1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə23/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

48 
 
tuturdular.  O  gün  erməni  firqələrinin  hamısı  qaçıb  səngərlərdə  qaçmağa  qadir 
olmayan  beĢ-on  nəfər  qoca  qoymuĢdular.  Onlar  isə  müsəlmanlar  tərəfindən 
əmniyyətə  alındılar.  Zira,  komandanlar  qoca  və  körpə  çocuqlara  qarĢı  hərbi  silah 
iĢlətməməyi müsəlmanlara qabaqcadan tövsiyə etmiĢdilər. 
Bu  gün  müsəlman  qələbəsinin  Ģiddətli  zamanında  erməni  arxımandriti  və 
qubernator Baranovski məscidin həyətinə təĢrif gətirdilər. Arximandrit bu dillər ilə 
müsəlmanlara yalvarmağa baĢladı: 
- Amandır müsəlmanlar! ġuĢada ermənilər müqəssir olsalar da, daha erməni 
qalmadı.  Ġndi bir ovuc  əlsiz-ayaqsız  erməni  qalıbdır, onlara  rəhm ediniz!  -  deyib, 
ağlaya-ağlaya sülh təklifi etdi. Müsəlmanlar sülh sözünü eĢidən kimi güllə atmağı 
dayandırıb  sakit  oldular.  Ermənilər  isə  dinc  durmayaraq  evinə  qayıdan  zaman 
qubernatoru atəĢə tutdular. Həmən gün müsəlmanlar axĢama qədər sakit olub  heç 
bir təcavüzə yol vermədilər. 
19 avqust, 1905 
 
1905-ci  ilin  20  avqust  hadisələri.  Bu  gün  ermənilər  müsəlmanların  sakit 
oturmasını nəzərə almayıb yenə hallarında, atəĢlərində davam etdilər. Bu iĢlər, bu 
qanunsuzluqlar müsəlman könüllülərinə ağır gələrək ümumi hücum baĢladılar. Bu 
hücumlarda  islamlar  -  "hər  nə  olar,  olar,"  -  deyib  üz  bürümə  erməni  meydanına 
yürüĢ etdilər. Bu vəziyyəti görən ermənilər öz təhlükəsizliklərini mülahizə edincə 
bir  neçə  bomba  və  top  atdılarsa  da,  təbii  halətdən  çıxmıĢ  islam  gəncləri  heç  bir 
qorxu bilmədən irəli cumdular. Bu vəziyyət ermənilərin ġuĢada məhv olacağına bir 
an  qalana  kimi  davam  etdi.  Bu  vaxt  erməni  ruhaniləri,  hökumət  məmurları  və 
soldatlar  əllərində  kilsə  bayraqları  və  Ġncili-Ģərif,  baĢlarında  xaçlar,  musiqi  ilə 
məscidə daxil oldular. O saat bayraqların birisini məscidin minarəsinə vurdular ki, 
ermənilər  sülh  olmasını  bilib  atəĢi  kəssinlər.  Məscidin  içində  naçalnik  və  baĢqa 
hökumət  məmurları  ağlayıb  ermənilərin  günahlarını  bağıĢlamaq  üçün 
müsəlmanlara  çox  yalvardılar.  Müsəlmanlar  onların  barıĢıq  təklifini  yenə  qəbul 
edib evlərinə getdikləri yerdə erməni sığınacağından bir güllə atılıb bir müsəlmanı 
həlak etdi. Müsəlmanlar səbir edib yenə sülh Ģərtlərini pozmaq istəmədilər. O gün 
axĢama qədər erməni evlərindən Ģiddətlə güllə atılmaqda idi. 
20 avqust, 1905 
 
1905-ci  ilin  21  avqust  hadisələri.  Bu  gün  müsəlmanlar  evlərində 
saxladıqları  erməniləri  aparıb  sağ-salamat  ermənilərə  tapĢırdılar.  Ermənilər  də 
ancaq  beĢ-altı  nəfər  müsəlmanı  salamat  buraxdılar.  Bu  barıĢıqdan  sonra  realni 
məktəbin  təmirində  iĢləyən  17  nəfər  iranlı  fəhləsinin  baĢını  kəsib  müsəlmanları 
yenə pəriĢan etdilər. Bu qədər vicdansız, bu qədər qəddar ermənilərə müsəlmanlar 
yenə  cavab  verməyərək  sülhü  qoruyub  saxlamağı  üstün  tutdular.  Müharibədən 
sonra  sülh  zamanı  məlum  oldu  ki,  müsəlman  hissəsindəki  erməni  dükanlarının 
hamısı  salamat  qalmıĢdır.  Amma  müsəlmanın  erməni  hissəsindəki  dükanları 


49 
 
tamam  qarət  edilib  dağıdılmıĢdı.  Bu  müharibədə  müsəlmanlardan  yaralı  və  qətl 
olmuĢ yüzdən çox olmazdı. Ermənilər isə hər yerdə tələfatlarını gizlətdikləri kimi, 
ġuĢada  da  gizlətmək  istəsələr  də,  müsəlman  könüllüləri  çoxsaylı  meyitləri 
saydıqlarından gizləyə bilmədilər. 
Bu  müharibələrdə  müsəlmanlardan  20  ev  yandırıldı.  Ermənilərdən  də  bir 
xeyli ev və dükan yanıb pamal edilmiĢdi. 
Beləliklə,  avqustun  16-da  baĢ  verən  müharibə,  avqustun  21-də  sülh  elan 
edilməsi ilə sona  yetdi.  Bu  müharibələrdə  erməni  soldatları  millətlərinə  yaxından 
kömək etdilər. Hökumət isə bitərəf qaldı. 
Müxbirin yazısı hifz edilmişdir. 
21 avqust, 1905 
 
ĠKĠNCĠ ġUġA FACĠƏSĠ, YAXUD QALAġÇAPOVUN HĠYLƏSĠ 
 
1906-cı  il  12  iyulda  Gəncə  quberniyasının  Şuşa  şəhərində  Qalaşçapovun 
hiyləsi ilə həyata keçirilən kədərli hadisələrin təfsilatı. 
Niyyətin  ifadəsi.  Gəncə  quberniyası  ġuĢa  uyezdində,  erməni-müsəlman 
hadisələri baĢ verəndən bu faciələrə kimi bir çox general-qubernator təyin edildiyi 
kimi,  axırıncı  faciəyə  bir  az  qalmıĢ  general  QalaĢçapov  yenidən  ġuĢa  uyezdinə 
təyin  edildi.  Demək  olar  ki,  hər  ay  baĢı  ġuĢada  bir  idarə  üsulu  təĢkil  edilib 
mövqeyi-tamaĢaya qoyulurdu. 
ġuĢa uyezdinə təyin edilmiĢ generallar - TaqaĢvili, FleyĢer, QalaĢçapovdan 
ibarətdir  ki,  bunların  hər  biri  son  dərəcə  eyĢ-iĢrətlə  məĢğul  olur,  özlərinə  əziyyət 
verib baĢqa bir iĢ görməyə qətiyyən giriĢməzdilər. Daha açıq, bir tövrilə tərəflərin 
razılığını almaq və müxtəlif fikirlərlə onları ələ gətirməkdə idilər. 
General QalaĢçapov isə zahirən sadə və safdil görünsə də, daxilən hiyləgər 
və  qəddar  olduğu  gün  kimi  aĢkar  idi.  Bu  zat  əvvəlcə  təyinən  Qarabağa  gedəndə 
"ermənilər  məni  öldürəcəklər,  barı  xəncər  və  tapança  ilə  öldürsünlər.  Zira,  mən 
bombadan qorxuram" kimi sözləri camaat içində təkrar-təkrar söylənməkdə idi. 
Ġlk  dəfə  ġuĢaya  gələndə  müsəlman  məhləsində  qaldığı  üçün  islamların 
diqqətini  öz  tərəfinə  cəlb  etmiĢ  idi.  Və  bir  neçə  dəfə  erməni-müsəlman  iĢində 
saxtakarlıq  etdiyindən  ġuĢadan  geri  çağrılmıĢdı.  Zira,  bu  vaxt  hökumət  bir  az 
gözünü açıb Qafqazı tarazlıq halında sağ-salamat saxlamaq xəyalında idi. 
Bu səbəbdəndir ki, QalaĢçapov geri çağırılıb yerinə Alftan təyin edildi. Belə 
olduqda  mahir  QalaĢçapov  çox  ustalıqla  ermənilərin  razılığı  ilə  erməni  və 
müsəlman vəkillərindən bir parça razılıq məktubu alıb Tiflisə yola düĢür. Alftan isə 
hər iki tərəfi bir gözdə gördüyündən bəzi yerlərdə vəhĢilik edən erməni kəndlərinə 
cərimə, tənbih və cəza tətbiq etməkdə idi. 
Erməni  millətinə  belə  bir  adamın  qətiyyən  xeyir  verməyəcəyi  aydın 
olduqda,  ermənilər  yeni  hiylələrə  əl  atdılar.  Ən  əvvəl  erməni  keĢiĢi  AĢot  ġuĢa 
erməni xanımlarının Ģirin dillərindən bir ərizə yazdırıb ülyahəzrət imperatriçəyə və 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə