1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə12/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

26 
 
müdafiə  mövqeyində  durub can verəcəyəm. Müsəlmanlar!  Hər millət gərəkdir öz 
Ģən və heysiyyətinə layiq bir tərzdə dünyadan getsin. 
Məhəmməd  peyğəmbərin  Ģəriətinə,  millət  və  islamiyyət  yolunda,  Allahın 
bəyəndiyi  niyyət  və  təĢəbbüslərinə  nəzərən  düĢmən    qabağından    qaçmaqla  can  
vermək  qəbahətli  və  rəva  görülməyən  hərəkətlərdəndir.  Bilirsiniz  ki,  bizim  bu 
məzarıstanımızda  yatan  babalarımızın  sümükləri  çıxarılıb  kənar  kənddə 
yandırıldıqdan sonra onların məzarları yerində Ermənistan təĢkil ediləcəkdir. Mən 
axirətdə məsul olmamaq üçün müdafiəyə çalıĢacağam" - deyib, sözünü qurtardı. 
Qeyrətli  vətənpərvər  Novruz  Kazım  oğlunun  sözünə  baxmayıb  hamısı 
qaçmaqda idilər. 
Vətənpərvər  Novruz  Kazım  oğlu  kəndi  boĢlamadıqda  bir  azdan  ermənilər 
tərəfindən  niĢana  alınır.  Qohumları  Novruz  Kazım  oğlunu  mühasirədən  xilas 
etməyə  gəlsələr  də,  düĢmənin  çoxluğundan  qeyrətli  qocanı  qurtarmaq  mümkün 
olmur.  Novruz  Kazım  oğlu  qoĢalülə  tüfəngi  ilə  otağa  yaxınlaĢan  erməni 
dəstəsindən birini vurub, qalanını geri çəkilməyə məcbur edir. 
Bu  sözlərin  hamısı  bir  erməninin  dilindən  eĢidilmiĢdir.  Bir  az  sonra 
ermənilər  yenə  hücuma  keçirlər.  Novruz  Kazım  oğlu  onlardan  birini  də  öldürüb 
qalanlarını  qaçmağa  məcbur  edir.  Gülləsi  qurtaran  Novruz  Kazım  oğlu  həyəcanlı 
halda  tüfənginə  saçma  doldurarkən  ermənilər  hücum  edir,  evin  qapısını  odlayıb 
onu  diri  əsir  alırlar.  Kəndin  əksər  yerlərini  odlayıb,  məscidi,  minbəri,  müqəddəs 
kitabları  və  Novruz  Kazım  oğlunun  evini  də  odlayıb  onu  əli  bağlı  Tirjabat  adlı 
erməni  kəndinə  aparırlar.  Orada  min  cəfa  və  əziyyətlə  baĢını  kəsirlər.  Erməninin 
dediyinə  görə,  Novruz  Kazım  oğlunun  baĢını  kəndin  keĢiĢi  Ayrapet  kəsmiĢdir. 
Zira,  Gözəcikdə  Novruz  Kazım  oğlunun  vurduğu  ermənilərin  birisi  keĢiĢin  oğlu 
imiĢ.  Beləliklə,  Novruz  Kazım  oğlunun  baĢını  -  "min  beĢ  yüz  müsəlman 
sərkərdəsinin  baĢıdır,"  -  deyə  əvvəlcə  Aleksandropol,  sonra  isə  Bakı  Ģəhərinə 
göndərmiĢlər. 
2  iyun  xəbərləri.  Ġyun  ayının  ikisində  müsəlmanların  o  vaxta  qədər 
pənahgahı olan Mənkus kəndinə hücum edilir. Bu dəfə erməni alaylarının sayı 10 
mini  keçmiĢ  bir  toplu  qüvvədən  ibarət  idi.  Hər  dəfə  də  beĢ  min  tüfəngdən  kənd 
üstünə  atəĢ  açılırdı.  Kənd  müsəlmanlarının  çoxu  silahsız  olduqlarından  fürsət 
düĢdükcə  ailələrinin  əlindən  tutub  qaçırdı.  Kənd  tamam  boĢaldıqdan  sonra 
yerindən  tərpənə  bilməyən  80  yaĢlı  əlil  bir  qoca  erməni  əlinə  düĢüb  Ģəhid 
olmuĢdur.  Deyildiyinə  görə,  onu  təndir  ĢiĢi  ilə  öldürmüĢlər.  Gözəcik 
müharibəsində,  ətrafda  müsəlmanlar  köməyə  çağırdığı  vaxt,  15  fərsəx
5
  aralı,  öz 
mahalı Qaladibi kəndindən olan kənd ağası CahanbəxĢ bəy iki nəfər kürd atlısı da 
yanında  Mənkus  kəndində  imiĢ.  Bu  vaxtda  üç  nəfər  də  tüfəngini  götürüb  kəndin 
Ģimal-Ģərq  tərəfində  uca  bir  dağa  çəkilib  qaçan  qadınları  təqibə  baĢlayan  erməni 
dəstələrinə yüksək qalaların üstündən atəĢ açırmıĢlar. Bu atəĢdə erməni dəstəsindən 
ikisini vurub qətlə yetirirlər. Beləliklə, arvad-uĢaqlar qaçıb 15 fərsəx məsafədə olan 


27 
 
Təzəkəndə
*
  doluĢurlar.  On  iki  dağılmıĢ  islam  köylərinin  hamısı  bu  kənddə 
toplanmıĢdılar. 
1905-ci  il  3  iyun.  Ġyun  ayının  3-də  yüz  əlli  evli  və  aralıqda  qalan  Güllücə 
adlı islam kəndinə ermənilər tərəfindən hücum baĢlanır... 
Müharibənin baĢlanması. Ġyun ayının 3-də sübh zamanı Güllücə kəndinin 
Ģimal  tərəfində  yerləĢən  14  para  kənddən  ki,  hər  biri  dörd  yüz  evə  yaxındır,  10 
minə qədər könüllü erməni əsgəri cəm olub və cənub tərəfdə uca dağ dalındakı beĢ 
yüz  evli  BaĢkeni  adlı  erməni  kəndindən  hücum  edib  Güllücə  kəndini  niĢana 
almaqla  güllə  yağdırırdılar.  Ermənilərin  məqsədi  müsəlmanları  özlərinə  əlaltı 
etmək, yaxud onları məhv edib çoxdan bəri arzusunda olduqları istiqlaliyyəti əldə 
etmək imiĢ. Buna görə bütün məmləkət erməniləri əldə silah müsəlmanlar əleyhinə 
qiyam  etmiĢdilər.  Güllücədə  olan  islam  əhalisi  silahsız  olduqlarına  görə  qaçıb 
kəndi  ermənilərin  iĢğalına  verirlər.  Camaat  artıq  kənddən  uzaqlaĢandan  sonra, 
sərvət  və  dövlət  ilə  məĢhur  olan  MəĢədi  Qənbər,  Mahmud,  Hacı  Hüseyn  və 
baĢqaları - 15 nəfər mallarını mühafizə üçün kənddə qalıb silah götürməklə səkkiz 
ermənini qətl edirlər. Nəhayət, ermənilər Mahmudu öldürüb, kənd içində sahibsiz 
buraxılmıĢ  bir  qadını  da  səkkiz  güllə  yarasıyla  qətl  və  edam  edirlər.  Qalan 
müsəlmanlar  qaçıb  verst  yarım  məsafədə  olan  Tutya,  Damagirməz,  Kamal  adlı 
islam  kəndlərinə  pənah  aparırlar.  Bu  qaçaqaçda  hamıdan  dala  qalmıĢ  Mir 
Süleyman Seyid Mustafa oğlu adlısı at ilə qaçarkən ermənilər vurub atını öldürür, 
o isə bir erməni öldürməklə canını təhlükədən qurtara bilmiĢdir. 
4  iyun  xəbərləri.  Ayın  4-də  aralıqda  qalmıĢ  150  evli  Kamal  kəndi 
mövqelərini  təhlükədə  gördüklərindən  hələ  kəndə  hücum  edilməmiĢ,  arvad-
uĢaqlarını götürüb cənub tərəf düzlərlə Damagirməz kəndinə qaçırlar. Bu kəndlərin 
də camaatı onlara qoĢulub 20 verst məsafədə olan, yuxarıda adı çəkilən Təzəkəndə 
pənah aparırlar. 
Bu kənddə 18 gün ağır ehtiyac içində gün keçirəndən sonra Ġrəvanda bir də 
sülh  edilib  ətrafa  qoĢun  göndərildiyi  kimi,  Güllücə  kəndində  bir  rota  soldat 
qoyuldu. Bundan sonra müsəlmanlar yerlərinə qayıtdılar. 
 
EÇMĠƏDZĠN. ÜÇ KĠLSƏ HADĠSƏLƏRĠ 
(XÜSUSİ MƏKTUBLARDAN) 
 
İrəvan iğtişaşlarında məlum oldu ki, müsəlmanlar hərb fənninə yaxşı bələd 
deyillər  və  bundan  əlavə  hamılıqla  döyüş  silahından  məhrum  olduqlarından 
mahalda  ermənilərin  təcavüzünə  məruz  qalan  camaata  əsla  bir  köməkdə 
bulunmadılar.  Buna  görə  ermənilər  qol-qanad  açıb  Qırxbulaq  mahalına  hücuma 
keçib müsəlmanları son dərəcə pərişan etdilər. 
                                                           
*
 Təzəkənd  - dərədə yerləĢən erməni ziyarətgahı Qart adlı kilsənin Ģimali-Ģərq tərəfində tənha olan 20 
evdən ibarət bir islam kəndidir. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə