1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi


ERMƏNĠLƏRĠN CAVANġĠR UYEZDĠNDƏKĠ XAM XƏYALLARI



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə30/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

62 
 
 
ERMƏNĠLƏRĠN CAVANġĠR UYEZDĠNDƏKĠ XAM XƏYALLARI 
 
Ermənilərin,  necə  ki,  məlumdur,  ən  əsas  fikirləri  müsəlmanları  Gəncə 
quberniyasından  çıxarıb  yerində  Ermənistan  təĢkil  etmək  idi.  Bu  CavanĢir 
hadisəsinin,  yuxarıda  və  aĢağıda  yazılmıĢ  sözlərimizin  hər  biri  ermənilərin  bu 
fikirlərinin  sübutuna  kifayətdir.  Buna  bir  Ģahid  də  Tərtər  dərəsindəki  bütün 
müsəlman  kəndlərinin  ermənilər  tərəfindən  dağıdılmasıdır.  Bu  Xaçın  dərəsindəki 
köylərin də dağıdılması bu iĢlər üçün bir Ģahid misalındadır. Ermənilərin xəyalı bu 
kəndləri  dağıdıb  öz  xeyirləri  üçün  bir  Ģose  yolu  da  salmaq  imiĢ  ki,  Gəncədən 
ġuĢaya  qədər dağlarla  bu yolun salınması komitə tərəfindən ermənilərə  tapĢırılıb. 
Komitə həmin yolun xərci üçün də 60 min manat pul təyin etmiĢdir. Keçən martın 
əvvəllərində  həmin  Ģose  çəkilərək  Kolanlı  kəndindən  keçməli  idi.  Bu  yolun 
düzəldilməsi  ġuĢanın  QalaĢçapov  tərəfindən  dağıdılmasına  təsadüf  etdiyindən 
onun  yerinə  general  Bauver  gəldiyindən  müsəlmanların  Ģikayətinə  əsasən  həmən 
Ģosenin salınması qadağan olunub. Kolanlı camaatı da yerlərinə göndərilmiĢdi. Bu 
camaat ikinci sahədə avara gəzdiklərindən general Bauver onları mühafizə altında 
apartdırıb  öz  yerlərinə  sakin  etdirdi.  Ġndi  də  həmən  yolun  niĢanələri  Kolanlı 
kəndində  qalır.  Budur  ki,  ermənilər  CavanĢir  uyezdi  haqda  olan  fikirlərinə  əməl 
etmək  üçün  nə  qədər  çalıĢdılar,  çoxlu  qənimət  apardılar,  çoxlu  da  islam  kəndi 
dağıtdılar.  Axırda,  1906-cı  ilin  yanvar  ayının  1-də  Papravənd  müharibəsində 
bütünlüklə məğlub olub, nə qədər ki, qənimət aparmıĢdılar bir o qədər də qənimət 
dava meydanında qoyub qaçdılar. Arzularına çatmayıb, büsbütün ġuĢada və baĢqa 
uyezdlərdə siyasətləri içində də məhv oldular. 
CavanĢir  hadisələri.  Gəncə  quberniyasının  CavanĢir  uyezdində  1905-
1906-cı illərdə qəflətən baĢ verən erməni-müsəlman faciələrindən bəhs edir. 
Əvvəlcə  «ĠrĢad»  qəzeti  vasitəsilə  bu  faciələrə  dair  ətrafdan  məlumat  tələb 
etdiyimizdən  BaxıĢ  bəy  Yusifbəyov  cənablarının  göndərdiyi  rusca  bir  jurnaldan 
tərcümə  və  iqtibas  olunmuĢdur  və  bəzi  yerlərində  tənqid  olunduğu  kimi,  bəzi 
yerlərinə münasib mətləblər də daxil edilmiĢdir. 
O ətrafın idarə bölgüsü və imtiyazlı sakinləri barəsində müqəddimə. 
CavanĢir uyezdi üç polis sahəsinə bölünərək idarə olunmaqdadır. 
1  və  2-ci  sahələrdə  Həsənqaya,  Sərv,  Yarımca,  Sistula,  Kaxrılar  köylərini 
çıxdıqdan  sonra  yerdə  qalan  köylər  islamlara  məxsusdur.  Bu  iki  sahə  bir-birinə 
ilhaq və bir-birinə tabe edilib ən nüfuzlu, ən qüdrətli camaatı islamlardan ibarətdir. 
Bununla  bərabər  müsəlmanlar  çox  olduğuna  görə  bu  iki  sahədə  əsla  vuruĢma, 
yaxud bir ümumi  hərəkət,  bir cinayət də  üzə çıxıb baĢ  vermədi.  Ġnsaniyyətpərvər 
müsəlmanlar  aciz  erməni  qonĢularına  gündən-günə  artan  məhəbbətə  baĢlayıb 
millətimizin tarix səhifələrini baĢ ucalığı gətirən bir məqama qaldırdılar. 
3-cü sahə isə Dağbasar köylərindən ibarət olub əksəriyyətdə varlı və sərvət 
sahibi  olan  ermənilərin  əlində  idi.  Bu  sahədə  islam  köyləri  fəqət  Dəmirli, 


63 
 
Hacıqərvənd,  Çıraqlı,  Ümidli,  Ġmarət  Qərvənd,  Xaçın  çayı  boyunca  ġaxavənd, 
Köynəpay,  Əliağalı,  Sırxavənd,  Ġsmayılbəyli  kimi  sair  dağlıq  köylərdən  ibarətdir 
ki, Kolanlar adlandırılmıĢdır. 
Ermənilərin  xəfiyyə  cəmiyyəti  yekdilliklə  çox  hissəsi  bu  kəndlərin  ələ 
keçirilməsi  uğrunda  çalıĢırdılar.  Hər  halda  ermənilərin  gələcək  xəyallarına 
baxılarsa  da,  onlara  elə  bir  yol  lazım  idi  ki,  Ġrəvan,  ġuĢa,  Zəngəzur  və  Gəncə 
ermənilərini bir-birilə əlaqələndirə bilsin. Yəni Ġrəvandan, yaxud ġuĢadan tüfəngini 
çiyninə  salan erməni  soldatı  yol üstü erməni  kəndindən baĢqa  yerdə  görünmədən 
getdiyi yerə çata bilsin. Yuxarıda qeyd edilmiĢ islam köylərinin coğrafi mövqeyinə 
baxılarsa, ermənilərin büsbütün əməllərinə möhkəm bir sədd kimidir. Ona görədir 
ki,  ermənilər  var-qüvvələrini  bu  zavallı  islam  köylərinə  vurmaq  üçün  hər  an 
tədarükdə  idilər.  Gündən-günə  daĢnaksutyunlar  inqilab  sularını  islam  köylərinin 
özülünə bağlayıb dağıtmaq həvəsilə müxtəlif hiylələrə əl atırdılar. 
Onların  fikirləri  bu  iki  dərədə  müsəlmanları  qırıb  yerlərində  Ermənistan 
təĢkil etmək imiĢ. Bu köylər dağıdıldıqda  yuxarıda deyilən üç uyezd erməni əlinə 
düĢəcəkdi.  Ermənilər  bu  fikirlərlə  baĢladılar  mehriban  qonĢuları  ilə  pis  rəftarda 
olmağa. 
1905-ci  ilin  avqust  ayında  meydana  çıxmıĢ  Qarabağ  və  ġuĢa  inqilabi 
çaxnaĢmasından istifadə edib CavanĢir uyezdinin erməniləri  yavaĢ-yavaĢ hərəkətə 
gələrək  öz  həmyerliləri  olan  islam  köylülərini  imkan  düĢdükcə  söyüb  bihörmət 
etməklə ermənilik adına nifrət oyatdılar. 
Yeri düĢdükcə arabir soyğunçuluğa da əl aparıb insanlıqdan kənar iĢlərə yol 
verirdilər.  Yüz  illərlə  ermənilərdən  "Allah  saxlasın"  eĢidən  islamlar  bu  açıq, 
birdən-birə söyüĢ və irzü-namusa toxunan cəfəngiyatı eĢitdikdə, yaxud illər uzunu 
qaranlıq gecələrdə evlərində mehman olduqları erməni kirvələrindən qarət və qətl 
görüncə,  çaĢ-baĢ  qalıb  gahdan  bir  hökumətə  ərz-hal  verməkdən  baĢqa  əllərindən 
ayrı bir iĢ gəlməzdi. Bu minval ilə kədər və ədavət hər iki millətin arasında qərar 
tutub  böyük  və  təhlükəli  müsibətlərə  çevrilməkdə  idi.  Bu  vaxt  ermənilərlə 
müsəlmanlar  arasında  gediĢ-gəliĢ  tamamilə  kəsilmiĢ,  erməni  köyləri  hərbi  Ģtablar 
kimi, daĢnaksutyun cövlangahı olmuĢdu. 
Ermənilərin  iğtiĢaĢa  dair  iqdamatı.  Ermənilərin  müharibə  tədarüklərini 
yerbəyer edəndən sonra birinci, ikinci sahədəki erməni köylülərini köçürüb üçüncü 
sahəyə  tökməyə  baĢladılar.  Bu  minval  ilə  Sərv  kəndindən  baĢqa  köylərin  hamısı 
üçüncü  sahədə  yerləĢir.  Demək  olar  ki,  üçüncü  sahə  bir  hərb  meydanı  Ģəklini 
almıĢdı.  Bu  sahə,  demək  olar  ki,  Rusiyanın  Maqadan  Ģəhəri,  Türkiyənin  Səlanik 
bələdəsi, Yaponiyanın Tokiosu, yunanların Afinası misallı müharibə üçün əsgər və 
hərbi sursat doldurulmuĢ bir yerə bənzəyirdi. 
Bunların  hamısından  sonra  ermənilər  islam  köyləri  ilə  qonĢu  olan  erməni 
köylərində  istehkamlar düzəldib dörd tərəfdə  sığınacaqlar və  sipərlər inĢa  etməyə 
baĢlayırlar.  Qüvvətli  bir  dövlətin  müharibə  vaxtı  düzəltdiyi  istehkamlar  kimi, 
erməni səngərləri də elə bir nizamla qurulurdu. Bizim müsəlmanlar isə ermənilərin 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə