərbi  uğurlar
qazandığına  görə şərəfxan  Bidlisinin  tarixçi  Oruc  Bəy  Byat  “Azərbaycanın  görkəmli
sərkərdələri” sırasına daxil etmişdir (29,24).
Akademik  O.V.Vilçevskiy  qeyd  edir  ki,  II  Dünya  müharibəsinədək  yaxın  şərq
ölkələrinin ordusunda başlıca yeri kürd süvari dəstələri tuturdu (14,41).
Osmanlı sultanı II Əbdül Həmid (1876-1909) 1891-ci ildə yaratdığı “Həmidiyə”
adlanan  çevik  süvari  dəstləri  məhz  kürdlərdən  ibarət  idi.    1923-cü  ildə Türkiyə
cumhuriyyətini  quran  M.K.  Atatürk  bu  dəstənin  adını  dəyişməklə (“Əşirət  alayları”)
onlardan  gənc  respublikanın  avropalı  işğalçılardan  azad  edilməsi  və süvariliyin  təmin
edilməsində başlıca hərbi qüvvə kimi istifadə etdi. Kürd süvari dəstələrinin digərlərindən
fərqi və gücü  onda  idi  ki,  bura  daxil  olan  döyüşçülər  yalnız  eyni  tayfanın  üzvlərindən
ibarət olurdu.
Kürdşünas  tətqiqatçıların  fikrinə görə kürd süvari  dəstələrinin  böyük  döyüş
məharətlərinə malik olmasının bir səbəbi də ümumiyyətlə, bu xalqın gündəlik həyatında
atın ən  qədim  zamanlardan  mühüm  rol  oynamasıdır.  Akademik  O,  Vilçeviskiy  kürdlərə
həsr  etdiyi  sanballı  monoqrafiyasında  bu  cəhətə xüsusi  diqqət  yetirərək  qeyd  edir  ki,
kürdlərin ən  qədim  zamanlardan  ata  bağlılığı  elə güclü  olmuşdur  ki,  bu  indiki  dövrə
qədər öz əhəmiyyətini itirmımişdir.
Müəllif həmin fikrini əsaslandırmaq üçün yazır: “ Müasir dövrdə, atın Ön Asiya
əhalisinin  təsərrüfat  həyatında  geniş  yer  tutduğu  bir  zamanda,  o,  kürdlərlə elə dərəcədə
sıx bağlı hesab olunur ki, İraq 1925-ci ildə “Ərəb və kürdlərin Birləşmiş Həşimi krallığı”
elan  edilərkən  özünün  yeni  gerbini  yaratdı,  bu  gerbin  qalxanının  dayaq  hissəsində ərəb
dəvəsi və kürd atı təsvir olunmuşdur” (14,41).
O.  V.  Vilçeviskinin  kürd  süvariləri  haqqındakı  fikirlərini  belə yekunlaşdırır:
“Bir  sözlə,  ilk  baxışdan  kürdü  atsız  təsəvvür  etmək  çətindir,  at-kürd  məişətinin,  kürd
təsərrüfatının ayrılmaz hissəsidir” (Yenə orada). Bu fikri erməni yazıçısı, kürdlərə heç də
rəğbət bəsləməyən Akon Melik Akopyan (Raffi) da etiraf etmişdir: “Kürd uşaqlıqdan atı
və silahı idarə etməyi öyrənir... Kürd heç vaxt başqasına hətta doğma qardaşına, öz atına
minmək  imkanı  verməz.  Onun  özü  kimi  atı  da  bir-birini  tanıyır.  Atın  xarakterinə bələd
olmayan  kənar  şəxs  onu  idarə edə bilməz  və onu  korlaya  bilər.  Onu  görə də kürdlərdə
belə bir  məsəl  var:  “İki  şey- qadın  və at-var  ki,  onları  başqasına  vermək  olmaz  ”
(118,279).


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə