1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə19/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

40 
 
ürküyə  qəlbimizdə  yer  olmamalıdır.  Qorxu  insaniyyət  və  islamiyyətə  ziddir. 
DüĢmən  xəncərindən  qorxan  gözümüz  -  ölümü,  əziz  saxladığımız  dövlət  və 
sərvətimiz  -  talanı,  hifzinə  çalıĢmadığımız  hərəmlər  -  bacılarımız  əsarət  və  təhqir 
görəcəklər. Ölmək və qəbirə getmək (yataqda, biyabanda, dəryada), yainki düĢmən 
xəncərinin  altında  da  olsa  birdir.  Orası  aydındır  ki,  ölüm  birdəfəlikdir.  Bizim  bu 
müharibədə  müzəffər olduğumuz, biləks qan çalalarına qərq olduğumuz, əlbət ki, 
tarix səhifələrinə düzülüb millətin istiqbalına və vətən övladına yadigar qalacaqdır. 
Bizim  Xırmancıq  daĢlarına  çilənən  qeyrət  qanımız  heç  zaman 
silinməyəcəkdir.  Bizim  islamiyyət  adını  daimi  yaĢatmaq  üçün  Ģəhid  olduğumuzu 
övladlarımıza  göstərəcəkdir.  Əlbəttə,  müharibəni  buraxıb  istəkli  hərəmlər,  isti 
otaqlar  ağuĢunda  doğransaq,  övladlarımız  qiyamətə  qədər  bizə  lənət  deyəcəkdir. 
Qabağımızdakı  Xırmancıq  müharibəsini  özgə  davalara  bənzətməyəsiniz. 
Hərəkətsiz  durub  düĢmənə  arxa  çevirməyəsiniz.  Ar  olsun  o  əsgərə  ki,  düĢmən 
xəncərini  arxasından  qəbul  edə.  Müharibədə  insafınızı  itirməyib  silah  iĢlətməyən 
körpələrə, qoca kiĢilərə rəhm ediniz! 
Körpə  uĢaqlara,  erməni  hərəmlərinə  heç  zaman  təhqirlə  əl  uzadıb,  əzab-
əziyyət rəva görməyəsiniz! O halda kəramətli peyğəmbərimizdən xəcalətli olarıq, - 
deyərək  tüfənginə  bir  patron  qoyub:  -  Haydı  qardaĢlar!  DüĢmən  yaxınlaĢdı!  - 
deyib, sözünü bitirdi. 
Bu  vaxt  ermənilər  də  bir  güllə  məsafəsinə  yaxınlaĢınca  atəĢə  baĢladılar. 
Müsəlman  əsgərləri  ən  əvvəl  sədlər  arxasından  atəĢ  açıb  düĢmənin  hərəkət 
nizamını  hədələyirdilər.  Müharibə  baĢlayınca  ermənilər  hərb  meydanını  sıx  bir 
məhəldə saxladıqlarından müsəlman firqə komandanları öz piyadalarına sədlərdən 
çıxmaq  əmrini  verdilər.  Piyada  alayları  sağ  və  sol  tərəfdən  sədlərdən  çıxıb  ovçu 
sədləri qurmaqla düĢmənin hər iki tərəfini sıxıĢdırdılar. 
Ermənilər  bu  halı  hiss  edincə  qüvvələrini  üç  hissəyə  bölərək  müsəlman 
piyadalarını  atəĢə  tutdular.  Müsəlman  firqə  komandanları  bu  hərəkəti  görüncə 
piyada  dəstələrini  ehtiyat  olaraq,  dörd  yüz  piyada  ilə  gücləndirirlər.  Bu  vaxt 
ermənilər  müharibədən  büsbütün  hərb  elmindən  xəbərsiz  olduqlarını  aləmə 
bildirdilər. Belə ki, müsəlmanların tez-tez sədlər düzəldib arxasından düĢmənə atəĢ 
açan ovçu piyadalarının qarĢısına  süvari  firqələri çıxarmaq istədilər. Müsəlmanlar 
ermənilərin  bu  naĢı  hərəkətlərini  görüb  mərkəzdən  açılan  Ģiddətli  atəĢlə  onlara 
böyük tələfat verirdi. Ermənilər səhvlərini anlayıb süvari firqələrinin yerinə piyada 
dəstələri göndərənə kimi, islam əsgərləri hamılıqla - "Ya Allah, ya Allah!" - deyib 
sədlərdən  çıxıb  düĢmənin  qabaq  mövqelərini  tutdular.  Ermənilər  müharibə 
nizamını  tamam  itirib  çaĢqın  bir  vəziyyətə  düĢdülər,  müsəlmanlar  fürsəti  fövtə 
verməyib  düĢmənin  geri  çəkilmə  yolunu  kəsmək  üçün  daha  iki  yüz  piyada  əsgər 
göndərdilər. Ermənilər bunu duyunca müharibədən əl götürüb qaçmağa baĢladılar. 
Qaçmaq  vəziyyətində  iyirmi-otuz  süvari  dəstəsi  dümdar  buraxılarsa  da,  yolun 
maneəli  və  keçilməz  yerlərində  atlarını  buraxıb  özləri  qaçmaqla  canlarını 


41 
 
qurtarmağa  məcbur  olurdular.  Müsəlmanlar  isə  yolların  dağlıq  olduğunu  bilib 
piyadalarla düĢməni təqib edirdilər. 
Ermənilər  atlarını  və  ordularını  dar  keçidlərdən  keçirib  kənd  içində 
toplayınca müsəlman ovçu piyadaları ahu kimi dırmaĢıb dörd tərəfdən kəndi niĢan 
aldılar.  Ermənilər  qüvvələrini  toplamağa  imkan  tapmadılar  və  son  dərəcə  pəriĢan 
bir halda kəndi boĢlayıb getməyə məcbur oldular. 
Müsəlmanlar kəndi tutduqdan sonra qarət edib yandırdılar. Ermənilərin bu 
müharibədə  tələfatları  həddən  artıq  olsa  da,  məlum  edilməyibdir.  Kənd  tamam 
yandıqdan  sonra  müsəlmanlar  qənimətlərini  götürüb  geri  qayıdarkən  yolda 
pusquda  durmuĢ  bir  erməni  firqəsinə  rast  gəlib  atıĢmağa  baĢladılar.  Bu  atıĢmada 
düĢmənlər  münasib  mövqe  tutduqlarından  müsəlmanlardan  16  nəfər  Ģəhid  edildi. 
Bu müharibədən sonra üç-dörd gün sakit keçdi. Sonra hökumət bir az gözünü açıb 
uyezd  rəisi  tərəfindən  qazi  cənablarına  sülh  iĢarəsi  verildi.  Ağsaqqallar  yığılıb 
sülhə  razılıq  verdikdən  sonra  rəis  də  teleqramla  erməniləri  sülh  üçün  Güzlək 
kəndinə  dəvət  etdi.  Sabahı  gün  rəis  müsəlman  ağsaqqallarını  götürüb  Güzlək 
müsəlman kəndi ilə qonĢu olan və erməni mahalı Hadrut və Xunbabat yuvası ilə üç 
verst məsafədə yerləĢən Kürd Mahmud adlı kəndə gedir. 
Bu vaxtda rəis Hadruta getdiyindən, müsəlman qəhrəmanları Kürd Mahmud 
kəndində  müsəlman  ağsaqqallarının  qadağanına  görə  evlərdə  əyləĢmiĢdilər.  Sabit 
Hadrut ikinci sahəsinin pristavı Davıdov o sahənin strajnikləri ilə bir firqə erməni 
götürüb  ArıĢ  kəndinə  hücum  edirlər.  Kəndin  bir  tərəfini  odlayıb  aradan  çıxırlar. 
Ġki-üç  saatdan  sonra  müsəlmanlar Saracıq  kəndinə  sülh  üçün rəis  hüzuruna dəvət 
edilirlər. Bu üsul ilə erməni-müsəlman Saracığa yığılıb sülh və barıĢığı bərpa edib 
dağılırlar. 
QıĢlaq  müharibəsi.  Erməni  kəndi  Surlidən  bir  baĢ  at  qaçıb  QıĢlaq  adlı 
müsəlman  kəndinin  mallarına  qarıĢır.  Ermənilər:  -  "Ey,  qoymayın,  müsəlmanlar 
bizim malımızı apardılar," - deyib bir dəstə könüllü əsgərlə QıĢlaq kəndinə hücum 
edirlər və bütün mallarını yığıb apardıqda islamlar xəbərdar olub  ermənilərə qarĢı 
çıxırlar. Ermənilərin qüvvələri çox olduğundan müsəlmanlar Süleyman adlı kəndə 
pənah  aparıb  birlikdə  düĢməni  təqib  edirlərsə  də,  yollar  keçilməz  olduğundan 
müsəlmanlar  məğlub  olub,  QıĢlaq  kəndi  də  yandırılır.  Yeddi-səkkiz  min  manat 
zərər dəydiyi təxmin edılir. Dağılan müsəlmanlar diri-diri səfil dolanmaq istəməyib 
özlərini  Dolanlar  adlı  erməni  kəndinə  vurub  müharibəyə  baĢlayırlar.  BaĢqa 
müsəlmanlar da köməyə gəldiyindən ermənilər məğlub olur. 10 nəfər tələfat verib 
qaçırlar.  Kəndi  tutan  müsəlmanların  hərbi  tədarükləri  qurtardığından  bir  neçə 
biqeyrət  müsəlman  ermənilərə:  -  "Bir  saat  müharibə  ediniz,  müsəlmanlar  özləri 
qaçacaqlar"  -  deməklə,  onlara  mənəvi  güc  verirlər.  Müsəlmanlar  isə  patronun 
yoxluğundan geri çəkilməli olurlar. 
Məzrəə  müharibəsi.  Ertəsi  gün  ermənilər  yığılıb  Məzrəə  kəndinə  hücum 
edirlər.  Məzrəə  camaatı  dağa  köçdüklərindən  kənddə  doqquz  evdən  ibarət 
mühafizəçi  qalmıĢdı.  Kənddəki  kiĢilər  bir  neçə  saat  müharibə  etdikdən  sonra  6 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə