Müasir dövr 229
Tarix və onun problemləri,
№ 3 2013
VÜQAR RƏHIMZADƏ
siyasi elmlər üzrə fəlsəfə doktoru
E-mail: TarixVeOnunProblemleri@gmail.com
MƏTBUATIN AZAD FƏALIYYƏTINƏ SIYASI-HÜQUQI TƏMINAT
Açar sözlər: dövlət, söz, mətbuat, azad fəaliyyət, siyasi-hüquqi təminat, liberalizm,
informasiya
Ключевые слова: государство, слово, печать, свободные политические и правовые
гарантии, либерализм, информация
Keywords: state, wordpress, freepolitical and legal guarantees, liberalism, information
Azərbaycan Respublikasında söz, fikir, məlumat, o cümlədən mətbuat azadlığının,
plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas
vəzifələrindən biridir. Dövlətin informasiya və mətbuat siyasəti Azərbaycan Respublika-
sının Konstitusiyasında əks olunmuş söz, fikir və məlumat azadlığının, vətəndaşların infor-
masiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Kütləvi infor-
masiya vasitələrinin inkişafına və mətbuata dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, in-
sanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitə-
lərinin və mətbuatın müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyən
olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu əks etdirir.
Müstəqillik illərində əldə edilmiş nailiyyətlər Azərbaycanda demokratik təsisatların
inkişafına mühüm töhfə vermişdir. KİV-in sərbəst fəaliyyətinin təmin edilməsi üçün
qanunvericilik bazası tam təkmilləşdirilmiş və beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
1999-cu ildə qəbul edilmiş “KİV haqqında” qanun, 2005-ci ildə qəbul edilmiş “İnfor-
masiya əldə etmək haqqında” qanun və digər qanunlar KİV-in hərtərəfli inkişafına təminat
yaratmışdır. KİV-in kəmiyyətinə görə, bu gün Azərbaycan MDB ölkələri arasında lider
mövqelərdən birini tutur.
Demokratik inkişaf yoluna keçən ölkələrdə qərarlaşan münasibətlər sistemi üçün
plüralizm, tolerantlıq, liberalizm, azad düşüncə və s. kimi dəyərlərin bütün anlamlarda
kəsişmə nöqtəsi insan amilidir. Baxış tərzindən asılı olmayaraq, hər bir təhlilçi bu kimi
ümumqəbul olunmuş keyfiyyətlərin açıqlanmasında insan fenomeni ilə qarşılaşır. Bunun
da obyektiv əsası var və ondan ibarətdir ki, ictimai münasibətlərin subyekti özünün tələbat-
ları, mənafeləri və digər özəl xüsusiyyətləri ilə çıxış edən insandır. İnsan sivilizasiyanın
bütün mərhələlərində təbiətlə, daha sonra ictimai quruluşlarının ziddiyyətləri ilə, insanlar-
arası münasibətlərin paradoksları ilə, dövlətlərarası münaqişələrdən irəli gələn qarşıdur-
malar ilə, nəhayət, elm və texnikanın inkişafının nəticələri ilə toqquşmuşdur. Hər bir halda
isə pozulan insan haqları və bu haqların məcmusu olan insan ləyaqətinin aşağılanması olur.
Tarixən dinamik şəkildə dəyişən situasiyaların xarakterindən asılı olaraq, insan haqlarının
reallaşması və təsbiti mexanizmləri, formaları çeşidli olması ilə xarakterikdir. İnsan cəmiy-
yətin inkişafının hər bir mərhələsində fərqli istehsal münasibətləri, sosial tənzimləyici,
hüquqi-normativ, mənəvi-mədəni kimi məhdudlaşdırıcı normalar ilə üz-üzə qalmışdır. Bu
normalar əksər hallarda cəmiyyətin imkanlı təbəqələrinin mənafelərinə çevrilmişdir ki,
nəticə olaraq insan hüquqsuzluğu presedenti yaranmışdır. Əvvəlki mərhələdə epizodik olan
bu hal sonrakı tarixi epoxalarda mahiyyət xarakteri almışdır.
230 Müasir dövr
Tarix və onun problemləri,
№ 3 2013
Məlumdur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün müstəqil Konsti-
tusiyasını yaratdı. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) ilə yaradılmış bu Kons-
titusiyanın memarı ulu öndər Heydər Əliyev olmuşdur. Konstitusiyanın xalqa verdiyi çox
ciddi azadlıq hüquqlarından biri mətbuatla, söz, fikir azadlığı ilə bağlıdır. Konstitusiyanın
47-ci maddəsinin I bəndində deyilir: “Hər kəsin fikir və söz azadlığı vardır” (1, 575).
Azərbaycan vətəndaşına verilən bu hüquq, əsasən, KİV vasitəsilə həyata keçirilir. Ona gö-
rə də Azərbaycan Konstitusiyasının qeyd etdiyimiz müddəasının II bəndində deyilir: “Küt-
ləvi informasiya vasitələrinin azadlığına təminat verilir. KİV-də, o cümlədən mətbuatda
dövlət senzurası qadağandır” (1, 575). Konstitusiyanın bu təminatı ölkədə “KİV haqqın-
da”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında”, “Müəlliflik hüququ haqqında”, “Rabitə haqqında”, “Dövlət sirri
haqqında”, “Televiziya və radio verilişləri haqqında”, “İctimai teleradio haqqında” və s.
qanunların meydana gəlməsinə səbəb olmuşdur. Bütün bunlarla bərabər, ulu öndər Heydər
Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi
sahəsində əlavə tədbirlər haqqında”, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının
artırılması haqqında” fərmanlar imzalamışdır. Bütün bunlar ölkədə söz və mətbuat
azadlığına dövlətin verdiyi təminatdır.
Müasir mərhələdə Azərbaycanda KİV-lə bağlı qanunlar Avropa standartlarına cavab
verir. Hazırda KİV biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca
daşıyıcısıdır. KİV bir sıra əhəmiyyətli funksıyalar həyata keçirir. Bu funksiyalar aşağıdakı-
lardır: vətəndaşların məlumatlandırılması, təhsil, sosiallaşma, nəzarət, inteqrasiya, səfər-
bəretmə və s.
KİV-in hər hansı istiqamətdə baş verən dəyişikliklərə xidmət vasitəsi kimi çıxış
etməsi son nəticədə konkret ictimai-tarixi şəraitlə şərtlənən vəzifə və tələblərdən irəli
gəlir. KİV məhz dəyişikliklərə imkan yaradan vasitə və əlavə kimi səciyyələnir. Vətən-
daşların siyasi cəhətdən məlumatlanmağa daxilı tələbatı ilə KİV-in fəaliyyətinin ahəng-
darlığı mühüm sosial məna kəsb edir. KİV ictimai şüurun inkişafına faydalı və yaradıcı
təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünə-
məxsus rol oynayır.
Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, dövlət orqanları ilə
kütləvi informasiya vasitələri arasında münasibətlərin nizamlanması funksiyasını yerinə
yetirən, 2003-cü il martın 15-də jurnalistlərin birinci qurultayında yaradılan Mətbuat
Şurası (MŞ) fəaliyyət göstərir. MŞ dövlət strukturları, qəzet və jurnalların redaksiyaları və
jurnalist təşkilatları tərəfindən təsis edilmişdir. Məqsəd jurnalist standartlarına uyğun
olaraq, Azərbaycan mətbuatının keyfiyyətinin və onun elan olunmuş azadlığının,
cəmiyyətin informasiya əldə etmək hüququnun qorunması, jurnalistlərin peşə etikası Ko-
deksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, KİV-in fəaliyyət
sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həll variantlarının araşdırılması,
mətbuatın davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, araşdırılması və bununla
bağlı qərarların çıxarılması və s. məsələlərdən ibarətdir. MŞ-nın yaradılması Azərbaycan
mətbuatında yeni bir mərhələnin başlanğıcını qoydu.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da KİV sahəsində müəyyən problemlər
mövcuddur. Bu problemlərin aradan qaldırılması məqsədilə mühüm işlər həyata keçirilir.
Son illərə diqqət yetirək. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası" təsdiqləndi. Sənədin təsdiqlənməsi ilə milli mətbuatın problemlərinin həllində
Müasir dövr 231
Tarix və onun problemləri,
№ 3 2013
keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyuldu. Dövlət orqanları ilə kütləvi informasiya
vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, KİV-lərin iqtisadi
müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda
mətbuatın rolunun gücləndirilməsi məqsədilə təsdiqlənən bu sənəddə qeyd edildiyi kimi,
dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin
fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi,
iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Konsepsiyaya uyğun olaraq
ölkə Prezidentinin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti
Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVİDDF)
yaradıldı. Məqsəd müstəqil mətbuatın inkişafını təmin etmək, mətbuatın maddi-texniki baz-
asını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaqdır. Lakin ötən 2010-
cu il mətbuat tarixində daha mühüm hadisələrlə yadda qaldı. Növbəti "Azərbaycan milli mət-
buatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının
kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında",
"Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında", həmçinin milli
mətbuatın inkişafındakı xidmətlərinə görə, 100-ə yaxın jurnalistin fəxri adlarla təltif olunması
haqqında sərəncamlar bu qayğının davamlılığını təsdiqləyir və qələm sahibləri üçün böyük
mənəvi dividentdir. Onların peşələrinə belə diqqətli yanaşması şübhəsiz ki, gələcək
fəaliyyətlərinə müsbət təsir göstərir. Jurnalistlərin mənzil problemlərinin həlli ilə bağlı
imzalanmış Sərəncam isə xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə ayrılmış 5 milyon manat
məbləğində vəsait mətbuat tarixində müsbət mənada böyük bir hadisə idi. Mətbuata dövlət
tərəfindən qayğının bu səviyyədə olduğu halda, onun dəyərləndirilməsi vacib məqamlardan-
dır. Bu mənada, 2010-cu ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin "Jurna-
listlərin dostu" mükafatı ilə bağlı keçirdiyi sorğunun nəticələri jurnalist ictimaiyyətinin ob-
yektiv yanaşma tərzinin təsdiqi baxımından müstəsna səciyyə daşıdı. Keçirilən sorğunun nə-
ticələrinə uyğun olaraq Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" nominasiyasının qalibi
olması tamamilə təbii hal idi və hər bir sağlam düşüncəli jurnalistin ürəyindən olan bir istək
idi. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Azərbaycanda yüzlərlə
mətbuat orqanı fəaliyyət göstərir. Yüzdən çox həftəlik, 40-a yaxın gündəlik qəzet nəşr edilir,
təxminən 10 ümumrespublika telekanalı fəaliyyət göstərir. Azərbaycanda internetin yayılması
çox sürətlə gedir və əlbəttə ki, bu dövlət siyasəti olmasaydı, proses sürətlə getməzdi."
KİV-lərin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu
prosesində onların mühüm rolunu nəzərə almaqla, fikir, söz və mətbuat azadlığını inkişaf
etdirmək, KİV-lərin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmil-
ləşdirmək, informasiya sektorunda yeni informasiya, kommunikasiya texnologiyalarının
tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli əməkdaşlığı gücləndirmək
və sairdir. Fondun əsas vəzifəsi söz və məlumat azadlığının təmin edilməsini, KİV-lərin
inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş müddəaların həyata keçirilməsini, habelə KİV-
lərin proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdən ibarətdir. 2009-cu ildə
Fond üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən 1,3 milyon manat vəsait ayrıl-
mışdır. 2010-cu ilin büdcəsində bu vəsait 2 milyon manata kimi artırılmış, 2011-2013-cü
illərdə də artırılmış və gələcəkdə də bu vəsaitin davamlı şəkildə artırılması nəzərdə tutulur.
«Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Konsepsiyası»nın qəbulunda əsas məqsəd vətəndaş cəmiyyəti quruculuğu
prosesində fikir, söz, mətbuat azadlığının inkişafını, KİV-lərin müstəqilliyini təmin
etməkdir. Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-lərin inkişafına Dövlət
232 Müasir dövr
Tarix və onun problemləri,
№ 3 2013
Dəstəyi Fondunun yaradılması demokratiyanın əsas tələbləri olan mətbuatın müstəqil-
liyinin təminatına, maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqəti artırır.
AR-nın Konstitusiyasında beynəlxalq hüquq sənədlərindən fərqli olaraq, fikir azadlığı,
vicdan və din azadlığı ilə deyil, söz azadlığı ilə bir maddədə verilmişdir. Söz azadlığı isə
beynəlxalq hüquqi sənədlərdə ayrıca maddədə təsbit edilib. Konvensiyanın mətnini hazırlayan
mütəxəssislər hər kəsin öz fikrində qalmaq hüququnu belə fikri ifadə etmək hüququndan
fərqləndirmişlər. Onların fikrinə görə həmin hüquqlar müxtəlif xarakter daşıyır. Belə ki, "əgər
öz fikrinə malik olmaq azadlığı (fikir azadlığı) hər kəsin həyatının mənəvi tərəfinə aiddirsə,
həmin fikirləri ifadə etmək azadlığı isə (söz azadlığı) hər kəsin həyatının içtimai tərəfinə
aiddir". Milli qanunvericilikdə isə bu, yəqin ki, fikir azadlığını söz azadlığına daha yaxın
olduğu qənaətinə gəldiklərinə görə, onları bir maddədə əhatə etmişlər.
Konvensiyanın 10-cu Maddəsinin təminatı altına düşən hüquqlar Konstitusiyanın 47 və
50-ci Maddələrində təsbit edilmişdir. Söz azadlığı 47-ci maddənin 1-ci hissəsində, mətbuat
azadlığı 50-ci Maddənin 2-ci hissəsində, məlumat almaq və yaymaq hüququ isə 50-ci
Maddənin 1-ci hissəsində verilmişdir. Konstitusiya eyni zamanda irqi, milli, dini, sosial ədavət
və düşmənçilik oyadan təşviqat və təbliрatı qadağan edir (47-ci Maddənin 3-cü hissəsi).
Konstitusiya ilə kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası
qadağan edilmişdir (50-ci Maddənin 2-ci hissəsi). Bu məsələlər söz azadlığının əhatə dairəsi
haqqında aydın təsəvvür yaradır. Bununla yanaşı ayrı-ayrı elementlərin təhlili zamanı
Məhkəmə təcrübəsinə istinad etmək zəruri hesab edilməlidir.
Ölkəmizdə mətbuat azadlığı və informasiya əldə etmək hüquqları ilə bağlı milli
qanunvericiliyimiz Avropa Konvensiyasına uyğunlaşdırılmışdır. 2009-cu ildə Konstitusi-
yaya referendum yolu ilə yeni əlavələr və dəyişikliklər edildi. Bu dəyişikliklərin bir hissəsi
mətbuat azadlığı ilə bağlıdır.
Məlumat azadlığı qarşı tərəfin də hüquqlarına hörmətlə yanaşılmasını tələb edir.
Məsələn, Konstitusiyanın 50-ci maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin kütləvi
informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl
gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. “Məlu-
mat azadlığı haqqında” qanunun 1-ci maddəsinə görə, hər kəsin istədiyi məlumatı qanuni
yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. 5-ci maddədə isə
məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri müəyyən edilmişdir. Bu
prinsiplər məlumat azadlığının təmin edilməsi; məlumatın açıqlığı və onun mübadisinin
azadlığı; məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi; məlumatın axtarılması, əldə edil-
məsi, istifadə olunması, yayılması və qorunmasının qanuniliyi və sairdir.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci mad-
dəsi məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq
cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi
əsaslarını müəyyənləşdirir, eləcə də ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar
tərəfindən nəzarət olunmasına şərait yaradır. “Kütləvi informasiya vasitələri haqqında” Qa-
nunun ilk maddəsində isə deyilir: “Azərbaycan Respublikasında kütləvi informasiya azad-
dır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə
etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat
verilməsinə əsaslanır. Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, on-
lardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi,
hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi infor-
Müasir dövr 233
Tarix və onun problemləri,
№ 3 2013
masiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdud-
laşdırıla bilməz.
Konstitusiyanın 32-ci maddəsinə edilən əlavəyə görə, qanunla müəyyən edilmiş hallar
istisna olmaqla heç kəs video çəkilişinə, səz yazısına və digər bu cür hərəkətlərə məruz qoyula
bilməz . Hüquqi baxımdan bu əlavə, yəni icazə almadan video, foto səkiliş işinə məhdudiyyət
qoyulması konstitusiyanın 32-ci maddəsində təsbit olunmuş, yəni əvvəlki ikinci bənddə təsdiq
olunmuş şəxsi və ailə həyatına hörmət edilməsi hüququnun beynəlxalq səviyyədə tanınmış
məzmunundan irəli gəldiyi ilə izah olunur. Əsas Qanuna edilən bu dəyişiklik müvafiq qa-
nunlarda da (“Mətbuat azadlığı haqqında”, “Qanuni əməliyyat-axtarış fəaliyyəti haqqında”
və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”) öz əksini tapdı.
AR Prezidenti Administrasiyasının rəhbəri, akademik R.Mehdiyevin ictimaiyyət
tərəfindən böyük rəğbətlə qarşılanan «Azərbaycanın efir məkanı: problemlər və vəzifələr»
məqaləsində Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, qarşıda duran vəzifələr,
mövcud problemlərin həlli yolları təhlil edilir. Belə bir fikir önə çəkilir ki, ictimai fikrə
təsir imkanları geniş olan kütləvi informasiya vasitələri ana dilinin inkişafı, milli adət-
ənənələrimizin qorunub saxlanılması, ictimai şüurun və beynəlxalq aləmdə ölkə haqqında
təsəvvürün formalaşması istiqamətində səylərini daha da artırmalıdır (2, 2).
Avropa Şurası qarşısında götürülmüş öhdəliyə uyğun olaraq, 2005-ci ilin 29 avqust
tarixində Azərbaycanda ictimai televiziyanın fəaliyyətə başlamasını da müstəqil dövləti-
mizin söz və mətbuat azadlığı, plüralizm ənənələrinin inkişafı istiqamətində qazandığı ən
mühüm nailiyyətlərdən biri kimi xüsusi vurğulamalıyıq. Bütün demokratik cəmiyyətlərdə
ictimai televiziya və radionun mövcudluğu demokratiyanın inkişaf səviyyəsinin zəruri
meyarı kimi qəbul olunur. Avropanın həm Qərb, həm də sosialist düşərgəsindən çıxmış
ölkələrində ictimai televiziya fəaliyyət göstərir. İctimai yayımın əsas məqsədi cəmiyyətin
bütün sosial təbəqələrinin mənafeyini obyektiv, tarazlı və qərəzsiz əks etdirmək, habelə
müxtəlif sahələrdə maarifləndirmə aparmaqdır. Məlumdur ki, özəl televiziyaların konkret
məqsədi müəyyən kommersiya fəaliyyətini genişləndirmək və gəlir əldə etməkdir. Dövlət
televiziyasının məqsədi isə dövlətin qərarlarını, siyasətini təbliğ etmək, dövlət orqanlarının
fəaliyyətini işıqlandırmaqdır. Cəmiyyətə isə elə bir yayım forması lazımdır ki, orada tam
neytral, liberal, siyasi oriyentasiyadan azad verilişlər nümayiş olunsun. İctimai televiziya
da məhz belə KİV olmaqla, ictimai fikir və düşüncəni özündə əks etdirir.
Ümumiyyətlə, televiziya plüralizmin tətbiqinə daha çox imkan yaradan bir vasitədir.
Bu da, əsasən, informasiya ilə yerinə yetirilir. Elə ona görədir ki, “televiziyanın ictimai
funksiyaları arasında informasiyanın önə çıxmasının bu vasitənin məlumatlandırma işində
böyük yeri” (3, 13) olduğunu bütün nəzəriyyəçilər qəbul edir. Bu funksiyanı ictimai
teleradio daha müstəqil həyata keçirir. Avropa Şurası ictimai teleradionun mahiyyətini izah
edərək göstərir ki:
“Bu televiziya cəmiyyət üçün nəzərdə tutulur; bu televiziyanı cəmiyyət maliyyələş-
dirir; bu televiziyaya cəmiyyət nəzarət edir” (4, 109).
Aydındır ki, “demokratik dəyərləri yalnız müstəqil, azad jurnalistika formalaşdırır”.
Azad jurnalistika sistemində ictimai teleradio ilkin yer tutur. “Son illərdə davamlı inqilabi
sıçrayış prosesi yaşayan televiziya sistemində”ictimai televiziyanın əvəzsiz rolu onun
müstəqilliyi ilə də izah edilir.
İstər dövlətin media siyasəti, istər Azərbaycan Respublikası Prezidenti Yanında
KİVİDDF-nin, istərsə də Azərbaycan MŞ-nin fəaliyyəti daha ciddi uğurlara imza
atılacağından xəbər verir. Mövcud istiqamətdə həyata keçirilən kompleks fəaliyyət daha tutarlı
234 Müasir dövr
Tarix və onun problemləri,
№ 3 2013
nəticələr əldə etməyə imkan verəcək. Ölkəmizin sürətlə inkişaf etdiyi, cəmiyyət həyatının
bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin qarşısında yeni
vəzifələr dayanır. Azərbaycan mətbuatı da bu vəzifələri dövlətin yüksək səviyyədə diqqət və
qayğısı nəticəsində ardıcıl olaraq yerinə yetirir. Mətbuatın maddi-texniki bazasının
möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi prioritet məsələlərdəndir. 2010-
2011-ci illərdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu aparıcı KİV-lərə
maliyyə yardımları ayırdı. Şübhəsiz ki, bu, media orqanlarının fəaliyyətinə çox müsbət təsir
göstərdi. Reallaşdırılan tədbirlərin növbəti illərdə də davam etdirilməsi mövcud nəticənin
qazanılmasına kömək edəcək, bunun üçün münbit zəmin formalaşdıracaq.
Kütləvi informasiya vasitələri hakimiyyət strukturları ilə bilavasitə bağlıdır və bunlar
bir-birilə qarşılıqlı əlaqə kəsb edir. KİV siyasətin ayrılmaz tərkib hissəsidir. İctimai fəaliyyətin
digər növləri ilə müqayisədə siyasət xüsusi məlumat mübadiləsi vasitələrinə daha çox ehtiyac
duyur. Belə ki, iqtisadiyyat bazar tənzimləməsi zəminində adamların qarşılıqlı fəaliyyətinin
bilavasitə formaları əsasında fəaliyyət göstərə bilir. Siyasət isə ünsiyyətin dolayı formaları və
hakimiyyət, daşıyıcıları arasında xüsusi əlaqə vasitələri olmadan mümkün deyildir. Bu hər
şeydən əvvəl, siyasətın təbiəti ilə bağlıdır. Adamların ixtisaslaşdırılmış ünsiyyət formaları
qrup məqsədlərinin və mənafelərinin reallaşdırılması baxımdan zəruridir.
İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyəti narahat edən problemlərin
çevik diskussiya, polemika və müzakirələr yolu ilə həllində İctimai Televiziyanın rolu bö-
yükdür. İctimai Televiziyanın proqramları cəmiyyətin bütün üzvlərinin istiqamətlənməsinə
xidmət edir, onların sosial birliyinə şərait yaradır, bütün fərdlərin, qrupların və icmaların
inteqrasiyasına təkan verir. İctimai Televiziya qərəzsiz və müstəqil informasiya yayımını
təmin edir. Cəmiyyətdə özünü göstərən etnik və mədəni müxtəliflik məqamları ilə bağlı
qarşılıqlı anlaşma və tolerantlığa nail olmaq məqsədilə çeşidli fəlsəfi ideyaların və dini
etiqadların əks etdirilməsinə çalışır. İctimai Televiziyanın proqramları müxtəlif milli və
Avropa mədəni dəyərlərinin qavranılmasına və qiymətləndirilməsinə kömək göstərir. Par-
lament seçkiləri ərəfəsində yeni müstəqil elektron kütləvi informasiya vasitəsinin fəaliy-
yətə başlaması ölkədə siyasi plüralizmin dərinləşdirilməsi prosesinə xidmət etməklə yana-
şı, insanların seçim imkanlarını da genişləndirdi. Adətən, seçkilərlə bağlı siyasi ehtirasların
qızışması mətbuata müəyyən problemlər yaratsa da, 2005-ci ilin parlament seçkiləri
kampaniyası dövründə Azərbaycanda nəşr olunan kütləvi informasiya vasitələri hansısa
ciddi əngəllərlə üzləşmədilər. Əksinə, respublikada söz və mətbuat azadlığının yüksək
səviyyədə təmin olunması mətbuata kampaniyanı əvvəldən axıradək izləməyə, uğurlarla
yanaşı, nöqsan və çatışmazlıqları da göstərməyə imkan yaratdı. Azərbaycan Prezidenti
cənab İlham Əliyevin seçkilərlə bağlı imzaladığı 11 may və 25 oktyabr tarixli sərəncamları
kütləvi informasiya vasitələrinin fəaliyyətinə münbit zəmin formalaşdırdı. Seçkiqabağı
təşviqat kampaniyasının yaratdığı imkandan yararlanan nüfuzlu qəzet və televiziyalar
reklam hüququ ilə deputatlığa namizədlərin çıxışlarına geniş yer verdilər – bu, onların
maddi vəziyyətinə də müsbət təsir göstərdi. Bir sözlə, parlament seçkiləri kampaniyası öz
demokratikliyi ilə ölkədə söz və mətbuat azadlığının inkişafına da mühüm töhfə oldu.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə azad sözün, mətbuatın qarantı
kimi çıxış edir və bunu əməli işi ilə təsdiqləyir. Cənab İlham Əliyev hər zaman bildirir ki,
siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq hər bir jurnalist və mətbuat işçisinin
hüquqları dövlət tərəfindən qorunur. Bütün bu və digər problemlərə rəğmən, Azərbaycan
mətbuatının perspektivi ilə bağlı düşüncələr yetərincə ürəkaçan mənzərə yaradır.
Müasir dövr 235
Tarix və onun problemləri,
№ 3 2013
Son 10 ildə həyata keçirilən islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və
mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə
edilə bilər. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini
azad ifadə etməsinə bütün hüquqi imkanlar yaradılıb. 2003-cü ildə xalqın iradəsi ilə
prezident seçilərək səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev respublikada
söz və mətbuat azadlığını demokratiyanın fundamental prinsipi kimi qəbul edir. Dövlət
başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni za-
manda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. 2005-ci
ildə Azərbaycan Prezidentinin milli mətbuatın yaranmasının 130-cu ildönümünün qeyd
olunması ilə bağlı xüsusi fərman imzalaması da bunun əyani ifadəsi oldu. Bu, eyni
zamanda, ölkədə söz və mətbuat azadlığına dövlət başçısı səviyyəsində verilən yüksək
təminat idi. 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi
haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Küt-
ləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imza-
layan cənab İlham Əliyev jurnalistlərin əməyinə yüksək qiymət verdiyini, onlara arxa, da-
yaq olduğunu əməli şəkildə sübuta yetirdi. Bu sərəncamlar əsasında milli mətbuatın ilk
qaranquşu olan “Əkinçi” qəzetinin 130 illik yubileyi respublikanın bütün bölgələrində yük-
sək səviyyədə qeyd olundu, jurnalistlər mükafatlandırıldı, onlara fəxri adlar, habelə Pre-
zident təqaüdləri verildi. 20-yə yaxın qəzetə dövlət büdcəsindən pul vəsaiti ayrılması da
ölkə başçısının mətbuata bayram sovqatı oldu. İyulun 21-də “Gülüstan” sarayında keçirilən
təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat
azadlığının inkişafında maraqlı olduğunu, bunun üçün üzərinə düşən bütün vəzifələri
həyata keçirəcəyini növbəti dəfə bəyan etdi. Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan və
2001-ci ildə müəyyən dövrə qədər dondurulan borclarının dövlət büdcəsindən ödənməsi
barədə Azərbaycan Prezidentinin 2006-cı ilin əvvəlində imzaladığı sərəncam da dövlət
rəhbərinin milli mətbuatın, mətbuat azadlığının inkişafı ilə bağlı öz bəyanatlarına sadiq-
liyinin daha bir göstəricisidir.
Beləliklə, etiraf olunmalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbər-
liyi ilə aparılan hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesi-
nin ayrılmaz tərkib hissələrindən biri də məhz bu sahədə liberallığın maksimum təmin edil-
məsindən ibarətdir. Təsadüfi deyil ki, söz və mətbuat azadlığı AR qanunlarında fundamen-
tal insan hüquqları sırasında təsbitlənib. 15 oktyabr 2003-cü ildə İlham Əliyevin Prezident
seçilməsi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, söz və mətbuat azadlığı sa-
həsində də geniş perspektivlər açılıb. Mətbuatın demokratik keyfiyyətləri daha qabarıq
şəkildə özünü büruzə verir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş
cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin
edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmaqdadır.
Azərbaycanda Qərb standartlarına cavab verən KİV-nin mövcudluğu bu reallığın nəticəsi
olaraq qiymətləndirilə bilər.
«Mən bu fikirdəyəm ki, ölkəmizin davamlı və uzunmüddətli inkişafı, bütün digər
cəhətlərlə yanaşı, ilk növbədə, demokratiyanın inkişaf səviyyəsindən və hər bir vətəndaşın
hüquq və azadlıqlarının təmin edilməsindən asılıdır» söyləyən Prezident İlham Əliyev öl-
kədə insan hüquqlarının, söz, mətbuat, vicdan azadlığının qorunmasına xüsusi diqqət və
qayğı ilə yanaşır. Son illər ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərinin de-
mokratiyanın tələblərinə tam uyğun gəldiyi beynəlxalq aləmdə təqdir olunur. Seçki prak-
236 Müasir dövr
Tarix və onun problemləri,
№ 3 2013
tikasının təkmilləşdirilməsinə dair sərəncamları ilə siyasi kampaniyalar zamanı obyektivli-
yin, şəffaflığın təminatına nəzarəti gücləndirən Prezident İlham Əliyevin qətiyyətinin
nəticəsi olaraq «exit-poll» təcrübəsi Azərbaycanda ilk dəfə tətbiq olundu. Xalqın ümumi
rəyinin ifadəsi olan səsvermənin nəticələrinin «exit-poll»un nəticələri ilə eynilik təşkil
etməsini demokratiyanın təntənəsi adlandıran beynəlxalq müşahidəçilər Azərbaycan
təcrübəsini digər dövlətlər üçün nümunə göstərirlər. Seçkilərin şəffaflığının təmin edilməsi
məqsədilə barmağın rəngsiz mürəkkəbə boyanması, seçki məntəqələrində veb-kameraların
quraşdırılması da təqdir olunur. Bu fikir xüsusi vurğulanır ki, Azərbaycan demokratik
seçki keçirməyə qadirdir. Seçki Məcəlləsində mütəmadi olaraq yeniliklərin öz əksini tap-
ması üçün əlavə və dəyişikliklərin edilməsi, seçki praktikasının təkmilləşdirilməsinə dair
sərəncamların imzalanması buna bariz nümunə kimi göstərilir. Sonuncu keçirilən bələ-
diyyə seçkiləri ölkəmizin demokratik inkişaf yolunda növbəti addımı kimi dəyərləndirildi.
Sonuncu referendumda Konstitusiyaya edilən əlavə və dəyişikliklərin böyük əksə-
riyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bu dəyişikliklərə əsasən,
insan hüquqlarının qorunmasının yeni mexanizmləri müəyyənləşdirilir.
Cənab İlham Əliyevin demokratik dəyərlərin inkişafı istiqamətindəki böyük dəyər
kəsb edən fəaliyyəti haqqında tarix elmləri doktoru, professor Əli Həsənovun fikirləri də
çox maraqlıdır: “Azərbaycanda demokratiyanın inkişafı əsas insan hüquq və azadlıqlarının
qorunması, siyasi plüralizmin, söz və ifadə azadlığının təmin olunması Prezident kimi
cənab İlham Əliyevin faəliyyətində mühüm yer tutur. Onun dövlət başçısı kimi fəaliy-
yətinin üç ili müddətində bu sahədə qəbul edilmiş qərarlar özünün ardıcıllığı ilə, yeniliyi
və cəsarətliliyi ilə seçilir. Prezident demokratiyanı birinci növbədə iqtisadi azadlıq,
mülkiyyət toxunulmazlığı, məhkəmələrin müstəqilliyi kimi qəbul edir...” (5, 71-72).
Demokratik prinsiplər, plüralist dəyərlər donuq, eyni vəziyyətdə qalan anlayışlar
olmayıb daim təkmilləşməyə, yeniliyə meyilli olurlar. Odur ki, Azərbaycanda qərarlaşan
demokratik dəyərlər tədricən təkmilləşərək yeni keyfiyyətdə təzahür edir. Əsas cəhət isə,
demokratik dəyərlərin təşəkkülü və təkmilləşməsi üçün kifayət qədər əlverişli mühitin
yaradılmalıdır.Beləliklə, demokratik dövlət quruculuğu ölkədə demokratik dəyərlərin geniş
tətbiq olunmasını tələb edir.
Müasir dövr informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlamətdar-
dır. Avropaya inteqrasiya siyasəti həyata keçirən Azərbaycan dünyanın ən qabaqcıl ölkələ-
rinin bu və ya digər sahələrdə əldə etdiyi təcrübəni öyrənməyə, onu tətbiq etməyə çalışır.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq təşkilatlara üzvlüyə daxil olmanın məcburi
deyil, könüllü olduğunu və bunun səbəbini Azərbaycanda olan meyarların dünyanın ən qa-
baqcıl ölkələrinin meyarlarına uyğunlaşa bilməsi ilə izah edir. Azərbaycanın 2001-ci il
yanvarın 17-də demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tam-
hüquqlu üzv qəbul olunması bir daha Azərbaycan dövlətinin sivil dəyərlərə hörmətlə
yanaşmasını, bunu sözdə deyil, əməli işdə sübut etməsini təsdiqləyir.
Bütünlükdə İlham Əliyevin davam edən prezidentliyi müddətində mətbuatın azad
fəaliyyətinə siyasi-hüquqi təminatı təhlil edərkən belə qənaətə gəlmək olur ki, dövlətin
informasiya siyasətinin həyata keçirilməsində əsas məqsədinə ilk növbədə KİV-lərin və
İnternetin əhalini, sosial institutları və dövləti obyektiv məlumatlandırma funksiyasını effektiv
yerinə yetirə bilən; tərbiyəvi və maarifləndirici proqramları reallaşdıran; ictimai-siyasi
qüvvələr üçün inteqrasiya və səfərbərlik olan; dövlət hakimiyyətinin fəaliyyətinə effektiv
nəzarət məsələsini yerinə yetirən hüquqi, siyasi, iqtisadi, mədəni və texnoloji institutların
yaradılması aiddir.
Müasir dövr 237
Tarix və onun problemləri,
№ 3 2013
Söz azadlığı və informasiya hüquq siyasətində milli maraqlar arasında harmoniya
axtarışı müxtəlif texnologiyaların və müasir media söz azadlığının hüquqi tənzimlənməsinə
səmərəli yanaşmanın institusional təhlilini nəzərdə tutur.
ƏDƏBİYYAT
1.
Mətbuat qanunvericiliyi və təcrübə. Bakı: Hüquq maarifçiliyi cəmiyyəti,
2001, 684 s.
2.
Mehdiyev R. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr
“Azərbaycan” qəzeti, 1 oktyabr, 2009
3.
Əliyev Ə. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Bakı: Azərbaycan
Hüquqşünaslar Assosiasiyası, 2009, 490 s.
4.
Mehdiyev R. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi / red.: İ. Vəliyev, K.
Muxtarov. Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001, 276 s.
5.
İlham Əliyev. İqtibaslar və təhlil / Elmi redaktor və ön sözün müəllifi fəlsəfə
elmləri doktoru, prof. R.Mehdiyev. Bakı: “Azərbaycan”, 2006, 328 s.
ВУГАР РАГИМЗАДЕ
Доктор философии по политическим наукам
ПОЛИТИКО-ПРАВОВОЕ ОБЕСПЕЧЕНИЕ
СВОБОДНОЙ ДЕЯТЕЛЬНОСТИ ПРЕССЫ
В статье указывается что, информационная политика государства направлена на
последовательное и полное обеспечение свободы слова, мысли и информации, права
граждан на получение информации, отраженных в Конституции Азербайджанской Рес-
публики.Анализируя политико-правовое обеспечение свободной деятельности прессы в
современный период можно прийти к такому заключению, что к основным целям в
осуществлении информационной политики государства в первую очередь относится
создание юридических, политических, экономических, культурных и технологических
институтов, способных эффективно выполнить функцию СМИ и Интернета объективно
информироватьнаселение, социальные институты и государство; реализующих
воспитательные и просветительские программы; являющихся интеграцией и мобилиза-
цией для общественно-политических сил; выполняющих вопросы эффективного
контроля за деятельностью государственной власти.
VUGAR RAHIMZADE
Ph.D. on Political Sciences
POLITICAL AND LEGAL SECURITY OF THE FREE PRESS
The article points out that the information policy of state aimed at ensuring consistent
and complete freedom of speech, thought and information, the right citizens to obtain
information, as reflected in the Constitution of the Republic of Azerbaijan. Analyzing the
political and legal security of a free press in the modern period can come to the conclusion
238 Müasir dövr
Tarix və onun problemləri,
№ 3 2013
that the main objectives in the implementation of the national policy in the first place are the
creation of legal, political, economic, cultural and technological institutions that can
effectively perform the function of the mass media and the Internet objectively inform the
population, social institutions and the State; implement educational and awareness programs;
to beintegrated and mobilized for social and political forces; to perform effective control over
the activities of the government.
Rəyçilər: s.e.d.G.İbrahimova, , t.e.d.A.C.İsgəndərov
Bakı Dövlət Universiteti “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının
25.04.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №07).
Dostları ilə paylaş: |