1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə27/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

56 
 
Avqustun  21-də  sübh  tezdən  baĢlamaqla  günortadan  üç  saat  keçənə  kimi 
atıĢma  olur.  Üçdən  sonra  atıĢma  o  qədər  də  çox  deyildi.  Ermənilər  öz 
iqamətgahlarının pəncərələrindən və evlərinin darvazasından küçələrdə piyada, ya 
atlı  gəlib  keçən  müsəlmanlara  atəĢ  açırdılar.  Bu  vaxt  4  müsəlman  qətlə 
yetirilmiĢdir.  Üç  müsəlman  da  yaralanmıĢdır.  Ermənilərdən  isə  bir  nəfər  qətl 
olunmuĢ, iki nəfər yaralanmıĢdır. 
Yaralılar  Mixaylovski  xəstəxanasına  göndərilmiĢdir.  ġəxsiyyəti  məlum 
olmayan  müsəlman  cənazələri  qəbiristana  göndərilmiĢdir.  Tüfəng  atılan  Ģübhəli 
evlərin sahibi təyin və təhqiq edilmiĢdir. 
Avqustun  22-də  gecə  ermənilər  həyət  tərəfdən  iranlı  müsəlman  baqqal 
dükanlarını yarıb talan və qarət etmiĢlər. Həmən dükanlar bunlardır: 
1.
 
Balaxanı  və  Kaspi  küçələrinin  tinində  Dövlətovun  evində  AğadadaĢ 
Bəxtiyevin dükanı. 
2.
 
Telefon  küçəsi  ilə  Kaspi  küçəsinin  tinində  Zeynalovun  evində  Seyid 
DadaĢ oğlunun dükanı. 
3.
 
 Balaxanı  küçəsində  Əliyevin  evində  adı  məlum  olmayan  bir  iranlının 
dükanı. 
4.
 
 Telefonnı  küçəsində  DadaĢovun  evində  MəĢədi  Mustafa  oğlunun 
dükanı. 
5.
 
 Böyük  Morskoy  küçəsində  Səfərəliyevin  evində  Cəfər  Nəsrullayevin 
dükanı. 
Əllərində  əĢya  tutulan  ermənilərin  adları  məhəllə  polisinə  məlum 
edilmiĢdir. 
6.
 
 Avqustun  24-də  saat  11-də  AĢurbəy  küçəsində  28  nəfər  iğtiĢaĢçı 
ġahnəzərovun  11  nömrəli  evini  özülünə  qədər  tamamilə  dağıdıb  qarət  etmiĢlər. 
Fitnəkarlar həbs olunmuĢlar. 
7.
 
 Yenə həmən küçədə Aleksandr Terasayevin 125 nömrəli evinə od vurub 
tamam yandırmıĢlar. 
8.
 
Ayın  24-də  sübh  çağı  saat  yeddidə  Böyük  Morskoy  və  Gimnaziya 
küçələrinin tinində - səkidə cüzi həyat əsəri görünən iki nəfər yaralı tapılmıĢdır. 
9.
 
 Suraxanı  və  Bazar  küçələrinin  tinində  Yuri  Antonoviç  adlı  bir rus  qətl 
edilmiĢdir. 
10.
 
Birinci  Kantapin  küçəsindəki  29  nömrəli  evin  qarĢısında  55,  ya  60 
yaĢında olan bir müsəlman qətl və Ģəhid olunmuĢdur. 
11.
 
Bağırovun  bağçasında  Bağırovun  evi  yaxınlığından  keçən  Primorski 
sahəsinin  207  nömrəli  qorodovoyu  Həsənova  evin  balkonunda  duran  üç  erməni 
atəĢ açıb onu yaralamıĢlar. 
Avqustun  20-dən  25-nə  qədər  baĢ  verən  hadisələrə  dair  4-cü  məhəllə 
pristavının  verdiyi  məlumat.  Karantinni  küçəsində  121  nömrəli  Filiposyans 
qardaĢları evinin dördüncü mərtəbəsindən avqustun 20-dən 24-nə kimi gəlib gedən 
camaatı fərq qoymadan atəĢə tuturdular. Ona görə də avqustun 24-də saat 11-də bu 


57 
 
evə  qoĢun tərəfindən 3 dəfə  top atılıb,  evin 4-cü  mərtəbəsinin içini və  divarlarını 
dağıtmıĢdır. Bundan sonra həmən evdən güllə atmadılar. 
Keçən günlərdə dördüncü sahədə belə faciələr də görünmüĢdür. 
Avqustun  26-da  gecə  saat  onda  iki  nəfər  cani  erməni  Telefonnı  küçəsində 
olan Ter-Petrosovun evində Cəfər Mirbabayevin oğlunun dükanını çöldən sındırıb 
gedəndə pristav müavini Lazarev ilə hərbi polisin yaxınlaĢdığını görüb onlara güllə 
atmağa  baĢlayıblar.  Caninin  birisi  qaçıb  gizlənmiĢ,  amma  o  birisi  Artyom 
Semyonov tutulmuĢdur. 
Avqustun 26-da dördüncü sahənin xidmətkarı Nikolay Akopovu tutublar. O 
öz  erməni  yoldaĢları  ilə  birlikdə  Balaxanıdan  gələn  Əhməd  Bağırovun  arabasını 
qarət etmək istəyirmiĢ. 
Avqustun  26-da  Balaxanski  küçəsində  Mikayılovun  evindən  ermənilər 
Fərid Əbdül Zeynal oğluna iyirmi beĢ güllə atıb yaralamıĢlar. Ermənilərdən biri  - 
Sergey  Nalbəndov  həbs  edilibdir.  Bakının  ümdə  zərəri  Balaxanı  adlanan  neft 
mədənlərində  təxmin  edilir.  Avqustun  20-dən  baĢlamıĢ  sentyabrın  10-na  kimi 
Bakıda  və  ətrafında  bir  çox  cinayətlər  baĢ  vermiĢdir.  Hər  Ģeyin  qiyməti  birə  üç 
artdığı  üçün  fəqir  camaat  və  gəlmələr  çox  böyük  ehtiyac  və  zillət  içərisində 
yaĢayırdılar. 
Sentyabrın  10-da  qraf  Voronsov-DaĢkov  həzrətləri  sülh  və  barıĢığı  bərpa 
etmək üçün Bakıya gəlir. Sülh 1905-ci il sentyabrın 14-də çaharĢənbə günü sərdar 
Voronsov-DaĢkovun rəhbərliyi altında bərpa edilir. 
Sülhün Ģərtləri. 1905-ci il sentyabrın 14-nə təsadüf edən çaharĢənbə günü 
saat 12 radələrində min nəfərdən artıq müsəlman və ermənidən ibarət bir dəstə, hər 
millət  öz  nəciblərinin  və  ruhanilərinin  iĢtirakı  ilə  sülh  və  barıĢıq  üçün  Dumski 
meydanına  gəldilər.  Dəstə  son  dərəcə  Ģadlıq  və  razılıqla  ruhanilərindən  sülh  və 
barıĢıq üzrə yaĢamaq təklifini qəbul edirdilər. Camaatı sülhə dəvət edən quberniya 
qazisi Mir Məhəmmədkərim ağa Mir Cəfərzadə cənabları idi. 
Bundan  sonra  erməni  keĢiĢi  ilə  general-qubernator  S.A.Fadeyev  cənabları 
camaata  nəsihətlər  etdilər.  Camaat  dəstə  ilə  Parapetə  və  oradan  musiqi  sədaları 
altında  dəstə  ilə  Kolyubiyakinski  küçəsindən  Morskoy  və  Telefonnı  küçələrinə 
getdilər. Sonra Stanislavski, Balaxanski küçələrinə, Quba meydanına qayıtdılar. Bu 
meydanda bir neçə dəstə dayanmıĢdı. Bu vaxt ruhanilər və əsilzadələr təsirli nitqlər 
söyləyib camaatı sülhə təĢviq etməkdə idilər. Dəstənin qabağında faytona minmiĢ 
halda  general-leytenant  Fadeyevlə  qubernator    Lileyev  gedirdilər.  ġəhər  əhalisinə 
gəldikdə,  bu  dəstələri  sevinc  və  Ģadlıqla  istiqbal  edirdilər.  Küçə  və  taxtapuĢlar 
adamlarla  dolu  idi.  Ermənilərlə  müsəlmanlar  əl-ələ  verib  gülə-gülə  küçələrdə  sel 
kimi axmaqda idilər. 
Belə bir insan qələbəliyini görən adam "heyrətdə qalmadım" deyərsə, yəqin 
özündən  xəbərsiz  bir  xəyal  imiĢ.  Hər  tərəfdə  bir  Ģadlıq,  hər  kəsdə  bir  sevinc 
duyulurdu.  Quba  meydanında  sülh  üçün  çalıĢan  musiqilərin  sədası  taxtapuĢlara, 
oradan balkonlara, balkonlardan da səmaya yüksəlirdi. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə