1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə16/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

34 
 
Vəbaycan adlı mövqeyə toplaĢırlar. Həmən yerdə əsgəri ehtiyacları təkmil edərək 
Qacar üstə hücum üçün ümumi hərbi Ģura yığılıb, Ģuranın aĢağıdakı qərarı ilə firqə 
komandanlarına lazımi tərtibat verilir. 
Müharibə  tədarükatı,  yaxud  hərb  planı.  Qacar kəndinin Ģimal tərəfində 
yerləĢən  Xəzəz  dağı  MəlikĢahnəzərov  firqəsinə,  cənub  tərəfdəki  Ocaqlı  dağı 
ĠĢxanov firqəsinə, hər iki dağların qərb tərəfini bir-birinə birləĢdirərək mühasirəyə 
almaq  Saqo  adlı  Zəngəzur  komandanına  tapĢırılır.  Yuxarıda  qeyd  edilmiĢ 
komandanlar gecə vaxtı məlum mövqelərdə yerlərini tutub baĢ komandan Soqratın 
iĢarəsinə müntəzir durdular. 
Müharibənin baĢlanması. Sübh çağına saat yarım qalmıĢ böyük komandan 
müĢir  Soqrat  tərəfindən  musiqi  ilə  müharibə  əmri  verilib  hər  tərəfdən  Qacar 
kəndinə  beĢatılan  tüfənglərdən  yağmur  kimi  güllə  yağdırıldı.  Bu  halda  kənddə 
yuxunun istirahətli və Ģirin bir zamanında olan camaat hövlnak qalxıb kəndi səs və 
küy içində görürlər. BeĢiklərdə istirahət edən çocuqlar da anasının döĢünü boĢlayıb 
ixtiyarsız  ağlamağa  baĢladılar.  Həqiqətən,  arvad-uĢağın  nalələri,  çocuqların 
ixtiyarsız  iniltiləri,  heyvanatın  bağırtısı  kənddə  bir  qiyamət  qoparmıĢdı.  Bununla 
bərabər, erməni beĢatılanlarının amansız sədaları bu səslərə üstün gəlmək istəyirdi. 
Yanan  çıraqlar  qorxunun  Ģiddətindən  söndürülüb,  çırağı  axĢamdan  keçmiĢ 
evlərdə  təzədən  çıraq  yandırılıb,  bu  gurultuların  nə  kimi  bir  Ģey  olması  haqda 
kənddə yaĢayan min nəfər əhalinin darıxmıĢ ürəyindən min cür fikir, min cür qorxu 
baĢ  qaldırırdı.  Camaat  bir-birinə  qarıĢmıĢ,  kimi  qonĢuya  qaçır,  kimisi  sahibini 
oyadır,  kimisi  də  özünü  itirib  qorxunun  Ģiddətindən  divarda  çəkilən  nəqĢlər  kimi 
quruyub qalmıĢdı. Digər tərəfdən kənddə olan islam könüllüləri - qeyrət və Ģücaət 
qanı  ilə  yoğrulmuĢ  islam  cavanları  əsla  özlərini  itirməyib  kəndin  üç  tərəfində 
səngərlər  tərtib  verməklə  tək-tək  hər  firqəyə  qarĢı  çıxıb  onlara  cavab  verməyə 
baĢladılar.  Arvad-uĢaqlar  da  evdə  davam  gətirə  bilməyib  səngərlərə  pənah 
gətirmiĢdilər. Altı saat qızğın müharibədən sonra kəndin müdafiə sədlərindən kənar 
olan 55 ev qarət edilib yandırıldı. Bu vaxt müsəlman qadınlarını əsarətə almaq fikri 
ilə  müsəlman  sədlərinə  ümumi  hücum  baĢlandı.  Bərəkət  versin  ki,  islam 
əsgərlərinin  qeyrətinə  qarĢı  dura  bilməyib  ağır  tələfat  ilə  mövqelərinə  çəkilməyə 
məcbur  oldular.  Müsəlmanlar  bu  vaxt  böyük  qətiyyət  göstərib  sədlərdən  çıxıb 
düĢmən üzərinə atılırdılar. Bu halda baĢqa müsəlman kəndləri iĢdən xəbərdar olub 
atına  minib  kömək  üçün  Qacar  hərb  meydanına  yürüĢ  edirdilər.  Əvvəlcə  kömək 
üçün gələn Yağlıvənd sakini Həsənəli bəy Əsgərxanov cənabları idi. 20 müsəlləh 
süvari ilə Xəzəz dağına  yetiĢib MəlikĢahnəzərov firqəsinə  yaxınlaĢıb Ģiddətli atəĢ 
açar.  Həsənəli  bəy  süvariləri  düĢmənin  qüvvətindən  çəkinməyərək  hər  dəqiqə 
yürüĢ etməklə erməniləri sədlərdən çıxarıb Xəzəz dağının təpəsini iĢğal etdi. Dağın 
təpəsinə  çatar-çatmaz  süvarilərinə  lazımi  göstəriĢlər  verib  yenə  müharibəyə 
baĢladı.  Müsəlmanlara  gəldikdə  ermənilərin  mühasirə  xəttinə  baxmayaraq, 
sədlərdən bayıra atılıb siyirmə xəncərlə bəxtə-bəxt hücuma baĢlamıĢdılar. 


35 
 
Yuxarıda  adı  çəkilən  AĢot  adlı  erməni  əfsəri  öz  firqəsinin  bir  alayı  ilə 
səngərdə qətl edildi. Müsəlmanların gözləri qızıb müharibə edirdilərsə də, yenə hər 
yerdən  müsəlmanlar  köməyə  gəlməkdə  idilər.  Müsəlman  könüllülərinin  sayı  hər 
saat  artmağa  baĢlamıĢdı.  Bu  vaxt  ermənilər  də  ümumi  hücuma  baĢlayıb 
müsəlmanları  sıxıĢdırmağa  çalıĢırdılar.  Ocaqlı  dağından  ĠĢxanovun  süvariləri  də 
müharibədə iĢtirak etmək üçün kəndə atəĢ yağdırırdı. 
Müsəlmanların  qüvvəti  artmağa  baĢladığından  sədd  dalından  müharibə 
etmək qadağan olub hər tərəfdən yürüĢ edib erməni dəstələrinin içinə qarıĢdılar. 
Dörd  saat  tamam  erməni-müsəlman  bir-birinə  qarıĢıb  müharibə  etdi.  Dörd 
saat  davam  edən  süngü  və  xəncər  müharibəsində  ermənilərin  mənəvi  qüvvələri 
tükənib  yavaĢ-yavaĢ  geri  çəkilməyə  baĢladılar.  Müsəlman  cavanlarına  gəldikdə 
ermənilərin geri gedən yollarını kəsib, bir çox tələfat verdikdən sonra ermənilərin 
qaçanlarını  yenə  müsəlman  süvariləri  təqibə  baĢladılar.  Müsəlmanların  təqib 
halında ermənilər dümdar (quyruq-aryerqard - Ə.B.) buraxıb on verst yol müharibə 
olundu.  Müsəlmanlar  geri  dönərkən  ƏfĢar  adlı  erməni  kəndini  büsbütün  çapıb 
dağıdaraq,  üç  nəfər  də  erməni  əsir  aldılar.  Geri  çəkilmiĢ  erməni  komandaları 
əsgərlərinin ehtiyacını yenə təkmil edərək üç min qüvvə ilə dübarə Qacar kəndinə 
hücum etmək üçün aĢağıda yazılmıĢ Ģərtləri qoydular. 
Əvvəla,  Qacarda  olan  kiĢiləri  qırıb,  qadınlarını  əsarətə  alıb  ermənilərə 
paylasınlar. 
Ġkincisi,  bu  əsgərlərdən  bir  nəfər  qalana  kimi  müharibədən  geri  durmayıb 
təlaĢ etmək. 
Bərəkət versin ki, ermənilər yenə mərama nail olmayaraq, məğlub oldular. 
Qacar müharibəsində müsəlmanlara mal zərəri 90 minə qədər olub, can tələfatı isə 
12  nəfərdir.  Ermənilərdən  150  nəfər  hərb  meydanında  qətl  olunmuĢ  200-ə  qədəri 
yaralansa  da,  hamısı  xidmət  yerlərində  olmuĢlar.  Hətta  bəzi  ermənilərin  sözünə 
görə ermənidən tələfat 253 nəfərə yaxın idi. 
Cəbrayıl və Qaryagin uyezdinin son hadisələri. Kədərli Bakı faciəsindən 
sonra  Qaryagində  erməni  və  müsəlman  arasında  xalis  bir  məhəbbət  bəslənməkdə 
idi.  Bu  ətrafda  erməni  ilə  müsəlmanın  vuruĢmasına  məhəbbətin  gündən  günə 
artmağa baĢlamasından meydan qalmamıĢdı, deyilsə idi, daha doğru olardı. Amma 
bu,  müsəlmanları  müdafiə  xəyallarından və  milli  hisslərdən  məhrum etmək istəyi 
ilə zahiri bir məhəbbət imiĢ ki, müsəlmanlara qarĢı izhar edilirdi, bu iĢlərə aid bir 
çox məlumatlar vardır ki, sübuta ehtiyacı yoxdur. Belə ki, ġuĢa Ģəhərinin əvvəlinci 
faciəsindən  sonra  ġuĢa  əhli  Mürsəl  Hacı  Qulu  oğlu  Qaryagində  Qarabulaq 
bazarında bir qonaqlıq edib, məhəlli hökumət məmurlarını və bir çox əyan və tacir 
qismindən  də  dəvət  etmiĢdi.  O  cümlədən  Ġsfəndiyar  bəy  Vəzirov  və  Ağa  bəy 
ĠĢxanov da dəvət edilmiĢdi. 
Ağa  bəy erməni süvari olaraq Ġsfəndiyar bəyə  rast gəlib  -  "Mürsələ  vədəli 
olmusan, bəs hara gedirsən?" - söylədikdə, "vaxtında gələcəyəm" - cavabını verib 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə