194
françayzerin əsas sərvəti adətən onun ticarət markası, nou-xau və
texnalogiyası olur.
Françayzinq istehsal-satış fəaliyyətinin aşağıdakı növlərində
geniş yayılıb:
avtoservis;
Biznesin təşkili və aparılması (reklam və mühasibat);
Tikinti və binaların təmir və istismarı xidmətləri;
Təhsil;
stirahət və əyləncə;
Sürətli xidmət restoranları şəbəkəsi;
Tibbi, kosmetik xidmətlər və s.
Françayzer və françayzi arasında yeni tip münasibətlər -
ierarxiyaya deyil, bərabərlik həmkarlığın üfüqi qarşılıqlı əlaqələrinə
əsaslanan münasibətlər formalaşır. Frauçayzer adətən françayziyə ilkin
hazırlıqda, növbəti təlim və məsləhətləşmələrdə kömək göstərir. O,
həmçinin françayzinin fəaliyyətinə müəllif nəzarətini həyata keçirir və
müxtəlif formadan onunla informasiya mübadiləsi aparır. Bu
françayzini hər hansı dərəcədə sərbəstlikdən məhrum etmir.
Bütün sadalanan fəaliyyət ümumi “maliyyə-kredit xidmətləri”
anlayışında birləşdirilir. Maliyyə-kredit xidmətləri məhsulların alqısı
üzrə hesablaşmaların bütün mümkün forma və metodlarının həyata
keçirilməsini, güzəşt və imtiyazlar sistemini, faktorinqi müxtəlif
kreditləşmə formalarını (pul və ya məhsul) özündə əks etdirir.
Alıcının kredtləşməsi forma və həcminin seçilməsi və ya ona
güzəştlər verilməsi qərarı qəbul olunan qədər satıcıya belə növ
xidmətlərin göstərilməsinin və maliyyə risklərinin qəbul edilməsinin
gərəkliyi haqqında mühakimələr hazırlamaq zəruridir.
Bəzən belə mühakimələr öz-özlüyündə ümumi təsəvvürlərdən
yaranır. Məsələn, əllə idarəolunan avtomobillərin alqısında bütün
pensiyaçı və əlillərə əhəmiyyətli güzəşt verilə bilər. Təhsil və səhiyyə
təşkilatlarına istismar olunan kompyuter sistemlərinin yeni proqramlarla
təminatı güzəştili qiymətlərlə təqdim rdilir və s.
Bir sıra hallarda alıcı özü belə qərar çıxarır. Məsələn, o, alqı
həcminə güzəştlə topdansatış qiyməti üzrə iri partiya mal əldə edə bilər.
O, həmçinin ilkin ödənişlə fyuçer müqaviləsinin bu və ya başqa növünü
bağlamağa üstünlük verə bilər. Belə növ bağlaşma həyata keçirilmiş
ödənişə münasibətdə məhsulun faktik göndərilməsinin gecikməsini
bildirsə də, ancaq alıcı digər tərəfədən müəyyən üstünlüklər əldə edir.
195
Məsələ burasındadır ki, məhsula görə ödəniş ödənmə anına olan
qiymətlə həyata keçirilir və məhsulun faktik alınması zamanı bazar
situasiyasının inkişafına görə qiymət daha yüksək ola bilər. Situasiyanın
inkişafının mümkün dinamikasına hesablanan ödəniş şərti müqavilədə
öz əksini tapır.
Yoxlama sualları.
1. iqtisadi risk nədir?
2. iqtisadi riskin klassik və neoklassik nəzəriyyələri nədən
ibarətdir?
3. qtisadi riskin yaranması səbəbləri hansılardır?
4. Bazar tsiklinin müvəqqəti faktorları iqtisadi riskə təsir edən
faktorlar hanslılardır?
5. Hər hansı bir riskdən azad olan iqdisadi qərarların qəbulu
mümkündürmü?
6. iqdisadi risk şəraitində iqdisadi qərarlar qəbulu zamanı! Hansı
aspektləri nəzərə almaq gərəkdir?
7. darəetmə qərarlarının qəbulunda hansı son hədd hallarını
fərqləndirmək gərəkldir?
8. qtisadi tsiklin önləyici indikatorları nədir və hansı göstəriciləri
onlara aid etmək gərəkdir?
9. qtisadi tsiklin üst-üstə indikatorları nədir və hansı göstəriciləri
onlara aid etmək gərəkdir?
10. qtisadi tsiklin geçikən (geridə qalan) indikatorları nədir və hansı
göstəriciləri onlara aid etmək gərəkdir?
11. Bazar konyukturasının əsas göstəriciləri hansılardaır?
12. qtisadi tsiklin statistik qiymətləndirmə metodu nədən ibarətdir?
13. qtisadi tsiklin qiymətləndirilməsi ekspert metodu nədən
ibarətdir?
14. Nə tasadüfi kəmiyyətin diskret və kəsilməz paylanması qanunu
adlandırılır?
15.Nə tasadüfi kəmiyyətin eksponensial paylanması qanunu
adlandırılır?
16.Nə tasadüfi kəmiyyətin Pausson paylanması qanunu
adlandırılır?
17.Nə tasadüfi kəmiyyətin normal paylanma qanunu adlandırılır?
18.Qiymətin əmələ gəlməsində adətən mümkün mənfəət və zərərlər
şansının hansı münasibəti yaranır?
196
19. Sahibkarlıq riskinin azaldılmasını hansı hərəkətlərlə təmin
etmək mümkündür?
20.Vəsaitlərdən istifadə variantlarının diversifikasiyası nədən
ibarətdir?
21.Risklərin qruplaşdırılması və birləşdirilməsi nədən ibarətdir?
22.Risklərin paylanması nədən ibarətdir?
23.Qiymətin əmələ gəlməsi qərarlarının mümkün variantlarının
hazırlanması üçün hansı informasiyaları toplamaq gərəkdir?
24.Birja aparatının tərkibində hansı informasiya bölmələrinin olması
arzuediləndir?
25.Müqavilə qiymətlərinin sığortalanması nədən ibarətdir?
26.Alqı-satqı müqaviləsində hansı müddəalar mütləq olmalıdır?
27. Müqavilənin imzalanmasında qiymətlərə münasibətlərdə hansı
qeydləri nəzərdə tutmaq gərəkdir?
28.Faktorinq nədir?
29.Lizinq nədir?
30.Lizinq əməliyyatlarında neçə fiziki və ya hüquqi şəxs iştirak
edir?
31.Lizinqin müxtəlif növləri hansılardır?
32.Françayzinq nədir?
33.Françayzer və françayzi kimlərdir?
34.Maliyyə-kredit xidmətinin məqsədəuyğunluğu barədə qərarı
hansı əsasda qəbul etmək gərəkdir?
FƏS L 6
NFLYASIYA VƏ
QIYMƏ
TLƏ
R
Inflyasiya nədi? nflyasiyanın klassik və neoklassik
nəzəriyyələri. Mötədil və ya sürünən inflyasiya, sıçrayışlı və ya
çaparaq inflyasiya, hiperinflyasiya. Staqnasiya və inflyasiya.
nflyasiya zamanı gəlirlərin artımı və azalması - Tələb
inflyasiyası və xərc inflyasiyası. Antiinflyasiya siyasəti,
deflyasiya siyasəti və gəlirlər siyasəti. nflyasiya səviyyəsinin
qiymətləndirilməsi və proqnozlaşdırılması. nflyasiya