1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə24/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

50 
 
qrafinya Voronsovaya göndərib, özü də Tiflisdə erməni və müsəlman vəkillərinin 
gözünə torpaq atmaqla QalaĢçapovun ikinci dəfə ġuĢaya göndərilməsi üçün razılıq 
kağızı  əldə  etdi.  Belə-belə  iĢlər  ilə  baĢlayırlar  adil  olan  general  Alftanı  olmayan 
cəbr  və  zülmkarlıqlarla  hökumətə  niĢan  verməyə.  BaĢlayırlar...  "ay  qoymayın 
kəndlərdə  xırda  qızlar,  qoca  övrətlər  qalmadı  ki,  Alftan  bihörmət  etdirməsin"  - 
deyib  bağırmağa.  Ermənilər  açıq-açığa  "hərgah  QalaĢçapov  ġuĢaya  təyin  olub, 
Alftan  və  onun  həmfikirləri  podpolkovnik  Vevren,  uyezdin  naçalniki  Frelix  və 
baĢqaları  oradan  getməsə,  erməni  milləti  ġuĢada  əldən  gedəcəkdir"  -  söyləməkdə 
idilər. 
Cənab caniĢin həzrətləri bunlara baxıb öz müavini general Malamanı və bir 
neçə müstəntiq göndərib bir çox istintaqdan sonra adları yuxarıda çəkilmiĢ ədalətli 
Ģəxslərin bir təqsiri üzə çıxmadıqda, Gəncə quberniyasını iki general qubernatorun 
ixtiyarına  vermək  məcburiyyətində  qaldılar.  Bundan  sonra  quberniyanın  yarısı 
hörmətli general Alftana, digər hissəsi insanlığın qatili QalaĢçapova tapĢırıldı. 
General QalaĢçapov iki dəfədir ki, Qarabağa gedib CavanĢirə, Zəngəzur və 
Cəbrayıla əsla bir nəzər də olsa baxmayıb yalnız ġuĢa uyezdinə diqqət yetirməkdə 
idi. 
QalaĢçapovun təĢəbbüsləri. QalaĢçapov ikinci dəfə ġuĢaya gəldikdə bağda 
olan dörd nəfər müsəlmanı meyvə apardıqları vaxt Əsgəranda öldürdülər. Və yenə 
neçə  nəfər  müsəlmanı  bağlarında  su  bağladıqları  zaman  öldürdülər.  Müsəlmanlar 
Ģikayət  üçün  polisəyə  töküldükdə  QalaĢçapov  da  hazır  dayanmıĢdı.  General  adil-
adilanə Ģikayətçilərə aĢağıdakı sözləri demiĢdi: 
-  Yoldan,  yəni  camaatın  gediĢ-gəliĢi  sahəsindən  kənar  iĢlər  mənim 
ixtiyarımdan yuxarıdır. 
Bu  sözü  söyləyib  yenə  öz  mənzilinə  qayıdır.  Bundan  bir  qədər  sonra 
Yevlaxdan  ġuĢaya  gələn  neçə  nəfər  erməni  məliklərini  müsəlman  quldurları  qətl 
edib,  qalanını  əsarətə  aldıqlarından  həmən  saat  Ģücaətli  QalaĢçapov  ġıxlar 
kəndindən (2000) iki min manat cərimə aldırdı. Yenə Gorus uyezdində qaçaqlar bir 
nəfər  erməni  pristavı  öldürdüklərindən  ġuĢa  müsəlmanlarının  əsilzadəsi  olan 
Nəcəfqulu ağanın bir yığın ermənilərin Ģeytançılığı ilə üç aylıq həbsə salınmasına 
hökm edər. 
Bu  vaxt  ermənilər  Əsgəran  yolunu  bağlayıb  Ģəhərlə  mahalın  əlaqəsini 
tamam  kəsirlər.  Bu  da  ondan  ötrü  imiĢ  ki,  hər  tərəfdən  ermənilərə  kömək  gəlsin, 
müsəlmanlara isə əsla bir əl tutma yolu qalmasın. 
Müharibə  xəbərləri.  Əsgəran  yolu  ermənilər  tərəfindən  bağlandığından 
islamların  kömək  yerləri  ancaq  qərb  tərəfdə  yerləĢən  Zarıslı  kəndi  və  sair 
müsəlman  köyləridir  ki,  onları  da  neçə  dəfə  dağıtmaq  üçün  top-qoĢun  göndərilsə 
də, yaxĢı müdafiə olunduqlarından top-tüfəngli qoĢun məyus halda Ģəhərə qayıtdı. 
Axırıncı  müharibə.  Qalanın  qoĢun  tərəfindən  topa  tutulması.  General 
QalaĢçapovun müsəlmanlara iblis münasibəti bəslədiyini anlayan ermənilər hər an 
bir bəhanə axtarırdılar ki, generalı müsəlmanların üstünə ayaqlandırsınlar. 


51 
 
Bu  sahədə  bir  sıra  hoqqalar  çıxardılar.  Bəzi  hallarda  məqsədlərinə  nail 
olsalar  da,  bəzilərində  müsəlmanların  bir  növ  gözü  açıqlığından  məqsədlərinə 
çatmırdılar.  Nəhayət,  1906-cı  ilin  iyul  ayının  12-də  bir  neçə  gün  bundan  əvvəl 
ölmüĢ  erməni  meyitini  generala  niĢan  verib,  "budur,  bu  saat  sənin  qonĢuluğunda 
müsəlmanlar  qətlə  yetirmiĢlər"  -  deməklə  general  cənabları  bir  bəhanə 
axtardığından dərinə getməyib Köçərli məhəlləsini topa tutmaq əmrini verdi. 
Ayın  on  ikisində  bir  tərəfdən  kazak  dəstələri  və  piyada  rus  qoĢunu,  digər 
tərəfdən  ətrafdan  yığılmıĢ  (10000)  on  minə  yaxın  erməni  könüllü  əsgəri,  bir 
tərəfdən də   müharibədən qabaq Ģəhərdə nizam altında saxlanmıĢ erməni firqələri 
və  qaçaqları  rnüsəlmanlara  sarı  hücuma  baĢladılar.  BeĢ  gün  ərzində  erməni 
sərhədində olan bütün müsəlman evləri yandırılıb top zərbələri ilə dağıdıldı. 
Hər tərəfdən ümidləri üzülən müsəlman könüllü cavanları da Rüstəm kimi 
müharibə  etməkdə  idilər.  Rus  qoĢunu  ilə  ermənilər  birdən  hücum  etməyə,  rus 
batareyalarından  müsəlmanların  tərəfinə  mərmi  atmağa  və  Ģrapnel  tökməyə 
baĢladılar.  Müsəlmanların  səngərləri  belə  atəĢlərə  cavab  verə  bilməsələr  də,  bu 
onların  mənəvi  qüvvələrinə  əsla  xələl  yetiĢdirmədi,  onlar  bir  addım  da  geri 
durmayıb,  qoĢunun  və  düĢmənin  mövqeyini  sürətlə  atan  tüfənglərilə  döyməyə 
baĢladılar. 
Bu  zaman  ermənilərin  tələfatı  həddən  çox  idi.  Zira,  öz  qüvvələrinə 
qürrələnib  hər  saatda  sığınacaqlardan  çıxıb  islam  səngərlərinə  yürüĢ  edirdilər. 
Ġslam əsgərləri isə mərdliklə onları qarĢılayıb bir qədəm də olsa, müharibədən geri 
durmur,  erməni  dəstələrini  pəriĢan  edirdilər.  Ermənilərin  bu  vəziyyətini  görən 
general QalaĢçapov ümum Ģtablarda olan rus qoĢunlarının müharibəyə qoĢulmasını 
əmr edir. BeĢinci gün müsəlmanlar üstünə ümumi hücum baĢlanır. 
Bu hücumlarda islam səngərlərinə toplarla yanaĢı hər dəfə beĢ min, altı min 
tüfəngdən  atəĢ  açılırdı.  Buna  görə  də  müsəlmanlar  müharibə  edə-edə  ən  axırıncı 
sığınacaqlarına  çəkilib  müharibəni  davam  etdirirdilər.  Bu  zaman  müsəlman  əsgər 
komandanlarından birisi camaatı döyüĢə ruhlandırıb erməniləri və kazakları islam 
səngərlərindən çıxarmağa baĢlayırlar. Bu vaxt müsəlmanların yetmiĢ yaĢında olan 
qocalarından  tutmuĢ  yeddi  yaĢlı  çocuqlarına  kimi  silah  götürüb  düĢmən 
mövqelərinə  yürüĢə  qoĢuldular.  Ermənilər  və  kazaklar  müsəlmanların  sel  kimi 
yürüĢ  edib  yağmur  kimi  güllə  yağdırmalarına  tab  gətirməyib  geri  çəkilməyə 
məcbur oldular. 
Müsəlmanlar  erməniləri  qova-qova  evlərinə,  kazakları  Ģtablarına,  yeri 
məlum  olmayan  bəzi  erməni  könüllülərini  isə  çölə-biyabana  dağıtdılar.  Müharibə  
meydanında   qalan   yalnız  islam Ģəhidləri,  bir də müsəlman könüllüləri idi ki,  o 
künc, bu küncdən düĢmənləri tapıb qətl etməkdə idilər. Ermənilər nə qədər meyit 
apardılarsa  da  qaçarkən  payız  yarpağı  kimi  tökülən  erməni  cəmdəkləri  islam 
könüllülərinin ayaqları altında qalmıĢdı. 
General QalaĢçapov islamları belə qalib görüb daha evdən eĢiyə çıxmadı. O, 
elə  bir  vəziyyətdə  idi  ki,  uca  bir  təpənin  üstündə  durub  müharibə  meydanına  - 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə