1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə15/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

32 
 
Biz  bu  barədə  müsəlmanlara  ümidvarıq  -  deyib  sözünü  tamam  etdi".
*
  Sonra  orta 
stulda  təmkinlə  oturan  üçüncü  Ģəxs  əzəmətlə  ayağa  qalxdı,  bu  nitqi  söyləyib, 
dəfələrlə camaatı sorğu-suala tutub fikrini öyrəndi. 
3-cü  nitqin  mətni:  "Ey  min  illər  ilə  mehriban  qonĢuluq  edən  nəcib 
müsəlmanlar!  Aya, eĢidibsiniz neçə vaxt bundan əvvəllər Üç kilsə  - Eçmiədzində 
nə  qədər  hərbi  sursatımız  hökumət  tərəfindən  ələ  keçirildi?!"  Müsəlmanlardan: 
"Bəli!  Bəli!"  "Aya,  eĢidibsiniz  ġuĢada  bizim  nə  qədər  odlu  silahlarımız 
qəbiristanda  və  sair  yerlərdə  tutuldu?!"  Müsəlmanlardan:  "Bəli!  Bəli!"  Bəs  bu 
sözlərdən məlum olur ki, bizlər bu gərəkli Ģeyləri tədarük etmiĢik, nəki özümüzə, 
bəlkə sizlərə də kifayət verən qədərdədir. Əgər, sizlərdə himmət və qeyrət olsa, nə 
qədər silah və pul lazım olsa, bizdə hazırdır. Yüz əziyyətlə cəm etdiyimiz sursatı, 
hərbi ləvazimatı sizlə bərabər məsrəf edərik. Yoxsa ki, əksinə, həmən hərbi silahlar 
sizə qarĢı iĢlənib bəlaların hamısı sizə toxunacaqdır. Əlbəttə, deyilən iĢlərə sizdən 
yardım  olmasa,  bəla  ildırımları  sizi  odlayıb  əziz  vətəninizi  xarabalığa 
döndərəcəkdir.  Doğma  evləriniz  də  məzarlığa  çevriləcəkdir.  Bu  məzarıstanın  da 
qəmli guĢələrində dəfn olunan siz və övladlarınız olacaq" - deyib əyləĢdi. Bundan 
sonra islamlar tərəfindən etiraz edilib məclis sona yetdi.
**
 
Ermənilərin  nitqinə  islamların  etirazı.  Erməni  millətçiləri  nitqlərini 
qurtarandan sonra müsəlmanlara hədələyici sözlər də söylədilər. Buna görə də belə 
rəva  görülməyən  fikirlər  müsəlmanların  könlünə  yatmayıb  etiraz  əlaməti  olaraq 
adları  aĢağıda  deyilən  Qacar  kəndinin  sakinləri  ayağa  qalxdılar  və  ən  əvvəl 
Qasımzadə Molla Əbdürrəhim, Tapdıq Talıbxanov bu sözləri dedilər: 
"Biz müsəlmanları siz ermənilər yaxĢı tanımayıbsınız! Bizim heç vaxt belə 
hədələrdən  qorxumuz  yoxdur.  Əlbəttə,  müsəlman  milləti  sizin  əsgərləriniz  deyil! 
Və sizin azuqə və silahlarınıza ehtiyacımız  yoxdur. Zira, bizim hərəkət xəyalımız 
olsa, azuqə əskik deyil. Məgər yatmıĢıq ki, bizə azuqə verib padĢahımızın üzünə ağ 
edəsiniz?!  Bizim  təriqətimiz  hər  halda,  bu  iĢlərin  əksini  tövsiyə  edir",  -  deyib 
sözlərini bitirdilər. Bu halda bütün müsəlmanlar qalxıb "biz bu iĢlərə Ģərik deyilik", 
deməklə monastırdan çıxmaq istəyirlər... 
Bu  halda  erməni  rəislərinin  birisi  ayağa  durub,  -"Müsəlmanlar,  dayanınız! 
Dayanınız!  Bir  sözüm  də  var,  deyib  qurtarım,  sonra  gediniz".  Müsəlmanlar 
dayandılar. Erməni söylədi: "Bilin və xəbərdar olun! Biz üç nəfər erməni rəisindən 
baĢqa  yenə  komitə  məmurları  vardır  ki,  bu  sözləri  sizə  sifariĢ  etmiĢlər.  Hərgah 
yığıncaqda  danıĢılan  sözləri  müsəlmanlar  qəbul  etməsə,  daĢnaksutyunun  cəza 
                                                           
*
  Biz  ġuĢa  əhvalatının  müqəddiməsində  ermənilərin  idarə  muxtariyyəti  tələb  etmələri  barədə  öz 
tərəfimizdən  və  mehriban  gürcü  qardaĢları  tərəfindən  mülahizə  yazdığımızdan  ötrü  burada  təkrarını 
lüzumsuz gördüm. 
**
  Mən  möhtərəm  müxbirimin  sözlərini  həqiqət  bilib  mitinqdəki  çıxıĢların  mətnini  dəyiĢmədən  dərc 
etdim.  Çünki  mənim  bu  əsərim  milli  və  Ģəxsi-qərəzlikdən  uzaq  olub  hər  kəsin  yazısını  tənqid 
süzgəcindən keçirdikdən sonra dərc edirəm. Möhtərəm Ģəxs nitqində müsəlmanları hədələdiyinə cavab 
olaraq "Əfəndim. Cəbrayıl müsəlmanları da bal mumundan qayrılmamıĢdır. Əlbəttə, onların da iki əli 
var. Ancaq bizə qalarsa, biz ümumi sülhün arzusundayıq." 


33 
 
qoĢunu tərəfindən artıq təhlükələrə tuĢ olmalıdırlar." Müsəlmanlardan "Eyib etməz, 
eyib etməz!" - sədası ucalmaqla məclis dağıldı. 
ĠğtiĢaĢ  xəbərləri.  Yuxarıda  qeyd  edilmiĢ  yığıncaqdan  sonra  erməni 
millətçilərinin  söylədiyi  bəla  ildırımları  ġuĢa  üstünə  düĢdü.  Məlum  olduğu  kimi, 
ermənilər bir zərbə müsəlmanlara vurduqda iki zərbə də özləri yedi. Belə ki, həmən 
kənddə  ermənilərin  darmadağın  olmağına  az  qalmıĢdı.  Keçici  xəstəlik  hər  tərəfə 
sirayət  edib  bir  çox  evləri  xaraba  qoydu.  Bu  iğtiĢaĢ  axırda  Cəbrayıl  uyezdinə  də 
sirayət edib, var-dövlətlə məĢhur olan 25 evdən ibarət Divanəli kəndi ermənilərin 
hücumuna qurban oldu. Ermənilər Divanəli kəndinə hücum etdikdə müsəlmanlarda 
səbat  və  mətanət  olmadığından  ailələrini  götürüb,  əĢyalarını  qoyub  qaçdılar. 
Ermənilər  isə  tez-tələsik  qarətdən  sonra  kəndi  oda  tutdular.  Qiymətli  dam-daĢları 
söküb  ağaclarını  Süst  adlı  erməni  kəndinə  daĢıdılar.  Ġndiyə  qədər  həmən  kəndin 
əhalisi çıl-çılpaq olaraq dilənçi kimi düzləri dolanmaqdadırlar. VəhĢilər müsəlman 
bağlarının  ağaclarını  da  doğrayıb  ermənilərə  verdilər.  Bu  növ  ilə  həmən  kənddə 
müsəlmanların  sakin  olması  üçün  bir  məiĢət  yeri  də  qoymayıb,  kəndi  dağıtmaq 
üçün bir çox tədbirlər gördülər. 
Veysəlli kəndi faciəsinə dair. Divanəli kəndi dağıdılandan sonra ermənilər 
Veysəlli  kəndini  dağıtmaq  üçün  kəndin  qonĢuluğunda  Çartaz
*
  ermənilərini 
silahlandırıb  baĢqa  erməni  kəndlərinin  yardımı  ilə  Veysəlli  üstünə  hücuma 
baĢladılar. 
Ermənilər  ümumi  bir  qüvvə  ilə  hər  tərəfdən  kəndi  niĢana  alıb  güllə 
yağdırmağa  baĢlayınca  müsəlmanlar  da  hərbi  qüvvələrinin  az  olmasına 
baxmayaraq, onlara qarĢı çıxırlar. Bir az döyüĢdən sonra ermənilər 15 nəfər tələfat 
verib özlərindən bir nəfər Ģəhid olmaqla kəndi boĢlayıb çıxmağa məcbur olurlar. 
Erməni  qonĢular  kəndi  dağıdıb  hər  tərəfini  yandırdılar,  kənardan  durub 
tamaĢa edən bir müsəlmanın mülahizəsinə görə il uzunu bir evdə çörək yeyib çay 
içmiĢ  erməni  qonĢu  həmən  evi  hamıdan  qabaq  yandırmağa  səy  göstəribmiĢ.  Bu 
kənddə müsəlmanların ziyanı həddən çox idi. 
Qacar  hadisələri.  Kədərli  Veysəlli  hadisəsindən  sonra  erməni 
daĢnaksutyunları yüz əlli evdən ibarət Qacar kəndinə hücuma baĢladılar. 
Qacar kəndi hadisəsi həqiqətdə bütün kəndlərdən fərqli olmalıdır. GünəĢin 
çıxmasına  üç  saat  qalmıĢ  daĢnaksutyun  firqəsinin  generalı  Aslan  bəy
**
 
MəlikĢahnəzərovun  komandasında  olan  əfsərlərin  baĢçılığı  altında  olan  kəndləri 
silah altına çağırıb Qacar kəndinə hücum etdilər. 
Ermənilərin  Qacar  kəndində  müharibə  edən  qüvvələri.  Çartaz  sakini 
AĢot  öz  əsgərlərilə,  Çıxadüz  sakini  Bəylər  bəy  öz  əsgərlərilə,  Mavas  kəndinin 
sakini Sancan bəy öz firqələri ilə, Saqo adlı erməni komandanı Zəngəzur polkları 
ilə  ümumi  qərargah  yerinə  -  Qacarın  iki  verst  məsafəsində  qərb  tərəfdə  yerləĢən 
                                                           
*
 Çartaz - 950 evdən ibarət varlı erməni kəndidir. 
**
 Aslan bəyin adı əvvəllər Soqrat olub Çanaxçı bəyzadələrindən sayılırdı. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə