1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə28/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

59
4. Seyid Məhəmməd Əyyubi-Səhiyyə naziri
5. Əbdürrəhman İlhanzadə-Xarici işlər naziri.
6. İsmayıl Ağa İlhanzadə-Rabitə və Yol işləri naziri.
7. Əhməd İlahi-İqtisadiyyat naziri.
8. Xəlil Hüşvəri-Əmək Naziri.
9. Kərim Əhmədiyan-Poçt, Teleqraf, Telefon işləri naziri.
10. Hacı Mustafa Davudi-Ticarət naziri.
11. Molla Hüseyn Məcdi-Ədliyyə naziri
12. Mahmud Vəlizadə-Kənd təsərrüfatı naziri.
Kürdüstan 

Azərbaycanda 
milli-azadlıq 
hərəkatının 
getdikcə
möhkəmləndiyindən narahat olan İran hökuməti BMT-yə Sovet İttifaqından şikayət etdi.
və sovet qoşunlarının öz ərazisindən (həmin qoşunlar 1941-ci ildən İran ərazisinə, daha
doğrusu  Cənubi  Azərbaycana  daxil  olmuşdu) çıxarılmasını  istədi.  4  aprel  1946-cı  ildə
İranla  Sovet  İttifaqı  arasında  müqavilə imzalandı.  Həmin  müqavilənin  şərtlərinə görə
Sovet  İttifaqı  6 həftə ərzində öz  qoşunlarını  İran ərazisindənçıxarmalı,  bunun əvəzində
isə 50 il müddətində güzəştli qiymətlərlə bu ölkədən neft almalı idi.
Vəziyyətin 
gərginləşdiyini 
görən 
M.Qazi 
Kürdüstan 
Cumhuriyyətini
möhkəmləndirmək  üçün  zəruri  addımlar  atmağa  başladı.  Ordunu  gücləndirmək  üçün
Sovet İttifaqında silah-sursat alındı. Kürdüstan Milli marşı hazırlanıb əsgərlərə öyrədildi.
Marşın sözlərini şair Əbdürrəhman Həjar yazmış, musiqisini Mənaf Kərimi (Milli Təhsil
naziri)
bəstələmişdilər.  Marşın  son  bəndində
Kürdüstanın  coğrafi
ərazisinin
genişlənəcəyinə açıq işarə vardı:
Neftım awe jiyan,
Le Sert u Kermanşane,
Baba gurgur duzane,
Le Musilda hemane.
Mosal nefti də bizimdir (95,179).


60
1946-cı  ilin  Mart  ayında  Kürdüstan Cumhuriyyətinə dəstək  olmaq  məqsədilə öz
döyüşçülərini (3000 nəfər) Mehabada topladı və burada qərarga yaratdı. Tez bir zamanda
ayrı-ayrı tayfa başçılarına tabe olan silahlı dəstələr əsasında vahid Mərkəzə (M. Qaziyə və
Hərb  naziri  Məhəmməd  Hüseyn  Seyfiyə) tabe  olan  Kürd  Ordusu  yaradıldı.  Həmin  ilin
Aprel ayının 23-də (O. Jiqalina 3may yazır, Bax: 54,səh. 182;96, səh 136) Kürdüstan və
Azərbaycan  Cümhuriyyətləri  arasında  yeddi  maddədən  ibarət  dostluq  və qarşılıqlı
əməkdaşlıq  haqqında  müqavilə imzalandı.    Müqavilədə hər  iki  tərəfin  sosial-iqtisadi  və
hərbi  sahələrdə bir-birinə yardım  edəcəyi,  hər  iki  xalqın (kürdlərin  və azərbaycanlıların)
milli  haqlarının  qarşılıqlı  sürətdə təmin  ediləcəyi  xüsusi  qeyd  olunmuşdu.  Yeddinci
maddədə deyilirdi: “-Hər kim ki, iki xalq arasında tarixi dostluğu və əməkdaşlığı pozmağa
cəhd  edərsə və hər  kim  ki,  iki  xalqın  milli  birliyini  aradan  qaldırmağa  çalışarsa,  iki  xalq
tərəfindən cəzalandırılacaqdır” (95,194-195).
1946-cı ilin 24 aprelində İranın hökumət qoşunları kürdlərə öz gücünü göstərmək və
onların gözünü qorxutmaq məqsədi ilə Kürdüstan Cümhuriyyətinin üzərinə hücuma keçdi,
lakin “Qəhrawa” (“Qəhrabad”) adlanan kəndi yaxınlığında Kürd ordusunun silahlı dəstəsi
onları ağır məğlubiyyətə uğrdaraq, 40-dan çox əsgəri əsir aldı. (Həmin əsgərlər sonradan
azad edilib Tehran şəhərinə geri göndərildi).
Moskva  radiosunun  verdiyi  xəbərə görə 1946-cı  ilin  9  May  günü  bütün  Sovet
qoşunları  İran ərazisini  tərk  etdi  (95,207).  Bundan  bir  neçə gün (15  May  ) sonra  İranın
hökumət  qoşunları  Saqqız  şəhəri  yaxınlığında-Mameşah  dağında  yerləşən  kürd  silahlı
dəstələrinin  üzərinə hücuma  keçdi.  Buradakı  Kürdlərin (Bazanilərdən  ibarət  idi) silahlı
dəstəsinə (cəmi  43  nəfər) Xəlil  Xoşəwi  başçılıq  edirdi.  Qeyri-bərabər  döyüşdə düşmənin
22 əsgərini məhv  edib,  40 əsgərini əsir  aldıqdan  sonra  kürd  döyüşçüləri  geri  çəkilmək
məcburiyyətində qaldı.  Bu  döyüşdə kürdlər  cəmi  bir  nəfər  itki  verdi  ki,  bu  da  10  güllə
yarası aldığına baxmayaraq, son qanınadək qəhramancasına vuruşan və döyüş mövqeyini
tərk etməyən dəstə başçısı Xəlil Xoşəvəri idi (95,224).
1946-cı  ilin
iyun  ayının  ortalarında  tərəflər (kürd  döyüşçüləri  ilə hökumət
qoşunları) arasında  atəşkəs  elan  olundu.  Nisbi  sakitlik  şəraitində Kürd  Cumhuriyyətinin
sosial-mədəni inkişafı üçün ətdbirlər gücləndirildi. Bu dövrdə İran Kürdüstanı Demokratik
Partiyasının  rəsmi  orqanı  olan  “Niştiman” (“Vətən”) qəzetindən  başqa  “Kürdüstan”  adlı
gündəlik  qəzet,  “Həwar” (“Fəryad”),  “Aqır” (“Od-alov”),  “Hilalə” (“Aypara”),
“Gelawiz” (“Gəlavej”-ulduz adıdır) adlı jurnallar kürd dilində çap olunub İran kürdləri və
eləcə də İraq kürdləri arasında geniş yayılmışdı.
İyul ayının axırlarında ibtidai siniflər üçün kürd dilində dərslər artıq çapa hazır idi.
Kürd dilində hər gün saat 16
00
-dan 22
00
-dək verilişlər yayımlanırdı.


61
M.Qazi  İran  dövləti  çərçivəsində
Kürd  Cümhuriyyətinin  qanuni
əsaslara
söykənməsini təmin etmək məqsədilə 1946-cı ilin avqust ayının əvvəllərində Tehrana səfər
etdi. O, burada iki dəfə iranın baş Qərərgah rəisi Genral Razmara ilə görüşdü. İranın baş
naziri bütün İran Kürdüstanının bir ostan (vilayət) altında birləşdirilməsi və bura Mərkəzi
iran hökuməti tərəfindən bir rəhbərin təyin olunmasını təklif etdi. Lakin M. Qazi bu təklifi
qəbul  etmədi.  Çünki  bu  həm  kürdlərin,  həm  də Cənubi  Azərbaycanın (İran  Kürdüstanın
bəzi  şəhərlərində azərbaycanlılar  üstünlük  təşkil  etdiyi  üçün  Azərbaycan  Demokratik
Cümhuriyyətinin  tərkibinə daxil  edilmişdi) milli  maraqlarına zidd  idi.  Hiyləgər  siyasətçi
olan Ə.Kvıvammüssəltənə bu təklifi ilə kürdlərlə azərbaycanlılar arasındakı tarixi dostluğu
və möhkəm birliyi pozmaq, beləliklə hər ikisini zəiflədib məğlubiyyətə uğradaraq özünə
tabe etdirmək istəyirdi.
ABŞ-ın beynəlxalq dəstəyini alan və Sovet İttifaqının müdaxilə etməyəcəyinə əmin
olan  Iran  hökuməti payız  aylarında  Cənubi  Azərbaycanda və Kürdüstanda  baş vermiş  və
demokratik Cümhuriyyətin yaranması ilə nəticələnmiş milli-azadlıq hərəkatını qan içində
boğmaq qərarına gəldi.
11  dekabr  1946-cı  ildə Təbrizdə xalq  İran  ordusuna  qarşı  mübarizəyə səsləyən
vərəqələr  yayılmağa  başladı.  Lakin  elə həmin  günü  axşam saatlarında  Azərbaycan  valisi
Səlamüllah  Cavidin  Tehrana  Azərbaycan  Demokratik  Cuümhuriyyətinin    çökdüyü  və
Azərbaycan və Azərbaycan  demokratk  Partiyası  liderlərinin (sədri  Cəfər  Pişəvəri  idi)
Şimala (Sovet Azərbaycanına) qaçdıqları barədə teleqram vurulması xəbəri yayıldı.    İki
gün sonra (13 dekabr) İran ordusu Təbrizə daxil oldu və şəhəri zəbt edərək buradakı milli
hərəkatı qan içində boğdu (95,258-259).
Azərbaycan Demokratik Respublikasının qəfildən çökməsi və Sovet İttifaqının buna
göz  yumması  Kürdləri  ciddi  narahat  etməyə başladı.  Dekabrın  14-də (1946-cı  il)
Kürdüstan  Demokratik  partiyasının  liderləri  və milli  hölumətin  bəzi  üzvləri  M.  Qazinin
yanına  gələrək  müqavimətin  mənasız  olduğunu  bildirdilər  və ölkəni  tərk  etməyi  təklif
etdilər. M. Qazi təklif sahiblərinin istədikləri kimi hərəkət etmələrinə razı olduğunu, lakin
özünün  Mehabadı  heç  vaxt  tərk  etməyəcəyini,  doğma  xalqı  ilə qalacağını  qətiyyətlə
bildirdi. Bu qətiyyətdən heyrətlənən bəzi liderlər də onunla qalacağını bəyan etdilər.
21 dekabr 1946-cı ildə M. Qazi başda olmaqla Mehabad Kürd Cümhuriyyətinin 45
nəfərdən  ibarət  məmurları  həbs  edildi. (M.  Qazi  xalqı  mənasız  qırğına  verməmək  üçün
silahlı  müqavimət  göstərmədi). 23  yanvar  1947-ci  ildə İranın  Hərbi  Məhkəməsi  M.
Qazinin,    qardaşı  Sədri  Qazi  və əmisi  oğlu  Seyfi  Qaziyə edam, 28  nəfər  milli  hərəkat
fəallarına isə 2 ildən 15 ilədək həbs cəzası barədə hökm çıxarıldı. Həmin ilin Mart ayının
31-də gecə saat  3
00
-da  M.  Qazi,  Seyt  Qazi  və Sədri  Qazi  Mehabadın  “Çawarçıra”


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə