1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

37
silahlarını  diyarbəkirlilər  böyük  sevinclə və:  “Yaşasın  azadlıq!”,  “Yaşasın  Kürdüstan!”
şüarları  ilə qarşıladı.  Qeyri-bərabər  döyüşdə şəhərin  alınmasının  mümkün  olmadığını
görən  Şeyx  Səid  geri  çəkilmək əmri  verdi.  Türk  hökuməti  məsələnin  ciddi  xarakter
aldığını  görüb  üsyançıların  üzərinə böyük  qoşun  birləşmələri  göndərdi. Tətqiqatçıların
yazdığına  görə şimaldan  40  min,  cənubdan  30  min  türk  ordusu  üsyançıları  sıxışdırmağa
başladı (55,37). Bütün qüvvələri səfərbərliyə alan Türk ordusunun rəhbərliyi aprel ayında
qəzetlərdə Şeyx Səidin həbsinə kömək barədə elan dərc etdirdi. Elanda deyilirdi ki, Şeyx
Səidin dirisini ələ keçirənə 1000 qızıl lirə, ölüsünü gətirənə isə 700 qızıl lirə veriləcəkdir
(55,68).
Beləliklə, qeyri bərabər döyüşdə məğlub olan Şeyx Səid hərbi məhkəmənin qərarı
ilə 29  iyun  1925-ci  ildə 47  kürd  tayfa  başçısı  ilə birlikdə Diyarbəkirdə edam  edilir
(54,128). N. Dersiminin yazdığına görə həmin edam sentyabrın 4-də həyata keçirilmişdir
(26,184).  Edam  zamanı  Şeyx  Səid  özünü  son  dərəcə məğrur  aparmış  və demişdi: “Mən
qətiyyən təəssüflənmirəm  ki,  öz  həyatımı  xalqıma  qurban  verirəm. Biz  onunla  fəxr  edirik
ki, düşmənlərimizin önündə nəvələrimiz bizim üçün xəcalət çəkməyəcəklər” (56,100).
XX əsrdə Türkiyə Kürdüstanında  baş  verən  güclü  üsyanlardan  biri  də Ağrıdağ
üsyanıdır.  Şeyx  Səid  üsyanın  qan  içində boğulması,  bəzi  kürd tayfa  başçılarının  türk
hökuməti  tərəfindən ələ alınması  bu  ölkədəki  milli-azadlıq  hərəkatını  susdura  bilmədi,
əksinə daha da gücləndirdi.
1927-ci ilin yazında Ağrı, İğdır, Bəyazit vilayətlərində baş qaldıran üsyan getdikcə
genişlənməyə başladı.  Üsyandan təşvişə düşən  Türk  höküməti  üsyançıların  üzərinə 10
mindən yuxarı silahlı qoşun göndərdi. Şiddətli döyüşlərdə Türk ordusunun iki mindən çox
əsgəri öldürüldü, 500 nəfərə yaxını əsir alındı (54,143). Getdikcə şiddətlənən üsyan tez bir
zamanda Van, Malazgird, Muş, Bidlis və Siirt vilayətlərinə yayıldı.  1928-1929-cu illərdə
üsyançılar  öz  qüvvələrini  Ağrıdağın  çətin  keçilən  yerlərində cəmləşdirdilər.  Böyük  və
Kiçik Ağrıdağ arasındakı dağarası çökəkliyi özlərinə hərbi bazaya çevirən üsyançılar türk
ordusuna şiddətli müqaviməti 19310-ci ilədək davam etdirməyə nail oldular (57,109).
Ağrı  üsyanı  adını  almış  bu  hərəkat  “Xoybun” (“Müstəqillik”) adlı  kürd  komitəsi
tərəfindən  təşkil  olunmuşdu.    Bu  komitə 1927-ci  ilin  avqustunda  bir  sıra  kürd  siyasi
təşkilatlarının  qurultayında  yaradılmışdı.  Həmin  komitənin  bütün  üzvləri  müstəqil
Kürdüstan  naminə bütün  kürdlərin  birliyi  uğrunda  mübarizə aparacaqlarına  söz
vermişdilər (58,270).
“Xoybun”  təşkilatına  rəhbərlik  edən  odlu  vətənpərvər  İhsan  Nuri  münaqişə
regionuna  gələrək  İbrahim  paşanın (İbrahime  Həsike) başçılıq  etdiyi  silahlı  üsyançıların
qüvvələrini  birləşdirməyə və dezgen  istiqamətləndirməyə nail  oldu.  Üsyançılara  siyasi
rəhbərliyi  gücləndirmək  üçün  “Xoyban”,  “Aqıri” (“Alovlanan”;  Ağrı  dağın  kürdcə


38
adından  götürülüb) adlı  qəzet  nəşr etməyə başladı.  Ağrıdağ hərəkatını  izləyən  mütərəqqi
ingilis  müəllif  S.S.  Qavan  yazır:  “Bu  üsyan  Ağrı-dağ  konqresində kürd  qruplarının
birləşməsi  sayəsində özünün  yüksək  təşkilatçılığı  ilə maraq  doğurur.  Eyni  zamanda  bu
təşkilat vahid kütləvi təşkilat formasına çox yaxınlaşmışdır” (59,21).
Üsyanın getdikcə şiddətlənməsini və daha geniş yayılmasını görən Türk höküməti
sülh  danışıqları  aparmaq  üçün  12  millət  vəkilindən  və türkiyənin  şərq  vilayətlərinin  bir
neçə rəhbər şəxslərindın ibarət komisya yaratdı. 1928-ci ilin may ayında komisya üzvləri
Şehli körpü deyilən yerdə (bitərəf zonada) İhsan Nurinin rəhbərlik etdiyi Kürd nümayəndə
heyyəti  ilə görüşdü.  Komisya  üzvləri  hökumət  adından  İhsan  Nuriyə yüksək  dövlət
vəzifəsi  təklif  etdilər;  bu  şərtlə ki  üsyançılar  silahı  yerə qoyub  Türk  ordusuna  təslim
olsunlar. Kürd nümayəndə heyyəti bu təkliflə razılaşmadı və sülh danışıqları nəticəsiz başa
çatdı.
1930-cu  ilin əvvəllərində Türkiyənin  bütün  cənub-şərq  vilayətləri (Türkiyə
kürdüstanı) kürd üsyançılarınıln tabeçiliyində idi. Həmin ilin 6 aprelində hərbi texnika ilə
gücləndirilmiş  türk  qoşun  birləşməsi  üsyançılar  tərəfindən  darma-dağın  edildi.  Ciddi
narahat  olmağa  başlayan  Türk  hökuməti  bütün  qüvvələri  səfərbərliyə alıb  üsyançıların
üzərinə böyük  miqdarda  hərbi  qüvvə göndərdi.  Bir  aydan  çox  davam  edən  şiddətli
döyeşlərdə Türk ordusu məğlubiyyətə uğradı; iki min əsgər əsir alındı, 12 təyyarə vuruldu,
60 ədəd plamyot üsyançıların əlinə keçdi(54, 146)
Ağır  məğlubiyyətdən  qorxuya  düşən  Türk  hökuməti  döyüş  bölgəsinə göndərilən
canlı qüvvənin sayını 60 min əsgərə çatdırdı (60, 31). Iyun ayınadək davam edən şiddətli
döyüşlərdən  sonra  Türk  ordusu  yalnız  aviasiyanın  köməkliyi  ilə üsyançıları  iran  və
türkiyənin  sərhədləri  boyu  yerləşən  dağlıq  bölgəyə doğru  sıxışdıra  bildi.  Bu  zaman  İran
Kürdüstanında  yerləşən  Mako  rayonundan  üsyançıların  köməyinə yeni  Kürd  silahlı
dəstələr  yetişdi.  Üsyan  dalğası  yenidən  alovlanaraq,  Başqalə,  Saray,  Bəqrikalə, Ərciş,
Patnos,  Van, Zilan və.s.  rayonları  bürüdü.  Həmin  rayonlarda  üsyançıların  sayı  1921-ci
ildəkinə (10 min nəfər) çatdı.
Yenidən  böyük  qüvvə ilə üsyançıların  üzərinə yeriyən  türk  ordusu  iyul  ayının
axırlarınadək  davam  edən  şiddətli  döyüşlər  nəticəsində onların  müqavimətini  qıra  bildi.
Mənbələrin  verdiyi  məlumata  görə türk  ordusu  təkcə üsyançıları  öldürmür,  qarşılarına
çıxan  bütün  dini əhalini,  bütöv  kəndləri  məhv  edib-dağıdır,  kürdlərin  mal-qarasınə
qabaqlarına  qatıb  aparırdılar.  Məsələn  təkcə Zilan  dərəsində 1550  nəfər  məhv  edilmiş
Ərciş  rayonunda  200  kənd  yandırılmış,  Patnosda  isə bütün  yaşayış  məntəqələri  yerlə-
yeksan edilmişdir (57,111).
Kürdlərin müqavimətini 15 sentyabradək davam edən döyüşlərdə böyük çətinliklə
qıran  türk  ordusu  mətbuat  səhifələrinə özlərini  öyən  yazılar  dərc  etməyə başadılar.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə