1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə28/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

58 
 
Camaat  Ģadlığından  general  faytonunun  atlarını  əlləri  üstə  aparırdılar. 
Faytonu  təntənəli   surətdə  evinə  qədər  müĢayiət etdilər. 
General-qubernator faytondan qalxıb bu nitqi söylədi: 
- Camaat!   Bu   gün   mənim   ömrümün   ən   səadətli   bir günüdür. Mən 
bu  günü  əsla  unutmaram.  Həzərat!  Siz  dəxi  bu  təntənəli  günü  xəyalınızdan 
çıxarmayasınız və daim sülh-barıĢıq üzrə yaĢayasınız! 
Bundan  sonra  qubernator  camaatla  görüĢüb  evinə  daxil  olur.  Sonra  sülh 
xəbərini camaata çatdırmaq üçün bir neçə nəfər mahala göndərilir. 
Gedənlər keĢiĢ və Ģəhər idarə rəisi Kamil bəy Səfərəliyev, Bakı qalabəyisi 
paruçik EyzbaĢ cənablarıdır. Bu cür sülh olunması camaatı artıq dərəcədə sakit və 
rahat edib Ģəhərin əvvəlki qaydası ilə alıĢ-veriĢ və nırxları yerində qərarlaĢdırıldı. 
Allah bu sülhü əbədi etsin. 
"Həyat" № 53-67 
 
VƏTƏN FƏRYADNAMƏSĠ 
 
1905-ci  il  avqust  ayının  29-da  erməni-müsəlman  toqquĢması  nəticəsində 
Batum  Ģəhərində  erməni  komitəsi  tərəfindən  öldürülmüĢ  böyük  Ģəhidimiz 
Məhəmmədqulu bəy Kəngərlinın tərcümeyi-halından və vəfat tarixindən bəhs edir. 
Qəzet və sair məktublardan əslən iqtibas və islah olunub tarixin üslub və məsləkinə 
müvafiq bir dilə çevrilmiĢdir... 
 
ĠZAH 
 
1905-ci  il  miladi.  Avqust  ayının  29-da  Batum  Ģəhərində  məĢhur 
Məhəmmədqulu  bəy  Kəngərlinin  erməni  komitəsi  tərəfindən  göndərilən  vəhĢi 
terrorçular  əlində  Ģəhid  edildiyini  eĢidib  ağlamayan  qafqazlı  bir  müsəlman  yox 
kimidir, zənn edirəm. Məhz  millət və  insaniyyət  uğrunda  can verməyə hazır olan 
əziz  bir  vücudun  tərcümeyi-halını  yazıb  millətə,  övladlarına  yadigar  saxlamaq 
təĢəbbüsü ilə "Həyat" adlı nəĢri dayandırılmıĢ bir qəzetin 71-ci nömrəsində "ġüa" 
imzasıyla dərc etmiĢlər. Mən isə "ġüa" cənablarının arxasınca onun məqaləsindən, 
mərhumun  özü  ilə  münasibətdə  olmuĢ  dostlarımdan  alınan  məktublardan  iqtibas 
edərək  bir  vətən  fəryadnaməsi  olaraq  bu  sadə  səhifələrimdə  dərc  etməklə  yazımı 
zinətə mindirdim. 
Millətimizin  bütün  maarifpərvərləri  bunu  etiraf  edirlər  ki,  Ġrəvan 
quberniyasında  indiyə  qədər  qeyrət  və  cavanmərdlik  adına  layiq  olan  əziz  bir 
vücud  olmuĢsa  da,  o  da  Məhəmmədqulu  bəy  cənabları  idi.  Mərhum 
Məhəmmədqulu  bəy  millətinin  uğrunda  Fransanın  "feleĢiyeləri"  qədər  xidmət 
etmiĢdir  desəm,  yenə  az  söyləmiĢ  olaram.  Bunu  etiraf  etməliyəm  ki,  baĢqa 
millətlərdə belə böyük kimsələrin heykəli tökülüb, zamandan-zamana, əsrdən-əsrə 
yadigar buraxılır. Əfsus ki, fitri qüdrətin nadir yetiĢdirdiyi o millət Ģəhidinin adına 


59 
 
bir  yadigar,  bir  abidə
*
  qoyulmamıĢdır.  Bu  səbəbdən  mən  xoĢbəxtin  bu  dəyərsiz 
tarixçəsi özünü məqami-iftixara çıxarmaq məqsədilə o mərhumun qanlı tərcümeyi-
halını  ağuĢ  həsrətinə  alaraq  millət  və  vətən  övladına  bir  müsibət  nümunəsi  kimi 
hifz etmək istəyir. 
 
TƏRCÜMEYĠ-HAL, YAXUD VƏFAT TARĠXĠ 
 
Mərhum Məhəmmədqulu bəy Ġrəvan quberniyası Naxçıvan Ģəhərində 1864-
cü  ildə  təvəllüd  edib.  Atası  Naxçıvan  bəyzadələrindən  mayor  ġəfi  ağadır.  Ən 
birinci,  ən  əsaslı  təhsilini,  daha  dəqiq  desək,  ilk  təlim-tərbiyəsini  atasından 
almıĢdır. Ġkinci təhsil olan ibtidai dərsini xüsusi müəllimlərdən almıĢdır. 
Ən  birinci,  təbii  məktəb  olan  ev  tərbiyəsini  lazımınca  qurtarıb,  xaricdə 
oxuyacaq  yaĢa  çatan  vaxt  atasının  silkinə  daxil  olaraq  Tiflis  hərbi  məktəbinə  - 
kadetski  korpusuna  daxil  olur.  Sonra  təhsilini  davam  etdirmək  üçün  Peterburq 
hərbi  Mixaylovski  ali  topçu  məktəbinə  keçir.  Burada  1882-ci  ildə  unter-zabit 
rütbəsini  alır.  1884-cü  ildə  ali  topçu  məktəbini  müvəffəqiyyətlə  qurtarıb  zabitlik 
rütbəsinə yüksəlir. 
Xeyli  vaxt  zabitlik  rütbəsində  olub  millətə,  dövlətə,  vətənə  hüsni-xidmət 
göstəribdir. Ġlahi istedadı və insani ləyaqəti sayəsində hamının hörmətini qazandı. 
Bacarıq və qabiliyyətinə görə Ģtab-kapitan mənsəbinə yüksəldildi. Millət və vətənə 
bir  an  xidmətdən  geri  qalmadı.  1893-cü  ilə  qədər  əsgəri  qulluqda  xidmət  eylədi. 
Dövlət və vətənə bayraq və qılıncla göstərdiyi xidmətləri bir az da elm və qələm ilə 
göstərmək fikrinə düĢdü. 
ġtab-kapitan  rütbəsindən  istefa  verib  vətənə  qayıtdı.  Bir-iki  il  vətənində, 
doğulduğu  yerdə  -  Naxçıvanda  qaldıqdan  sonra  Ġrəvan  Ģəhərinə  getdi.  Canından 
əziz  sevdiyi  millətini  görüb  ən  çox  nələrə  möhtac  olduğunu  araĢdırdı.  Bildi  ki, 
Ġrəvan  quberniyasının  müsəlmanları  dilsizlikdən,  elmsizlikdən,  dövlətin,  qanuni 
hökumət  məmurlarınm  hüquqlarını  bilmədiklərindən  hər  an  bir  müsibətdən  digər 
bəlaya  düçar olurlar. Bildi ki, ən əvvəl  bacarıqlı bir vəkil (advokat) olub,  millətə 
xidmətə buradan baĢlamaq lazımdır. Bu arzu ilə bütün qüdrət və qeyrətini sərf edib 
vəkillik  imtahanına  hazırlaĢdı.  Az  vaxt  içində  qanuni  Ģəkildə  vəkillik  ixtiyarını 
aldı.  Bir  az  əvvəl  nə  cür  mükəmməl  bır  topçu  zabiti  idisə  də,  indi  də  bacarıqlı, 
məharətli bir vəkil idi. Demək ki, qılınc ilə qələmi birləĢdirdi. Fəzl və qeyrəti, sidq 
və  nəcabəti  sayəsində  az  vaxtda  çox  Ģöhrət  qazandı.  Peterburqdakı  adlı-sanlı 
vəkillərə  müraciət  edəcək  adamlar  mərhumun  qüdrətli  nitqindən,  hüquqi 
məlumatından istifadə etməyə baĢladılar. ĠĢ və iqtidar söz və vəd olaraq qalmadı. 
                                                           
*
  Böyük  bir adamın,  ali  iĢin  və  ya  bir  hadisənin  xatirəsini  xələflərə  çatdırmaq  məqsədi ilə inĢa  olunan 
memarlıq  yaxud  heykəltəraĢlıq  əsəri  abidə  adlanır.  Abidə  kəlməsi  birinci  dəfə  olaraq  müəllim  Naci 
Əfəndi tərəfindən bu mənada tam sərrastlıqla çəkilmiĢ və hamı tərəfindən qəbul olunmuĢdur. Ruhi-paki 
Ģad olsun! 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə