40
ürküyə qəlbimizdə yer olmamalıdır. Qorxu insaniyyət və islamiyyətə ziddir.
DüĢmən xəncərindən qorxan gözümüz - ölümü, əziz saxladığımız dövlət və
sərvətimiz - talanı, hifzinə çalıĢmadığımız hərəmlər - bacılarımız əsarət və təhqir
görəcəklər. Ölmək və qəbirə getmək (yataqda, biyabanda, dəryada), yainki düĢmən
xəncərinin altında da olsa birdir. Orası aydındır ki, ölüm birdəfəlikdir. Bizim bu
müharibədə müzəffər olduğumuz, biləks qan çalalarına qərq olduğumuz, əlbət ki,
tarix səhifələrinə düzülüb millətin istiqbalına və vətən övladına yadigar qalacaqdır.
Bizim Xırmancıq daĢlarına çilənən qeyrət qanımız heç zaman
silinməyəcəkdir. Bizim islamiyyət adını daimi yaĢatmaq üçün Ģəhid olduğumuzu
övladlarımıza göstərəcəkdir. Əlbəttə, müharibəni buraxıb istəkli hərəmlər, isti
otaqlar ağuĢunda doğransaq, övladlarımız qiyamətə qədər bizə lənət deyəcəkdir.
Qabağımızdakı Xırmancıq müharibəsini özgə davalara bənzətməyəsiniz.
Hərəkətsiz durub düĢmənə arxa çevirməyəsiniz. Ar olsun o əsgərə ki, düĢmən
xəncərini arxasından qəbul edə. Müharibədə insafınızı itirməyib silah iĢlətməyən
körpələrə, qoca kiĢilərə rəhm ediniz!
Körpə uĢaqlara, erməni hərəmlərinə heç zaman təhqirlə əl uzadıb, əzab-
əziyyət rəva görməyəsiniz! O halda kəramətli peyğəmbərimizdən xəcalətli olarıq, -
deyərək tüfənginə bir patron qoyub: - Haydı qardaĢlar! DüĢmən yaxınlaĢdı! -
deyib, sözünü bitirdi.
Bu vaxt ermənilər də bir güllə məsafəsinə yaxınlaĢınca atəĢə baĢladılar.
Müsəlman əsgərləri ən əvvəl sədlər arxasından atəĢ açıb düĢmənin hərəkət
nizamını hədələyirdilər. Müharibə baĢlayınca ermənilər hərb meydanını sıx bir
məhəldə saxladıqlarından müsəlman firqə komandanları öz piyadalarına sədlərdən
çıxmaq əmrini verdilər. Piyada alayları sağ və sol tərəfdən sədlərdən çıxıb ovçu
sədləri qurmaqla düĢmənin hər iki tərəfini sıxıĢdırdılar.
Ermənilər bu halı hiss edincə qüvvələrini üç hissəyə bölərək müsəlman
piyadalarını atəĢə tutdular. Müsəlman firqə komandanları bu hərəkəti görüncə
piyada dəstələrini ehtiyat olaraq, dörd yüz piyada ilə gücləndirirlər. Bu vaxt
ermənilər müharibədən büsbütün hərb elmindən xəbərsiz olduqlarını aləmə
bildirdilər. Belə ki, müsəlmanların tez-tez sədlər düzəldib arxasından düĢmənə atəĢ
açan ovçu piyadalarının qarĢısına süvari firqələri çıxarmaq istədilər. Müsəlmanlar
ermənilərin bu naĢı hərəkətlərini görüb mərkəzdən açılan Ģiddətli atəĢlə onlara
böyük tələfat verirdi. Ermənilər səhvlərini anlayıb süvari firqələrinin yerinə piyada
dəstələri göndərənə kimi, islam əsgərləri hamılıqla - "Ya Allah, ya Allah!" - deyib
sədlərdən çıxıb düĢmənin qabaq mövqelərini tutdular. Ermənilər müharibə
nizamını tamam itirib çaĢqın bir vəziyyətə düĢdülər, müsəlmanlar fürsəti fövtə
verməyib düĢmənin geri çəkilmə yolunu kəsmək üçün daha iki yüz piyada əsgər
göndərdilər. Ermənilər bunu duyunca müharibədən əl götürüb qaçmağa baĢladılar.
Qaçmaq vəziyyətində iyirmi-otuz süvari dəstəsi dümdar buraxılarsa da, yolun
maneəli və keçilməz yerlərində atlarını buraxıb özləri qaçmaqla canlarını
41
qurtarmağa məcbur olurdular. Müsəlmanlar isə yolların dağlıq olduğunu bilib
piyadalarla düĢməni təqib edirdilər.
Ermənilər atlarını və ordularını dar keçidlərdən keçirib kənd içində
toplayınca müsəlman ovçu piyadaları ahu kimi dırmaĢıb dörd tərəfdən kəndi niĢan
aldılar. Ermənilər qüvvələrini toplamağa imkan tapmadılar və son dərəcə pəriĢan
bir halda kəndi boĢlayıb getməyə məcbur oldular.
Müsəlmanlar kəndi tutduqdan sonra qarət edib yandırdılar. Ermənilərin bu
müharibədə tələfatları həddən artıq olsa da, məlum edilməyibdir. Kənd tamam
yandıqdan sonra müsəlmanlar qənimətlərini götürüb geri qayıdarkən yolda
pusquda durmuĢ bir erməni firqəsinə rast gəlib atıĢmağa baĢladılar. Bu atıĢmada
düĢmənlər münasib mövqe tutduqlarından müsəlmanlardan 16 nəfər Ģəhid edildi.
Bu müharibədən sonra üç-dörd gün sakit keçdi. Sonra hökumət bir az gözünü açıb
uyezd rəisi tərəfindən qazi cənablarına sülh iĢarəsi verildi. Ağsaqqallar yığılıb
sülhə razılıq verdikdən sonra rəis də teleqramla erməniləri sülh üçün Güzlək
kəndinə dəvət etdi. Sabahı gün rəis müsəlman ağsaqqallarını götürüb Güzlək
müsəlman kəndi ilə qonĢu olan və erməni mahalı Hadrut və Xunbabat yuvası ilə üç
verst məsafədə yerləĢən Kürd Mahmud adlı kəndə gedir.
Bu vaxtda rəis Hadruta getdiyindən, müsəlman qəhrəmanları Kürd Mahmud
kəndində müsəlman ağsaqqallarının qadağanına görə evlərdə əyləĢmiĢdilər. Sabit
Hadrut ikinci sahəsinin pristavı Davıdov o sahənin strajnikləri ilə bir firqə erməni
götürüb ArıĢ kəndinə hücum edirlər. Kəndin bir tərəfini odlayıb aradan çıxırlar.
Ġki-üç saatdan sonra müsəlmanlar Saracıq kəndinə sülh üçün rəis hüzuruna dəvət
edilirlər. Bu üsul ilə erməni-müsəlman Saracığa yığılıb sülh və barıĢığı bərpa edib
dağılırlar.
QıĢlaq müharibəsi. Erməni kəndi Surlidən bir baĢ at qaçıb QıĢlaq adlı
müsəlman kəndinin mallarına qarıĢır. Ermənilər: - "Ey, qoymayın, müsəlmanlar
bizim malımızı apardılar," - deyib bir dəstə könüllü əsgərlə QıĢlaq kəndinə hücum
edirlər və bütün mallarını yığıb apardıqda islamlar xəbərdar olub ermənilərə qarĢı
çıxırlar. Ermənilərin qüvvələri çox olduğundan müsəlmanlar Süleyman adlı kəndə
pənah aparıb birlikdə düĢməni təqib edirlərsə də, yollar keçilməz olduğundan
müsəlmanlar məğlub olub, QıĢlaq kəndi də yandırılır. Yeddi-səkkiz min manat
zərər dəydiyi təxmin edılir. Dağılan müsəlmanlar diri-diri səfil dolanmaq istəməyib
özlərini Dolanlar adlı erməni kəndinə vurub müharibəyə baĢlayırlar. BaĢqa
müsəlmanlar da köməyə gəldiyindən ermənilər məğlub olur. 10 nəfər tələfat verib
qaçırlar. Kəndi tutan müsəlmanların hərbi tədarükləri qurtardığından bir neçə
biqeyrət müsəlman ermənilərə: - "Bir saat müharibə ediniz, müsəlmanlar özləri
qaçacaqlar" - deməklə, onlara mənəvi güc verirlər. Müsəlmanlar isə patronun
yoxluğundan geri çəkilməli olurlar.
Məzrəə müharibəsi. Ertəsi gün ermənilər yığılıb Məzrəə kəndinə hücum
edirlər. Məzrəə camaatı dağa köçdüklərindən kənddə doqquz evdən ibarət
mühafizəçi qalmıĢdı. Kənddəki kiĢilər bir neçə saat müharibə etdikdən sonra 6
Dostları ilə paylaş: |