1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

53
görə cəzalanmadığından  şirnikərək  Kürdüstan  bölgəsini  bombalamağa  başladı.  Kürdlərin
yaşadığı  bütün  kəndləri  yerlə-yeksan  etməyə çalışan  qaniçən  cəllad  Səddam  yüzminlərlə
əhalinin (qadın,  qoca,  uşaq)
məhvinə və didərgin  düşməsinə səbəb  oldu.  Bölgədəki
kürdlərin (sayı üç milyona yaxın idi) kütləvi məhvinə çalışan S. Hüseynin vəhşiliyi dünya
ictimaiyyətində ciddi  narazılığa  səbəb  oldu.  Bu  narazılıqlardan  sonra  işə qarışan  ABŞ,
Almaniya, Fransa, İngiltərə və digər Avropa ölkələrinin təsiri ilə BMT İraq ərazisinin 36-
cı paraleldən şimalda qalan hissəsində (Kürdüstan bölgəsində) İraq təyyarələrinin uçuşunu
qadağan edən qərar qəbul etdi. Yalnız bundan sonra İraq kürdlərinin kütləvi qırğınına son
qoyuldu.
Kürdlərin kütləvi qırğınlar zamanı axıdılan günahsız qanları, ahu-naləsi S. Hüseyni
Allahın  cəzasına  çatdırdı.  Allah əli  təkcə kürdlərin  deyil,  öz  millətinin  də (şiə ərəblərin)
qanına  bulaşmış  Səddamın  ağlını  başından  aldı. O  quduzlaşaraq  dünya  ictimaiyyətinə,
ABŞ başda olmaqla Avropa dövlətlərinə, BMT-yə meydan oxumağa, nüvə silahı istehsal
edəcəyi  ilə hədə-qorxu  gəlməyə başladı.BMT-nin  bir  neçə sanksiyasını,  ABŞ-ın  başçılıq
etdiyi  koalisya  dövlətlərinin (Qərbi  Avropa  dövlətinin  çoxu  buraya  daxil  idi.)
xəbərdarlıqlarını  qulaqardına  vuran  Səddam  həmin  ölkələri  hədələməkdə davam  etdi;
onlarla axıra qədər vuruşacağını və qalib gələcəyini bildirdi.
Səddamın hədə-qorxuları və bütün dünyaya  meydan oxuması o dərəcəyə çatdı ki,
yeganə müttəfiqi olan Rusiya da ondan üz döndərdi və İraqa ABŞ-ın başçılığı ilə koalisya
qoşunlarının  daxil  olmasını  BMT  TŞ-nin  iclasında  razılıq  verdi.  Beləliklə, 2003-cü  ilin
aprel  ayının əvvəllərində koalisya  qoşunları  İraq ərazisinə daxil  oldu.  Aprelin  9-da
qoşunların  bağdada  daxil  olduğunu  görən  Səddam  gecə ilə qaçıb  doğulduğu  Tikritdə
“siçan  deşiyində” (yerin  altında  qazılmış  quyuda) gizləndi.  Elə həmin  gün  Bağdadın
mərkəzində ucalan  qaniçən  diktatorun (Səddamın) nəhəng  heykəli
ərəblərin  özləri
tərəfindən  boynuna zəncir  salınmaqla  uçuruldu.  Uzun  axtarışlardan  sonra  Səddam
gizləndiyi “siçan deşiyindən” çıxarılıb məhkəməyə verildi. Məhkəmə onu öz xalqına qarşı
törətdiyi qanlı cinayətlərə görə ölüm cəzasına məhkum etdi.
Yaranmış  yeni  tarixi  şəraitdən  bacarıqla  istifadə edən  C.  Tələbani  və Məsud
Barzani  aralarındakı  uzun  müddət  davam  edən  ziddiyyəti  həll  edərək  qüvvələrini
birləşdirdilər.  Onların  birləşmiş  qüvvələri S.Hüseyn  rejiminin  devrilməsində ABŞ-ın
başçılıq  etdiyi  koalisya  qoşunlarına  yaxından  köməklik  göstərdi  və Kürdüstan  bölgəsini
diktatura  rejimindən  tam  azad  etdi.  ABŞ  kürdlərin  bu  fədakarlığı əvəzində müstəqil
Kürdüstan  dövlətinin (İraqın  Kürdüstan  bölgəsi ərazisində) yaradılmasına  vəd  vermişdi.
Lakin  ingilislər  kimi  ABŞ  dövləti  də vədinə xilaf  çıxdı.  Bu  məsələdə Türkiyənin  kəskin
mövqedə dayanması  xüsusi  rol  oynadı.  Belə ki,  öz  sərhədləri  yaxınlığında (İran
Kürdüstanı  və Türkiyə Kürdüstanı  birbaşa  həmsərhəd  olan  vahid ərazidir) müstəqil
Kürdüstan dövlətinin yaranacağından vahiməyə düşən Türkiyə hökuməti ABŞ-a təzyiqlər


54
göstərməyə (öz  hərbi  bazalarını  ABŞ-ın  üzünə bağlayacağı;  Kərkükdə yaşayan
türkmənlərin  haqlarını  (?!)  qorumaq  üçün  Şimali  İraq  (Kürdüstan)  bölgəsinə qoşun
yeridəcəyi; Əfqanıstandakı türk qoşunlarını geri çağıracağı və s. hədələrlə) başladı.
C.Tələbani və M. Bərzani ilə ABŞ hökuməti arasında aparılan danışıqlardan sonra
hər  iki  kürd  lideri  federativ  İraq  dövləti  çərçivəsində geniş  muxtariyyət  hüququna  malik
Kürdüstan  vilayətinin (Türkiyə rəsmi  dairələri  və dövri  mətbuatı  “Kürdüstan” əvəzinə
“Şimali İraqbölgəsi” işlədirlər) yaradılmasına razılıq verdi.
Beləliklə S. Hüseyn 30 illik diktatura rejimindən xilas olan İraq ərəbləri və kürdləri
öz aralarında razılığa gəlib demokratik seçkilərə getdilər. Seçkilər nəticəsində C. Tələbani
İraq prezidenti seçildi. (tarixdə kürd xalqının lideri olaraq seçilmiş ilk prezidentdir; 2010-
cu ildə o, bu vəzifəyə ikinci dəfə seçilmişdir). Yeni yaradılan İraq hökumətinin Baş naziri
ərəblərdən,  müavini  kürdlərdən  təyin  olundu. Mərkəzi  tərkibinəüç  nəfər  kürd  nazir  daxil
edildi.  Kürdüstanda  da  prezident  və parlament  seçkiləri  keçirildi,  yerli  hökumət  təşkil
olnudu.  M.  Bərzani kürrKürdüstanın  ilk  prezidenti  seçildi. (2010-cu  ildə Məsud  Barzani
ikinci dəfə Kürdüstan prezidenti seçildi). Bu isə o deməkdir ki, İraq Kürdləri yüz ildən bəri
uğrunda  mübarizə apardıqları  və milyonlarla  şəhid  verdikləri  arzularına (Kürdüstan
dövlətinin yaradılması) əsasən çatmışlar. Belə ki, siyasi müşahidəçilərin yazdığına görə öz
bayrağı,  himni,  gerbi,  dövlət  dili,  Prezidenti,  Parlamenti  və Hökuməti  olan  Kürdüstan,
federativ  iraq  dövləti  çərçivəsində muxtar  qurum  olsa  da, əslində yarımmüstəqil (bəzi
məsələlərdə müstəqil) dövlətdir.
Tarixi  Kürdüstanın ən  qədim  parçalarından  biri  də İran  Kürdüstanıdır. Qeyd
etdiyimiz  kimi  bura  kürdlərin  ilk  yaranma  ocaqlarından  biridir  və buradakı  bir  çox  kürd
sülalələri əsrlər  boyu  müstəqil  və yarımmüstəqil  hakimiyyət  sürmüşlər.  Bani-Ərdalan
sülaləsinin  hakimiyyəti  XIX əsrin  axırlarınadək  davam  etmişdi.    Elə həmin  dövrlərdən
etibarən Iranda  kürdlərin  milli-azadlıq  mübarizəsi  baş  qaldırdı: Əsrlərdən  bəzi  müstəqil
hakimiyyət sürmüş kürd sülalələri İran şahlarına boyun əyməkdən imtina etdilər.
XX əsrin  ilk  illərindən  ikiqat  istismara  və zülmə məruz  qalan  İran  kürdlərinin
narazılığı getdikcə artaraq silahlı mübarizəyə çevrildi. 1905-ci ilin yayında Təbrizdə İran
kürdlərinin    şah  rejimi  ilə müxalifətdə olan  lideri  Salmaslı  Cəfər  ağanın  öldürülməsi
vəziyyəti  daha  da kəskinləşdirdi,  İranın  Kürdüstan  və Azərbaycan əyalətlərində yaşayan
kürdlərin silahlı üsyanına səbəb oldu. Cəfər ağanın şah rejimi tərəfindən təqib olunan atası
Məhəmməd ağa və qardaşı İsmayıl ağa Simko Türkiyə ərazisinə keçməyə məcbur oldular.
Qardaşının qisasını  almağa  çalışan  Ismayıl  ağa  Simko  Xoy-Salmas  rayonuna  hücum
edərək Qotur qalasında öz mövqeyini möhkəmləndirdi (93,17).
Həmin ilin dekabrında İranda burja demokratik inqilab başlandı və 1911-ci ilədək
davam  etdi.  Şah  rejiminə qarşı  vuruşan  fidailərə kürdlər  və azərbaycanlılar (azərilər) 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə