1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

24 
 
edildiyi yerə getməkdə idi. Bu günlərdə yenə Ġrəvanda qorxu və müharibə ehtimalı 
müsəlmanların  qəlbində  qalmaqda  idi.  Ara-sıra  o  tərəf  bu  tərəfdən  xəfif
*
    güllə 
atılırdı.  Ona  görə  müsəlmanlar  bir  əlahiddə  xəyala  düĢə  bilməyib  öz  haylarında 
idilər.  Digər  tərəfdən  müsəlmanların  taleləri  dönük  olduğundan  aralarında  bir-
birinə böyük zərər vuran dil birliyinin olmaması mərəzi də baĢ qaldırmıĢdı. Ġrəvan 
rəisləri və əyanları bu vaxtlarda camaatı firqəyə bölüb hər kəs özünə rəhbər mövqe 
qazanmaq fikrində idi. Buna görə Ġrəvanda böyük çəkiĢmə baĢ verib camaatı iĢdən 
və  tədbirdən  qoydu.  Bu  səbəbdəndir  ki,  Ģeyxülislam  cənabları  aĢağıda  yazılmıĢ 
sözləri  kəmali-nifrətlə  rəis  və  əyanların  üzünə  oxudu:  "Camaat!  Biz  bu  Ģəhərə 
gəlmiĢik ki, iki ədavətli milləti barıĢdırıb sülh edək, nəinki rəhbərlik və firqəbazlıq 
üstə çəkiĢən əyanları! Eyib olsun Ġrəvan əyanlarına, eyib"
**

Bu  məclisdə  qubernator  yanına  getməyə  və  sair  milli  iĢlərə  baĢçılıq  üçün 
rəis  seçildikdə  hər  kəs  öz  qəbilə  baĢçısını  qabağa  çəkib,  heç  bir  iĢə  yaramadığı 
halda  camaata  baĢçı  -  rəis  etmək  xəyalında  idilər.  Bunların  hamısı  həmiĢə  özünü 
camaata bacarıqlı tanıtmıĢ, ağalıq fikrində olan xam xəyalların təhrikiylə idi. 
Bir tərəfdən vətən və  millətin mühafizəsinin fikri, digər tərəfdən əyanların 
böylə-böylə camaatı ələ salıb oynatması, boĢ-boĢ Ģeylərlə ədavət toxumu əkmələri 
gözüaçıq adamları nəhayət dərəcədə çiyrəndirdi. Bu günlərdə Ġrəvana xəbər yetiĢdi 
ki, ermənilər mahalda müsəlmanları mühasirə edib qırmaqdadırlar. 
Camaat bu xəbəri alınca nəhayət çaĢıb, hamını dərin bir yas, bir naümidlik 
əhatə etmiĢdi. Zira, özləri müharibədə daha açıq düĢmənin mühasirəsi altında, hər 
tərəf qüvvətli erməni kəndləri ilə əhatə olunduğundan xalqa bir böyük tənhalıq və 
dəhĢət  üz  vermiĢdi.  Ġrəvanın  cənub  tərəfindən  Ģəhərə  gedib-gələn  vardısa  da,  o 
ətrafda  da  iğtiĢaĢ  baĢ  verdiyindən  gediĢ-gəliĢ  tamamilə  kəsilmiĢdi.  Yəni  zavallı 
islam  kəndləri  də  öz  haylarına  qaldılar.  Belə  ki,  hamısı  vuruĢma  vəziyyətində 
yaĢayırdılar.  YaĢayırdılarsa  da,  on  minlərcə  ermənilərin  məlumatlı,  müharibə 
görmüĢ dəstələrinin qarĢısında bir ovuc müharibə, hərb görməmiĢ, maarifsiz islam 
kəndliləri  qalmıĢdı  (Sahibsiz  islamların  halına  ağlanmalıdır).  ġəhərdə  ermənilər 
ara-sıra xəfif tüfəng atəĢilə  müsəlman imarətlərini hədələyirdilər. Müsəlmanlar da 
                                                           
*
  Ġrəvanda  müharibə  meydanında  olan  erməni  baĢ  komandanları  məğlub  oldularsa  da,  hərb  elmindən 
xəbərdar  olduqlarından  müsəlmanları  bir  sıra  nöqtələrdə  çaĢdırdılar.  Belə  ki,  fənd  ilə  hücum  etmək 
istədiklərindən  müsəlmanları  məĢğul  etmək  üçün  xəfif  tüfəng  atəĢləri  baĢlamıĢdılar.  Bu  isə  müharibə 
meydanlarında sınaqdan çıxmıĢ baĢlıca fəndlərdəndir ki, bir komandan düĢmənin bir hissəsinə hücum 
etmək istəyirsə, düĢmənin baĢqa bir tərəfində xəfif tüfəng atəĢinə baĢlar ki, onu bir parə təĢəbbüslərdən 
məhrum qılsın. 
**
 Ġrəvandan alınan məlumatlardan məlum olur ki, Ġrəvan əyanları hələ də babalarından qalan özlərindən 
razı qalma xəstəliyinə tutulmuĢdular. Ermənilər bunları məhv etmək xəyalında olanda bunlar da quru 
bəylik iddiasında idilər. Babalarının tarix səhifələrində buraxdıqları fənalıqları yaĢadan və uzun müddət 
qoruyub saxlayan heyvanlara ar olsun! Hörmətli müxbirim! Ġrəvanda hər kəs öz qəbilə baĢçısını ortaya 
çəkib xalqa rəis etmək xəyalına düĢməsindən çox da darılma. Zira islam aləminin hər guĢəsinə baxılsa 
belə  çirkin  təbiətli  adamlara  çox  rast  gələrsən.  Bu  isə  insanlıq  elminin  hələ  də  islamlarda 
olmamasındandır.  Bizdəki  bu  xasiyyətlər  XXI  əsrə  təsadüf  edən  bir  sıra  pisliklərə  bənzəyir.  Bunlara 
darılma. Bizim bu kiçik Ģəhərimiz Ordubad da bu dərdə mübtəladır.
 


25 
 
ümumən  canlarından  keçib  bütünlüklə  tələf  olmalarını  yəqin  edirdilər.  Hamının 
üzünə  əcəl  və  ölüm  tozu  qonmuĢdu,  guya  "bu  bir  bəla  imiĢ",  deyib  nəzir-niyaz
*
 
verməklə  onun  aradan  qalxacağını  gözləyirdilər.  Ġmkanlı  adamlar  baĢqa  yerlərə 
mümkün qədər tez köçmələrini arzu və maraq edərdilər. Yaramazlar canını, malını 
vətənindən  üstün  tutmaqda  idilər.  "Təki  biz  çocuqlarımızı,  hərəmlərimizi  həlak 
olma burulğanından qurtaraq. Ġmkansızlar qalıb düĢmən əsiri olsunlar" - xəyal edən 
qansızlar özlərinə insan və islam adı verməkdən əsla çəkinmirdilər. 
Bəli! Ġrəvanda rəislər arasında belə çəkiĢmə baĢ verdiyi vaxt artıq mahalda 
qanlar  sel  kimi  axıb,  günahsız  kəsilən  islam  baĢlarını  qan  çalalarında  firladıb 
zirvədən zirvələrə atırdılar. 
Quranlar  yandıqda  Ġrəvanda  özünü  Quran  əhli  hesab  edən  camaat 
firqəbazlığa  çalıĢırdı.  Mahalda  islam  minbərləri  yandıqda  Ġrəvanda  axĢama  kimi 
ağzını  minbərə  tutub  iĢ-gücdən  qalan  və  bir  kömək  görməyən  camaat  əllərini 
aparıb  ürəklərini  ovuĢdurmaqda  idilər.  Müxtəsər,  Ġrəvan  mahalı  bir  yanar  dağa, 
vulkana dönüb nəcib islam millətini yandırmaqda və boğmaqda idi. 
Ġrəvanın Ģərq tərəfi, Qırxbulaq mahalı adlanan tərəfdə  üç  hissə erməni, bir 
hissə  fəqir,  məzlum  islam  tayfası  olduğundan  iyun  ayının  birinci  günü  qovqa  və 
iğtiĢaĢ  meydan  bulub  ən  əvvəl  20  evdən  ibarət  olan  Gözəcik  faciəsi  baĢ  verdi, 
qonĢu  Tirjabat  erməni  kəndindən  necə  hücum  baĢlandığını  -  sıra  ilə  hamısını 
oxuculara ərz və təqdim edirik. 
Kədərli  Gözəcik  hadisəsi. 1905-ci ilin 31 iyununda axĢama bir az qalmıĢ 
ermənilər  Gözəcik  kəndinin  ətrafını  kəsib  Ģiddətli  atəĢə  baĢlayırlar.  Müsəlmanlar 
bütünlüklə  silahları  olmadığından  ailələrini  götürüb  arası  yarım  verst  məsafədə 
olan  Mənkus  adlı  islam  kəndinə  pənah  aparırlar.  Ermənilərə  gəldikdə  islamları 
təqib  halında  Mənkus  kəndinə  də  hücum  etmək  istəyirdilər.  Bu  qədər  ki,  kəndin 
ağası  Hümmət  bəy  Hüseynbəyzadə  Ģəhərə  köçdüyündən  kənddə  50  yaĢında  bir 
qoca böyük qalmıĢdı. 
Bu  qoca  Novruz  Kazım  oğlu  camaatın  erməni  qabağından  qaçdığını  görüb 
uca bir yerə qalxıb, "camaat, hara qaçırsınız" deyə aĢağıdakı nitqi söyləmiĢdir: 
-  Oğlanlar  hara  qaçırsınız?  Ġstəyirsiniz  bu  qaçmaqla  bizi  -  Qafqaz 
müsəlmanlarını baĢqa millətlərin yanında baĢıaĢağı edəsiniz?! Məgər, bu qaçmaqla 
ermənilər sizi boĢlayacaqlar?! Xeyr! Xeyr! Bunların qabağından qaçdıqca daha da 
cürətli  olub  bizə  və  bizim  ailəmizə  heç  bir  əsrdə  insanlara  rəva  görülməmiĢ 
hörmətsizliklər yetirəcəklər. 
Məgər,  bunlar  həmən  ermənilər  deyil  ki,  bir  il  əvvəl  mən  barmağıma 
hərəkət  verəndə  az qalırdılar Qırxbulaq  mahalından çıxıb  qaçsınlar?! Ġndi sizə  nə 
olubdur  ki,  aciz  arvadlara  qoĢulub  qoyun  sürüsü  kimi  bunların  qabağından 
qaçırsınız?!  Siz  qaçırsınız,  qaçın!  Mən  tənha  bu  erməni  alaylarının  qarĢısında 
                                                           
*
  Nəzir  və  niyaz  bəlanı  dəf  edər,  bu  haqda  mübahisə  etməyə  dəyməz.  Ancaq  bica  təvəkkül,  bimövqe 
ümid əvvəldən baĢqa bir səmər verməz zənnindəyik. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə