1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə21/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

44 
 
Türkiyənin  Ġstanbul  Ģəhərində  olan  erməni  qırğını  -  Sasun,  Zeytun 
faciələrini islamlar eĢidib "bu, ermənilərin taqsırı deyil, Türkiyənin fanatizmindən 
irəli gələn ümumi bir qətldir" deyirdilər. 
Bu  sadədil  islamları  bu  xəyallara,  bu  aldanıĢlara  vadar  edən  məhz 
ermənilərin  sülh  və  asayiĢ  üçün  Qafqaz  islamlarına  göstərdikləri  zahiri  məhəbbət 
idi.  Digər  tərəfdən  müsəlmanların  babasından  qalmıĢ  "ermənidən  pəhləvan 
çıxmaz" kimi mənasız məsəli xələflərini irsən yanlıĢ bir yola salmıĢdı. 
Zaman  dolandı,  illərin  təbii  inkiĢafından  islamlar  gözlərini  açıb  bəzi 
nöqtələrdə,  məsələn,  Rusiyada  ermənilərin  gecə-gündüz  ara  vermədən 
tədarüklərini  görüb,  təəccüb  və  heyrət  barmaqlarını  ağızlarına  basıb  bir  az  fikrə 
getdilər. Bu halət ġuĢa islamlarında da göründüyündən ermənilər dərhal Türkiyədə, 
Ġranda onları bir sıra mənfəətli iĢlərə çatdıran, müsəlmanı aldadan yağlı dillərini iĢə 
salmağa  baĢladılar.  Əvvəlcə  -  "Bizim  bu  tədarüklərimiz  islam,  yaxud  sair 
millətlərin  əleyhinə  olmayıb  Rusiyada  mütləq  bir  azadlıq  -  avtonomiya  idarə 
muxtariyyəti  təĢkil  etmək  həvəsidir,"  -  deməyə  baĢladılar.  Müsəlmanlar  da  bu 
cəfəngiyata inanıb öz iĢləri ilə məĢğul idilər. Əcəba!! 
Mülahizə,  yaxud  intibahnamə.  ġuĢa  müsəlmanları  ermənilərin  çürük 
avtonomiya  xəyallarına  aldanıb  tədarük  və  müdafiədən  məhrum  qaldıqları  üçün 
ermənilərin avtonomiya  qazanmaq  uğrunda  mübarizəsinin  necə  olacağını  yazmaq 
və  camaata  bildirmək  xeyirsiz  olmaz!  Erməni  milləti  Qafqazda  bir  milli  heyət, 
yaxud bir avtonomiya təĢkil etdikdə, baxaq görək bu muxtariyyətdə ümum Qafqaz 
millətləri  bərabər  təmsil  olunacaq,  yaxud  baĢqa  tayfalarla  ermənilər  bir  hüquqda, 
bir  ixtiyarda  sayılacaqlar?  Xeyr!  Xeyr!  Ermənilərin  bu  idarəni  təĢkil  etməkdə 
qəsdləri  bir  Ermənistan  təĢkil  etmək  kimi  -  qeyri-mümkün  bir  xəyal  idi.  Erməni 
milləti  idarə  muxtariyyətinə  malik  olduqda  Qafqazın  baĢqa  millətləri  məhkum 
bulunmağa  məcbur  olacaqdılar.  Görən  islamlar  məhkumiyyəti  qəbul 
edəcəkdilərmi?  Yaxud  bizdən  güclü,  tərəqqi  yoluna  bizdən  daha  əvvəl  çıxmıĢ 
gürcü qardaĢlar məhkum sayılmaq həqarətini qəbul edəcəkdilərmi?! 
Söz  yoxdur  ki,  nə  bizim,  nə  də  gürcülərin  erməni  mənəmliyi  qarĢısında 
məhkum millətə çevrilməyə nə hövsələmiz, nə də həvəsimiz vardır. Belə olduqda 
bizim  və  gürcülərin  ermənilərə  qarĢı  hazırlaĢması  hər  halda  vacib  idi.  Baxalım! 
Baxalım!  Rusiya  mütləqiyyəti  də  ermənilərin  bu  ağlasığmaz  fikirlərinə  sükutla 
baxacaqdı? Ermənilərin atdıqları daĢlara dözəcəkdi? 
Xeyr! Xeyr! Hər tərəfdən atılan daĢları rədd edəcək və nə qədər zəif olsa da, 
onlara lazımi cavab  verəcəkdi. Bu atılan daĢları rədd etdikdə Qafqaz  millətlərinin 
birinə  dəymək  və  təsadüf  etmək  ehtimalı  da  gün  kimi  aĢkar  idi.  "Çomaq  curluya 
dəyər"  məsəlində  deyildiyi  kimi,  bu  daĢların  biz  islamlara  dəyəcəyinin  isbata 
ehtiyacı  yoxdur.  Yəni,  Rusiya  hökuməti  bilavasitə  ermənilərə  qarĢı  durmaqdan 
çəkinib Qafqaz millətlərindən birini onlarla üz-üzə qoyacaqdır. O millət isə bizlər, 
yəni  biz  islam  millətiyik,  zira  Qafqazda  yaĢayan  bütün  millətlərdən  maarifcə, 
bilikcə geridə qalmıĢıq. Yuxarıda deyilən sözlərimizə sübut olaraq ümum Qafqaz, 


45 
 
bəlkə bəzi Rusiya mətbuatında "bu iĢlərə səbəb hökumətdir" - deyib, sözdə davam 
etmələridir.  Biz  isə  təkcə  hökuməti  yox,  erməniləri  və  onların  vəhĢi  partiyalarını 
məsul  tutmalıyıq.  Bunların  hamısını  nəzərə  aldıqda  müsəlmanların  hazırlaĢması, 
zəruri  vaxtda  bəzi  təhqirlərdən  qorunması  lazım  və  bəlkə  də  baĢlıca  vəzifə  idi. 
Müsəlmanlar əsla bunları fikirləĢmədilər. Nəticədə də Bakı və Naxçıvan hadisələri 
baĢ  verdi.  Bəzi  müsəlman  vilayətləri  gözlərini  açdıqları  kimi,  ġuĢa  islamları  da 
gözünü açmağa baĢladı. Bu vəziyyəti görən ermənilər yenə yağlı dillərini iĢə salıb 
dedilər: - "Canım, biz  min il bir vətəndə qardaĢlıq edən millətik. Bizim nə iĢimiz 
var,  Bakıda,  Naxçıvanda  müharibə  olub,  biz  yenə  qardaĢıq".  Müxtəsər,  belə-belə 
sözlər təzə-təzə gözlərini açan milləti yatıran kimi oldu. Bununla yanaĢı ermənilər 
bəzi  islam  kəndlərinə  zülm  əli  uzadıb,  o  tərəf  bu  tərəfdə  əllərinə  düĢən  islamları 
qarət edib öldürməyə baĢladılar. Bu tövr ilə 1905-ci il avqust ayının 8-də gecə saat 
iki  radələrində  ermənilərlə  müsəlmanlar  arasındakı  küçənin  küncündə  Ģəhər 
fənərlərini  yandıran  bir  iranlı  müsəlmanı  öldürməklə  iki  millət  arasına  yeni 
müharibə toxumları səpilir. 
ĠğtiĢaĢa  dair  ağrılı  məlumatlar,  yaxud  islamların  uğurları.  Yuxarıda 
göstərdiyimiz  vaxtda  və  yerdə  ermənilər  bir  iranlının  üstünə  tökülüb  onu 
öldürdülər.  Ġranlının  son  nəfəsində  fəryadına  yetiĢən  olsa  da,  canilər  onları  atəĢə 
tutub aradan çıxa  bilirlər. Ermənilərin bu vəhĢi hərəkəti müsəlmanları  son dərəcə 
həyəcana  salsa  da  sülh  tərəfdarları  sakitliyi  bərpa  edib  çaxnaĢmalara  imkan 
vermədilər. Yenə, bu günlərdə Vəng adlandırılan erməni kəndində üç yüzdən çox 
erməni  quldur  dəstəsi  köçəri  karvanlara  hücum  edib,  islamları  qətl  və  qarət 
etmiĢlər. Bu xəbər də islamlara acı təsir etmiĢ, çaxnaĢma olacağı ehtimalı yaransa 
da,  yenə  sülh  komissiyası  bunun  qarĢısını  ala  bilmiĢdi.  Avqustun  16-sı  sübh  saat 
doqquzda,  müsəlman  hissəsinə  bitiĢik  erməni  məzarıstanında  kazaklar  bir  nəfər 
ermənini tərk-silah etmək istəsə də, o əmrə tabe olmayıb müqavimət göstərdiyinə 
görə öldürülür. Erməninin kazak tərəfindən qətl olunmasına Ģəhadət verən olsa da, 
"günahkar müsəlmanlardır" - deyib iğtiĢaĢ qoparmaq üçün bir növ bəhanə tapırlar. 
BaĢlayırlar  küçələrdə  və  bazarda  iğtiĢaĢ  qoparmağa.  Bu  vaxt  erməni  xəfiyyə 
cəmiyyəti  tərəfindən  diĢ  həkimi  MaĢoryans  bir  xüsusi  tapĢırıqla  camaat  arasına 
çıxıb  iğtiĢaĢa  dair  nitqlər  oxuyur.  O  cümlədən,  deyir  ki,  "bu  saatda  təzə  xəbər 
çıxıbdır  ki,  Ģəhər  kənarında  müsəlman  kəndi  olan  Zarıslıda  4  nəfər  ermənini 
məzlum surətdə öldürmüĢlər." Ermənilər bu xəbəri alar-almaz iğtiĢaĢa baĢlayırlar. 
Bu vaxt erməni kilsəsindən çalınan həzin zəng səsləri erməniləri hamılıqla kilsəyə 
yığdı. 
Fəqət  bu  qətl  xəbərini  gətirən  MaĢoryans  və  yoldaĢları  -  Atabəyov  və 
Dolxanov tez atlara minib Ġrəvan qapısı adlanan məhələ çaparlar ki, həmən Zarıslı 
kəndində  olmuĢ  ermənilərdən  xəbər  bilib  Ģəhərə  qayıtsınlar.  Bir  azdan  sonra 
kilsəyə  yığılmıĢ  ermənilər  evlərinə  gedib,  silahlanıb  dükanlarına  qayıdaraq 
iğtiĢaĢın  baĢlamasını  gözləyirlər.  Bu  vaxt  xəbər  gətirmək  üçün  getmiĢ  adamlar 
atdan yıxılıb yaralanmıĢ bir nəfər ermənini öz atına  mindirib qanı axa-axa Ģəhərə 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə