1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə31/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

64 
 
iĢinə  barmaqarası,  lağlağı  bir  nəzərlə  baxıb  meydanlarda  düzəltdikləri  qorunma 
yerlərini  uĢaq  oyunlarına  bənzədirdilər.  Bizim  əlimizə  yetiĢmiĢ  məlumatlara 
əsasən,  Ġslamların  hal  və  hərəkətinə  nə  qədər  heyrət  və  həsrətlə  əfsuslar  edilsə, 
yenə  azdır.  Ermənilərin  sürətlə  atan  tüfəng  almasını  görüb,  görüb  də  babadan 
qalma Qara Mahmud Lahıc çapında çaxmaqlı tüfənglərini də ermənilərə  münasib 
qiymətə satan əcaiblərə islam adı verməkdə özümü böyük bir xətaya salmıĢ hesab 
edirəm.  Zira  CavanĢir  müsəlmanlarının  belə  arsız  hərəkətlərini  görən  ermənilər 
odlu silah əldə etmək üçün daha da açıqdan açığa hərəkət etməkdə idilər. (CavanĢir 
adında nə var?! Anlaya bilmirəm?) 
ĠğtiĢaĢ  xəbərləri.  1905-ci  ilin 26 sentyabr tarixində  odlu silah daĢıyan bir 
dəstə  daĢnaksutyun  vəhĢiləri  Əsəd  adlı  bir  nəfər  müsəlmanı  öldürürlər.  Bu  xəbər 
məlum olduqda  camaata  çox pis təsir bağıĢlayıb onları  təqib üçün bir çox fikirdə 
bulundular. Belə ki, həmən gündə ermənilərdən bir neçə yük barıt, bomba, tüfəng 
və  Ġsveçrədən  göndərilmiĢ  bəzi  odlu  silahlar  müsadirə  olundu.  Polis  çinovnikləri 
cinayət yerinə gedib aĢağıda adları yazılmıĢ əĢyaları götürdülər. 
Ġstintaq  zamanı  müəyyən  olundu  ki,  içi  bomba  və  barıtla  dolu  iki  yeĢik 
Ģagird  dəftərləri  kənd  müəllimləri  -  Andriyans,  Mirzayans,  Sabah  Sahakyans  adlı 
Ģəxslərə  yetiĢməli  imiĢ.  Bundan  baĢqa,  qlava  Mirzə  Zaxarbəyovun  sərəncamına 
göndərilən hər üç nəfər həbsə alındı. Bir neçə gün keçəndən sonra ermənilər Hacı 
Kəravənd sakini, altmıĢ yaĢlı Hümmət bəy PaĢa bəy oğlu bir qocanı əsir alıb özləri 
ilə apardılar. Polisin çox saylı təklifi ilə əsiri geri vermək onlara bildirilsə də, qəbul 
edilmədiyi  təqdirdə  müsəlmanların  milli  hərəkatının  olacağını  ehtimal  edərək 
cənab  general-qubernator  cəza  qoĢunu  göndəriləcəyini  bildirdikdə  Hümmət  bəyi 
geri  vermək  məsələsini  ermənilər  qəbul  edirlər.  Baxalım,  Hümmət  bəy  necə  geri 
qaytarıldı?!  Təəssüf  ki,  yüz  kazakdan  ibarət  cəza  qoĢunu  ancaq  məzlum  Hümmət 
bəyin  bir  neçə  gün  bundan  əvvəl  qan  içində  xeyli  müddət  gizlədilmiĢ  cənazəsini 
islamlara qaytardılar. Yenə, bu vaxtlarda Sırxavənd sakinləri - Abbasqulu və Ġman 
Həsənxan  oğlu  meĢəyə  getdikləri  zaman  ermənilər  tərəfindən  qətl  olunub  sonra 
yandırılmıĢlar.  Cinayət  ycrində  yalnız  kəsilmiĢ  baĢları  qoca  atalarına  bir  müsibət 
əmanəti  kimi  qoyulmuĢdu.  Qoca,  zavallı  balalarının  kəsik  baĢlarını  götürüb 
evlərinə - analarına oğul yadigarı kimi gətirmiĢdi. Bu günlərdə Qafqazda Zemstvo 
təĢkili üçün uyezd məĢvərətxanasına vəkil seçkisi zamanı  Tərtərə yığılan camaata 
cavanlarının  baĢını  niĢan  verib  imdad  istəyən  qocanı  bir  sıra  biqeyrət  CavanĢir 
bəyləri camaat arasına girməyə də qoymadı. 
Ah!  Bu  CavanĢir  və  bu  familyada  nə  var  imiĢ?  Ermənilərin  bu  vəhĢi 
hərəkətlərinə  qarĢı  müsəlmanlarda  səbir  və  dözüm  tükənsə  də,  yenə  öz  Ģəxsi 
mənfəətləri  sayəsində  quĢ  uçuran  bəylər  bu  fəqir,  bu  məzlum  camaatı  yatırdıb 
ermənilərin  zərbəsi  altına  verməkdə  idilər  (Bunlara  da  ikinci  erməni  deyilməli). 
Çətinliklə də olsa müsəlmanlar bir növlə səbir etsələr də, bu səbrin hökumətin bir 
çarə tapması üçün olduğundan, hökumət isə çarə aramadığından, müsəlmanlar çox 
pəriĢan  olurdular.  Bu  pəriĢanlığa  bais  həmçinin  Sırxavənd  kəndinin  ermənilər 


65 
 
tərəfindən  qətl  və  qarət  edilməsi  xəbəridir.  Bu  xəbər  yayılar-yayılmaz  həmən 
məhələ  gedən  yüz  kazak  və  zabitləri  camaatı  dağılmıĢ  və  kəndləri  dağılmıĢ, 
yandırılmıĢ görürlər. Məzlum camaatdan aĢağıdakı məlumatı öyrənirlər. 
Sırxavənd  hadisələri.  1905-ci  ilin  3  oktyabr  tarixində  sübh  zamanı  meĢə 
içindən həzin bir Ģeypur səsi eĢidilir. Ardınca meĢədən güclü piyada dəstələri çıxır, 
arxadan  piyada  və  atlılar  hərbi  bayraqlarla  kəndə  yaxınlaĢırlar.  Dəstələr  kəndə 
yaxınlaĢıb əhəmiyyətli təpələri və mövqeləri iĢğal edib kəndi atəĢə tuturlar. 
AtəĢ səsindən ürkən islamlar ailələrini götürüb meĢələrə qaçdıqda dörd yüz 
nəfər atlı erməni onları təqib edib tələfata uğradırlar. 
Bu  atlılar  Hamazasp
*
  adlı  erməninin  komandası  altında  kəndi  büsbütün 
dağıdırlar. Bir az zamanda Sırxavənd kəndi islam cəsədləri ilə dolub qandan çoxlu 
çalalar  əmələ  gəlmiĢdi.  Az  bir  vaxt  ərzində  Sırxavənd  ona  qonĢu  olan  Əliağalı 
köyləri  qarət  edilib  dağıdıldı.  MəĢhur  mülkədar  Ġsmayıl  bəy  və  Cavad  ağa 
CavanĢirin  imarətləri  də  qarətdən  sonra  yandırıldı.  VəhĢi  yırtıcılar  südəmər 
körpələri beĢiyi ilə odlayıb, bəzən də anasının qucağından alıb divarlara vurmaqla 
para-para edir, süngülərə keçirirdilər. 
Bu  xəbərin  uyezd  islamlarına  nə  dərəcədə  pis  təsir  etdiyi  təsəvvür 
xaricindədir.  Əhvalatdan  bir  gün  sonra  bu  ağrılı  xəbər  Tərtər  qəsəbəsinə  yetiĢir. 
General  TaqaĢvili  sülh  üçün  iddiaçı  olan  millətləri  Tərtərə  dəvət  etsə  də, 
islamlardan çox adam gəlir, ermənilərdən isə bir nəfər də barıĢıq üçün Tərtərə ayaq 
basmır.  Müsəlmanlar  yuxarıda  yazılmıĢ  faciədə  talan  olmuĢ  kəndlər  barəsində 
qubernatora  Ģikayət  etdiklərindən  müqəssirləri  axtarmaq  üçün  üç  yüz  kazak 
göndərildi.  Kazaklar  gediĢ-gəliĢ  yolu  ilə  getməyib  yolsuz-izsiz  yerlərlə 
getdiklərindən  Hamazasp  və  onun  əsgərlərindən  bir  nəfər  də  olsa  ələ  keçirə 
bilmədilər!? Əlbəttə, ələ keçmələri mümkün deyildi. Zira, hər erməni kəndi onları 
gizlətmək  üçün  komitəyə  söz  vermiĢdi.  Müsəlmanlar  yenə  hökumətin  bir  iĢ 
görəcəyinə  əmin  olub  bir  tədbir  görmədilər.  Hökumət  isə  məzlum  kəndliləri 
bəylərin  zülmü  altına  verməkdə,  üçüncü  sahədə  yaĢayan  aldadılmıĢ  müsəlmanlar 
erməni vəhĢiliyinin qurbanı olmaqda idilər. 
Belə  qarıĢıqlıq  içində  bir  aydan  artıq  güzəran  keçirən  uyezd  kəndlərinin 
müsəlmanları  ara-sıra  Ģikayətlər  verməkdə  idilər.  Zira,  o  yan,  bu  yanda  yüngül 
cinayətlər  tez-tez  baĢ  verməkdə  idi.  Əlbəttə  onların  hamısını  bura  daxil  etmək 
imkan  xaricindədir.  Bu  aralıqda  Pivovarov  ġuĢa  uyezd  naçalniki  vəzifəsinə  təyin 
edilib naçalnik Fleqbel iĢdən azad edildi.
**
 
                                                           
*
 Hamazasp  - Qarabağın bir sıra müharibələrində yaxından iĢtirak edib olmazın vəhĢiliklər törətdiyinə 
görə daĢnaksutyun komitəsi ona general rütbəsi vermiĢdir. 
**
 
Naçalnik  Pivovarov  bir  böyük  adam  cildində  olub,  bir  çox  evlər  dağıdan  cinayətlərdə  bulunub, 
ġuĢada və baĢqa yerlərdə ermənilərə üz görənlik etdiyindən müsəlmanlar onun CavanĢir uyezdinə təyin 
edilməsindən  çox  narazı  idilər.  Naçalnik  Pivovarov  erməni  partiyalarını  dost  tutduğu  kimi,  zalim 
DaĢnaksutyun  partiyasına  bir  həqiqi  məhəbbət.  bir  səmimiyyət  göstərməkdə  idi.  Bunlara  görə,  biçarə 
kəndlilər  və  ġuĢa  tacirləri  general-qubernatora  ərizələr  verib  onun  xidmətdən  xaric  olmasını  tələb 
etsələr  də  xahiĢləri  qəbul  olunmadı.  Zira,  biqeyrət  bəylər  qubernatora  ərizələr  verib  Pivovarovun 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə