1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə10/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

22 
 
baĢlıcası,  müharibə  görmədiklərindən  çaĢqın  halda  quruyub  qalmıĢdılar.  Bu  vaxt 
Ġrəvanda  lazımlı-lazımsız  20  tüfəng,  az  miqdarda  patron  var  idi.  Tüfənglər 
əksəriyyətlə ovçu tüfəngi olub müsəlmanların Nuh babasından yadigar qalmıĢ bir 
sıra  antikvardan  sayılırdı.  Bu  halda  erməni  atəĢlərinə  hökumət  tərəfindən  əsla 
maneçilik olmayıb, iğtiĢaĢa dair də bir tədbir edilmədi. Ermənilər ürəkləri istədiyi 
qədər  atəĢ  açır  və  hücum  edirdilər.  Bunlara  mane  olan  yox  idi.  Saat  12-yə  yaxın 
yenə erməni tərəfindən atəĢ açılıb təzədən hər tərəfi bir qorxu, bir vəlvələ bürüdü. 
Həqiqətdə, müharibə görməmiĢ adamların həlak olmaları yaxınlaĢırdı. 
Balacaların,  arvad-uĢaqların  zəif  səsləri  müsəlman  kiĢilərini  son  dərəcə 
çaĢdırıb  onları  mənən  sarsıdırdı.  Bu  vaxtda  arvad-uĢaq,  qoca-cavan,  əyan,  xan, 
rəiyyət - hamısı öz canının hayına qalmıĢdı. 
O hal elə bir hal idi ki, nə millətin dərdi, nə mədəniyyətin fikri, nə də mülk 
və  dövlətin  xəyalı  qəlbə  təsir  etmirdi.  Bu  atıĢma  əsnasında  müsəlmanlarda  cavab 
verməyə əsla taqət yox idi. Erməni hissəsində evləri olub   təhlükəli   vəziyyətdə   
qalan  müsəlmanların  hər  dəqiqə  imdad  diləyən  səsləri  eĢidilirdisə  də, 
müsəlmanlarda    qüvvə  olmadığına  görə  onları  fəlakət  burulğanından  qurtarmaq 
iqtidarında  deyildilər.  Nəhayət,  onların  əleyhinə  açılan  bombaların  və  cəhənnəm     
makinələrinin  dumanları  onların  baĢı  üstündə  durub  ara-sıra  ildırım  çaxar  kimi 
güllələrin qırmızı alovları buludları bərkənar edib insanların gözünü qamaĢdırırdı. 
Bu  bəla  odunu  müsəlmanların  baĢı  üstə  gözü  ilə  görən  bir  əfsər  soldatları  ilə 
məzlumların  fəryadına  çatır.  Qırğından  sağ-salamat  çıxan  bu  biçarələri  birtəhər   
qoĢun  mühafizəsiylə  müsəlman  hissəsinə  keçirirlər.  Bu  atıĢmada  sədaqət  qurbanı 
olan və  ermənilərə  inanıb təhlükəli  məhəllədə  qalan islamlardan 11 kiĢi və  qadın 
qətl  olunmuĢdu:  dörd  qadın,  iki  uĢaq,  5  kiĢi.  Əsarət  və  həqarətdən  qurtarmıĢ 
islamların leysan yağıĢı kimi tökülən göz yaĢları insanı bir müsibət seli içində qərq 
etmək  istəyirdi.  Həqiqətdə,  bu  halı  müĢahidə  edən  islamlara  qeyrət  və  qürur  o 
dərəcə  sıxıntı  verirdi  ki,  təsəvvürə  gəlmir.  Bu  vaxtda  əsla  dirilik  arzusunda 
olmayıb, müvəqqəti olaraq, onlarda milli bir hiss oyanırdı. 
Ətrafdan  gələn  könüllü  əsgərlərin  yığılıb  toplanması  ilə  Ġrəvan 
müsəlmanları mənən və sayca gücləndirilirdi. Ġslamiyyət  naminə əlinə  hərbi silah 
keçən kürd, iranlı və baĢqa millətdən olan hər kəs bura yığılmaqda idi. Bu toplanıĢı 
görən islam könüllü əsgərləri bu gecə (hər nə olar, olar) ermənilərin üstünə yürüĢ 
etməyi  qərarlaĢdılar.  Müsəlman  rəis  və  böyükləri  bu  milli  təĢəbbüsdən  xəbərdar 
olunca  öyüd-nəsihətlərlə  onları  ermənilərə  qarĢı  yürüĢ  xəyalından  daĢındırmağa 
çalıĢırdı.  Bu  vaxtda  yenə  otuz-qırx  evdən  ibarət  islam  əhalisi  erməni  hissəsində 
qalmaqda idi. 
Müsəlmanlar  iğtiĢaĢın  beĢinci  günü  hökumətdən  mühafizə  qoĢunu  alıb 
islamları  arabalarla  müsəlman  ümumi  hissəsinə  köçürdülər.  Bu  gündən  baĢlayıb 
yenə  tək-tək  o  tərəf  bu  tərəfə  güllə  atıĢması  baĢ  verirdi.  Bəzi  yerlərdə  sipərlər 
düzəldilib,  sipərlərdən  erməni  müsəlmanı,  müsəlman  ermənini  görən  kimi  hədəf 
edirdi.  Bu  sipər  atıĢmasında  ermənidən  çox  tələf  olurdu.  Halbuki,  erməni 


23 
 
hərbçilərinin  əksəri  əsgəri  xidmətini  qurtarmıĢ  soldatlar  idi.  DaĢnaksutyun 
döyüĢçülərinə gəldikdə, ən son zamankı hərbi silahla silahlanmıĢdılar. Ermənilərin 
hər bir atəĢi müsəlmanların qəlbini heyrətə salırdı. Müsəlmanları isə, hər yerindən 
duran,  silahlı  və  silahsız  könüllü  əsgərlər  olduğundan  onlarda  kifayət  qədərində 
beĢatılan və mauzer tüfənglər yox idi... Bununla bərabər, islam dəstələrində bir sıra 
kənardan gəlmə qiymətli niĢançılar da vardı. Ermənilərin bu atıĢmalarda artıq tələf 
olmaları islam camaatına çox təəccüblü gəlirdi. Zira, ermənilər müharibə əsnasında 
bal  mumundan  qayrılmıĢ  müqəvva  kimi  olub  püf  edən  kimi  məhv  olurdular. 
Məlum  olduğu  kimi,  ermənilərdə  səbat  və  mətanət  və  ürəklərinin  təpəri  yox  idi. 
Zira,  Ġrəvan  müharibəsinə  yığılmıĢ  erməni  əsgərlərinin  əksəriyyəti  Bakı 
döyüĢlərindən,  Naxçıvan  məğlubiyyətindən  can  qurtarıb  qaçan  əsgərlərdən 
olduqlarına görə mənən büsbütün pozulmuĢdular. 
Bu bir də ondan irəli gəlir ki, bu müharibələrdə erməni əsgərləri araq-çaxır, 
bu  kimi  spirtli  içkilər  içməklə,  lovğalıq  edərək,  ara-sıra  çıxıb  bir  güllə  boĢaldıb 
erməni saqilərinə "bir islam vurdum" deyib, bir rumka konyak tələb etməkdə idilər. 
Bu səbəbə ermənilərin güllələri büsbütün boĢa gedib erməniləri tamaĢaçı millətlər 
yanında  bir  məsxərə  nümunəsi  qayırdılar  ki,  indi  də  dillərdə  İrəvan  müharibəsi 
deyilir. 
Müxtəsər,  səngər  atıĢması  bu  qərar  ilə  keçib  Naxçıvanda  da  sülh  barıĢıq 
bərpa  olaraq,  bu  xəbər  müsəlman  və  erməniyə  məlum  edildi.  Hökumətimiz  də 
yuxudan gözlərini açıb yavaĢ-yavaĢ o tərəf bu tərəfini qaĢıya-qaĢıya millətin halına 
bir  baxıb  da  teleqrafla  Ģeyxülislamı,  Ġrəvan  qazisini,  eyni  zamanda  yepiskopunu 
Ģəhərə dəvət etdi. Onlar da may ayının otuz birində Ģəhərə təĢrif gətirdilər. 
1905-ci  il  31  may  xəbərləri.  Mayın  31-də  sülh  və  barıĢığı  bərpa  edən 
erməni-müsəlmanın hörmətli qonaqları təĢrif gətirməklə Ģəhəri zinətləndirib rəislər 
və  məhəlli  böyüklər  tərəfindən  qarĢılandıqdan  sonra  Abbasqulu  xan  Ġrəvanski 
cənabının evini qonaq olmaqla Ģərəfləndirdilər. 
Müsəlmanların  azı  bu  hissədə  olub,  çoxu  o  biri  hissədə  idilər.  Bu  vaxt 
aralıqda  get-gəl  kəsilmiĢdi.  Bazarın  əksərisi  erməni  hissəsində  olduğundan  alıĢ-
veriĢ bazardan kəsilib məhz məhəllələr-ordubazar Ģəklinə keçmiĢdi. 
1905-ci  il,  1  iyun.  Ġyun  ayının  birində  Ģeyxülislam  və  yepiskop  cənabları 
bulvara təĢrif gətirib orada olan camaata moizə və nəsihətlər etdilər. Bundan sonra 
müvəqqəti bir sülh olaraq camaat bazara gəlib alıĢ-veriĢə baĢladılar. Bağda qalmıĢ 
bir  neçə  bağban  Ģəhərə  gətirildi.  Bazar-dükan  təzədən  bağlanıb  get-gəl  tamamilə 
kəsildi. ġəhər tamamilə qorxu içində idi və batması qəti müəyyən olunmuĢ gəmilər 
kimi ləngər vururdu. Müsəlmanlara məxsus yerlərdə bir neçə erməni anbarı talanıb, 
erməni  hissəsində  olan  müsəlman  yurdlarının  da  əĢyaları  ermənilərin  qənimətinə 
keçdi.  Bu  müvəqqəti  sülhdən  sonra  Ġrəvanda  sülh-barıĢıq  bərpa  olaraq,  nəhayət, 
ermənilərin komitələri tərəfindən müsəlman kəndlərinə hücum etmək əmri verildi. 
Son  xəbərlər.  Ġrəvan  mahalında  iğtiĢaĢ  qoparmaq  üçün  Ģəhərdən  erməni 
sərkərdələri  baĢ  komandanları  təyin  edilib  hər  mənsəb  sahibi  öz  firqəsi  ilə  təyin 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə