1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə22/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

46 
 
gətirirlər.  Və  hər  küncdə  və  hər  meydanda  ki,  erməni  izdihamı  görürlər 
"görürsünüz,  müsəlmanlar  bizə  nə  edirlər"  -  deyib  iğtiĢaĢ  iĢarəsini  verib  keçirlər. 
Bu vəziyyəti müĢahidə edən ermənilər çox həyəcana gəlib erməni bazarı ilə keçən 
Qara adlı bir müsəlmanı öldürürlər. 
Bu  iğtiĢaĢ  atəĢi  Ģəhərin  hər  tərəfinə  yayılıb,  yenə  də  bir  nəfər  iranlı 
hambalın (!) ölümünə səbəb olur. Bu hadisələrdən sonra bazardakı ermənilər aranı 
qarıĢdırıb  erməni  bazarında  olan  bixəbər  müsəlmanları  qırıb  kəsməyə  baĢlayırlar. 
Yuxarıda  yazılmıĢ  Zarıslı  faciəsinin  müfəttiĢi  Xosrov  bəy  Fuladova  da  vəzifəsini 
yerinə  yetirdiyi  vaxt  güllə  atırlar.  Həmən  gün  ermənilərin  arasında  olan 
müsəlmanların  əksərisi  ya  qətl  olunur,  ya  da  yaralanır.  Əvvəlcədən  hazırlanmıĢ 
səngər  və  sığınacaqlardan,  həm  də  erməni  kilsəsindən  islamların  baĢına  yağmur 
kimi  güllə  yağırdı.  Yol  ilə  gedən  islamları  yüksək  yerlərdən  vurmağa  təĢəbbüs 
olunurdu. 
Bu ürək ağrıdan hadisəni seyr edən islamlar erməniləri islam bazarında qətl 
edir, bir neçəsini isə təhlükəsizlikləri naminə evlərinə aparırlar. Müharibə baĢlanan 
kimi  Köçərli  adlı  erməni  məhəlləsinə  qonĢu  olan  məhəlləyə  hücum  baĢlanır.  Bu 
hücum  əsnasında  öz  qonĢusu  olan  bir  erməni  Abbas  bəy  adlı  bir  müsəlmanın 
oğlunu, qardaĢını, qardaĢının bir neçə xidmətçisini qətl edir. Bundan sonra həmən 
məhəllə  camaatını  qətl  edir  və  evlərini  oda  tuturlar.  Əvvəlinci  gün  müsəlmanlar 
heyrət  və  tərəddüd  içərisində  ancaq  müdafiə  olunurlar.  Ermənilər  isə  getdikcə 
ifrata varıb əllərindən gəldiyi qədər müsəlmanlara əziyyət verir, müharibəni bir an 
belə  dayandırmaq  istəmirdilər.  Müharibə  baĢlanan  kimi  15  nəfər  erməni  əsgəri 
tüfənglərilə kazarmadan qaçıb ermənilərə köməyə gəldilər. 
16 avqust, 1905 
 
1905-ci  ilin  17  avqust  hadisələri.  Sübh  tezdən  ermənilər  qəddar 
hərəkətlərində  davam  edib  Köçərli  məhəlləsindən  8  evi  yandırıb  əhalisini  qətlə 
yetirdilər.  Xəlfəli  adlanan  məhəllədə  erməni  hissəsinin  baĢında  yenə  10  evin  və 
müsəlmanlarının  qətl-qarət  edilməsi  xəbəri  kədərli  bir  surətdə  yetiĢdi.  Xəyanət 
qurbanı olan məzlum müsəlman əhalisinə kömək üçün kazarmadan bir qədər soldat 
göndərildi.  Ermənilər  soldatların  ikisini  güllə  ilə  vurmaqla  geri  qaytarıb 
müsəlmanları qorumağa mane oldular. 
Qəddar  ermənilərin  belə  təcavüz  və  ədalarını  görən  islam  cavanları  artıq 
ruhani  və  rəislərin  nəsihətlərinə  baxmayıb  ermənilərə  qarĢı  ümumi  hücuma 
baĢlayırlar.  Müsəlmanların  hücumu  erməniləri  bir  dəhĢət  və  heyrət  içində 
qoymaqda  idi.  Zira,  müsəlmanlar  iĢğal  etdikləri  yerləri  tamamilə  yandırırdılar. 
Ermənilər  son  çapda  olan  hərbi  silahlarla  silahlansalar  da,  onlarda  müsəlmanların 
hücumuna  bir  an  belə  dözüm  və  səbat  görünmədi.  Ermənilərin  tələfatı  onların 
özlərini  dəhĢətə  salıb  oradan  uzaqlaĢdırırdı.  Sübhdən  axĢama  kimi  qanlı 
müharibədə əldə etdiyi qələbə ilə bərabər islam tayfasının Ģücaət və mərdliyi baĢqa 
millətləri çaĢdırıb afərindən və tərifdən baĢqa bir söz deyə bilmirdilər. 


47 
 
Ermənilər  Port-Artur  misalında  olan  səngərlərini  daha  saxlaya  bilməyib 
boĢaltmağa  məcbur  olurdular.  Onların  bu  qaçaqaçını  hiss  edən  islamlar  Allahın 
mərhəmətinə arxalanıb erməniləri təqib etməyə baĢladılar. Ermənilər səngərlərdən 
çıxıb  qaçmaq  istərkən  təsadüf  etdikləri  islam  könüllülərinin  zərbələri  altında 
səngərlərin  qabağına  tükülüb  can  verirdilər.  Bu  mənzərə  çox  vəhĢətli  və  dəhĢətli 
idi. Səngərlər qabağında qorxusundan bağrı çatlayıb ölən erməninin sayı az qalırdı 
güllə  və  xəncərlə  ölənlərin  sayından  çox  olsun.  Bu  müharibədə  iĢtirak  edən 
müsəlmanların  könüllü  əsgərləri  min  nəfər  idisə,  ermənilər  on  qat  artıq  bir  əsgəri 
qüvvəyə malik idilər. Bu zaman ermənilərin hamısı səngərləri boĢlayıb qaçmağa üz 
qoyduqda,  islamlar  onları  təqib  etməyi  bir  dəqiqə  də  təxirə  salmayıb  baĢlarının 
üstünü  kəsdirdilər.  Müsəlmanların  qəlbində  ermənilərə  qarĢı  əsla  rəhm  yox  idi. 
Zira, ən əvvəl sülh üçün onlara çox yalvarmıĢdılar. Nəticəsi olmamıĢdı. 
17 avqust, 1905 
 
1905-ci  ilin  18  avqust  hadisələri.  Bu  gün  ermənilər  dağılmıĢ  qüvvələrini 
bərpa edib yenidən müharibəyə giriĢdilər. Bu gün də  mənən büsbütün darmadağın 
edilmiĢ ermənilər müqavimət göstərə bilməyib çoxlu tələfat verdilər. Müsəlmanlar 
güc  gəlib  erməni  hissələrini  aldılar  və  dörd  tərəfdən  atəĢ  vurub  yandırdılar.  Hər 
tərəfdə  ələ  keçən  ermənilər  qətl  edilirdilər.  Bu  gün  ermənilərin  məğlubiyyəti  son 
həddə  yetiĢdi.  Zira,  ermənilər  çox  təlaĢ  edib  keçən  günkü  məğlubiyyətin  əvəzini 
çıxmaq  istəsələr  də  ağır  tələfata  məruz  qalıb  öz  hissələrini  də  müsəlmanlara 
verdilər. 
18 avqust, 1905
*
 
 
1905-ci  ilin  19  avqust  hadisələri.  Müsəlmanlar  müharibənin  dördüncü 
günü  ermənilərə  qalib  gəlib  birinci  növbədə  onların  mağaza  və  imarətlərini 
yandırıb  dağıtdılar.  O  cümlədən  Xandəmirovun  teatrı,  qız  məktəbi,  Mirovoy 
sudyanın dəftərxanası və nə qədər məĢhur imarətlər yanmıĢdı. 
Bu  gün  ermənilərdə  görünən  halət  əsla  keçmiĢ  müharibələrdə 
görünməmiĢdi.  Ermənilər  bu  gün  son  dərəcə  qorxaqlıqla  qoyun  sürüsü  kimi 
müsəlmanların  qabağından  qaçıb  kazarmalara  pənah  aparmağı  özlərinə  qənimət 
sayırdılar.  Bu  gün  müsəlmanlardan  dörd  qat  artıq  olan  müsəlləh  ermənilər 
əksəriyyətlə  biyabanlara  dağılmağa  baĢlamıĢdılar.  Heybətli  Hayıstan  gəncləri 
arxasında  bürdə,  dörd  qatar  patron  əllərində,  beĢatılan  çiynində  kazarmada 
soldatların çarpayıları altına soxulub bir dəqiqəlik həyatı o müdhiĢ sıxıntıdan üstün 
                                                           
*
  Bu  gün  elə  bir  qanlı  müharibə  olmuĢdur  ki,  əhvalatın  ətraflı  təsvirinə  müxbirin  vaxtı  olmayıb 
hadisələri icmal Ģəklində yazmıĢdır. ġuĢanın 18 avqust günü qanlı gün adlandırıldığından məlum olur 
ki, bu gündə islamlar necə mərdanəliklə müharibə etmiĢlər. Bu günün müharibəsində bir nəfər məscidin 
minarəsinə  çıxıb bu  səda ilə  camaata  xitab  edirmiĢ:  "Camaat!  Vay  olsun  o  müsəlmanın halına ki,  bu 
gündə ermənidən bir dinar mal qarət edə və onların namusuna toxunub müsəlmanların ayaqları altında 
qalan xanımlarına əl uzada". 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə