1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə25/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

52 
 
vuruĢmaya  tamaĢa  edirdi.  Müsəlmanlar  güc  gəlib  ermənilərin  bir  neçə  böyük 
evlərini atəĢə  tutmuĢdular. Evlər yanıb qurtardı,  ancaq Ģiddətli  yağıĢ  yağdığından 
yanğının baĢqa yerlərə keçməsi qorxusu yox idi. 
Müharibənin altıncı günü - ayın 18-də general QalaĢçapov hər iki tərəfdən 
bir  neçə  vəkillər  götürüb  müsəlman  hissəsinin  fikrini  öyrənməyə  gəlir.  Söhbət 
zamanı - "Bir quru barıĢıqdan ötrü iĢi bu məqama çıxardınız," - deyib ağlayır.
*
 
18 iyul, 1906 
 
Son  xəbərlər.  Bunların  hamısından  sonra  bu  qədər  top  və  bomba  ilə, 
xüsusən  hökumət  qoĢunu  ilə  və  minlərcə  daĢnaksutyun  dəstələrinin  müqabilində 
müsəlmanların  evlərinə  və  mallarına  dəyən  ziyan  çox  olsa  da,  insan  tələfatı 
ermənilərdən birə on az olmuĢdur. Müsəlmandan tələf olan otuz nəfər müharibəyə 
bitərəf, əlsiz-ayaqsız camaat idi. Erməninin tələfatı tez gizlədildiyinə görə  məlum 
olmadı.  Amma  Xan  kəndində  olan  rusların  sözlərinə  görə  Ģəhərdən  dörd  yüzə 
qədər  erməni  ölüləri  arabalarda  xaricə  daĢınırdı.  ġəhərdə  gizlədilmiĢ  erməni 
ölüsünün sayı məlum olmadı. 
Ermənilərə  yaxından  kömək  edən  kazaklardan  da  bir  neçəsi  öldürüldü.  18 
iyulda  sülh,  barıĢıq  bərpa  olaraq,  müharibə  vaxtında  islamların  mərdanəliyi 
ermənilərə və hökumət qoĢununa da məlum oldu. Ermənilər axırıncı   müharibəni 
etməzdilər.  Zira,  bu  dəfə  hökumət  qoĢununa  arxayın  idilər.  Bunu  ağıllarına 
gətirməzdilər ki, müsəlmanlar "soldat gəldi, qaç" məsələsini unudub öz hüquqlarını 
hər dəqiqə qorumağa hazırdırlar. Ümid ki, erməni qonĢular bundan sonra hökumətə 
və onun siyasətbazlarına aldanmayıb öz səhifələrinə belə bir pəriĢanlıqlarıyla qara 
xətt  çəkdirməyəcəklər.  QalaĢçapov  cənabları  isə  ölüm  badəsini  içənə  kimi 
peĢmanlıq acısı onun ağzından getməyəcəkdir. 
Xalqımız  bunu  da  unutmayacaq  ki,  ġuĢanın  ikinci  müharibəsində 
müsəlmanların yeddi yaĢından yetmiĢ yaĢına qədər qocaları silah iĢlədib erməniləri 
müqavimətdən  aciz  qoyurdular.  Müharibə  əsnasında  övrətlər  də  sığınacaqlara, 
səngərlərə  hərbi  sursat  daĢıyırdılar.  Ġllər  uzunu  gün  üzü  görməyən  xanım-bacılar 
arxalarında səngərlərə çörək və su daĢıyıb islam əsgərlərinə kömək göstərdiklərinə 
görə  dünyanın  alqıĢlarını  qazandılar.  Allah  belə  bacılardan  razı  olsun.  Ancaq 
bunların  evlərdə  oturub  əsgər  oğullar  doğub,  kəmali-ədəblə  tərbiyə  etmələri  üçün 
Allah-təaladan  bir  çox  təmənnada  bulunuruq.  "Əsgər  anası  əsgər  olar,"  -  deyib 
dünyadan köçən babalarımıza min rəhmət oxuyub sözümü sona yetirirəm. 
 
 
 
                                                           
*
  General  QalaĢçapovun  söhbət  zamanı  saxtakarlıqla  dəsmalı  gözünə  tutması,  Xacə  Hafiz  ġirazi 
mərhumun "Xod koĢteyi Hafizra, xod təziyə midari " (tərcüməsi: Hafizi özün öldürdün, Özün də yasın 
saxlayırsan - Ə.B.) sözlərini yadıma saldı. 
 


53 
 
QƏFLƏTƏN BAġ VERƏN ĠKĠNCĠ BAKl FACĠƏLƏRĠ 
 
Avqustun 20-də Ģənbə günü gündüz saat beĢ yarımda Ģəhərdə müdafiəedici 
könüllü islam cavanları olmayan vaxt qəfildən müsəlmanlara hücum edilir. 
Bu  axırıncı  hadisədə  müsəlmanlardan  çoxlu  tələfat  oldusa  da,  hamısı 
hamballar  və  bəzi  iranlı  fəhlə  və  arabaçılar  idi.  Bu  müharibəyə  müsəlmanların 
əvvəlcədən xəbərdarlığı olmayıb və əlavə olaraq ermənilərin fevralın altısında olan 
məğlubiyyətlərini  özlərinin  əbədi  qələbəsi  hesab  etmiĢlər,  zənnindəyəm.  Zira, 
müsəlmanların  ermənilərə  pislik  etmək  xəyalları  olsa  idi,  hamı  bir  nəfər  kimi 
yaylaqlara köçüb Ģəhəri hambal və arabaçıların öhdəsinə buraxmazdılar. Ermənilər 
isə müsəlmanlar Ģəhərdə olan vaxt əsla müharibəyə cürət edə bilməzdilər. 
Bunu  sübut  etməyə  ehtiyac  yoxdur.  Hamınız  -  bizlər,  yainki  ermənilər  də 
düĢünmüĢdülər ki, Bakıda ermənilərin büsbütün fevral faciəsində mənəvi qüvvələri 
pozulmuĢdu.  Ġndiyə  qədər  ermənilər  ehtiyaclarını  bərpa  edə  bilməmiĢdilər.  Buna 
görə müsəlmanlarla heç vaxt davaya çıxmağa qadir deyildilər. 
Ermənilərin  20  avqust  əməlləri  özlərinə  böyük  bir  nemət  kimi  görünürdü. 
Bu  xəyal  və  bu  hərəkət  də  onların  qəlbinə  birdən-birə  girib  müsəlmanlara  qarĢı 
gecə basqını etmək xəyalına salmıĢdı. ġəhər isə büsbütün boĢ və mühafizəsiz imiĢ. 
ĠğtiĢaĢın  təfsilatı.  Ġkinci  Bakı  faciəsindən  bir  neçə  gün  qabaq  konkalarda 
xidmət  edən  iĢçilər  tətil  etmiĢdilər.  Bu  tətilə  səbəb  iĢçilərin  öz  vəziyyətlərindən 
narazılıqları  idi.  Hökumət  isə  onlarla  razılığa  gəlmək  əvəzinə  yerlərinə  soldat 
qoyub konkaları iĢə salmıĢ, onları, yəni tətil etmiĢ iĢçiləri daha da acıĢdırmıĢdı. 
Tətil  etmiĢ  iĢçilərin  və  onların  kargüzarlarının  çoxu  erməni  idi.  Onlar 
hökumətin  bu  əməlindən  narazı  olub,  Ģənbə  günü  konkanı  gülləyə  basırlar.  Bu 
gülləbazlıq  əsnasında  konkada  olan  soldatlar  və  bir  neçə  müsəlman  sərniĢinlər 
həlak olur və yaralanırlar. 
Fürsətdən  istifadə  üçün  intizarda  olan  erməni  kilsəsindən  həzin-həzin  zəng 
çalınır. Erməni cavanları dükanların qabağında əllərini bir birinə vurmaqla erməni 
dükançılarına  qarıĢıqlıq  salmaq  iĢarəsi  verirlər.  Dükançılar  isə  bunun  ardınca 
müsəlmanları  atəĢə  tutur,  hər  tərəfdə  ələ  keçən,  yollarda  kəsbkarlıq  edib  su 
daĢıyan, arabaçılıq kimi iĢlərlə məĢğul olan camaatı qırıb kəsməyə baĢlayırlar. 
Bu vaxt hər yerdə ermənilər heç nədən xəbəri olmayan müsəlmanlara qarĢı 
hərbi qiyam etmiĢdilər. Evlərdən, pəncərələrdən müsəlmanlara yağmur kimi güllə 
yağdırılırdı. Bu atəĢ vəziyyətində ermənilər fərq qoymadan ruslara və gürcülərə də 
atmaqda  idilər.  Bunu  da  deməliyik  ki,  ermənilər  fevral  hadisələrinin  intiqamını 
almaq istəyirmiĢlər. 
Dördüncü  Bakı  uçastokunun  pristavı  Jegintinin  iğtiĢaĢa  dair  verdiyi 
məlumatlar. Ermənilər iğtiĢaĢa əvvəlcə kilsədən zəng çalındıqda kilsənin yanında 
-  parapetdə  baĢladılar.  Bir  neçə  dəqiqədən  sonra  erməni  pəncərələrindən 
müsəlmanların  üstünə  aramsız  olaraq  tüfəng-tapança  gülləsi  yağdırılırdı.  Bəzi 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə