1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə20/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

42 
 
nəfər Ģəhid, bir qoca kiĢi də əsir verdilər. Ermənilərdən isə 6 nəfər qətl olmuĢdu. 
Ətrafdan bir çox müsəlmanlar köməyə çatıb davaya baĢlayırlar. Müharibə iki gün 
davam  edir.  Bu  vaxt  Əhmədli  sakini  Tatar  Həsən  adlı  bir  nəfərin  oğlu  olub, 
müsəlmanlar da kəndi boĢlayıb arvadları götürüb qaçırlar. 
Ermənilər  isə  kəndi  qarət  edib  odlayırlar.  Gizli  qalmasın  ki,  Məzrəə 
kəndinin  dörd  tərəfi  erməni  kəndlərindən  ibarət  idi.  Müsəlmanlara  lazımi  qədər 
kömək  gəlmədiyindən  islamlar  məğlub  oldular.  Onu  da  deyək  ki,  bu  mahalın 
müharibəsi mart ayından baĢlayıb ikinci ġuĢa faciəsinə qədər davam etmiĢdir. 
Son xəbərlər. Axırıncı ġuĢa faciəsi baĢ verdikdən beĢ gün keçmiĢ hər tərəfə 
iğtiĢaĢ  xəbərləri  yayıldı.  Hər  tərəfdə  camaat  Ģəhərə  getmək  üçün  toplaĢıb  səfər 
tədarüklərini görməkdə idilər. Digər tərəfdən ġuĢa əhlindən 50 nəfər süvari Ağdam 
tərəfdən  gəlib  bir  yerdə  Ģəhərə  getmək  üçün  toplaĢmıĢdılar.  Dörd  yüzə  qədər  atlı 
cəngavər Molla Nəsrəddin  yolu ilə Ģəhərə  getdikləri zaman XoĢəndam adlı  yerdə 
ermənilər  hasardan  çıxıb  onları  atəĢə  tuturlar.  Müsəlmanlar  da  siyirmə  xəncər 
müharibəyə giriĢib erməniləri at döyüĢündə ƏfĢar adlı erməni kəndinə qovub kənd 
içində  üç  saat  vuruĢurlar.  Ermənilər  ƏfĢar  kəndində  davam  gətirə  bilməyib 
qaçmağa baĢlayırlar. DöyüĢdən sonra Ģəhərə köməyə getməyə qərar verilsə də, iki 
müsəlman bir-birilə dava salıb biri digərini öldürdüyündən süvarilərin dağılmasına 
səbəb olur. ġuĢa əhvalatı geniĢ yazıldığından burada təkrarına ehtiyac görülmədi. 
Son məktublar. ġuĢa əhvalatından sonra Cəbrayıl və Qaryaginin Qaradağlı 
adlanan  kəndinin  malları  çölə  çıxan  vaxt  ermənilər  tökülüb  əllərindən  alırlar.  Bu 
zaman  kənd  camaatı  bundan  xəbər  tutub  ermənilərlə  atıĢır  və  bir  neçə  ermənini 
tələf edirlər. Bu ermənilərin qaçıb dağılmasına səbəb olur. Lakin ölənlərin arasında 
bir nəfər erməni millətçisi varmıĢ. Ermənilər bundan son dərəcə qəzəblənib pristav 
Davıdovu göndərirlər ki, gərək qatili tutub erməni əlinə verəsiniz. 
Ermənilərin pristavı Davıdovun tədbiri.  Pristav məsləhət görür ki, "mən 
gedib Qaradağlı camaatını söhbətə tutaram, siz isə gəlib bostanlarda gizlənərsiniz. 
Mən  bir  bəhanə  ilə  həmən  oğlanı  sizin  yanınıza  göndərərəm.  Orada  atəĢə  tutub 
öldürərsiniz".  Müxtəsər,  həmən  üsulla  cənab  pristav  oğlanı  pusqu  yerinə 
göndərdikdə ermənilər atəĢə tutub onu yaralayırlar. Binəva bir növ ilə özünü kəndə 
salır. Camaatın xəbərdar olduğunu bilib ermənilər də qaçıb aradan çıxırlar. Ertəsi 
gün ermənilər yığılıb Qaradağlı kəndinə hücum edirlər. Ermənilər çox olduğundan 
müsəlmanlar davam gətirə bilməyib kənddən qaçmaqla on beĢ evli Yuxarı Güzlək 
kəndini də dağıdıb talan edirlər. 
Hadisələrin  icmalı.  Əvvəlcə  ermənilər  müharibə  baĢlayıb  Cəbrayıl  və 
Qaryagin  uyezdində  Veysəlli,  Divanəli  kəndlərini  dağıdırlar.  Bu  müharibədə 
ermənilərin  də  bir  sıra  kəndləri  dağıdıldı.  ƏfĢar,  Düdükçü,  Haxulu,    Ağbulaq, 
Xırmancıq, Dolanlar, XoĢəndam belə kəndlərdəndir. Onlardan insan tələfatı da az 
olmayıbdır. 
Müsəlmanlar yaylağa köçdüklərinə görə iki qıĢlaq dağılmıĢdır. Bu uyezddə 
ermənilərin  məğlubiyyətinə  ġuĢa  Ģəhəri  ümdə  səbəb  olmuĢdur.  Zira  ermənilər 


43 
 
ümumi qüvvələrini yığıb müsəlmanları dağıtmaq üçün Ģəhərə toplanmıĢdılar. Digər 
tərəfdən,  Cəbrayıl  müsəlmanları  müharibədə  kamil  ustad  mərtəbəsində 
olduqlarından erməniləri son dərəcə sarsıtdılar. Hökumət  isə göz açıb bu mahalda 
sülh-barıĢığı  bərpa  etmədi.  Zira,  onun  da  ġuĢada  böyük  tədarükləri  var  idi. 
QalaĢçapov  son  faciədə  hökumət  qoĢunlarını  ermənilərə  kömək  üçün  ġuĢada 
saxlayır, mahalda isə sülhü bərpa etmək üçün bir nəfər də olsun hökumət qoĢunu 
tapılmırdı. 
 
AĞRILI ġUġA HADĠSƏLƏRĠ, YAXUD AVAMLIQ BƏLASI 
 
Gəncə quberniyası Şuşa uyezdində 1905-ci ilin 16 avqust tarixində qəflətən 
baş verən faciələrin təfsili. 
KeçmiĢdə,  yaxud  indi  ġuĢa  ermənilərinin  hal  və  hərəkatına,  əhval  və 
güzəranına  baxılsa  onların  əksəriyyətinin  gələcək tədarükündə  olduqları  meydana 
çıxar. 
Onların  böyük  bir  müharibəyə,  müdhiĢ  bir  təĢəbbüsə  qoĢulmaq  niyyətləri 
apaçıq  özünü  göstərməkdə  idi.  Hər  ay,  hər  gün  onların  hərbi  ləvazimat  toplamaq 
üçün göstərdikləri səylər gözdən yayınmırdı. 
ġuĢa  islamları  isə  ermənilərin  son  dərəcə  Ģücaətsiz  və  mərdlikdən  uzaq 
olduqlarına görə onların müsəlman əleyhinə qiyam qaldıracaqlarına inanmazdılar. 
Ġslamların  fikrincə,  -  "ermənilər  ara-sıra  ticarətdən  baĢqa  bir  Ģeyə  yaramazlar, 
onlarda silah götürəcək bir gənc yoxdur,"  - deyib, beləcə qəflət və etinasızlıqlarla 
öz iĢləri arxasınca getməkdə idilər. 
ġuĢa  islamlarını  beləcə  müasir  iĢlərdən  xəbərsiz  təsvir  etməkdə  özümü 
oxucuların  nifrinlərinə  hədəf  olmuĢ  hesab  edirəm.  Zira,  yaranıĢından  son  dərəcə 
Ģücaətli  və  mərdanə  olan  bu  nəcib  milləti  müasir  iĢlərdən  xəbərsiz  hesab  etmək 
nifrinlərə  layiq  olmaq  deyil,  bəs  nədir?!  Mən  ġuĢa  əhvalatını  yazıb  göndərmiĢ 
möhtərəm müxbirin sözünü təsdiq edib yazıya aldıqdan sonra öz tərəfimdən də bir 
neçə səmimi söz deməyi lazım bildim. 
Hörmətli  müxbirimin  ġuĢa  islamları  barəsində  olan  müdrik  hisslərinin 
tənqidinə ehtiyac yoxdursa da, o ətraf müsəlman camaatında olan ürək saflığını və 
bu ürək saflığından irəli  gələn əsilzadə  sükunətlərini qəflət hesab etməkdə  böyük 
bir səhvə yol vermiĢdir  -  deməkdən də özümü saxlaya bilmədim. Digər tərəfdən 
ġuĢa əhlinin xəbərsizliyi barədə bir neçə söz  yazıb müxbir cənablarının haqqında 
etdiyimiz tənqiddən əmələ gələn təsir atəĢinin üstünə su səpmək kimi bir hərəkətdə 
də  bulunuram.  ġuĢa  islamlarının  qafil  olmaları  barəsindəki  bu  kiçik  qeydlərimi 
yazıb hörmətli oxucuların diqqətinə çatdırıram. 
Qafqaz  qitəsində  ağrılı  erməni-müsəlman  hadisələri  baĢ  verməzdən  əvvəl 
islamlar  ancaq  uzaqdan-uzağa  bu  himmətcə  artıq,  sayca  az  olan  ermənilərin  hər 
həftə baĢı bir hökumət torpağında qovğa qoparacaqlarını jurnallar və sair məlumat 
vərəqələri vasitəsilə oxumaqda idilər. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə