1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə29/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

62
meydanında (Kürd Cümhuriyyətinin yaradılması 22 yanvar 1946-cı ildə bu meydanda elan
edilmişdi) edam edildilər.
M.Qazinin  son  nəfəsinədək  qəhrəmancasına davrandığını  və məğrurluğunu,  milli
qürur  hissini  itirmədiyini  göstərən  tətqiqatçılar  onun  məhkəməsindən  belə bir  epizodu
xüsusi  olaraq  qeyd  edirlər.  Məhkəmədə M.Qazinin  iki  ay əvvəl  İran  Ordusunun
rəhbərlərinə göndərdiyi məktub oxunan zaman zalda əyləşən İran hərbiçiləri səs-küy salır
və onun əfv edilməsini tələb edirlər. Çünki, M.Qazi həmin hərbiçilərə həqarətlə yazmışdı:
“Siz,  orda  zabitləri  müharibə qızışan  kimi canınızı  qurtarmaq  üçün  geri  qaçarsınız  və
Firdovsinin misralarını belə təhrif edərsiniz:
Hamımızın düşmənə baş əyməmiz
Özümüzü ölümə verməyimizdən yaxşıdır” (95, 285).
Firdovsi “Şahnamə” də həmin misraları belə yazmışdı:
Ölkəni düşmənə verməkdən daha yaxşıdır-
Bizim bir-bir öldürülməyimiz.
Kürd  xalqının  qəhrəman  və yenilməz  oğlu  M.  Qazi  məhz  bu  yolu  seçərək,  doğma
Vətəni son nəfəsinədək tərk etmədi və onun uğrunda ölməyi qaçmaqdan üstün tutdu. Ona
görə də onun  adı  Kürd  xalqının  tarixinə qızıl  hərflərlə yazılmış  və əbədi  olaraq
yaşayacaqdır.
Cəmi  on  bir  ay  şamadığına  baxmayaraq,  Mehabad  Kürd  Cumhuriyyəti  İran
kürdlərinin  milli-azadlıq  hərəkatı  tarixində mühüm  rol  oynadı.  Bzəi  tətqiqatçılar  bu
respublikanın yaradılmasını təkcə Kürdüstanda deyil, bütün Orta Şərq regionunda mühüm
hadisə kimi  qiymətləndirildi.  Məsələn,  1945-1946-cı  illərdə Mehabadda  olmuş  amerikalı
A.  Ruzvelt  yazır:  “Kiçik  Kürd  respublikasının  yaranması  və məzmunu,  onun  qısa  və
burulğanlı  tarixi,  gözlənilməz  süqutu  Orta  Şərqin  müasir  tarixinin ən  parlaq  hadisələrini
təşkil edir” (97,135).
Mehabad  Kürd  Cümhuriyyətinin  və Azərbaycan  Demokratik  Respublikasının
ləğvindən sonra İranın şah rejimi ölkənin şimal-qərb regionunda repressiyalara, təzyiq və
təqiblərə,  hətta,  dövlət  səviyyəsində terror əməliyyatlarına  başladı.  İKDP  gizli  fəaliyyətə
keçməyə məcbur oldu, partiya fəallarının əksəriyyəti xarici ölkələrə üz tutdu. XX əsrin 60-
70-ci  illərində Şah  rejimi  kürdlərə qarşı  mübarizəni  qəddarcasına  şiddətləndirdi.  İran
kürdlərinin  ağır  vəziyyyətindən  bəhs  edən  İran  alimi  Bş  Cazani  həmin  illərdə yazırdı:
“Farslarla  müqayisədə onlar (kürdlər) ikiqat  istismardan əzab  çəkirlər:  həm  istismar
olunan sinif kimi, həm də milli dini haqları tapdalanan xalq kimi” (98,215).


63
Şah  rejiminin  bu  ikiqat  zülmündən  cana  doyan  İran  kürdləri  yenidən  silaha
sarılmağa məcbur oldular. 1967-ci ildə başşlayan və İKDP tərəfindən idarə olunan silahlı
üsyan  18  aya  yaxın  davam  etdi. Əsasən  Mehabad,  Bane,  Sərdəşt  rayonlarını əhatə edən
üsyan “partizan  müharibəsi”  xarakteri  daşıyırdı.  Üsyançılara  qarşı  böyük  hərbi  qüvvə
göndərən  İran  hökuməti  onları  məğlub  etdikdən  sonra  İKDP-nin  fəallarının  böyük  bir
qismini həbs edib edam cəzasına məhkum etdi. Üsyançı kürdlərin gözünü qorxutmaq üçün
üsyana  rəhbərlik  edənlərdən  birinin-Süleyman  Muyninin  cəsədini  növbə ilə bir  neçə
şəhərdə dar ağacından asdılar.
Lakin  nə kütləvi  həbslər,  nə də qəddarcasına    həyata  keçirilən  edam  cəzaları  Iran
kürdlərinin    milli-azadlıq  mübarizəsi əzmini  qıra  bilmədi.  Öz  sıralarını  yeni  üzvlərlə
möhkəmləndirən İKDP 1973-cü ilin sentyabr ayında özünün III qurultayını keçirərək yeni
Proqram  və Nizamnamə qəbul  etdi.  Partiyanın  müəyyənləşdirdiyi  yeni  strategiyanın
əsasında “İrana-demokratiya, Kürdüstana-muxtariyyət” prinsipi dururdu.
1975-ci  ildə imzalanan Əlcəzair  müqaviləsindən  sonra  Şah  rejimi  İran  kürdlərinə
qarşı  repressiya  tədbirlərini  yenidən  gücləndirməyə başladı. Kürd  dilində ədəbiyyatın
nəşrinə qadağa  qoyuldu.  Müəllimlərin  öz  şagirdləri  ilə kürd  dilində danışması,  dövlət
müəssisələrində kürdlərin milli geyimdə gəzməsi yasaq edildi.
Təkcə kürdlərin  deyil,  ölkədə yaşayan  bütün  milli  azlıqların,  hətta,  farsların
həbsxanasına çevrilən Şah rejimi 1978-1979-cu illərdə baş verən İslam inqilabı nəticəsində
devrildi.  1  aprel  1979-cu  ildə İran  İslam Respublikasının  yaradılması  elan  edildi.  Digər
milli  azlıqlar  kimi,  kürdlər  də Şah  rejimindən  cana  doyduqları  üçün  islam  inqilabına
yaxından  köməklik  göstərdilər.  Onlar  ölkədə qurulacaq  İslam  dövlətinin  öz  din
qardaşlarına,  o  cümlədən  kürdlərə,  Şah  rejimi  kimi  zülm  etməyəcəyinə,  milli  haqlara
hörmət  edəcəyinə inanırdılar.  Çox təəsüf ki, kürdlərin, azərilərin və digər  milli  azlıqların
bu unamı özünü doğrultmadı.
1980-ci  ilin  mart  ayında  İKDP-nin  lideri Ə.  Qasımlo  İran  İslam  Respublikasının
prezidenti  Bənisədrə açıq  məktub  göndərdi.  İran  kürdüstanında  vəziyyətin  gərgin
olduğunu  həmin  məktubda  açıqlayan Ə.Qasımlo,  silahlı  toqquşmanı  dayandırmağı,
danışıqlar aparmağı təklif etdi. Məktuba heç bir cavab almayan İKDP lideri Bənisədrdən
Kürd  nümayəndə heyyətini  qəbul  etməyi  və onların  mövqeyini  dinləməyi  xahiş  etdi.
Bənisədr  Kürd  nümayəndələrini  Tehranda  qəbul  etdi  və İran  dövləti  çərçivəsində
Kürdüstana  muxtariyyət  verilməsi haqqında 6  maddədən ibarət  layihəni ona təqdim  edən
kürd  liderlərinə
bildirildi  ki,  onlarla  danışıqlar  ancaq  və ancaq  kürdlərin  döyüşü
dayandırıb (bu zaman kürdüstan əyalətində kürdlərlə hökumət qoşunları arasında şiddətli
döyüşlər  gedirdi) bütün  silahları  təhvil  verdikdən  sonra aparıla  bilər  və muxtariyyət
məsələsinə yalnız bundan sonra baxmaq olar.


64
Bu təklifin səmimiliyinə inanmayan kürdlər silahları təhvil vermədən imtina etdi. 22
May 1980-ci ildə “Kürd məsələsi”ni prezident Bənisədrlə müzakirə edən İmam Xomeyni
nəyin  bahasına  olursa-olsun,  bu  problemə bir  dəfəlik  son  qoymağı  təklif  tapşırdı.
(Görünür,  o,  unutmuşdu  ki,  ondan əvvəl  bir  çox  İran  şahları  da  belə qərar  qəbul  etmiş,
lakin qəhrəman kürd xalqının qanını içsələr də milli iradəsini qıra bilməmişdilər).
İraqla  aparılan  və təxminən  10  il  davam  edən  müharibə Xomeyni  rejiminin  başını
qatsa  da,  İran əsgərləri  fürsət  düşən  kimi  kürdlərin  dağlarda  yerləşən  mövqelərini
bombardman  etməyi  unutmurdular.  Kürdlərin  milli-azadlıq  mübarizəsini  silah  gücünə
məğlub  etməyin  qeyri-mümkün  olduğunu  görən  Xomeyni  rejimi  onların  dini  liderlərinin
vasitəsi  lə (İrandakı  kürdlərin əksəriyyəti  sünnü  təriqətinə mənsubdur) milli  maraqların
“müsəlman  birliyinə və qardaşlığına”  xələl  gətirməsi  barədə təbliğat  kompaniyasına
başladı. Belə kompaniyanın təsiri nəticəsində Şeyx Əhməd Moftizadənin (sünnü kürdlərin
şüyxi) tərəfdarları  açıq  dini  fanatizm  nümayiş  etdirərək  Kürdüstanın  milli  hərəkat
üzvlərinin əlində olan rayonlarına silahlı hücum təşkil etdilər.
Lakin  kürd  şeyxləri  arasında  dini  birliyi  “müsəlman  birliyini”  milli  maraqlarla
uzlaşdırmağın mümkünlüyünü dərk edən ağıllı şəxslər də vardır. Onlardan biri-Mehabadın
CÜmə məscidinin  rəhbəri  Şeyx  İzəddin  Hoseyni (o  da  sünni  təriqətinə mənsubdur)
müsəlman birliyini müdafiə etməklə yanaşı, İran İslam  Respublikası çərçivəsində kürdlərə
muxtariyyət  verilməsinin  tərəfdarı  olmasını  gizlətmir  və deyir:  “Kürd  xalqı-İranın  bir
hissəsidir və bizim mübarizəmiz iran xalqının mübarizəsindən ayrılmazdır.
Əgər  mərkəzi  hökumət  kürd  xalqının  tələblərini (onlara  muxtariyyətin  verilməsi)
yerinə yetirsə, əsil 100% demokratik islam sistemi (quruluşu) yaranar” (99,170).
İranın “vahid müsəlman xalqı”nın dövləti olduğunu bəyan edən Xomeyni rejiminin
tərəfdarları  tərəfindən  aparılan  dini  təbliğatın  burada  yaşayan  milli  azlıqların  qanuni
haqlarının tapdalanmasına yönəldiyini yaxşı bilən şeyx İ. Hoseyni müsahibələrinin birində
deyir: “Biz özünəməxsus xüsusiyyətləri olan bir millətik. Biz daxili muxtariyyət istəyirik”
(99,171).
İ.  Hoseyni  və başqa  mütərəqqi  kürd  şeyxlərinin (“din  qardaşlarının”) belə
demokratik təkliflərini qulaqardına vuran Xomeyni rejimi İraqla müharibədən başı açılan
kimi  yenidən  İran  Kürdüstanının ərazisini  bombalamağa  başladı.  Təkcə 1993-1994-cü
illərdə 300-dən  çox  İslam  inqilabından  həmin  ilədək  isə 500-dən  çox  kürd  kəndi  yerlə
yeksan edilmişdir.
“Terorizmə qarşı  mübarizə”
pərdəsi  altında  dinc əhalini  bombardman  etməklə ürəyi
soyumayan Xomeyni rejimi dövlət səviyyəsində terrora əl ataraq, İKDP-nin liderləri olan
Ə.Qasımlonun (1989-cu  ildə Vyana  şəhərində) və S.  Şərəfkəndinin  Balin  şəhərində
ölümünü təşkil etdi.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə