1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə13/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

28 
 
Digər  tərəfdən  Üç  kilsə  müsəlmanlarını  qətl-qarətə  başlayıb,  coğrafi 
ərazinin  namünasibliyi  ucundan  islamlara  misli  görünməmiş  cəfalar  etmişlər. 
Dağılmış kəndlərin kədərli əhvalatları sıra ilə nəql edilir. 
Eçmiədzinin  coğrafi  vəziyyəti.  Eçmiədzin  mahalı  dediyimiz  məĢhur 
Xanavəng çayı ilə Anpur suyu arasında geniĢ bir ərazini tutan, gözəl seyrəngahları 
ilə, bağçaları ilə məĢhur olan bir yerdir. ġimalında Ələyiz dağları, Abaran ölkələri, 
"böyük"  Ermənistan  təĢkil  edən  Aleksandropol,  Pənbək,  ġoragöl  vilayətləridir. 
Qərbi Anpur suyu, Ģərqi isə Xanavəng çayı, Ġrəvan vilayətləridir. Cənubunda "Üç 
kilsə" deyilən qədim erməni məbədgahı və erməni mərkəzi yerləĢir. 
1905-ci  il  ermənilərin  müsəlmanlar  əleyhinə  qiyamları  və  yaxud  əsgər 
toplanıĢı.  Ġyun  ayının  3-də  Abaran  ölkəsindən  ġoragöl,  Pənbək,  Aleksandropol 
erməniləri  bir  yerə  yığıĢıb  UĢu  adlı  islam  kəndinə  hücuma  keçdilər.  Həmin  ayın 
üçüncü  günü  Ġlançalan  erməni  kəndi  ilə  UĢu  kəndi  arasında  hər  tərəfdən 
istehkamlar  qurulub  saat  9  radələrində  müharibə  baĢlanır.  8  saat  Ģiddətli 
müharibədən sonra ermənilər davam gətirməyib bir çox tələfatdan sonra qaçmağa 
məcbur  olurlar.  Sağ  qalıb  qaçanlar  əlacsızlıqdan  özlərini  Xanavəng  çayına  vurur, 
bir  neçəsi  suya  batdıqdan  sonra  o  biri  sahilə  keçirlər.  Bu  müharibədə  müsəlman 
cavanlarının  atdığı  güllələrin  birisi  də  boĢa  getməyib  ermənilərin  köksünə 
dəydiyindən  çoxları  dava  meydanında  sərilib  qalmıĢdı.  Ġyun  ayının  dördündə 
ermənilərin  dəstələri  son  dərəcə  pozğun  və  müharibəyə  hazır  olmadıqlarını 
düĢünüb davanı təxirə saldılar. "Bu müsəlmanları belə az qüvvələrlə məğlub etmək 
olmaz" -deyə yenə ətrafdan əsgər yığmağa baĢladılar. Hər saatda piyada və süvari 
halında,  müsəlmanların  gözü  önündə,  erməni  firqələri  gəlib  öz  hissələrinə 
birləĢirdilər. Müsəlmanların isə hər tərəfdən yolları kəsildiyindən bir nəfər də olsa 
köməyə  gələn  yox  idi...  Müharibədən  qabaq  ermənilər  bütün  yolları  kəsdiyindən 
heç bir tərəfdən get-gəl  mümkün deyildi. Hər tərəfi bağladıqlarından hücumlarını 
ancaq Ģimal tərəfdən icra edirdilər. 
Ġyun  ayının  5-ci  günü.  Ayın  beĢində  müharibəni  ermənilər  baĢlayıb  bir 
neçə  döyüĢ  keçirdikdən  sonra  məğlub  olub  istehkamlarına  çəkildilər.  Bu 
müharibədə  müsəlmanlardan  2  nəfər  qətl  olub  bir  nəfər  də  yaralandı.  Bu  halı 
gördükdə ermənilər 6 və 7-ci gün müharibəni dayandırıb yenə əsgər toplamağa və 
əsgəri nöqsanlarını düzəltməyə çalıĢırlar. Ancaq hər tərəfdən səngərlərə  mühafizə 
əsgərləri qoyulmuĢdu. 
8 iyun  hadisələri.  Bu gün hər tərəfdən müharibə baĢlanıb. Bu müharibədə 
ermənilər məhz sürətli atəĢ açan beĢatılan tüfənglərdən istifadə edirdilər. Ona görə 
müsəlmanlarda olan az-çox berdanka tüfənglərin güllələri düĢmən mövqeyinə təsir 
etmirdi.  Bu  səbəbdən  müsəlmanlar  səngərləri  boĢlamayıb  davam  etdiyindən  artıq 
tələfatlara  düçar  olurdular.  Digər  tərəfdən  müsəlmanların  patronları  və  sair  hərbi 
ləvazimatları  qurtarmaqda  idi.  Müharibə  səhərdən  axĢama  kimi  davam  etdi. 
Müsəlmanlar  yavaĢ-yavaĢ  istehkamları  tərk  edib  UĢu  kəndinə  çəkildilər. 
Müsəlmanlar  artıq  müharibəni  mənasız  bilsələr  də,  yenə  -  "Gözümüz  baxa-baxa 


29 
 
kəndi  düĢmənə  buraxmarıq,"  -  deyib  döyüĢə  giriĢdilər.  Bu  vaxtda  arvad-uĢağı 
məscidə yığıb özləri vuruĢmada idilər ki, aĢağıda təfsilatı ilə verilir. 
ĠĢu  daxilində  müharibə.  AxĢama  iki  saat  qalmıĢ  erməni  firqələri  hər 
tərəfdən  hücuma  baĢladılar.  Ermənilər  kəndə  yaxınlaĢdıqda  bir  qoca  erməni 
keĢiĢinin  baĢı  üstündə  hərbi  bayraq  müharibəyə  məxsus  mahnılar  oxuyurdular. 
Erməni  keĢiĢi böyük  məharətlə  kənd içində  əlində  xaç erməni piyada  firqələrinin 
qarĢısında durub onları hərbə ruhlandırırdı. 
Bu  müharibədə  ermənilərin  Ģan-Ģöhrətinə  ziyan  vuran  bir  iĢ  vardısa,  o  da 
müharibə  vaxtında  südəmər  körpələri,  qoca  qarıları  öldürmək  idi.  Ermənilərin 
hücumunu görən PaĢa Budaq oğlu bir müsəlman məscid qapısına gəlib arvad-uĢağı 
məsciddən  çıxarıb  yolsuz  keçidlər,  dağlarla  aparıb  yüksək  yaylaqlarda  Sürməli 
kürd tayfalarının himayəsinə tapĢırır. Bu vaxt axĢama bir saatdan da az qalmıĢdı ki, 
kənd  içində  müharibə  baĢlandı.  AxĢam  alaqaranlıqda  davam  edən  xəncər 
müharibəsində  müsəlmanlardan  dörd  nəfər:  iki  əlil  kiĢi,  iki  qoca  Ģəhid  oldu. 
Müsəlmanlar bu müharibədə xəncərlə, ermənilər tüfənglə müharibə edirdilər. Ona 
görə  bu  müharibədə  180  nəfər  erməni  tələf  olub  bir  o  qədər  də  yaralandı. 
Erməninin  çoxluğundan,  demək  olar  ki,  bir  nəfər  müsəlmanın  qarĢısına  15  nəfər 
erməni çıxırdı. Ona görə də müsəlmanlar artıq kənddə durmağı münasib bilməyib 
kəndi  boĢaltdılar.  Ermənilər  hər  tərəfdən  kəndə  od  vurdular.  Bir  sıra  müqəddəs 
əĢyalar, Quran kitabı və baĢqa bu kimi əĢyalar da yandırıldı. Müsəlmanların zərəri 
iki  yüz  min  manat  təxmin  edilirdi.  9  iyunda  aĢağıda  adları  qeyd  edilən  kəndlər 
dağıdılıb məĢhur Təkyə adlı islam kəndi üzərinə hücum baĢlanır. DağılmıĢ kəndlər 
bunlardır:  Pərsi,  Nazrəvan,  Kiçikkənd,  Kötüklü,  QoĢabulaq,  Anpur  çayının 
sahilində Ġrgu, Əngirsək kimi 7 məĢhur kənddən ibarətdir. 
1905-ci  ilin  9  iyununda  baĢ  verən  Təkyə  müharibəsi.  Ġyun  ayının 
doqquzuncu  günü  saat  12  radələrində  məĢhur  Təkyə  adlı  islam  kəndinə  hücum 
oldu.  Müsəlmanlar  tamamilə  silahsız,  ermənilər  isə  mükəmməl  silahlı 
olduqlarından  müsəlmanlar  kəndi  boĢlayıb,  arvad-uĢaqlarını  götürüb  yüksək 
təpələr  baĢına  pənah  apardılar.  Axund  Məhəmməd  Əli  Mirzə  Əbdül-Hüseyn 
Qazızadə  cənablarının  böyük  imarətlərinə  od  vurulub  iki  yüz  cild  Quran  və 
müqəddəs kitabları da yandırıldı. O cənabın kitabxanası və qazi idarəsinə məxsus 
kitablar  eləcə  məhv  edildi.  Qazinin  xidmətçisi  yüksək  qayalardan  baxdığı  vaxt 
Quranları  ermənilər  süngülərə  keçirib  məĢəl  kimi  yandırırmıĢlar.  Əvvəlcə 
islamların gizləndiyini güman edib məscidə o qədər güllə vurmuĢdular ki, divarlar 
bal  Ģanı  kimi  dəlik-dəlik  olmuĢdu.  Sonra  məscidin  minbərini  və  sair  müqəddəs 
əĢyaları  da  odlamıĢdılar.  Ġyun  ayının  10-da  Eçmiədzində  9  məĢhur  islam  kəndi 
dağıdıldı, hökumət isə heç bir tədbir görmədi.
*
 
 
                                                           
*
 Mənə hər yerdən məktublar yetiĢdi. Bəzi yerlərdə hökumət etinasızlıq göstərdiyi kimi, bu mahalda da 
etinasız rəftar edib bir çarə qılmadı. Ümid edirəm ki, hər iki millət bunun mənasını gözəlcə baĢa düĢür. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə