1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

22
895-ci ildə Xəlifə əl-Mütədid    yenidən  Mosal vilayətinə qoşun yeritdi. Harun əş-
Şarinin  başçılıq  etdiyi  xaricilər  güclü  xilafət  ordusuna  ciddi  müqavimət  göstərsələr
dəməğlub oldular. Üsyançılar Zab çayının dərəsindən Azərbaycan ərazisinə keçdilər.
IX əsrin  ikinci  yarısından  başlayaraq,  xilafətin  tərkibində yaranan  müstəqil  və
yarımmüstəqil əmirliklər,  o  cümlədən  kürd  sülalələri ərəblərə qarşı  müqaviməti
gücləndirmyə başladılar.  902-ci  ildə Xəlifə əl-Müktəfiyə (902-908)  qarşı  Dəclə çayı
sahilində təşkil  olunan  üsyanda  kürdlər  də iştirak  edirdi.  902-903-cü  illərdə Bağdaddan
qaçan xilafət sərkərdəsi Əbu Səid əl-Havarizmi Şəhrizu hakimi İbn Əba ər-Rabi əl-Kürdi
ilə qohumluq əlaqələrinə girərək, Xəlifə əl- Müktəfiyə qarşı mübarizəyə başladı.
IX
əsrin  ortalarından  başlayaraq,  kürdlərlə
bərabər  Kürdüstan
ərazisində
məskunlaşmış  bəzi ərəb  tayfaları  da  xilafətə qarşı  mübarizə aparırdı.  Həmin  tayfalardan
kürdlərin üstünlük təşkil etdiyi Diyar Rabiyədə yaşayan güclü tayfa birləşməsi olan taqlib
xüsusilə fərqlənirdi. İslamın yayılmasından əvvəl bu tayfa xristian dinini qəbul etmişdi. IX
əsrin  sonlarında  bu  tayfa  Həmdan  ibn  Həmdanın  başçılığı  ilə xaricilər  tərəfindən
vuruşduğu halda,X əsrin əvvəllərində Həmdanın oğlu Hüseynin rəhbərliyi altında xilafətə
tərəf keçib xaricilər hərəkatının yatırılmasına kömək etdi.
905-ci ildə xəlifə əl-Müktəfi Hüseynin qardaşı, anası kürd olan Əbu əl-Haycə ibn
Həmdanı  Mosulun  hakimi  təyin  etdi  (33,52).  Beləliklə Mosul  vilayəti  həmdanilər
(Həmdan  ibn  Həmdanın  adını  daşımaqla) sülələsinin  irsi  hakimiyyəti  altına  keçdi.
Həmdanilər əmirliyinin  çiçəklənmə dövrü Əbu əl-Haycənin  iki  oğlunun  hakimiyyətinə
təsadüf edir. Qardaşlarından biri Həsən irsi əmir tituluna yiyələnərək müstəqil hakimiyyətə
başladı. Həsənin arvadı Fatimə kürd Əhməd ibn əl-Kürdinin qızı idi. 941-ci ildə Bağdad
sarayı (xilafətin mərkəzi burda yerləşirdi) Həsənə Nəsir əd-Dövlə titulu verdi və beləliklə
o, Mosul vilaytətində öz hakimiyyətini gücləndirdi.
Əbu əl-Haycə ibn Həmdan Mosula hakim təyin olunan gündən qədim zamanlardan
burada  yaşayan  və bu    torpaqların  qorunması  uğrunda  sərlər  boyu  canından  və qanından
keçmiş kürdlərin ciddi narazılığına səbəb oldu. Hərçənd ki, onun anası kürd idi. Əbu əl-
Haycə ibn Həmdana qarşı ilk kürd üsyanı Məhəmməd ibn Bilalın rəhbərliyi altında başladı.
Əvvəlcə Ninəva (Mosul  şəhəri  yaxınlığında  yerləşən  qədim  şəhər) şəhərinə hücum  edən
üsyançılar  onun  böyük  hissəsini ələ keçirməyə nail  oldular. Əbu əl-Haycə ibn  Həmdan
üsyanı yatırtmağa çalışsa da heç bir nəticə əldə edə bilmədi.
906-cı  ildə Xəlifədən  kömək  alan  Haycə ibn  Həmdan  kürdlərin  üzərinə qoşun
göndərdi. Kürdlər Şəhruzura doğru hərəkət edib burada möhkəmləndilər. Kürdlərin başçısı
Məhəmməd  ibn  Bilal  hiyləgər  gediş  edərək,  öz  tərəfdarlarının  Azərbaycan ərazisinə
keçməsi üçün vaxt qazanmaq məqsədi ilə Ibn Həmdanla danışıqlar aparmaq qərarına gəldi.


23
Ərəb  mənbələrinin  verdiyi  məlumata  görə kürdlərin  bu  üsyanı  Mosal  vilayətində
Cəfər ibn Fəhərcasın hərəkatından sonra ikinci böyük üsyan idi. Bu üsyanda kürdlərin əl-
hədbaniya adlı tayfa birləşməsinin beş mindən çox ailəsi iştirak etmişdi ki, bu  da həmin
vilayətin ərazisində kürdlərin  geniş  məskunlaşdığına  bir  daha  dəlalət  edir.  Ciddi
müqavimətə baxmayaraq,  məğlub  olan  kürdlərin  bir  hissəsi  Azərbaycan (Cənubi
Azərbaycan) ərazisinə keçdi,  digər  qismi  isə həmdanilərin  hakimiyyətinə tabe  olmaq
məcburiyyətində qaldı.
907-ci  ildə yenidən  üsyana  başlayan  kürdlər  Mosal  vilayətinin  bir  sıra  rayonlarını
ələ keçirtdilər.  Həsən  ibn Əhmədin  başçılığı  altında  böyük  miqdarda ərəb  qoşunu  üsyanı
yatırtmaq üçün kürdlərin üzərinə hücuma keçdi. Kürd üsyançılarına başçılıq edən əl-Kürdi
əl-Mütəqalib  qüvvələrin  qeyri  bərabər  olduğunu  görüb  Kürdüstan  dağlarına  doğru  geri
çəkilməyə məcbur oldu.
Bu dəfə də məğlub  olan  kürdlər ərəblərə qarşı öz  mübarizələrini sonrakı illərdə də
davam etdirmişlər. Belə ki, 913-cü ildə başlayan üsyan Əbu əl-Həycə tərəfindən yatırılsa
da, 921-ci ildə kürdlərin əl-maraniya tayfası yenidən üsyana başladı (32,54). Bundan bir
qədər sonra Şəhrizur vilayətində cəlali Kürdlərin üsyanı baş qaldırdı.
Həmdanilərlə kürdlər  arasındakı  münaqişələr  bütün  X əsr  boyu  davam  etmiş,  kürd
sülələsi Mərvanilərin hakimiyyəti illərində (X əsrin ikinci yarısında) daha kəskin xarakter
almışdır. Ərəb  xilafətində yaranmış  siyasi  şəraitdən  istifadə edən  kürd  feodalları  X əsrin
əvvəllərindən  başlayaraq,  xilafətdən  ayrılmağa  və müstəqil  dövlət  qurmağa    cəhd
göstərdilər.    Beləcəhdlərdən  birini  İsfahan (həmin  dövrdə Fars əyalətinin  paytaxtı  idi)
hakimi kürd  Abdulla  ibn  İbrahim əl-Məsməi (əl-Kürdi) göstərdi.  Onun  908-ci  ildə
başladığı  üsyana  10  mindən  çox  kürd  və digər  xalqların  nümayəndəsi  qoşulmuşdu.
Kürdlərin  üzərinə Bədr əl-Həməmənin  başçılğı  altında  böyük  qüvvə ilə qoşun  göndərən
Xəlifə əl  Müktədir  onların  müqavimətini  qıra  bilmədiyini  görüb  Abdulla  ibn  İbrahim əl-
kürdi xəlifənin  sülh  təklifinə razı  olduğu  üçün  üsyan  döyüşsüz  sona  yetdi.  Ona  görə də
xəlifə əl-Müktədir Abdulla  ibn  İbrahim əl-kürdini  910-cu  ildə Fars  və Kirman
əyalətlərinin hakimi təyin etdi.
913-cü  ildə Xəlifə əl-Müktədir  onu  həmin  vəzifədən  azad edib,  yerinə Bədr əl-
Həməmi göndərdi. Ərəb mənbələri İbrahim əl-Kürdinin həyatının sonrakı 12 ili haqqında
heç  bir  məlumat  vermir.  İbn əl-Əsir  və İbn  Xaldun qeyd  edirlər  ki,  926-cı  ildə Abdullah
ibn İbrahim əl-Kürdi Kirman əyalətində yerləşən Kofss (Kufiçi) rayonuna hücum edib beş
min nəfəri əsir aldı və onları aparıb Fars əyalətində satdı (32,56). İbn Xaldun burada onu
da qeyd edir ki, İbrahim əl-Kürdi həmin vaxt (926-cı il) Fars əyalətinin hakimi idi.
IX əsrin  ikinci  yarısından  başlayaraq  İran  imperiyasının  Azərbaycan əyalətində
antiərəb və antifeodal hərəkatın güclənməsi ilə əlaqədar burada yaşayan kürdlərin fəallığı


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə