6
soruşsa ki: «Sənin həyatda idealın kimidir? Kimə oxşamaq istəyərdin?
Onun cavabı Allahın Rəsulu Muhəmməd
–
sallallahu aleyhi və səlləm
–
olmasın. Bəli, Allahın sevgisini, razılğını qazanmağın yolu da budur.
Müsəlman necə belə bir Rəsulla razı qalmasın. Şəfqətli və mərhəmətli bir
Rəsulla. Necə ona oxşamağa çalışmasın.
Ey müsəlmanları istehza edərək tənə edənlər! Allahdan qorxun,
həqiqətən Allahın cəzası çox şiddətlidir. Siz müsəlmanları saqqalına,
isbalını (paltarını) topuqdan yuxarı geyindiyinə görə istehza etməklə,
əslində Allahın Rəsulunu istehza etmiş olursunuz. Çünki bunu bizə o, əmr
etmişdir. Allahın Rəsulunu istehza etməklə isə Allahı istehza etmiş
olursunuz. Çünki bunu Allah, Rəsuluna əmr etmişdir. Allahı istehza edən
isə nə dünyada, nə də axirətdə səadətə çata bilməz. «Həqiqətən
günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin
yanından keçərkən (onları dolamaq məqsədi ilə) bir-birinə göz-qaş
edirdilər. Ailələrinin yanına qayıtdıqda isə (onları doladıqları üçün)
kefləri kök qayıdardılar. Möminləri gördükdə: «Doğrusu bunlar (haqq
yoldan) azanlardır!» deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi
göndərilməmişdilər. Bu gün isə möminlər kafirlərə güləcəklər». (əl-
Mutəffifin 29-34). «Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: «Biz
Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz
də Rəbbinizin sizə vəd etdiyini (Cəhənnəm əzabını) gerçək olaraq
gördünüzmü?» deyə soruşacağıq. Onlar: «Bəli» deyə cavab verəcəklər.
Elə bu zaman onların (hər iki dəstənin) arasında bir carçı: «Allah
zalimlərə lənət etsin!». (əl-Əraf 44).
Mömin, müsəlman qardaş və bacılarıma nəsihətim isə heç də
üzülməsinlər, sıxılmasınlar. Bizdən xeyirli insanlar da istehzaya məruz
qalmışlar. Lakin səbr etmişlər. Sizin məqsəsdiniz yalnız Allahı razı
salmaq olusun. İnsanları razı salmaq isə sizin işiniz deyildir. Əbu Hureyrə
–
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və
səlləm -
buyurdu: «Sizdən hər hansı bir kimsə məni uşaqlarından,
valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş
olmaz»
5
. Bu hədisi eşidən Ömər
–
radıyallahu anhu
–
deyir ki: «Ya
Rəsulullah! Sən mənə nəfsimdən başqa hər şeydən sevimlisən!».
Peyğəmbər: «Və Min Nəfsikə Yə Umaru
–
Ya Ömər! Nəfsindən də
sevimli olmalıyam!» deyə buyurdu. Ömər: «Və Min Nəfsi
–
Nəfsimdən
də!» deyincə Peyğəmbər: «Ya Ömər! İndi tamam oldu».
«Peyğəmbər
möminlərə öz nəfislərindən də yaxındır». (əl-Əhzab 6). İmam Şafii
–
5
Buxari, Müslim, Musnəd 3/207,275,278.
7
rahmətullahi aleyhi
–
deyir ki: «İnsanları razı salmaq ağla sığmayan bir
şeydir. O, halda sənin halını düzəldən işə bax. Ondan ayrılma və ondan
başqa hər bir şeyi də kənara burax. Yaradılmışları razı salmaq nə sənin
gücün dairəsində olan bir şeydir, nə də əmr olunan bir şeydir. Yaradanı
razı salmaq isə güc yetrilə bilən və əmr olunan bir xüsusiyyətdir». Aişə
–
radıyallahu anhə
– nin Muaviyə
–
radıyallahu anhu – ya nəsihət olaraq
yazdığı məktubda Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
in sözlərini
ona çatdıraraq deyir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da
ondan razı olar və insanları da ondan razı edər (Başqa rəvayətdə: Onu
insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı
salmağa çalışarsa Allah da ona qəzəblənər və insanları da onun üstünə
qəzəbli olaraq salar (Başqa rəvayətdə: Onun işini insanlara həvalə edər)»
6
.
Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib
onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta
etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm
olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyə-
cəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram.
Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan
qoruyan da odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur!
Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O
şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü
xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə
hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında
mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et».
(əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu
aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər
onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
BİTİRDİM: MİLADİ 2006-CI İL 22 İYUN
HİCRİ 1427-Cİ İL CƏMƏDİƏL ƏVVƏL 26
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA! (YUNUS 10)
6
Tirmizi, əl-Albani «Səhihul Cəmi» 5886, İbn Hibban 276, əl-Qudamə
«Musnədu Şihab» 499,500, əl-Humeydi «Musnəd» 266.