İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36
www.jpit.az 29
UOT 004.89
Ə
liquliyev R.M.
1
, Qasımova R.T.
2
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
1
director@iit.ab.az
,
2
depart1@iit.ab.az
MİLLİ DOMEN ADLARI
İ
NTELLEKTUAL ANALİZ SİSTEMİNİN YARADILMASI
Məqalə Azərbaycan Respublikasının maraqları ilə bağlı intellektual domen adları sisteminin
yaradılması məsələsinə həsr olunub. Bu sahədə mövcud vəziyyət və problemlər araşdırılıb,
qərarların qəbulunu dəstəkləyən intellektual analiz sisteminin yaradılmasının zəruriliyi
əsaslandırılıb. İntellektual sistemin arxitektur sxemi işlənilib və onun reallaşdırılması məsələsi
şərh edilib.
Açar sözlər: domen, domen adları sistemi, inzibatçı, qeydiyyatçı, reqistrant, klasterləşdirmə,
kateqoriya verilənləri, verilənlər xəzinəsi, verilənlərin intellektual analizi.
Giriş
İnformasiya
texnologiyaları
(İT)
sahəsinin
hazırda
ən
sürətli
inkişaf
edən
istiqamətlərindən biri İnternetdir. İnternet şəbəkəsinə qoşulan istənilən kompyuter müəyyən
rəqəmlər yığımını əks etdirən unikal kodla identifikasiya olunur. Özünün texniki mahiyyətinə
görə belə kod verilən kompyuterin IP-ünvanını təşkil edir. Şəbəkə istifadəçilərinə İnternetdəki
kompyuterlərin ünvanlarını IP-ünvanla ifadə edərək əməliyyat aparmaq, rəqəmləri yadda
saxlamaq çətin olduğundan, yaradılmış domen adları sistemi (Domain Name System, DNS)
İnternet infrastrukturunun ən mühüm komponentlərindən biridir. Domen (ingilis dilində
“domain” sözü latın dilində sahib olma, malik olma mənasını verən “dominium” sözündən əmələ
gəlmişdir) İnternetin məntiqi səviyyəsidir. Domen adları nöqtələrlə ayrılmış simvol sahələrindən
ibarətdir, məsələn,www.ict.az [1].
İT-nin sürətli inkişafı DNS sahəsində də bir çox problemlərin yaranmasına səbəb
olmuşdur. Problemlərin həllinə hüquqi, texniki, təhlükəsizlik və s. istiqamətlərdə müxtəlif
yanaşmalar mövcuddur. Domen adlarının hüquqi problemləri istiqamətində aparılan araşdırmalar
göstərir ki, domen adları üzrə mübahisələr əmtəə nişanına, firma adına olan hüququn pozulması
hallarında baş verir [2]. Belə problemlərlə ilk olaraq 1995-ci ildən ABŞ məhkəməsi, bir az sonra
Qərbi Avropa məhkəmə orqanları, 1999-cu ildən isə Rusiya Federasiyasının Arbitraj
məhkəmələri və ümumi hüquqi məhkəmələr qarşılaşdılar. Bu illər ərzində predmeti domen adı
olan mübahisələr üzrə çoxlu sayda məhkəmə qərarları çıxarılmışdır [3]. Bir çox xarici alimlərin
tədqiqat işlərinin hüquqi-nəzəri əsasını intellektual mülkiyyət sahəsində olan problemlər təşkil
edir. Bu məqsədlə aparılan tədqiqatlarda domen adlarının xüsusiyyətləri analiz edilmiş, domen
adları və əmtəə nişanları sahibkarları arasında yaranan mübahisələrin yaranma səbəbləri aşkar
edilmiş, belə mübahisələrin həll edilməsi yolları göstərilmişdir. Eyni zamanda, domeni istifadə
etməyə hüququ olan və ya olmayan domen adları sahibləri tədqiq edilmişdir [4-6]. Lakin hələ də
domen adına müstəsna hüququ tanıdan xüsusi qanunvericiliyin olmaması mühüm problem olaraq
qalmaqdadır.
Hazırda aparılan elmi-tədqiqat işlərinin əksəriyyəti DNS-də təhlükəsizlik probleminin
aşkarlanmasına yönəlmişdir. Bu işlərdə DNS-serverlərin yüklənməsinin qarşısının alınması
yolları göstərilmiş, DNS-ə olan hücumların metodları təhlil edilmiş, müasir müdafiə
texnologiyaları araşdırılmış və konsepsiyalar işlənmişdir [7]. Elmi-texniki ədəbiyyatın analizi
göstərir ki, hazırda sayt haqqında DNS-in saxtalaşdırılmış cavabları ilə mübarizə aparmağa
imkan verən təsirli tədbirlər görülməmişdir. Lakin saxtalaşdırmanın qarşısını almaq üçün
metodlardan biri kimi DNS Təhlükəsizliyinin Təkmilləşdirilməsi (DNS Security Extensions,
DNSSEC) texnoloji təşəbbüsü hesab edilmişdir. Konseptual elmi-praktiki işlər içərisində DNS
İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36
30 www.jpit.az
verilənlərini fasiləsiz qorumaq üçün müasir təhlükəsizlik sisteminin (DNSSEC) standart
yanaşması olan kriptoqrafik mexanizmlərdən (elektron imza) istifadə məsələsinin aktuallığı
göstərilmiş və ən çox istifadə olunan hücum metodlarının statistikası verilmişdir [8, 9]. Lakin
istismar baxımından DNSSEC-in həyata keçirilməsində bəzi həll edilməmiş problemlər də
mövcuddur.
Virtual məkanda domen adlarının zəbt edilməsi problem olaraq qalmaqdadır. Domen adı
mülkiyyət hüququnun obyekti deyil və alqı-satqı müqaviləsinin obyekti ola bilməz, domenin
başqa fiziki və ya hüquqi şəxsə keçməsi yalnız sifarişçinın yazılı müraciəti əsasında həyata
keçirilməlidir. İnternetin kütləviliyinin artması ilə ünvanlarla əlaqədar alver və sui-istifadələrin
sayı çoxalmışdır. [10
−
12]-də bu problemin həlli üçün mexanizmlər işlənmiş və vasitələr təqdim
edilmiş, eyni zamanda prinsipial xüsusiyyətlər göstərilmişdir.
Təhlillər göstərir ki, domen adlarının ilkin təyinatı İnternet mühitində ünvanlaşdırma
atributu, əmtəə nişanlarının, şirkət və digər qurumların adlarının daşıyıcısı olmasına
baxmayaraq, bu gün qeyri-sağlam, ədalətsiz rəqabət vasitəsinə çevrilmişdir. Bu məqsədlə
aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycana mənsub olan bəzi
coğrafi adları, tarixi, mədəni və digər dəyərləri özündə əks etdirən domen adları müxtəlif
ölkələrdə yaşayan xarici vətəndaşlar tərəfindən qeydiyyatdan keçirilmişdir (www.azerbaijan.tv,
www.azer.info,
www.baku.net,
www.baku.su,
www.nakhchivan.net,
www.sumqait.net,
www.aghdam.com və s.).
Domen adlarının xarici vətəndaşlar tərəfindən qeydiyyata alınmasının bir sıra səbəbləri
var. Birinci səbəb açıq ölkə kodlu domenlərlə (məsələn, *.ru, *.de, *.cn, *.tv, *.ws, *.cc və s.)
adların alınması və qeydiyyatdan keçirilməsi üçün, demək olar ki, heç bir məhdudiyyətin
olmamasıdır. Buna görə də informasiya müharibəsi (İM), qazanc əldə etmək və s. məqsədlərlə
nüfuzlu adamların adları, tarixi-mənəvi dəyərlər, coğrafi adlar, əmtəə nişanları, xidmət nişanları,
şirkət və digər qurumların adları və s.-dən istifadə etməklə domenlər yaradılır (www.baku.tv,
www.karabakh.us, www.baku.ru və s.). İkinci, yüksək səviyyəli ümumi domenlərin (*.com,
*.info, *.org, *biz, *.net və s.) açıq qeydiyyatındakı boşluqların olmasıdır. Buna görə də bəzi
şəxslər, dünyəvi dəyərləri, o cümlədən müxtəlif ölkələrə məxsus coğrafi adları, tarixi-mədəni
dəyərləri və həqiqətləri əks etdirən adlara sahib çıxaraq, onları müxtəlif məqsədlərlə (siyasi,
biznes
və
s.)
domen
adları
kimi
qeydiyyatdan
keçirirlər
(www.azerbaijan.com,
www.karabakh.com, www.karabakh.info, www.lachin.com, www.sumgait.info və s.). Bu da
nəinki Azərbaycan, eyni zamanda dünya ölkələri üçün də xarakterik məsələ olaraq ciddi
əhəmiyyət kəsb edir. Beləliklə, informasiya resurslarından və texnologiyalarından cinayət və
terror məqsədləri ilə istifadə etməyin qarşısının alınması, insan hüquqlarının qorunması,
informasiya sayəsində milli təhlükəsizliyin təminatı, fərdi məlumatların toxunulmazlığı və söz
azadlığı haqqında müddəalara əməl olunması İnternet məkanında qarşıya çıxan əsas
problemlərdəndir.
Yuxarıda qeyd olunan problemləri nəzərə alaraq DNS-serverlərdə yığılan domen adları
haqqında informasiya resurslarının elmi təhlilinin aparılması zəruridir. Domen adları
qeydiyyatdan keçərkən qeydiyyat haqqında məlumatlar (verilənlər) DNS-in reyestrində
yerləşdirilir. DNS-in reyestrində yerləşdirilmiş verilənlər qeydiyyatdan keçənlərin əsas
informasiya mənbəyidir. Aparılan araşdırmalar ona əsas verir ki, domen adları sahəsində mövcud
olan çatışmazlıqlar DNS-də toplanan qeydiyyat məlumatlarının təhlili əsasında daha dəqiq və
ətraflı informasiya (bilik) almaq ehtiyacını doğurur. Domen adları sahəsində olan əsas
çatışmazlıqlar kimi aşağıdakıları göstərmək olar:
– domen adı qeydiyyatının tənzimlənməsi sahəsində mövcud olan nöqsanlar;
– domen adlarının qeydiyyat prosesindəki şəffaflığın yetərincə olmaması;
– domen adları qeydiyyatçıları tərəfindən qeydiyyat qaydalarının pozulması;
– domen adının məsuliyyətsiz qeydiyyata alınması və istifadəsi;
İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36
www.jpit.az 31
–
domen adını zəbt edənlərə (kiberskvottinq, fişinq və s.) qarşı vahid siyasətin
işlənməməsi;
– domen adları qeydiyyatçılarının İP-ünvanlara, elektron poçta (e-mail), ünvana, ada,
soyada, yaşa, millətə, dövlətə, NS serverə, təşkilata və s. əlamətlərə görə dəqiq analizini
aparmağa imkan verən proqram vasitələrinin olmaması və s.
Bu problemlər bütövlükdə bütun İnternet şəbəkəsi üçün xarakterikdir. Onların həlli üçün
kompleks tədbirlərin görülməsinə ehtiyac vardır. Yuxarıda sadalanan çatışmazlıqlar nəzərə
alınmaqla virtual məkanda Azərbaycan həqiqətlərini, milli və mənəvi dəyərləri əks etdirən
domen adlarının artırılması, inkişaf etdirilməsi, onun xaricə axınının qarşısının alınması, domen
adlarının kiberskvotterlərdən qorunması, domen bazarının tənzimlənməsi, idarə edilməsi,
nəzarəti, veb-in monitorinqi və s. üçün, qeydiyyat məlumatlarının avtomatik təsnifatı, domen
adları sahiblərinin qruplaşdırılması, identifikasiyası istiqamətində intellektual analiz üsullarının
və alqoritmlərinin işlənməsi aktual məsələlərdən biridir.
Bu məsələlərin həll edilməsi respublikada informasiya cəmiyyətinin qurulmasını nəzərdə
tutan “Elektron Azərbaycan" dövlət proqramında da öz əksini tapmışdır. Proqramda nəzərdə
tutulan virtual məkanda Azərbaycan dilinin, əlifbasının, terminlərinin geniş tətbiq olunması və
qorunması, milli dəyərlərinin (tarixi, ərazisi, mədəniyyəti və s.) mühafizəsi, milli kontentin
formalaşdırılması və s. kimi qarşıya qoyulmuş məsələlər milli domen adları sistemi biliklər
bazasının yaradılmasını aktuallaşdırır.
Məsələnin qoyuluşu
Məqalədə Azərbaycan Respublikasının (AR) maraqları ilə bağlı domen adlarının qeydiyyat
məlumatları əsasında intellektual analiz sisteminin yaradılması məsələsinə baxılır. Bu məqsədlə
böyük həcmli informasiya resurslarının analizini həyata keçirən verilənlər xəzinəsi (VX),
operativ analitik emal, verilənlərin intellektual analizi konsepsiyaları araşdırılır.
İ
ntellektual milli domen adları sisteminin yaradılmasının əsas prinsipləri
Domen adlarının sürətli artımı, DNS-serverlərdə avtomatik olaraq böyük həcmli
informasiya massivlərinin yığılmasına səbəb olur. DNS milyardlarla sorğunu gündəlik emal edən
çox böyük paylanmış verilənlər bazasıdır (VB) [13]. DNS-serverlər müxtəlif zonalara məxsus
domen adların fəaliyyətini və idarə edilməsini birləşdirir. Onlar domen adları haqqında unikal
informasiya resurslarına malikdir. Qeyd etmək lazımdır ki, bu məlumatlar daim yenilənir, idarə
olunur və əlçatan edilir. Bu verilənlər müxtəlif tiplərdə (mətn, rəqəm, zaman, pul və s.) ola
bilərlər.
Bütün domen zonalarında domenlərin qeydiyyatı üçün (DNS-in reyestrinə daxil olan)
zəruri olan informasiyalar domen adı (domain), qeydiyyatçının identifikatoru (registrar), fiziki
şəxsin tam adı (person), fiziki şəxsin əlaqə ünvanı (address), domen inzibatçısının identifikatoru
(admin-o), təşkilatın adı (organization), domenin qeydiyyat tarixi (created), domenin yenilənmə
tarixi (updated), domenin azad olma tarixi (free-date), beynəlxalq və şəhər kodları ilə telefonlar
(phone), elektron poçt ünvanı (e-mail), domeni dəstəkləyən DNS-serverlərin siyahısı (nserver),
obyektin vəziyyəti (state), domenin tipi (type), informasiyanın mənbəyi (source), domenin
qeydiyyatı üçün pul ödənilmə tarixi (paid-till) və s.-dir. Təbii ki, müxtəlif DNS-serverlərdə
yığılmış bu cür verilənlərdə çox qiymətli informasiya istifadə olunmamış qalır. Bu informasiyanı
toplamaq və emal etmək tələb olunur. Milli domen adlarının monitorinqi problemlərinin
araşdırılması, qeydiyyatdan keçənlər və veb-saytlar haqqında analitik informasiyaların verilməsi
DNS-də toplanan qeydiyyat haqqındakı informasiyalardan istifadə etməklə aparıla bilər.
Virtual məkanda Azərbaycana aid domen adları ilə bağlı problemlərin mövcudluğu,
onların həlli üçün yeni mexanizmlərin işlənməsini tələb edir. AR-nın maraqlarına aid intellektual
domen adları sisteminin formalaşdırılması və onun əsasında uyğun elmi-analitik təhlillərin
aparılması zəruridir. Böyük həcmli informasiya massivlərindən yeni biliklərin əldə edilməsi
İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36
32 www.jpit.az
problemini asanlaşdırmaq üçün elmi üsulların və İT-nin tətbiqi bu gün üçün böyük əhəmiyyət
kəsb edir. Lakin mürəkkəb predmet sahələri fərdi yanaşma tələb edirlər, onları formalaşdırmaq
(riyazi təsvir etmək) çətin olur. Belə məsələlərin həlli üçün müasir analiz üsullarından və
biliklərin təsviri metodlarından istifadə edilir. Bunun üçün intellektual analiz sistemlərinin və ya
qərarların qəbul edilməsinə yardım sistemlərinin xüsusi proqram kompleksini işləyib hazırlamaq
məqsədəuyğundur.
Domen adlarının sayının kəskin artmasını nəzərə alaraq bazarın belə proqram məhsullarına
tələbatı çox böyükdür. Məqsəd qeydiyyat verilənlərini daha da səmərəli interpretasiya edən, gizli
bilikləri aşkarlayan, axtarışın keyfiyyəti və imkanları yüksək səviyyədə olan, funksional
imkanları artıran, qərarların qəbul edilməsini dəstəkləyən ümumi təyinatlı milli domen adları
intellektual analiz sistemini yaratmaqdır (MDAİAS). Bu cür analiz sisteminin yaradılması
qeydiyyat məlumatlarını effektiv analiz etməyə kömək edə bilər. Sistemin bu xüsusiyyəti domen
adlarının bir sıra məntiqi problemlərinin öhdəsindən gələ bilər. Məsələn, domen adlarında
toplanan qeydiyyat məlumatlarını analiz etməklə domen adı sahiblərini qruplaşdıra, kontentləri
analiz etməklə domen adının alınmasında qeydiyyatçıların məqsədlərini təhlil edə bilər. Digər
tərəfdən belə sistemlər Azərbaycana aid domen adlarının vəziyyətinin, domen adı sahibləri
arasındakı münasibətlərin, İnternetdə domen bazalarının cari vəziyyətinin və tendensiyasının
analizini sadələşdirər. Domen adlarının müxtəlif məqsədlərlə istifadəsini nəzərə alaraq
sistemdən, domen adı zəbt edənlərin aşkarlanmasında (kiberskvottinq, fişinq və s.) dövlətin
informasiya təhlükəsizliyinin təminatı məsələlərinin həllində və informasiya müharibəsinin
qarşısının alınması üçün mübarizə formalarının işlənməsində istifadə oluna bilər.
İnternetin doğurduğu hüquqi problemlər “domen” fəzasında da olduğu üçün domen
adlarının hüqüqi tənzimlənməsinə böyük ehtiyac vardır. Bunu nəzərə alaraq sistem domen adın
intellektual mülkiyyət sahiblərinə gətirdiyi yeni imkan və təhlükələri üzə çıxarmaqla, domen
adın qeydiyyatı sahəsində olan nöqsanları, boşluqları aşkarlamaqla qanunvericilik və
institusional islahatlar aparılmasına, qaydalarda düzəlişlərin, əlavələrin edilməsinə, normativ
hüquqi bazanın daha da təkmilləşdirilməsinə dəstək verə bilər. İnternet şəbəkəsində əmtəə nişanı
və domen adının hüquqi qarşılıqlı əlaqəsi ilə bağlı hüquqi norma və qaydaların, həmçinin onların
praktiki tətbiqinin analizini aparmasına da yardım etmiş olar. Bütün bunlar bu gün üçün aktual
olan problemlərin üzə çıxarılması, proqnozların verilməsi və daha düzgün qərarların qəbulu üçün
vacibdir.
Qərarların qəbul edilməsi zamanı xüsusi yeri predmet sahəsi (domen adı) haqqında biliklər
tutur. Qərarların qəbul edilməsi elmi üsullarla tamamlanmalı və onların köməyi ilə
genişləndirilməlidir. MDAİAS-ın yaradılması elmi-nəzəri təhlillər olmadan mümkün deyildir.
Qarşıya qoyulan məsələni nəzərə alaraq VB-yə yığılmış və analiz üçün hazırlanmış verilənlərin
tam, səmərəli istifadəsində müxtəlif analiz üsullarından istifadə etmək olar: VX (Data
Warehouse), operativ analitik emal (On-line Analytical Processing, OLAP), verilənlərin
intellektual analizi (VİA, ingilis dilində Data Mining). Bu konsepsiyalar böyük həcmli
informasiya resurslarının analizini həyata keçirmək üçün ən əlverişli vasitələrdir. VX –
idarəedici qərarların qəbul edilməsi prosesini dəstəkləyən, inteqrasiya olunan, sahə təmayüllü,
zamandan asılı olan istiqamətləndirici verilənlər yığımıdır. OLAP – idarəedici qərarların qəbul
edilməsini dəstəkləmək məqsədilə onlayn rejimdə verilənlərin operativ, analitik, çoxölçülü emalı
deməkdir. OLAP məhsulları vasitəsilə aparılan analizin digər analizlərdən əsas fərqi istifadə
olunan verilənlərin kub şəklində təsvir edilməsi və analizin aqreqatlar üzərində aparılmasıdır.
VİA verilənlərdə gizli qanunauyğunluqların axtarışına əsaslanan qərarların qəbul edilməsi
prosesidir [14, 15]. Biliklərin idarə edilməsi və əldə edilməsi məqsədi ilə VİA-dan istifadə
etməklə xam verilənlərdə (ingiliscə -raw data) əvvəl müəyyən olmayan, qeyri-trivial, praktiki
faydalı və insan fəaliyyətinin müxtəlif sahələrində qərarların qəbul edilməsi üçün lazım olan
bilikləri üzə çıxarmaq mümkündür.
Qeyd etmək lazımdır ki, domen adlarındakı qeydiyyat məlumatlarının intellektual
İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36
www.jpit.az 33
baxımdan analizi aparılmamışdır. Bu gün üçün populyar olan VB-dən biliklərin aşkarlanması
(Knowledge Discovery in Databases, KDD) metodlarından istifadə etməklə DNS-serverlərdəki
verilənləri avtomatik təsnifatlandırmaq olar. MDAİAS-ın konseptual modeli şəkil 1-də
göstərilmişdir.
Şəkil 1. Milli domen adları intellektual analiz sisteminin konseptual modeli
Verilənlər mənbəyi müxtəlif DNS-serverlərin VB-də toplanmış domen adları haqqında
qeydiyyat məlumatlarıdır. İlk olaraq paylanmış VB-dən AR-nın maraqlarına aid domen adlarını
milli domen adları VB-də toplamaq və verilənləri normallaşdırılmış şəklə gətirmək lazımdır.
Bunun üçün müxtəlif əməliyyat mənbələrindən (DNS-serverlərdən) VB-yə toplanmış operativ
verilənlər təmizlənir, inteqrasiya olunur və VX-nə yığılır. VX-də verilənlərin hazırlanması
texnologiyası bir-biri ilə əlaqəli üç mərhələdən ibarətdir:
1. Verilənlərin yığılması (Data Acquisition).
2. Verilənlərin təmizlənməsi (Data Cleaninq).
3. Verilənlərin aqreqatlaşdırılması (Data Consolidation).
Verilənlərin yığılması dedikdə, xarici mənbələrdən verilənlərin ötürülməsinin təşkili başa
düşülür. Hazır proqram məhsullarında bu proses qismən və ya təmamilə avtomatlaşdırılmışdır.
İlk növbədə, bu, VB-na malik interfeyslərə aiddir.
Verilənlərin təmizlənməsi mərhələsində VX-nə gətirilmiş verilənlər yoxlanılır, üzə çıxmış
səhvlər düzəldilir, yəni verilənlər təmizlənir. Bu halda verilənlərin modifikasiyası, “çirkli”
verilənlərin ləğvi, lazımsız dublikatların kənarlaşdırılması, nəzərdən qaçırılmış verilənlərin bərpa
edilməsi, verilənlərin eyni formata gətirilməsi, lazımsız simvolların silinməsi və verilənlərin
tipinin unifikasiyası, onların tamlığının yoxlanılması prosesi həyata keçirilir. VX qurulduqdan və
məsələnin həlli üçün qurulacaq modellərin tipi təyin olunduqdan sonra qarşıda bu modellər üçün
MİLLİ DOMEN
ADLARI
VB
İ
NTELLEKTUAL
ANALİZ BLOKU
VERİLƏNLƏR
XƏZİNƏSİ
Sorğular
Qaydalar,
qanunauyğunluqlar
Proqnozlar
Faktlar
Biliklər
2010
2005
2000
1996
Domen adlarının kök DNS-serverləri
İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36
34 www.jpit.az
verilənlərin seçilməsi məsələsi durur. Bu zaman bazada “üç ölçüdə”, yazıların, sahələrin sayına
görə və struktura uyğun dəyişmə baş verir.
Verilənlərin
aqreqatlaşdırılması
dedikdə,
mövcud
sahələr
əsasında
müxtəlif
münasibətlərin, intervalların, qiymətlərin (min, max, orta) əlavə edilməsi nəzərdə tutulur.
Xəzinənin aqreqatlaşmış verilənlərlə doldurulması zamanı verilənlərin tranzaksiyalı verilənlər
bazasından və metaverilənlərin müvafiq olaraq digər mənbələrdən seçilməsi təmin edilməlidir,
çünki aqreqatlaşma biznes-anlayışda baş verir. Məsələn, ‘‘axırıncı rübdə Y zonası üzrə X
domeninin satış həcmi’’ adlı aqreqatlaşdırılmış kəmiyyətdə verilmiş müəssisənin biznes-anlayışı
olan ‘‘domen ’’ və ‘‘zona’’ anlayışları vardır.
VX-nin digər xüsusiyyətlərindən biri verilənlərin xronologiyasını dəstəkləməsidir, yəni
verilənlər xronoloji olaraq strukturlaşdırılır, analiz və proqnozlaşdırmanın yerinə yetirilməsi
üçün kifayət olan tarix göstərilir. VX zaman keçdikcə yeniləşir. Bu z aman VX-nin qarşısına
yeni tələblər qoyulur. Ən kritik resurs vaxt hesab edilir. Qərarların qəbulunu dəstəkləyən sistemi
işləyib hazırlamağa başlayarkən kimin, harada, nə vaxt, niyə və necə qərar qəbul edəcəyi, tələb
olunan sahəyə necə təsir göstərəcəyi nəzərə alınır.
İntellektual analiz blokunda əvvəlcə verilənlərin klasterləşdirilməsi məsələsinə baxılır.
Domen adlarının qeydiyyat verilənləri əsasən kateqoriya verilənlərindən ibarət olduğuna görə
(onlar fəzada nizamlana bilmirlər) obyektlərin klasterləşdirilməsi üçün ənənəvi alqoritmləri
tətbiq etmək səmərəli deyildir. Klasterləşdirilmə – oxşar obyektlərin qruplarda birləşməsi,
verilənlərin analizi sahəsində və VİA-da fundamental məsələlərdən biridir. Müasir mərhələdə
klasterləşdirilmə verilənlərin analizində çox vaxt birinci addım kimi çıxış edir [16].
Verilənlər bazaları cədvəllərinin çox ölçülülüyü (min sahə) və böyük həcmi (yüz min və
milyon yazı), kateqoriya verilənləri arasında məsafənin hesablanması üçün metrikanın
verilməsinin mürəkkəbliyi, böyük yazı massivlərində alqoritmin hər iterasiyasında obyektlər
arasındakı məsafənin cüt-cüt müqayisəsi zamanı çox aşağı məhsuldarlıq, bəzən isə hətta tətbiq
oluna bilinməməsi kateqoriya verilənlərinin miqyaslanan klasterləşdirmə alqoritmlərinin
tətbiqini tələb edir [17].
İntellektual analiz blokunda ilkin addım kimi istənilən kateqoriya massivlərinin klasterlərə
bölünməsi nəzərdə tutulur. Klasterləşdirmə mərhələsi qurtardıqdan sonra klasterləşdirilmiş
qeydiyyat verilənlərinin intellektual analizinin həyata keçirilməsi mərhələsinə baxılır. Böyük
həcmli verilənlərdən avtomatik olaraq yeni qanunauyğunluqların tapılmasında VİA
metodlarından (assosativ qaydalar, qərarlar ağacı, produksion qaydalar, klasterləşmə, təsnifat və
s.) istifadə etməklə lazımi nəticələr almaq olar. VİA metodlarının çoxluğuna baxmayaraq,
prioritet tədricən daha çox If – Then qaydaları verilənlərində axtarışın məntiqi alqoritmlərinə
tərəf yönəlir. Onların köməyi ilə proqnozlaşdırma, təsnifat, obrazların tanınması, VB-nin
seqmentləşdirilməsi, verilənlərdə gizli biliklərin çıxarılması, verilənlərin interpretasiyası, VB-də
assosasiyaların qurulması və s. məsələləri həll etmək olar. Belə alqoritmlərin nəticələri
effektivdir və asan interpretasiya olunur.
Beləliklə, intellektual analiz domen sahəsində proqnozların, operativ, səmərəli, analitik
qərarların verilməsi, real vəziyyətin qiymətləndirilməsinə və s. kimi məsələlərin həllinə səbəb
ola bilər. Nəticədə, domen adlarının qeydiyyat məlumatlarının intellektual analizi əsasında
idarəedici qərarlar qəbul ediləcəkdir.
Nəticə
Məqalədə
AR-nın
maraqları
ilə
bağlı
intellektual
domen
adları
sisteminin
formalaşdırılması və onun əsasında uyğun elmi-nəzəri problemlərin araşdırılması üçün VİA
metodlarından istifadə etmək təklif olunub. VİA-nın metodlarından istifadə etməklə modellər
qurmaq və bunun əsasında verilənlər arasındakı gizli əlaqələri tapmaqla faydalı olan lazımi
bilikləri əldə etmək mümkündür.
İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36
www.jpit.az 35
Məqalədə domen adlarının böyük həcmli qeydiyyat verilənlərinin VX-də emalı, bu
verilənlərin klasterləşdirilməsi və yeni biliklərin əldə edilməsi metodları göstərilib. İşdə domen
adlarındakı qeydiyyat məlumatları əsasında statistik, analitik, intellektual, elmi-metodik
təhlillərin aparılması nəzərdə tutulur. Aparılmış araşdırmaların nəticələri əsasında domen adları
üzrə qərarların qəbul edilməsini dəstəkləyən intellektual analiz sisteminin yaradılması nəzərdə
tutulur.
Ə
dəbiyyat
1. Серго А.Г. Доменные имена. М:. «Бестселлер», 2006, 368 с.
2. Кравченко В. Домен – не адрес, а средство индивидуализации //Интеллектуальная
собственность, 2001, № 2, c. 66–70.
3. Федоренко Н.В., Пархоменко П.Н., Пархоменко Н.Г. Особенности адресной
организации сети Интернет и арбитражные споры вокруг доменных имен //Защита
информации. Конфидент, 2004, №4, c. 12–14.
4. Benjamin D. G. The new thing, uniform domain-name dispute-resolution policy of the
Internet Corporation for Assigned Names and Numbers //The Journal of World Intellectual
Property, 2000, v. 3, no. 4, pp. 525–554.
5. Cabell D., Foreign Domain Name Disputes 2000 //The Computer & Internet Lawyer, 2000,
v. 17, no. 10, pp. 5–17.
6. Наумов В.Б. Споры, связанные с нарушением прав на объекты интеллектуальной
собственности в сети Интернет //Арбитражные споры, 2001, №1(13), c. 81–88.
7. Massey D., Denning D. E. Guest Editors' Introduction: Securing the Domain Name System
//IEEE Security and Privacy, 2009, v. 7, no. 5, pp. 11–13.
8. Osterweil E., Zhang L. Inter-administrative challenges in managing DNSKEYs //IEEE
Security and Privacy, 2009, v. 7, no 5, pp. 44–51.
9. Chandramouli R., Rose S. Open issues in secure DNS deployment //IEEE Security and
Privacy, 2009, v. 7, no. 5, pp. 29–35.
10. Stacey K.H. The "Law that it deems applicable": ICANN, dispute resolution and the problem
of Cybersquatting //Hastings Communications and Entertainment Law Journal, 2000, v. 22,
no. 3/4, pp. 453.
11. Edelman S. Cybersquatting claims take center stage //Computer & Internet Lawyer, 2001,
no.1, pp. 1–6.
12. Zittrain J., Edelman B. Internet filtering in China //IEEE Internet Computing, 2003, v. 7,
no. 2, pp. 70–77.
13. Венедрюхин А.А. Доменные войны. CПб.: Питер, 2009, 224 c.
14. Əliquliyev R.M., Qasımova R.T., Ələkbərova İ.Y. Qərarların qəbul edilməsini dəstəkləyən
müasir konsepsiyalar haqqında //AMEA-nın Xəbərləri, fizika-riyaziyyat və texnika elmləri
seriyası, №2, 2005, s. 70
–
75.
15. Əliquliyev R.M., Qasımova R.T., Ələkbərova İ.Y. Çoxölçülü analitik sistemlərdə mürəkkəb
sorğuların realizasiyası məsələlərinin analizi /PCİ-2006 “Kibernetika və informatika
problemləri”, Beynəlxalq elmi konfransı, cild 2, 2006, s. 71
–
72.
16. Дюк В., Самойленко А. Data Mining: Учебный курс. – СПб: Питер, 2001, 368 с.
17. Yang, Y., Guan, H., You. J. CLOPE: A fast and effective clustering algorithm for
transactional Data / Proceedings of the eighth ACM SIGKDD International Conference on
Knowledge Discovery and Data Mining KDD '02, July 23
–
26, 2002, Edmonton, Alberta,
Canada, pp. 682
–
687.
İnformasiya texnologiyaları problemləri, №1(3), 2011, 29-36
36 www.jpit.az
УДК
004.89
Алгулиев
Расим М.
1
, Касумова Рена Т.
2
Институт Информационных Технологий НАНА, Баку, Азербайджан
1
director@iit.ab.az
,
2
depart1@iit.ab.az
Создание
интеллектуальной системы анализа национальных доменных имен
Статья посвящена задаче создания интеллектуальной системы доменных имен согласно
интересам Азербайджанской Республики. Исследованы существующая обстановка и
проблемы
в
этой
области,
обоснована
необходимость
создания
системы
интеллектуального
анализа,
поддерживающей
принятие
решений.
Разработана
архитектурная схема интеллектуальной системы и изложена реализация этой задачи.
Ключевые
слова: домен, система доменных имен, администратор, регистратор,
регистрант,
кластеризация,
категорийные
данные,
хранилище
данных,
интеллектуальный анализ данных.
Rasim M. Аlguliev
1
, Rena T. Gasimova
2
Institute of Information Technology ANAS, Baku, Azerbaijan
1
director@iit.ab.az
,
2
depart1@iit.ab.az
Creation of intellectual analysing system of national domain names
The article is devoted to creation of intellectual system of domain names due to the interests of
the Republic of Azerbaijan. The circumstance and problems in this area are investigated,
necessity of creation of intellectual analysing sytem for taking decisions proved. The
architectural scheme of intellectual system is developed and stated the realization of this
problem.
Key words: domain, domain name system, administrator, registrar, registrant, clustering,
categorical data, data warehouse, Data Mining.
Dostları ilə paylaş: |